Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-5505/2024 06.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, Cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Arif oğlunun iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, X6, İddiaçı7, İddiaçı8, İddiaçı9 və İddiaçı10 Cavabdeh MTK-ya qarşı “cavabdehin üzərinə öhdəliyin qoyulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, X14, İddiaçı7, İddiaçı8, İddiaçı9 və İddiaçı10 Cavabdeh MTK-ya qarşı “cavabdehin üzərinə öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçılar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə iclasında cavabdehin vəkili şifahi vəsatətlə məhkəməyə müraciət edərək tərəflər arasında Xətai Rayon Məhkəməsinin hakimi Aygün Həsənovanın icraatında mülki iş olduğunu bildirmiş, baxılan tələblə həmin mülki işin bir icraatda birləşdirilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin vəkilinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət təmin edilməlidir. Belə ki, hazırkı iddia tələbi əsasında 2(011)-5505/2024 saylı mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatına 31 may 2024-cü il tarixdə daxil olmuşdur. İddiaçılar X7, X8, X15, X16, X17, X12, X9, X2, X3, X4, X10, X5, X1, X11, X18 Cavabdeh MTK-ya qarşı “cavabdehin üzərinə öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göstərilən iddia tələbi əsasında 2(011)-5307/2024 saylı mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatına 23 may 2024-cü il tarixdə daxil olmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)-5307/2024 saylı işlə bir icraatda birləşdirilməlidir. Belə ki, məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)-5505/2024 saylı mülki iş üzrə iddia tələbi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)-5307/2024 saylı mülki iş üzrə iddia tələbi ilə əlaqəli olduğundan, gələcəkdə ziddiyyətli məhkəmə qərarlarının qəbul edilməsinin qarşısının alınması, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün hazırkı iş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)-5307/2024 saylı işlə bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası MPM-in 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Digər tərəfdən, göstərilən mülki işlər arasında səbəbli əlaqə vardır, habelə bu tələblərə birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxılmaqla nəticələnər. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, qeyd edilən iddialar əsasında mülki işlər birləşdirilərək, həmin işlərə bir icraatda baxılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 43.1-43.2 və 263-264-cü maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: Vəsatət təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, X6, İddiaçı7, İddiaçı8, İddiaçı9 və İddiaçı10 Cavabdeh MTK-ya qarşı “cavabdehin üzərinə öhdəliyin qoyulması” tələbi barədə iddiasına dair 2(011)-5505/2024 saylı mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Aygün Həsənovanın icraatında olan iddiaçılar X7, X8, X15, X16, X17, X12, X9, X2, X3, X4, X10, X5, X1, X11, X18 Cavabdeh MTK-ya qarşı “cavabdehin üzərinə öhdəliyin qoyulması” tələbi barədə iddiasına dair 2(011)-5307/2024 saylı mülki işə birləşdirilsin. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-5505/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-5505/2024
06.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver