Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-574/2022 27.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil, Cavabdeh X1 iştirakları ilə İddiaçı cavabdeh X3 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X3 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, o, yəni İddiaçı ailə qurana kimi öz valideynləri ilə atasına məxsus və Bakı şəhəri, Yasamal rayonu, Zərgər Palan (keçmiş Q.İzmaylov) küçəsində yerləşən 128 nömrəli evdə yaşayırmış. Ailənin yaşayış şəraitini yaxşılaşdırmaq məqsədi ilə atası X7 1988-ci ildə Bakı şəhəri, Xətai rayonu, Zığ Yolu, ev 1V, 75 saylı mənzil verilmişdir. Beləliklə, 1988-ci ildən etibarən onun atası iki mənzilin: Bakı şəhəri, Yasamal rayonu, Zərgər Palan (keçmiş Q.İzmaylov) küçəsində yerləşən 128 nömrəli evin ( 30,0 kv.m) və Bakı səhəri, Xətai rayonu Zığ Yolu, ev 1V, 75 saylı mənzilin (30,14 kv.m) sahibi idi. xx.xx.1989-cu ildə o, cavabdeh X4 ilə rəsmi nikaha daxil olmuş və ailə quraraq onun atasına məxsus Bakı şəhəri, Xətai rayonu, Zığ Yolu, ev 1V, 75 saylı mənzildə yaşamışlar. Həmin zaman onların yaşadığı mənzil onun atası X5 adında idi və 07 yanvar 1998-cu il tarixdə bağışlanma yolu ilə onun adına keçirilmişdir. 115347 nömrəli, MH X2 əsasən onun adına mülkiyyət hüququ tanınmışdır. O, cavabdehlə bir müddət mehriban yaşadıqdan sonra onların ailə münasibətləri pozulmuş və aralarında 1989-cu il tarixdə rəsmiləşdirilmiş nikah xx.xx.2014-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon Qeydiyyat şöbəsi tərəfindən pozulmuşdur. Buna baxmayaraq hazırda ata tərəfindən ona bağışlanan və onun mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanda pasport qeydiyyatındadırlar. Mənzil, ümumi sahəsi 30,0 kv.m. olan iki otaqdan ibarətdir. Mənzilin bütün kommunal xərclərini o, tək özü aparır (Bakı şəhəri Xətai rayonu MKTB 02 saylı MKİS-nin xx.xx.2021-ci il tarixli, 41 saylı arayış). Beləliklə, ona məxsus, onun şəxsi mülkiyyətini təşkil edən mənzildə ailə üzvü olmayan cavabdeh X6 yaşayır və qeydiyyatdadır. Bu da onun xüsusi mülkiyyət hüquqlarının pozulması deməkdir. Əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh fərdi klinikada həkim-stomatoloq vəzifəsində işləyir və onun maddi vəziyyəti özünü yaşayış sahəsi ilə təmin etməyə imkan verir. Ona məxsus 30.0 kv.m yaşayış sahəsində keçmiş ailə üzvünün yaşaması onun həm mülkiyyət hüquqlarının pozulmasına, həm də onun şəxsi məkanını pozaraq şəxsi həyatına maneçilik törədir. Cavabdehin onun mənzilində rəsmi qeydiyyatda qalması və yaşaması onun mülkiyyət hüququndan doğan hüquqlarının tam həcmdə həyata keçirilməsinə mane olur. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, ev 1V, 75 saylı mənzildən cavabdeh X1 istifadə hüququna xitam verilməsi барядя гятнамя qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil hər biri ayrıayrılıqda iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında cavabdeh X4 ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. cavabdeh X4 izahatında bildirmişdir ki, başqa yaşayış yeri yoxdur, həmin mənzildə 1989-ci ildən yaşayır və həmin mənzil əsaslı şəkildə onun vəsaiti hesabına təmir edilmişdir. Məhkəmə, iddiaçı və onun nümayəndəsinin, həmçinin cavabdehin çıxışlarını dinləyərək və iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı, 191375 №-li nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə İddiaçı arasında olan nikah ləğv edilmişdir. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən MH seriyalı, 115347 №-li Qeydiyyat Vəsiqəsinin surətindən məlum olur ki, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, ev 1V, 75 saylı mənzil xx.xx.1998-ci il tarixdən xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan 2 saylı MKİS-si tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.1988-ci il tarixli orderə əsasən Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, ev 1V, 75 saylı mənzilin ilkin sahibi X8 olmuş, xx.xx.1998-ci il tarixdən mənzilin sahibi İddiaçıdır. İş materiallarında olan 2 saylı MKİS-si tərəfindən verilmiş arayışdan görünür ki, X4 (iddiaçının keçmiş əri) Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, ev 1V, 75 saylı mənzildə qeydiyyatdadır. Məhkəmə qeyd edir ki, xüsusi mülkiyyətdə olan mənzildə yerləşən yaşayış sahəsinə istifadə hüququnun əmələ gəlməsi üçün 2000-ci il 01 sentyabr tarixinədək Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsində və ya 2000-ci il 01 sentyabr tarixindən sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsində müəyyən edilmiş əsaslar mövcud olmalıdır.(Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarı). Qeyd olunmalıdır ki, MPM-in 217.2-ci maddəsinə əsasən hər bir mülki iş üzrə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi-hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə mübahisə 08 iyul 1982-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları ilə tənzimlənməlidir. Əvvəlki Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. 53-cü maddəyə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, “...Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna - xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. ...Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil və eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. Tərəflərin izahatları və mülki işdə olan sənədlərdən müəyyən olunur ki, mübahisə predmeti olan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, ev 1V, 75 saylı mənzil xx.xx.1988-ci il tarixli orderə əsasən X7 verilmiş, xx.xx.1998-ci il tarixdən həmin mənzilin mülkiyyətçisi İddiaçıdır. Tərəflər arasında 1989-cu il tarixdə rəsmiləşdirilmiş nikah xx.xx.2014-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon Qeydiyyat şöbəsi tərəfindən pozulmuşdur. Cavabdeh 1989-cu ildən Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, ev 1V, 75 saylı mənzildə qeydiyyatda olmaqla faktiki yaşayır və onun başqa yaşayış yerinin mövcud olması barədə məhkəməyə sübutlar təqdim edilməmişdir. Əvvəlki Mənzil Məcəlləsinin 60-cı maddəsinə görə icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir Məhkəmə yuxarıda qeyd edilmiş maddi-hüquq normalarının tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdeh mübahisəli mənzildə istifadə hüququna malik olan şəxs olduğu üçün, onun həmin mənzili 6 aydan artıq müddətə tərk etməsini təsdiq edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyi üçün cavabdehin istifadə hüququna yalnız kompensasiya ödənilməklə xitam verilə bilər. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh X3 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd olunduğu üçün məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: İddiaçı cavabdeh X3 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-574/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-574/2022
27.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver