Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-5531/2025 18.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Şövkətli-X2, İddiaçı cavabdeh AR X1 Bakı şəhəri Reklam İdarəsinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyünə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar qaydada baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh AR X1 Bakı şəhəri Reklam İdarəsinə qarşı 2062,49 manat borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi dövlət rüsumu ödənilmədiyi üçün geri qaytarılmalıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.2. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd; 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunan prosessual normalara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh AR X1 Bakı şəhəri Reklam İdarəsinə qarşı 2062,49 manat borcun silinməsi tələbinə dair iddia ərizəsi müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilmədiyindən geri qaytarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iş materiallarından görünür ki, borcun silinməsi ilə bağlı mübahisə AR X1 Bakı şəhəri Reklam İdarəsi ilə "xxxx" MMC arasındadır, borcun silinməsi tələbinə dair hazırki iddia ərizəsi isə fiziki şəxs kimi İddiaçı tərəfindən AR X1 Bakı şəhəri Reklam İdarəsinə qarşı verilmişdir. Odur ki, iddiaçıya müvafiq qaydada dövlət rüsumunu ödəməklə fiziki şəxs kimi öz adından deyil, təsisçisi olduğu "xxxx" MMC-nin adından AR X1 Bakı şəhəri Reklam İdarəsinə qarşı Bakı Kommersiya Məhkəməsində iddia qaldırmaq hüququ izah edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1, 152.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh AR X1 Bakı şəhəri Reklam İdarəsinə qarşı 2062,49 manat borcun silinməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Leyla Şövkətli-Mənsimli
Məhkəmə qərarları › İş №2(011)-5531/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-5531/2025
18.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver