Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5475/2023 18.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İlkin iddia üzrə cavabdeh X3 iştirakı ilə, İddiaçı cavabdeh X1rşı “pul tələbi” barədə ilkin iddiasına, iddiaçı X3 cavabdeh İddiaçı qarşı “pul tələbi” barədə qarşılıqlı iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İlkin iddia üzrə İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil cavabdeh X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 müqavilə üzrə ödənilmiş 15.000 manat məbləğində pul vəsaitinin, habelə 135 manat ödənilmiş dövlət rüsumunun, cəmi 15.135 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X4 iddiaçının arasında Bakı şəhəri 36 saylı notariat ofisinin xüsusi notariusu X7 vasitəsilə bağlanmış “nəqliyyat vasitəsinin ilkin alğı-satqısı” barədə 05 mart 2021-ci il tarixli müqaviləyə əsasən, cavabdeh özünə məxsus olan **-OZ-*** dövlət nömrə nişanlı, 2008-ci il buraxılışlı “Toyota Prius” minik markalı nəqliyyat vasitəsini iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Tərəflərin qarşılıqlı razılığına əsasən, nəqliyyat vasitəsinin dəyəri 27.500 manat qiymətləndirilmişdir. Müqavilə şərtlərinə əsasən, iddiaçı müqavilə bağlandığı gün 500 manat, bundan sonra 36 ay ərzində hər ay 750 manat pulu cavabdehə ödəməli olmuşdur və ödəniş bitdikdən sonra cavabdeh həmin avtomobili ona satmalı idi. İddiaçı müqavilə üzrə öhdəliklərini vaxtlıvaxtında ödəməyə başlamış və cavabdehə ümumilikdə 15.000 manat pul ödəmişdir. Lakin 11 iyun 2023-cü il tarixində cavabdeh heç bir məlumat vermədən, polis əməkdaşları ilə birlikdə gecə saat 4 radələrində iddiaçının yaşadığı evin həyətinə gələrək, nəqliyyat vasitəsini iddiaçının iradəsindən kənar şəkildə götürərək, evakuator vasitəsilə aparmışdır. Ailə üzvləri nəqliyyat vasitəsinin aparılmasına mane olmağa çalışsalar da, heç bir nəticəsi olmamışdır. Ödənişləri vaxtlı-vaxtında həyata keçirməsinə, eləcə də bu günədək 15.000 manat pul ödəməyinə baxmayaraq, cavabdeh əvvəlcədən xəbərdarlıq etmədən və aralarında bağlanmış müqavilənin şərtlərini pozaraq, ilkin alğı-satqı müqaviləsi əsasında satdığı nəqliyyat vasitəsini gecə yarısı polis əməkdaşlarının iştirakı ilə götürərək getmişdir. Göründüyü kimi tərəflər arasında ilkin alğı-satqı müqaviləsi bağlanılmış, lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Öhdəlik bir şəxsin (borclunun) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etmək, məsələn, pul ödəmək, əmlak vermək, iş görmək, xidmətlər göstərmək və s. və ya müəyyən hərəkətdən çəkinmək vəzifəsini, kreditorun isə həmin vəzifələrin icrasını tələb etmək hüququnu ehtiva edən mülki hüquq münasibətidir. Qarşılıqlı iddia üzrə iddiaçı X6 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, İddiaçı ona qarşı pul tələbi barədə iddiasınn təmin edilməməsi və İddiaçı 6.750 manat məbləğində əsas borcdan maşının texniki nasazlığına görə 1.700 manat, dövlət rüsumu kimi 101 manat məbləğində pul, cəmi 8.551 manat məbləğində pulun onun xeyrimə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ilkin iddia tələbini qəbul etmir. Belə ki, İddiaçı ilə onun arasında 05 mart 2021-ci ildə 36 saylı notariat kontorunda alğısatqı müqaviləsi bağlanmışdır, İddiaçı ondan aldığı maşına görə 11 iyun 2023-cü il tarixədək 27 ay müddətində 20.250 manat məbləğində pul ödəməli idi. Lakin sonuncu öz öhdəliyini yerinə yetirməmiş, verdiyi sözə əməl etməmiş, cəmi 13.000 manat məbləğində pulu ona, 500 manat məbləğində pulu isə notoriat kontoruna ödəmişdir. İddiaçı ilə müqavilə üzrə razılaşmalarına görə 36 ay müddətinə cəmi 27.500 manat məbləğində pul ona ödənilməli idi. İddiaçı pulu ödəmədiyini, maşına cərimələr gəldiyi və maşını nasaz saxladığına görə polis vasitəsilə maşını qaytarmaq məcburiyyətində qalmışdır. İddiaçı maşını yararsız vəziyyətə salmış, iddiaçıya məxsus olan “Toyota Prius” minik markalı **- OZ-*** dövlət qeydiyyatlı maşının şüşələri çatlaq vəziyyətə salınmışdır, maşının motoru yağ yeyir, normal işləmir, ümumi 467 manat borcdan 113.40 manat iddiaçı tərəfindən ödənilmişdir, 350 manat borc qalmışdır, İddiaçı günahından bu borc yaranıb. Habelə, İddiaçı günahı ucbatından iddiaçı ciddi psixoloji sarsıntılar keçirtmişdir. Ona görə də, şəkərli diabet xəstəliyinə tutulmuşdur. Ümumiyyətlə, İddiaçı maddi və mənəvi zərərə görə 8.551 manat məbləğində onun xeyrinə pul ödəməlidir. 6.750 manat məbləğində əsas borcdan maşının texniki nasazlığına görə 1700 manat, dövlət rüsumu kimi 101 manat məbləğində pul, cəmi 8.551 manat pul ona ödənilməlidir. Tərəflərin izahatları: Məhkəmə araşdırması zamanı İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil ilkin iddia tələbini müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir, qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X6 ilkin iddia tələbinə etiraz edərək onun rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İşin faktiki halları: İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, tərəflər arasında 05 mart 2021-ci il tarixdə yazılı qaydada nəqliyyat vasitəsinin ilkin alğı-satqısı müqaviləsi bağlanmış, müqaviləyə əsasən X6 özünə məxsus olan **-OZ-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” minik markalı avtomobili İddiaçı satmış, tərəflər həmin müqavilə ilə sözügedən əmlaka dair gələcəkdə əsas alğı-satqı müqaviləsi bağlamağa dair öhdəlik götürmüşlər. Müqavilədə avtomobilin satış qiyməti 27.500 manat müəyyən edilmişdir. Müqavilədə göstərilmişdir ki, alıcı İddiaçı həmin pulun 500 manatını müqavilə bağlandığı anında notariusun bankda açılan depozit hesabı vasitəsilə, qalan 27.000 manatını isə 36 ay müddətinə 05 mart 2024-cü il tarixinədək hər ay 750 manat olmaqla notariusun depozit hesabı vasitəsilə hər ayın 05-07-si aralığında satıcı X5 ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cinayət törətmiş vəbu səbəbdən də cəzaçəkmə müəssisəsinə yerləşdirilmişdir. Bu vaxtdan sonra iddiaçının qardaşı müəyyən müddət ödənişlər etmiş, lakin sonradan ödənişlər etməmişdir. Cavabdeh polisə müraciət edərək avtomobili geri almışdır. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf avtomobilə görə 15.000 manat vəsait ödədiyini qeyd etsə də, təqdim etdiyi qəbzlərdən 11.316 manat ödədiyi müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı izahat verən Visoçanskiy bildirmişdir ki, Əlicanov ona hissə-hissə ödəməklə ümumilikdə 13.000 manat və 500 manat da notariusa pul ödəmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Araşdırılmış iş materiallarından görünür ki, tərəflər arasında müqavilə bağlanaraq hər tərəf öz üzərinə öhdəlik götürmüşdür. Visoçanskiy Vadim üzərinə götürdüyü öhdəliyi icra edərək İddiaçı mülkiyyətində olan avtomobili təhvil vermiş, Əlicanov isə üzərinə götürdüyü hissə-hissə ödənişlə bağlı öhdəliyi icra etməmişdir. Tərəflərin bağladığı müqavilədən görünür ki, onlar ilkin müqavilə bağlasalar da, müqavilənin mahiyyəti nisyə alğı-satqı müqaviləsini ehtiva edir. Məhkəmə ilkin iddiaya qiymət verərək hesab edir ki, iddiada iddiaçı 15.000 manat pulun cavabdehə ödənilməsini qeyd etsə də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Onun təqdim etdiyi ödəniş qəbzlərindən ümumilikdə 11.316 manat ödədiyi görünür. Nisyə alğı-satqı müqaviləsinin qanunvericiliklə təsbit edilmiş normalarından görünür ki, tərəf ödədiyi məbləği geri tələb edə bilməz. Odur ki, iddiaçı iddiasında haqlı deyil. Məhkəmə Visoçanskiy Vadimin qarşılıqlı iddia ərizəsinə münasibətdə qeyd edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında əldə edilmiş razılığa əsasən iddiaçı cavabdehə hər ay 750 manat olmaqla ödəniş hıyata keçirməli idi. 11 iyun 2023-cü il tarixə ödənilməli olan məbləğ 20.250 manat təşkil etməli idi. Avtomobil faktiki olaraq iddiaçının istifadəsində 11 iyun 2023-cü tarixədək olmuşdur. 20.250 manatdan 13.500 manatı iddiaçı tərəfindən ödənilməsi nəzərə alınaraq Visoçanskiy Vadim yerdə qalan 6.750 manatı tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin maşının texniki nasazlığına görə 1.700 manat pulun cavabdehdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, avtomobilin diqanostikası ilə bağlı sənədlər təqdim etsə də hansı detalın zədəli olduğu, hansı işlərin aparılması üçün nə qədər miqdarda vəsaitin ödənilməli olduğunu iddiada əsaslandırmadığından iddia həmin hissədə təmin edilə bilməz. Yuxarıda istinad olunanlardan əlavə məhkəmə qeyd edir ki, nisyə alğı-satqı zamanı əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bu, o deməkdir ki, əşyanı təhvil almış şəxs ödənişi həyata keçirmiş olmasın. Hazırkı iş üzrə işin halları ilə müəyyən edilir ki, İddiaçı avtomobilin dəyərinin yarısı miqdarında ödənişər etmişdir. Visoçanskiy Vadim avtomobili iddiaçıdan almaqla haqlı olmamışdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, İddiaçı tərəfindən 135 manat, X6 tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, dövlət rüsumu mütənasiblik prinsipi əsasında həll edilməlidir. Belə ki, ilkin iddia tələbi rədd edildiyindən, İddiaçı ödədiyi 135 manat dövlət rüsumu onun özünə aid edilməli, qarşılıqlı iddia tələbinin təmin edilmiş hissəsinə müvafiq olaraq X3 ödədiyi 100 manat dövlət rüsumunun 79.88 manatı cavabdeh İddiaçı alınaraq iddiaçıya ödənilməli, qalan 20.12 manat rüsum isə iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdeh X1rşı “cavabdeh X2 müqavilə üzrə ödənilmiş 15.000 manat məbləğində pul vəsaitinin, habelə 135 manat ödənilmiş dövlət rüsumunun, cəmi 15.135 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi barədə” ilkin iddia tələbi rədd edilsin. İddiaçı ödədiyi 135 (bir yüz otuz beş) manat dövlət rüsumu onun özünə aid edilsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı 6.750 (altı min yeddi yüz əlli) manat məbləğində pul vəsaiti və 79.88 (yetmiş doqquz manat səksən səkkiz qəpik) manat dövlət rüsumu alınaraq iddiaçı X5 ödənilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 20.12 (iyirmi manat on iki qəpik) manatı X3 özünə aid edilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-5475/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5475/2023
18.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver