Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-567/2021 03.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi və vəkili X4, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi Cavabdeh1 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh1, Cavabdeh2 qarşı mənzilə çəkilmiş xərclərə görə pul tələbinə dair ilkin iddiası; Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh1, Cavabdeh2 qarşı Cavabdeh1, Cavabdeh2 mənzilin təmiri üçün çəkilmiş xərcin əvəzi olaraq 18523 manat məbləğində maddi ziyanın, 5000 manat mənəvi ziyanın və ödənilmiş dövlət rüsumuna görə 30 manatın alınıb İddiaçı verilməsi barədə ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlərin qızı X16 ilə nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Nikaha daxil olduqdan sonra ailəsinə məxsus olan evdə yaşamağa başlamışlar. Həmin ərəfələrdə maddi imkanı bir qədər yaxşı idi. Qayınanası (eyni zamanda doğma xalasıdır) Cavabdeh1 bunu bildiyindən ona məsləhət görmüşdür ki, onun faktiki yaşadığı ünvan 1 ünvanında ona məxsus torpaq sahəsində yaşayış üçün ev tikdirsin və gələcəkdə həmin evi satmaqla və ya hər hansı bir formada dəyərləndirməklə gəlir əldə edər. Həmin ərəfiərdə maddi durumumun yaxşı olduğu üçün iddiaçı onun fikrinə etiraz etməmişdir. Həmin torpaq sahəsində bir neçə ev tikdirməyə başlamışdır. ünvan 1 ünvanında yerləşən torpaq sahəsində ümumi olaraq 170 kv.m-lik sahəsi olan yaşayış evi tikdirmişdir. Cavabdehlərin özünə məxsus olan digər yaşayış evinin təxminən 150 kv.m yaxın hissəsini isə əsaslı şəkildə təmir elətdirmişdir. Buna səbəb isə o idi ki, cavabdehlər həmin yaşayış evini kirayə verirdi. Bununla da kirayə haqqını artırırdı. Onun çəkdiyi xərci isə kirayə haqqından ona qaytarmalı idi. Bü cür razılaşmaya səbəb isə onların qohumluq münasibətlərindən irəli gəlirdi. Daha sonra həyat yoldaşı X16 ilə aralarında olan münasibətlər pisləşməyə başladı. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2017- ci il tarixli, 2(011)-5377/2017 saylı qətnaməsi ilə X16 ilə aralarında olan nikah pozulmuşdur. Aralarında olan münasibətlər pisləşdiyindən cavabdehlər onu onun torpaq sahəsində tikdirdiyi yaşayış evinə buraxmadılar. İddiaçı isə onlarla şifahi olaraq razılıq əldə etmək üçün müraciət edərək çəkilmiş xərclərin ödənilməsini xahiş etmişdir. Lakin heç bir formada müsbət nəticə əldə edə bilməmişdir. Bu yaxınlarda ona məlum olmuşdur ki, həmin torpaq sahəsinin yerləşdiyi ərazi plana düşmüş və evin 1 kv.m- nin dəyəri isə 1200-1500 manat civarındadır. O, həmin yaşayış evlərini əsaslı olaraq yüksək səviyyədə tikdirib, təmir elətdirmişdir. Cavabdeh isə onun ümumi 280 kv.m sahəsi olan tikdirdiyi yaşayış evinin plana düşməsindən istifadə edərək əsassız şəkildə gəlir əldə etmək niyyətinə düşmüşdür. Mövcud torpaq sahəsində tikilmiş yaşayış evinin hazırkı vəziyyətə gətirilməsi üçün aşağıda adları sadalanan avadanlıqlardan istifadə olunmaqla göstərilən xərclər çəkilmişdir: 280 kv.m-lik tikinti üçün 3800 ədəd mişar daşı (3800x0,35 m=1330 manat), hörgüsü üçün 3 zil maşını qum (3x160 m=420 manat), 60 kisə sement (60 x 6 m=360 manat), 650 ədəd kərpic (650x0.50 m=325 manat), usta və fəhlə (tikən) haqqı (1 m2x3 azn: 280 kv.m x 3=840 m), maşın fəhlə (maqazin) (200 AZN); 420 kv.m-lik mala suvaq işləri üçün Suvaq üçün 3 zil maşını qum, (2x160m=480AZN), 70 kisə sement (70x6m=420 AZN), Usta və fəhlə xidmətləri üçün (420 kv.m x 3 AZN= 1260 AZN), 240 kv.m şpatlovka üçün 30 kisə şpatlovka (30 x 7=210 AZN), usta və fəhlə xidmətləri 1kv.m x 3 azn, 240x 3 =720AZN) 16 kv.m-lik Pol-laminat üçün çəkilən xərclər Laminat (20 kv.m x 17=340 AZN), usta və fəhlə xidmətləri (20 kv.m x 8 azn= 160 AZN), 120 kv.m-lik pol-taxta üçün çəkilən xərclər 3 kub pol üçün taxta (3 kub x 330 manat= 990 AZN), 1,5 kub pol altı üçün mil taxta (1,5 m3 x 330 azn = 495 AZN), 30 kq mismar (30 kq x 2 azn =60AZN), usta və fəhlə xərcləri üçün 120 kv x 8 azn= 960 AZN), 232 kv.m dam örtüyü üçün çəkilən xərclər 70 ədəd şifer (70 ədəd x 9 azn=630 AZN), 120 ədəd dəmir şifer (120 x 18 azn= 2160 AZN), 10 x 2,5 sm ölçüdə reyka şiferaltı üçün (2 kub x 330 azn = 660 AZN), mil şifer altı (2,5 kub x 330 azn= 825 AZN), 50 metr konyak (50 metr x 2 azn =100 azn),65 metr navalça (65m metr x 2 azn=130 AZN), 30 metr boru (30 metr x 2azn= 60 AZN), 20 kq mismar, şrup (20 kq x 2 azn = 40AZN), maşın fəhlə xərcləri (230 AZN), usta və fəhlə xərcləri üçün 232 kv.m x 8 azn = 1856 AZN, Alçipan üçün çəkilən xərclər 80 ədəd alçipan (80 ədəd x 10,5 azn =840 AZN), 8 rulon steklovat ( 8 x 19 azn =152 AZN), 20 kq şrup (20 kq x2 azn=40 AZN), maşın fəhlə (240 AZN), Profil və aksesuarı (750 AZN), 1 ədəd 2 m x 1 m ölçüdə pəncərə (240 azn). Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı İddiaçı 12570 manat və 6500 ABŞ dolları məbləğində, 10000 manat mənəvi ziyanın qarşılıqlı iddia üzrə iddiaçılara ödənilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü ildə mülki iş üzrə İddiaçı Əsmər Əliyeva ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Rəsmi nikahdan iki övladları anadan olub. Sonradan İddiaçı ilə qızının xasiyyətləri uyğun gəlmədiyi üçün Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-5377/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş və xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü övladları X10 yetginlik yaşına çatana kimi saxlanılması üçün hər ay 137 manat sabit pul məbləğində alimentin tutularaq Əsmər Əliyevaya ödənilməsi qət edilmişdir. İddiaçı doğma bacısı oğlu olduğu üçün milli mentalitet və qohumluq münasibətlərinin qorunub saxlanılması üçün onun vurduğu maddi və mənəvi ziyanın ödənilməsi üçün məhkəməyə müraciət etməmişdir. Lakin iddiaçı zənn edirdi ki, onun barədə məhkəməyə müraciət edərək onlara vurduğu maddi və mənəvi ziyanı tələb edəcəklər. O, bundan qorxaraq onları qabaqlayaraq məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı bacısına hörmət qoyaraq bu günə kimi məhkəməyə müraciət etməmişdir. Hazırda iddiaçı ona və həyat yoldaşına şər və böhtanlar ataraq əsassız olaraq maddi və mənəvi ziyan tələb edirlər. Qızına cehiz əşyaları kimi 1. 1500 manat dəyərində kondisioner (1 əd), 2. Almanya istehsalı iki ədəd avropa qapıları (hər biri 500 manat olmaqla 1000 manat), 3. Beko markalı qabyuyan-300 manat, 4. 4 gözlü qaz plitəsi-470 manat, 5. generator 1 ədəd - 300 manat. Hətta qızı gəlin köçəndə həyat yoldaşı xxxx-dan 4.000 ABŞ dolları, yeznəsinin adına - X1 2.500 ABŞ dolları, o özü isə Accsess Bank-dan 7.000 manat kreditə pul götürmüşdür, 2.000 manat dəyərində Əmrah Bank-dan soyuducu götürmüşdür. Bu əşyaların ümumi dəyəri 12.570 manat, 6.500 ABŞ dolları təşkil edir. Dəfələrlə iddiaçıdan əşyaları geri tələb etsə də, iddiaçı nə əşyaları nə də onun dəyərini onlara könüllü şəkildə ödəməkdən imtina edir. İddiaçı öz iddia ərizəsində heç bir hüquqi əsası olmayan əsassız iddia tələbi ilə evin təmirinə çəkilən xərcləri tələb edir. Evinin ümumi sahəsi 140 kv.m ibarətdir. İddiaçı isə şər və böhtan ataraq bildirir ki, evin sahəsi 280 kv.m ibarətdir. İddiaçı ona məxsus mənzili yüksək səviyyədə təmir etdirdiyini qeyd edir. Əslində isə onun iddiasının heç bir hüquqi əsası yoxdur. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi və vəkili X11 məhkəmə iclasında ilkin iddianı müdafiə edərək ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin və qarşılıqlı iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(011)-5377/2017 nömrəli qətnaməsinə əsasən, X16 ilə İddiaçı Ramız oğlu arasında xx.xx.2014-cü il tarixdə 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akı qeydləri kitabında 264 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2015-ci il təvəllüdlü X18 anası X6 yanında qalması, İddiaçı xx.xx.2015-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2017-ci il tarixdən başlayaraq hər ay 137 (yüz otuz yeddi) manat sabit pul məbləğində aliment tutularaq X12 verilməsi qət edilmişdir. “xxxx” ASC ilə kredit alan (girov qoyan) Cavabdeh2 və zamin X21 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış MK/81468/40/18 nömrəli Kredit Sazişinə əsasən kreditor borcluya 18 ay müddətinə, illik 30% olmaqla 4000 ABŞ dolları məbləğində kredit vermişdir. Bu Saziş üzrə 1000 ABŞ dolları dəyərində ev əşyaları girov predmeti təşkil edir. “xxxx” ASC ilə kredit alan (girov qoyan) X2 və zamin Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış ME/42853/41/18 nömrəli Kredit Sazişinə əsasən kreditor borcluya 15 ay müddətinə, illik 32% olmaqla 2000 ABŞ dolları məbləğində kredit vermişdir. Bu Saziş üzrə 1000 ABŞ dolları dəyərində ev əşyaları girov predmeti təşkil edir. ME/42853/41/18 nömrəli Kredit Müqaviləsinə 1-E saylı Əlavə ev əşyalarının girovuna dair xx.xx.2014-cü il tarixli Akta əsasən 1 ədəd 300 ABŞ dolları dəyərində TV, 1 ədəd 400 ABŞ dolları dəyərində soyuducu, 1 ədəd 300 ABŞ dolları dəyərində paltaryuyan girov predmeti təşkil edir. “xxxx” ASC ilə kredit alan (girov qoyan) Cavabdeh2 və zamin X2 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış MK/82884/48/1 nömrəli Kredit Sazişinə əsasən kreditor borcluya 24 ay müddətinə, illik 29% olmaqla 5000 ABŞ dolları məbləğində kredit vermişdir. Bu Saziş üzrə 1000 ABŞ dolları dəyərində ev əşyaları girov predmeti təşkil edir. MK/82884/48/1 nömrəli Kredit Müqaviləsinə 1-E saylı Əlavə ev əşyalarının girovuna dair xx.xx.2015-ci il tarixli Akta əsasən 1 ədəd 200 ABŞ dolları dəyərində Soyuducu, 1 dəst 100 ABŞ dollar dəyərində yumşaq mebel, 1 dəst 200 ABŞ dolları dəyərində yataq mebeli, 1 ədəd 50 ABŞ dolları dəyərində TV, 1 dəst 50 ABŞ dolları dəyərində stol-stul, 1 ədəd 300 ABŞ dolları dəyərində kondisioner, 1 ədəd 100 ABŞ dolları dəyərində paltar dolabı girov predmeti təşkil edir. “xxxx” ASC ilə kredit alan (girov qoyan) X3 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış ME/82244/49/15 nömrəli Kredit Sazişinə əsasən kreditor borcluya 18 ay müddətinə, illik 31% olmaqla 2500 ABŞ dolları məbləğində kredit vermişdir. Bu Saziş üzrə 1200 ABŞ dolları dəyərində ev əşyaları girov predmeti təşkil edir. Mülki iş üzrə şahid qismində dindirilmiş X5 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Mən iddiaçı Əliyeva Cahidin dayısıyam, Cavabdeh1 isə qardaşı. İddiaçı iddiasında tam haqlıdır. Cavabdehlərin qızı ilə ailə qurandan sonra cavabdehlərə məxsus evi təmir etdirmişdir. Daha sonra həmin evdə əlavə olaraq bir mətbəx və bir şüşəbənd, otaq tikdirmişdir. Evin təmir xərclərinin hamısını Cahid çəkmişdir. Cahid Təmir xərclərinə, təxminən 18000 manat məbləğində pul xərcləmişdir. Evin təmirində özüm də iştirak etdiyinə görə təmir üçün hansı məbləğdə pulun xərcləndiyini dəqiq bilirəm. Mülki iş üzrə şahid qismində dindirilmiş X13 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Mən İddiaçı qohumuyam. Cavabdehləri İddiaçı vasitəsilə tanımışam. Cahidlə yoldaşı arasında mübahisə baş verəndən sonra qızın valideynlərinin evinə getmişdik ki, onların barışdıraq. O vaxtı deyilmişdir ki, ünvan 1 ünvanında yerləşən evi cavabdehlər Cahid ilə birlikdə təmir etmişdirlər. Mülki iş üzrə şahid qismində dindirilmiş X17 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Mən iddiaçı Əliyeva Cahidin bibisiyəm. Cavabdehlər Cahidin xalasıdır. Cahid ilə yoldaşı ayrıldıqdan sonra mən digər qohumlarla birlikdə onları barışdırmaq üçün cavabdehlərin evinə getdik. Orada söhbət zamanı bizə deyildi ki, cavabdehlərə məxsus olan evin təmirini İddiaçı edib. Təmir xərclərinin məbləğini bilmirəm. Lakin, Cahidin həmin evin qarşısında əlavə mətbəx və şüşəbənd tikdirdiyini Cavabdeh1 özü demişdir. Mülki iş üzrə şahid qismində dindirilmiş X14 məhkəmə iclasında ifadə verərək bildirdi ki, İddiaçı yaşadığı ərazidən təxminən 7-8 ildir ki tanıyır, Cavabdeh1 Təbliğat qızı və Cavabdeh2 isə tanımır. Təxminən 4-5 il bundan əvvəl, ayrı-ayrı vaxtlarda 2 dəfə olmaqla tikinti materialları satılan bazara gedərək, oradan sement və digər tikinti mallarını İddiaçı almış və həmin malları onun maşını ilə Zığ yolu istiqamətində tikilən evin həyətinə aparmışlar. Həmin vaxt qeyd etdiyi tikinti materiallarının pulunu İddiaçı vermiş və materialların daşınmasına görə də ona pul ödəmişdir. Həmin materialların dəyərini təqribən 1000 manat qiymətləndirir. Mülki iş üzrə şahid qismində dindirilmiş X19 məhkəmə iclasında ifadə verərək bildirdi ki, İddiaçı onun böyük qardaşıdır, Cavabdeh1 Təbliğat qızı onun xalası və Cavabdeh2 xalasının əridir. O özü Rusiyada yaşıyır, 2015-ci ilin mart ayında Bakı şəhərinə gəldiyi vaxt qardaşı Xəzər rayonu ərazisində həyətyanı sahədə tikintisinə 2014-cü ildə başlanmış evin tikintisini və həmin həyətdə digər evin təmirini həyata keçirirdi. Həmin vaxt o özü və qardaşı ustalara kömək etmişlər. İş materiallarında olan qaimələrə əsasən müxtəlif tikinti materiallarının alınması üçün ümumilikdə 3267,20 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə tərəflərin və onların nümayəndə və vəkillərinin izahatlarını, şahidlərin ifadələrini dinləyərək və mülki iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia əsassız olduğundan rədd edilməlidirlər. Məhkəmə ilk növbədə ilkin iddianın Cavabdeh1, Cavabdeh2 mənzilin təmiri üçün çəkilmiş xərcin əvəzi olaraq 18523 manat məbləğində maddi ziyanın alınıb İddiaçı verilməsi hissəsində araşdıraraq hesab edir ki, ilkin iddia üzrə iddiaçı tələb etdiyi halı təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, İddiaçı Cavabdeh1, Cavabdeh2 mənzilin təmiri üçün çəkilmiş xərcin əvəzini tələb etmiş, təmir işlərin görülməsi xüsusatı mülki iş materialları ilə öz təsdiqini tapsa belə, həmin işlərin görülməsi nəticəsində malların, habelə görülən işlərin dəyərinin cavabdehlər tərəfindən iddiaçıya tam olaraq ödənilməməsi halı məhkəmə prosesində öz təsdiqini tapmamışdır. Məhkəmə ilkin iddia üzrə iddiaçının təqdim etdiyi sübutlar, o cümlədən şahid ifadələri ilə bağlı qeyd edir ki, dindirilmiş şahidlərin mülki iş üzrə tərəflərlə qohumluq, həmçinin tanışlıq münasibətlərinin olması, o cümlədən şahidlərin ifadələri və onların ifadələri ilə tərəflərin ifadələri arasında ziddiyətlərin olması şahid ifadələrinə istinad edilməməsinə əsas verən hal kimi qiymətləndirilir. Bununla yanaşı, şahid ifadələrinin mülki işin digər sübutları ilə qiymətləndirilməli olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə şahidlərin ifadələri ilkin iddiaçının dəlili kimi istinad edilməli olan kifayət qədər mötəbər sübut hesab edilmir. Beləliklə, ilkin iddia üzrə iddiaçı görülən işlərin və istifadə edilmiş malların dəyəri, həmin işlərin və malların müqabilində hansı məbləğdə ödənişlərin aparıldığına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə ilkin iddianın mənəvi zərərin tutulması hissəsini araşdıraraq hesab edir ki, ilkin iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. ”Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçı mənəvi zərərin tutulmasını tələb etsə də, qeyri-maddi nemətərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozaraq ona mənəvi sarsınıtı, iztirab verdiyini əsaslandıran hər hansı bir dəlili məhkəməyə təqdim etməmişdir. Odur ki, ilkin iddia mənəvi zərərin tutulmasına dair hissədə təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı İddiaçı 12570 manat və 6500 ABŞ dolları məbləğində tutularaq qarşılıqlı iddia üzrə iddiaçılara ödənilməsi tələbinə hissəsində qarşılıqlı iddianı araşdıraraq belə hesab edir ki, qarşılıqlı iddia qeyd edilən hissədə təmin edilməməlidir. Mülki mübahisənin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Yuxarıda istinad edilən qanunvericilik normasının mətnindən aydın olur ki, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi əmlakın mülkiyyətçinin faktiki sahibliyindən çıxması, əmlakın naturada mövcud olması və başqasının qanunsuz sahibliyində olması hallarında mümkün olur. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçılar tərəfindən tələb edilən 12570 manat və 6500 ABŞ dolları məbləğin cehiz əmlakın alınması üçün xərcləndiyi halına istinad etsə də, əşyaların mövcudluğu, o cümlədən onların dəyəri və digər səciyyələndirən xüsusiyyətləri tələb edilən əşyaların qarşılıqlı iddia üzrə iddiaçının özünə məxsus olduğu və hal-hazırda qarşılıqlı iddia üzrə cavabdehin qanunsuz sahibliyində olduğunu təsdiq edilməsi üçün məhkəməyə yetərli sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi qeyd edilən hissədə sübuta yetirilmədiyindən rədd edilməldir. Məhkəmə qarşılıqlı iddianın qarşılıqlı iddia üzrə cavabdehdən mənəvi ziyana görə 10000 manat qarşılıqlı iddia üzrə iddiaçılara ödənilməsi hissəsində araşdıraraq hesab edir ki, qarşılıqlı iddia qeyd edilən hissədə təmin edilməməlidir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı mənəvi zərərin tutulmasını tələb etsə də, qeyrimaddi nemətərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozaraq ona mənəvi sarsınıtı, iztirab verdiyini əsaslandıran hər hansı bir dəlili məhkəməyə təqdim etməmişdir. Odur ki, qarşılıqlı iddia mənəvi zərərin tutulmasına dair hissədə təmin edilməməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ilkin və qarşılıqlı iddialar əsassızdır. Buna görə də ilkin iddia və qarşılıqlı iddia rədd edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh1, Cavabdeh2 qarşı Cavabdeh1, Cavabdeh2 mənzilin təmiri üçün çəkilmiş xərcin əvəzi olaraq 18523 manat məbləğində maddi ziyanın, 5000 manat mənəvi ziyanın və ödənilmiş dövlət rüsumuna görə 30 manatın alınıb İddiaçı verilmə tələbinə dair ilkin iddiası rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı İddiaçı 12570 manat və 6500 ABŞ dolları məbləğində, 10000 manat mənəvi ziyanın qarşılıqlı iddia üzrə iddiaçılara ödənilməsi tələbinə dair qarşılıqlı iddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-567/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-567/2021
03.03.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver