Məhkəmə qərarları › İş №2(011)-5644/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5644/2020

27.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5644/2020 27.11.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçı Xanlar qızının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Xanlar qızının cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3 qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Xanlar qızı cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3 qarşı cavabdehlərin ünvan 1, mənzil 35 ünvanında yerləşən mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2, mənzil 35 ünvanında yerləşən mənzil iddiaçının xüsusi mülkiyyətindədir. İş üzrə cavabdehlər həmin ünvanda qeydiyyatdadırlar. Cavabdeh X2 iddiaçının qızıdır, digər cavabdehlər isə Cavabdeh2 və Cavabdeh3 onun övladlarıdırlar. X2 1992-ci ildə X6 ilə ailə quraraq köçüb. Həmin vaxtdan öz ailəsi ilə ərinə məxsus evdə, başqa ünvanda yaşayır. Uşaqları da həmişə valideynləri ilə birlikdə yaşayıblar. Hal-hazırda sözü gedən mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdehlərin iddiaçıya məxsus evdə qeydiyyatda olmaqları iddiaçı üçün bir sıra çətinlikllər yaradır və iddiaçının mülkiyyət hüququnu əhəmiyyətli dərəcədə pozur. Belə ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında, nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Digər tərəfdən cavabdehlər yuxarıda qeyd edilən mənzildə yaşamasalar da, formal olaraq orada qeydiyyatadırlar. Bunun nəticəsində iddiaçı mənzil və kommunal haqları artıq məbləğdə ödəməyə məcburdur. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddiasını müdafiə etdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdir. Cavabdehlərin faktiki yaşayış yeri məlum olmadığından, məlum olan axırıncı yaşayış yeri - ünvan 2, mənzil 35 ünvanından məhkəmə iclasına çağırılmış, lakin cavabdehlərin həmin ünvanda yaşamadığına dair qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Cavabdehin ünvanını dəyişdirməsi barədə məhkəməyə məlumat verilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, şahid ifadələrini və mülki iş üzrə təqdim edilmiş materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış”ına əsasən, Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsində istifadədə olan 0,12366 ha torpaq sahəsində yerləşən 28 nömrəli, 9 mərtəbəli binanın 2-ci girişində, 9-cu mərtəbəsində, 91,66 kv.m ümumi, 60.26 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 35 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 493 nömrəli reyestr kitabının 45472 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi xx.xx.2020-ci il tarixli ******* nömrəli Arayışdan görünür ki, Cavabdeh3, Cavabdeh2 və X2 Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yerləşən 28 saylı evin 35 saylı mənzilində qeydiyyatdadırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 verdiyi ifadəsində göstərmişdir ki, o, İddiaçı qonşusudur. İddiaçını 32 ildir ki, tanıyır. Cavabdeh X2 iddiaçının qızı, X11 və Cavabdeh3 isə nəvələridir. Fəhrətova Anjelika o, qeyd edilən ünvana gəlin köçəndə həmin ünvanda yaşayırdı, daha sonra, təxminən 1992-ci ildə o, ailə qurduğunda görə ərinin evinə köçdü. Artıq uzun illərdir ki, İddiaçı məxsus Bakı şəhəri, Nəsrəddin Tusi küçəsində yerləşən mənzildə yaşamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 verdiyi izahatında göstərmişdir ki, o, İddiaçı qonşusudur. ünvan 1 ünvanında artıq 25 ildir ki yaşayır. Cavabdeh Fəhrətova Anjelika iddiaçının qızıdır. O, ailə qurandan sonra yaşadıqları ünvanda yerləşən iddiaçıya məxsus evdən təxminən 15 ildən çoxdur ki, çıxıb gedib. Fəhrətova Anjelikanın uşaqları da, yəni Cavabdeh2 və Cavabdeh3 qeyd edilən ünvanda ümumiyyətlə yaşamamışdırlar. Onları İddiaçı evinə qonaq gələrkən görürdü, onların mübahisəli evdə daimi yaşadığını xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 verdiyi izahatında göstərmişdir ki, o, İddiaçı qızıdır. Cavabdeh Fəhrətova Anjelika uzun illər bundan əvvəl anasına məxsus ünvan 2 ünvanında yerləşən mənzildən köçüb getmişdir. Onun övladları, Cavabdeh2oviç və X10 həmin ünvanda yaşamamışdırlar, sadəcə formal olaraq həmin ünvan üzrə pasport qeydiyyatına alınmışdırlar. Hal-hazırda Bakı şəhəri, Xətai rayonu, Tusi küçəsi, ev 28, mənzil 35 ünvanında o, anası və uşaqları yaşayır. Cavabdehlər ilə əlaqələri yoxdur. Beləliklə, cavabdehlərin sözügedən mənzillə istifadə hüququna bağlı münasibətlər 2000-ci il tarixindən əvvəl yarandığından hazırkı mülki mübahisənin əsasını həmin vaxt qüvvədə olan “Azərbaycan SSR Mənzil məcəlləsinin təsdiq edilməsi haqqında” x xxxx 1982-ci il tarixli Azərbaycan Sovet Sosialist Respubliksının Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin müvafiq müddəaları təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan SSR Mənzil məcəlləsinin təsdiq edilməsi haqqında” x xxxx 1982-ci il tarixli Azərbaycan Sovet Sosialist Respubliksının Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ; ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə uyğun olaraq, şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə görə, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 1999-cu il tarixli Qərarının 2-ci bəndinə müvafiq olaraq, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə icarədarın və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı aylığa və daha uzun müddətə başqa yerə getməsi bu şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Göründüyü kimi şəxsin yaşayış sahəsindən istifadə hüququnun itirmiş hesab edilməsi həmin şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdiyi və ya həmin yaşayış məntəqəsində başqa yaşayış sahəsinə köçdüyü müəyyən edildiyi halda mümkündür. Məhkəmə prosesi zamanı cavabdehlərin daimi yaşamaq üçün mübahisəli mənzildən köçdüyü sübut edilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2, Cavabdeh2, Cavabdeh3 iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, N.Tusi küçəsi, ev 28, mənzil 35-dən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Məhkəmə iddianı cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 61 saylı evin 6 saylı mənzilindən qeydiyyatdan çıxmaqları barədə hissəsində nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qanunun 9-cu maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti) tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ünvan 2, mənzil 35-dən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar