Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-5592/2021 28.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Füzuli Rayon Şöbəsi) ərizə ilə məhkəməyə müraciət edərək, işlədiyi Kommunizm sovxozunda 1976-cı ildən 1980-ci ilədək və oxuduğu Sabunçu peşə məktəbində 01.09.1971-ci ildən 26.02.1973-cü ilədəkr əmək stajının olduğuna dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Məhkəmə ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə üzrə mülki işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) uyğun olaraq məhkəmə xüsusi icraat qaydasında, həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır (maddə 305.1). Mülki prosessual qanunvericilik xüsusi icraat qaydasında baxılan işlərin bir növü kimi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsini nəzərdə tutur. Həmçinin Məcəllənin 307.2.11-ci maddəsi MPM-in 307-ci maddəsində nəzərdə tutulmayan hüquqi əhəmiyyətli halların müəyyən edilməsini o halda mümkün hesab edir ki, bunun qanunvericilikdə başqa qaydası nəzərdə tutulmasın. Eyni zamanda ərizəçinin hüquqi faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsi bu işlərə məhkəmədə xüsusi icraat qaydasında baxılmasını istisna edir. MPM-in 308-ci maddəsi isə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtləri müəyyənləşdirir. Həmin maddəyə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, prosessual qanunvericiliyin müddəalarında xüsusi icraat qaydasında baxılan işlərin dairəsi müəyyən olunmuşdur. Məcəllə xüsusi icraat qaydasında digər işlərə baxılmasını da istisna etmir, lakin bunun üçün həmin hala baxılması Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmalıdır. Ərizəçi məhkəməyə təqdim etdiyi əmək kitabçasında qeyd edilməyən əlavə 5 il 7 ay əmək stajını olduğunun müəyyən edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12.04.2019- cu il tarixli, 03 saylı qərarının 13-cü maddəsində ifadə edilmiş hüquqi mövqeyinə əsasən, əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. MPM-ə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir (maddə 153.2.1). İş məhkəmədə baxılmalı deyildirsə (261.0.1) hakim iş üzrə icraata xitam verir. Göründüyü kimi, ərizəçinin əlavə 5 il 7 ay əmək stajını olması faktının müəyyən edilməsi barədə ərizəyə xüsusi icraat qaydasında baxılması mümkün deyildir. Ona görə mülki işin icraatına xitam verilməlidir Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.1, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Füzuli Rayon Şöbəsi) ərizə ilə məhkəməyə müraciət edərək, işlədiyi Kommunizm sovxozunun 1976-cı ildən 1980-ci ilədək və oxuduğu Sabunçu peşə məktəbində 01.09.1971-ci ildən 26.02.1973-cü ilə qədər, əmək stajının olduğuna dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Bakı Apelyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-5592/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-5592/2021
28.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver