Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5719/2021 04.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh2, xx.xx.1962-ci il təvəllüdlü Cavabdeh1 və X1 ona məxsus Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən mənzilinə olan yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 130-cu məhəllə, ev 10B, mənzil 48 onun xüsusi mülkiyyətindədir, bunu mənzilə dair çıxarışın surəti ilə təsdiq edir, hazırda sözügedən mənzildə keçmiş arvadı Cavabdeh2, Cavabdeh1, X3 qeydiyyatdadırlar, cavabdehlər həmin ünvanda qeydiyyatda olsalar da, həmin ünvanda yaşamırlar, formal olaraq qeydiyyatda qalmaları iddiaçının mülkiyyətçi kimi hüquqlarını pozur, onun sahiblik, istifadə və sərəncam vermək hüquqularını məhdudlaşdırır və bir sıra əlavə problemlər yaradır. İddiaçı həmçinin bildirdi ki, Cavabdeh2 ilə onun arasında olan nikah münasibətlərinə xitam verilmiş, aralarında 21.07.2020-ci il tarixli nikah müqaviləsi bağlanmışdır və müqaviləyə əsasən, tərəflər nikah dövründə birgə vəsait hesabına əldə olunan və iddiaçının adına olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 10B-də yerləşən 48 saylı mənzilin nikah pozulduğu zaman bölüşdürülməməsi və iddiaçının mülkiyyətində qalması barədə razılığa gəlmişlər, həmçinin cavabdehlər hazırda Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 1130-cü məhəllə, ev 10B, 67 saylı mənzildə faktiki olaraq yaşayırlar. Sonda İddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 04.08.2021-ci il tarixli məhkəmə iclasında İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını və qiyabi qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.Məhkəmə, qeyd edilən qanunvericilik normalarının tələblərinə uyğun olaraq, mülki işə cavabdehlərin iştirakı olmadan və qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı və Cavabdeh2 arasında bağlanmış 21.07.2020-ci il tarixli nikah müqaviləsindən görünür ki, tərəflər nikah dövründə birgə vəsait hesabına əldə olunan və İddiaçı adına olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 10B-də yerləşən 48 saylı mənzilin nikah pozulduğu zaman bölüşdürülməməsi və İddiaçı mülkiyyətində qalması barədə razılığa gəlmişlər. Belə ki, iş materiallarında olan İddiaçı və Cavabdeh2 arasında bağlanmış 21.07.2020-ci il tarixli nikah müqaviləsindən görünür ki, tərəflər nikah dövründə birgə vəsait hesabına əldə olunan və İddiaçı adına olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 1130-cü məhəllə, ev 10B, 67 saylı mənzilin nikah pozulduğu zaman bölüşdürülməməsi və Cavabdeh2 mülkiyyətində qalması barədə razılığa gəlmişlər. İş materiallarında olan Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən 10.10.2020-ci il tarixdə verilmiş AZ-İ seriyalı 368396 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və Cavabdeh2 arasındakı nikaha Xətai rayon Məhkəməsinin 13.07.2020-ci il tarixində xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 504 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış məktuba əlavə edilmiş, "xxxx" MTK üzvlərinin ümumi iclasının 1 №-li protokolundan çıxarışın surətindən görünür ki, İddiaçı koorperativə üzv qəbul olunmaqla Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 130-cu məhəllə, ev 10B, mənzil 48-in payçısı olması təsdiqlənmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış məktuba əlavə edilmiş 26.04.2016-cı il tarixli arayışın surətindən görünür ki, İddiaçı həqiqətən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 130-cu məhəllə, ev 10B, mənzil 48-də yaşayır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış məktuba əlavə edilmiş 26.04.2016-cı il tarixli maliyyə arayışının surətindən görünür ki, "xxxx" MTK-ya məxsus Bakı şəhəri, Xətai rayonu, ünvan 1-in pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir və MTK-ya borcu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş elektron çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 130-cu məhəllə, ev 10B, mənzil 48 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur, çıxarışın verilməsi tarixi 17.05.2016-cı ildir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 23.06.2021-ci il tarixli, ******* saylı “Yaşayış yeri üzrə qeydiyyat” haqqında Arayışından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 130-cu məhəllə, ev 10B, mənzil 48-də qeydiyyatda olan digər şəxslər Cavabdeh1 və Cavabdeh2 və X2r. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 23.06.2021-ci il tarixli, ******* saylı “Yaşayış yeri üzrə qeydiyyat” haqqında Arayışından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 130-cu məhəllə, ev 10B, mənzil 48-də qeydiyyatda olan digər şəxslər Cavabdeh1 və Cavabdeh2 və X2r. İş materiallarında olan 66274 saylı qəbzdən görünür ki, İddiaçı 20 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 130-cu məhəllə, ev 10B, mənzil 48 xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur, cavabdehlər həmin mənzildə qeydiyyatda olmalarına baxmayaraq orada yaşamırlar, mənzildən istifadə etmirlər, iddiaçı və keçmiş həyat yoldaşı Cavabdeh2 aralarında bağlanmış nikah müqaviləsinə əsasən, mübahisəli mənzilin bölüşdürülməməsi və iddiaçının mülkiyyətində qalması barədə razılığa gəlmişlər. Bununla belə, cavabdehlərin istifadə hüququna xitam verilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən, nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. Həmin Məcəllənin 38.3-ci maddəsinə əsasən, nikah müqaviləsi ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər. Həmin Məcəllənin 39.3-ci maddəsinə əsasən, nikah müqaviləsi yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlərin qeydiyyatda olduqları Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 130-cu məhəllə, ev 10B, mənzil 48-ə istifadə hüquqlarına xitam verilməlidir. Bununla bərabər məhkəmə qeyd edir ki, iddia tələbinin təmin edilməsi Cavabdeh1, X1 və Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, ünvan 1-dən qeydiyyatdan çıxarılması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və X1 Bakı şəhəri, Xətai rayonu, ünvan 1-ə istifadə hüququna xitam verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Cavabdehlər qiyabi qətnamə aldıqdan 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-5719/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(011)-5719/2021
04.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver