Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-5551/2021 23.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 41 saylı evin, 127 saylı mənzili paylı mülkiyyətdə olmaqla 1/8 hissədə Cavabdeh2, 2/8 hissədə Cavabdeh1, 1/8 hissədə Cavabdeh3 və 4/8 hissədə İddiaçı mülkiyyətində olan, ümumi sahəsi 64,73 kv.m olmaqla 3 otaqlı mənzilin hərracda satılaraq satışdan əldə edilmiş pulun paylara uyğun bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 23.06.2021-ci il tarixdə İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə ərizə ilə məhkəməyə müaciət edərək, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə məhkəmə hesab edir ki, məhkəməyə iddiaçının nümayəndəsinin iddia ərizəsinin qaytarılmasına dair ərizəsi daxil olduğundan, onun mövcud iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı əmlakın hərracda satışa çıxarılaraq əldə edilmiş pul məbləğinin paylara uyğun bölünməsinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-5551/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-5551/2021
23.06.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver