Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-57/2021 10.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı1, İddiaçı2 nümayəndəsi və vəkili X6, cavabdehin nümayəndəsi və vəkili X8 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ünvan 1 ünvanında “xxxx” MTK tərəfindən inşa olunmuş yaşayış binasının 3-cü blok, 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 147,7 kv.m olan 3 otaqlı, 11 saylı mənzilinin təmirinə xərclənmiş 60.000 manat məbləğində pulun yarısının- 30.000 manat məbləğində pulun alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı2 xx.xx.2014-cü il tarixədək rəsmi nikahda olmuşdur və həmin tarixdə onların nikahı pozulmuşdur. Nikah pozulmazdan xeyli əvvəl onlar faktiki olaraq ayrılmışlar və birgə təsərrüfat aparmamışlar. 2004-cü ildə İddiaçı1 ünvan 1 ünvanında “xxxx” MTK tərəfindən inşa olunmuş yaşayış binasının 3-cü blok, 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 147,7 kv.m olan 3 otaqlı, 11 saylı mənzilini öz adına əldə etmiş, lakin sonradan mənzilə dair müqavilə Cavabdeh adına dəyişdirilmişdir. Mənzil alınarkən, Cavabdeh və X1muşlar. Cavabdeh ilə Camal Sülyeymanovun münasibətləri kəskinləşəndə onlar cavabdehin mənzildən imtina etməsi və mənzilin İddiaçı2 adına keçirilməsi barədə razlılaşmışlar. Cavabdeh rəsmi olaraq notarial qaydada təsdiq olunmuş xx.xx.2012-ci il tarixli ərizə ilə MTK rəhbərliyinə müraciət edərək, mənzilin İddiaçı2 adına rəsmiləşdirilməsinə razı olduğunu bildirmiş, qeyd olunan mənzilə dair Camal Sülyemanovla MTK arasında xx.xx.2013-cü il tarixli müqavilə bağlanmışdır. Sonradan Cavabdeh həmin mənzilə payının müəyyən olunması üçiin iddia qaldırmış və Xətai rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır. Lakin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə onun iddiası təmin edilərək, 1/2 hissədə payı müəyyən olunmuşdur. Qətnamə Ali Məhkəmənin xx.xx.2018-ci il taixli qərarı ilə qüvvədə saxlanılmışdır. Bundan başqa, Xətai rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-566/2019 saylı qətnaməsi ilə Cavabdeh qeyd olunan mənzilə köçürülməsinə dair iddiası təmin olunmuşdur. Habelə, məhkəmə qərarları ilə onun mülkiyyət hüququnun qeydə alınıb müvafiq çıxarış verilməsinə dair iddia ərizəsi də təmin edilmişdir. Məlum olduğu kimi, yeni tikilən yaşayış binaları alıcılara təmirsiz vəziyyətdə verilir. Göstərilən mənzilin də alınarkən təmirsiz vəziyyətdə olması MTK ilə İddiaçı2 arasında bağlanmış müqavilə ilə təsdiq olunur. Deməli, Cavabdehnm payı təmirsiz vəziyyətdə olan mənzil üzərində müəyyən olunmuşdur. Onlar boşandıqdan sonra, həmin mənzil 2014-cii ilin oktyabr ayından balayaraq Yaşar Sülyemanovun bilavasitə rəhbərliyi ilə onun və İddiaçı2 birgə vəsaiti hesabına təmir olunaraq yaşayış üçün yararlı vəziyyətə gətirilmişdir. Mənzilin 2014-cii ilin oktyabr ayından başlayaraq təmir olunması “xxxx” MTK-nın xx.xx.2017-ci il tarixli, 20 saylı arayışı ilə təsdiq olunur. Belə ki, İddiaçı1 ərizəsinə əsasən həmin mənzilin təmirinə başlanılmasına icazə verilmiş və mənzil onun tərəfindən təmir olunmuş, kommunal xidmət haqları ödənilmişdir. Həmin mənzilin təmirinə indiyədək 60.000 manatdan çox pul, yəni mənzilin müqavilə dəyərindən çox pul xərclənmişdir. Təmirin aparılmasında Cavabdeh heç bir iştirakı olmamış, onun tərəfindən pul xərclənməmişdir. Təmirin 2014-cü ilin oktyabr ayından sonra aparılmasını, təmir işlərini həyata keçirmiş ustalar da təsdiq edə bilərlər. Belə olan halda, Cavabdeh heç bir vəsait sərf etmədən Yaşar və Camal Sülyemanovlar tərəfindən təmir olunaraq yaşayış üçün yararlı vəziyyətə salınmış mənzilə payına mütənasib təmir xərcini ödəmədən köçürülmə və mənzildən istifadə etməyə iddia etməsi, yuxarıda qeyd olunduğu kimi, haqlı və ədalətli sayıla bilməz. Hesab edirlər ki, o, ilk növbədə mənzilin təmirinə çəkilmiş xərcə şərik olmaqla təmir xərcinin payına düşən hissəsini, yəni 30 000 manat məbləğində pulu onlara ödəməlidir. Həmin mənzilin təmirinin Süleymanov qardaşları tərəfindən həyata keçirilməsi və onların təmir xərcini tələb etmək hüququ Cavabdeh sözügedən mənzil üzərində payının müəyyən olunmasına dair iddia ərizəsi üzrə çıxarılmış məhkəmə qərarlarında öz əksini tapmışdır (Ali Məhkəmənin xx.xx.2018ci il tarixli qərarı). Məhkəmə iclasında İddiaçı2 nümayəndəsi və vəkili X11 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X14 iddia tələbini qəbul etməyərək, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, iddiaçının bacısıdır. 2008-ci və 2010-cu illərdə mübahisəli mənzildə olmuşdur. Mənzildə təmir işləri 2009cu ildə başa çatmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, ustadır. Eynulla, cavabdehin qardaşı dedi ki, "Ev təmir olunur. Elektrikə ehtiyac var". O isə 3-4 günlük işi olduğunu və əgər işini bitirsə, gəlib işləyəcəyini bildirmişdir. 2011-ci ilin yay aylarında Eynulla ilə 8-ci kilometr bazarında təsadüfən görüşmüş, Eynullanın əlində olan əşyaları evə aparmağa kömək etmişdir. Həmin vaxtı mübahisəli mənzildə olmuş, mənzilin təmirli olduöunu görmüşdür. Mənzilə daxil olduqdan sonra, Eynulla aparılmış təmiri bəyərıib-bəyənməmədiyinı soruşmuşdur. Giriş qapısı tünd rəngdə idi. Zalın qapısı iki lay qapıdan ibarət idi. Döşəmə parketdən idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 şahid X9 ilə eyni məzmunda ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 və X4 ifadələrində göstərmişlər ki, 2014-cü ilin dekabr ayında İddiaçı1 dəvəti ilə mübahisəli mənzildə təmir işləri aparmışlar. Həmin vaxtı mənzildə yalnış borular, elektrik xətləri çəkilmiş olmuşdur. Mənzil yaşayış üçün yararlı vəziyyətdə olmamışdır. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını, şahidlərin ifadələrini dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, onlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakılara görə əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasınınxx.xx.2018-ci il tarixli 2(102)-2319/18 saylı qərarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(011)-3526/2017 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh Əmırullah qızının cavabdeh İddiaçı2 Muğan oğluna qarşı birgə nikah dövründə cavabdehlə əldə etdikləri və ümumi əmlakları sayılan ünvan 2 ünvanda yerləşən “xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış binasının 3-cu blok 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 147,74 kv.m olan 3 otaqlı, 11 saylı mənzilində cavabdehlə onun 1/2 hissədə paylarının müəyyən edilməsi barədə ilkin, İddiaçı2 Muğan oğlunun Cavabdeh Əınirullah qızına qarşı cavabdehin Bakı şəhəri Xətai rayonu M Hadi kuçəsı 70 mıvanua İBM MTK tərəfindən inşa olunmuş yaşayış binasının 3-cu blok 4-cü mərtəbəsində yerləşə ümumi sahəsi 147,7 kv.m olan 3 otaqlı, 11 saylı mənzil üzərində mülkiyyət hüququnun itirılmiş hesab olunması barədə qarşılıqlı iddia tələblərinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8608/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3526/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi qismən - ilkin iddia hissədə ləğv edilərək, həmin hissədə ıddıanın təmin edilməsi, ünvan 1 ünvanda yerləşən "xxxx" MTK tərəfindən unşa edilmiş yaşayış binasının 3-cü blok, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 147,74 kv.r olan 3 otaqlı, 11 saylı mənzilə iddiaçı Cavabdeh Əmırullah qızının və cavabdeh İddiaçı2 Muğan oğlunun 1/2 hissədə paylarının müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh İddiaçı2 Muğan oğlunun həmin qətnamədən verdiyi kassasıya şikayəti təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində ifadə vermiş X5 bildirmişdir ki, o Cavabdeh bacısıdır. Mübahisəli mənzil 2005-2009cu illərdə təmir olunub. 2008-ci ildə artıq ev dəmək olar ki təmir olunmuşdur. Şahid qismində ifadə vermiş İddiaçı1 bildirmişdir ki, o İddiaçı2 qardaşıdır. Mübahisəli mənzili o almış və 2006cı ildə həmin mənzili Cavabdeh adına keçirmişdir. Mənzilin təmirinə 2014-cü ildə başlanmış və 6 ay təmir getmişdir. Təmirə 50000 manat pul xərclənmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-566/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh Əmırullah qızının cavabdeh İddiaçı2 qarşı mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilərək, onun ünvan 1 saylı evin 11 saylı mənzilinə köçürülməsi qət edilmişdir. İşdə olan “xxxx” MTK tərəfindən İddiaçı1 xx.xx.2017-ci tarixdə verilmiş 200 saylı arayışın surətindən görünür ki, qardaşı İddiaçı2 məxsus Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsi 2945-cı məhəllə, ev 70 giriş 1,11 saylı mənzilin onun xx.xx.2014-cü il tarixli ərizəsinə əsasən təmirə başlanmasına icazə veriimışdir. Qeyd olunan mənzil İddiaçı1 tərəfindən təmir olunmuş və həmin mənzildə bu günədək yaşayaraq hesablanmış kommunal xidmət haqlarını vaxtında ödəyir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarıxlı, 558 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayony, M.Hadi küçəsində yerləşən 70 saylı evin 11 saylı mənzili üzrə yerinə yetirilmiş təmir işlərinin ümumi dəyəri təqribən 41100 manat məbləğində müəyyən edilmişdir. Təmir-tikinti işlərinin aparılma müddətinin müəyyən edilməsi üçün metodika olmadığından, tədqiq olunan mənzildə yerinə yetirilmiş təmir işlərinin hansı dövrü əhatə etməsi ilə əlaqədar tədqiqat aparılmamışdır. “xxxx” ASC-nin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, ünvan 3 mənzil 11 ünvanı üzrə “xxxx” ASC-nin elektron bazasında İddiaçı2 Muğan oğlunun adına xx.xx.2008-ci il tarixində 16508539 nömrəli müqavilə bağlanaraq **********110 saylı abonent kodu açılmışdır. Xətai rayonu Enerji Təchizatı və Satışı İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, M. Hadi küçəsi ev 70 mənzil 11 (abunə kodu **********01X11) xx.xx.2009-cu il tarixində Azərişıq ASC-nin balansına alınmış, yeni kod açılıb sayğac quraşdırılmışdır. Azərişıq ASC-yə xx.xx.2020-ci il tarixinə 61,38 manat dəyərində debitor borcu vardır. Bakı Regional Qazın Satışı Departamentinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2015-ci ii tarixli, SOCAR/15- 2900/xx-xx-000684 №-li əmrinə əsasən ‘Azəriqaz” İstehsalat Birliyinin tabeliyində fəaliyyət göstərən X24 Sahəsi ləğv edilən zaman müvafiq sənədlər Bakı Regional Qazın Satışı Departamentinə təhvil verilmədiyinə görə qazın alqı-satqısı barədə müqavilənin tapılması mümkün olmamışdır. Qeyd olunan ünvana aid ödəniş cədvəlinə əsasən 07/2011-ci il tarixdə 300 manat ödəniş olmuşdur. Beləliklə, işin məhkəmə araşdırılması ilə müəyyən olunmuş mübahisəsi halları ondan ibarət olmuşdur ki, İddiaçı1 ilə Cavabdeh arasında xx.xx-2002-ci il tarixdə nikah bağlanmış, xx.xx.2014-cü il tarixdə həmin nikah pozulmuşdur. Qanuni qüvvəsini almış məhkəmə aktları ilə ünvan 2 ünvanda yerləşən “xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış binasının 3-cu blok 4cü mərtəbəsində yerləşən, ümumi sahəsi 147,74 kv.m olan 3 otaqlı, 11 saylı mənzilə Cavabdeh Əmırullah qızının və İddiaçı2 1/2 hissədə payları müəyyən edilmiş, Cavabdeh həmin mənzilə köçürülməsi qət olunmuşdur. Hazırda iddiaçılar qeyd olunan mənzilin İddiaçı1 ilə Cavabdeh arasında nikah pozulduqdan sonra təmir edildiyini və təmirə onlar tərəfindən 60000 manat dərf edildiyini iddia edirlər. İddiaçılar tərəfindən dindirilmiş şahidlər mənzilin iddiaçlar tərəfindən təmir olunduğunu, cavabdeh tərəfindən dindirilmiş şahidlər isə mənzilin 2014-cü ilədək artıq təmir olunduğunu bildirirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş rəyə əsasən isə tədqiq olunan mənzildə yerinə yetirilmiş təmir işlərinin hansı dövrü əhatə etməsi ilə əlaqədar tədqiqat aparılmadığı qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2-ci maddəsində isə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları, qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması, başqa şəxsə zərər vurulması, əsassız varlanma, fiziki və hüquqi şəxslərin digər hərəkətlər, qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları kimi təsbit edilmişdir. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.7-ci maddəsinə görə vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə görə isə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. X19 Məhkəməsi “X3” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ- hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ, müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” Həmçinin, Azərbayca Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiçilar tərəfindən təqdim edilərək dindirilmiş şahidlərin, 2014-cü ilin dekabr ayına qədər mübahisəli mənzilin yaşayış üçün yararlı vəziyyətdə olmamasına dair ifadələrinə, məhkəmə tənqidi yanaşır. Belə ki, məhkəməyə təqdim edilmiş, mübahisəli mənzilin kommunal (su, qaz və elektrik təchizatları) xərclərini əks etdirən sənədlərdən görünür ki, 2009-2011-ci illərdən etibarən sözügedən xidmətlərə görə mübahisəli mənzilin abonenti tərəfindən ödənişlər həyata keçirilmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanında “xxxx” MTK tərəfindən inşa olunmuş yaşayış binasının 3-cü blok, 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 147,7 kv.m olan 3 otaqlı, 11 saylı mənzilinin təmirinə 60.000 manat məbləğində pul xərclədiklərini iddia etsələr də, bu barədə mötəbər sübutları iddia ərizəsinə əlavə etməmiş, məhkəmə baxışında isə məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, iddia tələbləri əsassız hesab edilməli və rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı ünvan 1 ünvanında “xxxx” MTK tərəfindən inşa olunmuş yaşayış binasının 3-cü blok, 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 147,7 kv.m olan 3 otaqlı, 11 saylı mənzilinin təmirinə xərclənmiş 60.000 manat məbləğində pulun yarısının- 30.000 manat məbləğində pulun cavabdehdən alınaraq onlara verilməsi barədə iddiası təmin edilməsin. İddia tələbi təmin olunmadığına görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçılara aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat iddiaçılar İddiaçı1 və İddiaçı2 tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, MEM VÖEN **********, AZ34CTRE**********0002088501 hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-57/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-57/2021
10.02.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver