Məhkəmə qərarları › İş №2(011)-5640/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5640/2021

18.08.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5640/2021 18.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, X5 qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və onun ailə üzvlərinin Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, ev 13 ünvanında yerləşən 10 saylı mənzildən çıxarılması və həmin mənzilin onun faktiki istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh və onun övladları X4 və X1 Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, ev 13 ünvanında yerləşən 10 saylı mənzildən onlara məxsus əşyalarla birgə çıxarılması və həmin mənzilin İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, ev 13 ünvanında yerləşən 10 saylı mənzilin alqı-satqısına dair 15 saylı Notariat ofisində müqavilə bağlanmışdır, həmin mənzil üzərində iddiaçının mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış və bu barədə çıxarış ona təqdim olunmuşdur, cavabdeh müqavilənin 11-ci bəndinə əsasən, 01.11.2020-ci il tarixədək mənzildən çıxmalı və onu iddiaçının faktiki istifadəsinə verməli, həmçinin 24.12.2020-ci il tarixədək həmin mənzildə qeydiyyatda olan digər ailə üzvlərini də pasport qeydiyyatından çıxarmalı idi, lakin indiyədək cavabdeh həmin öhdəliklərini lazımınca icra etməmiş, bununla bağlı aparılmış danışıqlar və cəhdlər heç bir nəticə verməmişdir, mənzil hələ də iddiaçıya təhvil verilməmiş, cavabdehin ailə üzvləri də pasport qeydiyyatından çıxmamışdır, nəticədə bu hal iddiaçının hüquqlarını məhdudlaşdırır, o, sözügedən mənzildə tam mülkiyyət hüququna sahib olmasına baxmayaraq həmin mənzildən faktiki istifadə edə bilmir, bu səbəbdən cavabdehin azyaşlı uşaqları və onlara məxsus əşyalarla birlikdə qeyd olunan mənzildən çıxarılmasını istəyir. Sonda H.Musa iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, ev 13, 10 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İş materiallarında olan Cavabdeh və İddiaçı arasında bağlanmış 25.10.2020-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, ev 13, 10 saylı mənzili alıcı İddiaçı mülkiyyətinə verir, Müqavilənin 8-ci bəndinə əsasən, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi, həmin müqavilənin 11-ci bəndinə əsasən, satıcı daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə alıcının bəyənib, qiyməti ilə razılaşdığı vəziyyətdə 01.11.2020-ci il tarixədək alıcının faktiki sahibliyinə verməyi, həmin müqavilənin 13-cü maddəsinə əsasən, satıcı və qeydiyyatda olan 24.12.2020-ci il tarixinədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı verilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 11.08.2021-ci il tarixli, ******* saylı “Yaşayış yeri üzrə qeydiyyat” haqqında Arayışından görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan şəxslər Cavabdeh, X4, X3r. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, ev 13, 10 saylı mənzil tam mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur, həmin mənzil alqı-satqı müqaviləsi əsasında dövlət reyestrində İddiaçı adına mülkiyyət hüququ ilə qeydə alınmışdır, Cavabdeh mənzilin əvvəlki mülkiyyətçisidir və azyaşlı uşaqları ilə birlikdə həmin mənzildə qeydiyyatda olmaqla orada yaşayır. Bununla belə, İddiaçı həmin mənzilə mülkiyyət hüquqlarını, həmçinin Cavabdeh, X2 və X1 həmin mənzildən çıxarılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə qeyd edir ki, mənzilin alqı-satqısı barədə tərəflər arasında müqavilə bağlandığından, iddiaçı həmin əmlaka dair tam mülkiyyət hüququ əldə etdiyindən, həmçinin cavabdeh həmin müqavilə əsasında qeydiyyatdan çıxmağı və iddiaçıya mənzili üçüncü şəxslərin hüquqlarından azad faktiki sahibliyinə verməyi öhdəsinə götürdüyündən cavabdeh mübahisəli mənzilə dair istifadə hüququnu itirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslı və qanunidir və iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, ev 13, 10 saylı mənzildən Cavabdeh və onun övladları X4 və X1 istifadə hüququna xitam verilməli, onlar həmin mənzildən öz əşyaları ilə birlikdə çıxarılmalıdırlar. Bununla bərabər məhkəmə qeyd edir ki, iddia tələbinin təmin edilməsi Cavabdeh və onun övladları X4 və X1 Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, ev 13, 10 saylı mənzildən pasport qeydiyyatından çıxarılmaları üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 13 saylı evin 10 saylı mənzilindən Cavabdeh və onun azyaşlı uşaqları X4 və X1 istifadə hüququna xitam verilsin və onlar öz əşyaları ilə birlikdə həmin mənzildən çıxarılsınlar. Ödənuilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar