Məhkəmə qərarları › İş №2(011)-5547/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-5547/2023

29.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-5547/2023 29.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızı sədrliyi Məhkəmə iclas katibi Nəsirova Samirə Şəmsəddin qızının katibliyi ilə açıq məhkəmə iclasında Ərizəçi Rəşı̇ d qızının Maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizəsi üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: rizəçi Ərizəçi Rəşı̇ d qızının Maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş ərizəçi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmiş, həmçinin maraqlı şəxsin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə ərizə baxılmamış saxlanmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPMnin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: rizəçi Ərizəçi Rəşı̇ d qızının Maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizəsi baxılmamış saxlanılsın. Tərəflərə izah edilsin ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzrlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, bu Məcəllənin 259.0.6-cı maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar