Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5649/2021 23.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkilil Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 1 “a” saylı evin, 122 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 1 “a” saylı evin, 122 saylı mənzilinin mülkiyyətçisidir, o mənzili 07.04.2014-cü il tarixdə Cavabdeh1 alqı-satqı və ipoteka müqaviləsi əsasında almışdır, həmin mənzilin tam mülkiyyət hüququ üzrə ona məxsus olması barədə Azərbaycan Respublikası DƏDRX tərəfindən RX seriyalı, ******* saylı çıxarış əldə etmişdir, sözügedən mənzildə iddiaçı tam mülkiyyət hüququna sahib olmasına baxmayaraq, hazırda cavabdehlərin ona məxsus mənzildə qeydiyyatında qalmaları onun mülkiyyət hüquqlarını pozmaqla əlavə kommunal və digər xərclərinin yaranmasına səbəb olur. Sonda Vəkil iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlərin faktiki olduğu yer məlum olmadığından, onlar, məlum olan axırıncı yaşayış yeri üzrə xəbərdar edilmiş, cavabdehlərin həmin ünvanda yaşamadığına dair qeyd aparılmış bildiriş məhkəməyə qaytarılmışdır. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan ünvan 1 ünvanlanan 13.07.2021-ci il tarixli 2349 saylı məktubuna əlavə olunmuş 07.04.2014-cü il tarixli İK-İP-061-İ saylı alqı-satqı və ipoteka müqaviləsinin 1.1-ci maddəsinə əsasən, satıcı Cavabdeh1 ünvan 2 ünvanında yerləşən 9 mərtəbəli binanın 7-ci mərtəbəsində yerləşən 122 saylı mənzili alıcı-ipoteka qoyan İddiaçı mülkiyyətinə vermək, həmin müqavilənin 2.2.2-ci maddəsinə əsasən, alıcı-ipoteka qoyana üçüncü şəxslərin hüquqlarından azad mənzili vermək, həmin müqavilənin 2.2.4-cü bəndinə əsasən, müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 1 ay müddətinə ipoteka predmetindən qeydiyyatda olan şəxslərlə birlikdə (satdığı mənzildən) qeydiyyatdan çıxmaq vəzifələrini öhdəsinə götürmüşdür. İş materiallarında olan həmin məktuba əlavə olunmuş Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 notarial qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, onlar Cavabdeh1 məxsus ünvan 3 ünvanında yerləşən 122 saylı mənzilin satılmasına, bağışlanmasına və ya ipotekaya (girov) qoymasına etiraz etmirlər, ipoteka qoyulacaq əmlaka ödəniş yönəldiyi halda, onu heç bir məhkəmə qətnaməsi tələb etmədən qeyd-şərtsiz tərk etməyi öhdələrinə götürürlər. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, ev 1a, mənzil 122 tam mülkiyyət hüququ üzrə İddiaçı adına 23.04.2014-cü ildə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti nəzdində 210 saylı MTK-nın 03 saylı 23.06.2021-ci il tarixli Arayışından görünür ki, Abbasov X1 Şıxlinski küçəsi, ev 1a, mənzil 122 ünvanında yaşayır, həmin mənzildə daimi qeydiyyatda olan digər şəxslər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4dır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, ev 1a, 122 saylı mənzil mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 iddiaçının ailə üzvü olmamaqla mənzilin keçmiş sakinləridir, onlar həmin ünvanda rəsmi qeydiyyatda olsalar da həmin mənzildə yaşamırlar və ondan istifadə etmirlər. Bununla belə cavabdehlərin mənzildən istifadə hüquqlarının itirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, ev 1a, 122 saylı mənzildən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24.11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 1a, 122 saylı mənzilindən istifadə hüququna xitam verilsin. Dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-5649/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5649/2021
23.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver