Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5781/2024 29.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2010-cu il tarixli 950/k nömrəli əmrlə əmək müqaviləsi bağlayaraq Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Cavabdeh Şamaxı X14 QK avadanlıqlarının istismarı xidmətinə 4-cü dərəcəli xətti baxıcı təyin edilərək əmək fəaliyyətinə başlamışdır. xx.xx.2010-cu il tarixdə 01/K nömrəli əmrlə X17 Sahəsi QDX- nə 5-ci dərəcəli yeraltı qaz kəmərlərinə və avadanlıqlarının istismarı üzrə çilingər peşəsinə keçirilmişdir. xx.xx.2015-ci il tarixli 82/K nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması) tutduğu peşədən azad edilmişdir. xx.xx.2015-ci il tarixli 246 К nömrəli əmrlə Ağsu X15ı İdarəsi Şamaxı rayonu üzrə Təmir- Bərpa xidmətinə 5-ci dərəcəli yeraltı qaz kəmərlərinin istismarı və təmiri üzrə çilingər peşəsinə qəbul olunmuşdur. xx.xx.2021-ci il tarixli SOCAR **********000 70020B00081 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cü maddəsinə əsasən (başqa işə keçirilməsi ilə əlaqədar) əmək müqaviləsinə dəyişiklik edilməklə idarənin Şamaxı rayonu üzrə Kargüzarlıq və inzibati təsərrüfat xidmətinə 4-cü dərəcəli gözətçi peşəsinə keçirilmişdir. xx.xx.2023-cü il tarixli 14-2-2-12/3-1K-119/2023 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə (əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar əmək funksiyalarını yerinə yetirə bilməmək) əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərək tutduğu vəzifədən azad edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli 14-2-2-12/3-1K-119/2023 nömrəli əmri əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, xx.xx.2010-cu il tarixdən xx.xx.2023-cü il tarixinə qədər cavabdeh təşkilatda müxtəlif vəzifələrdə çalışmışdır. Çalışdığı bu illər ərzində əmək fəaliyyətində heç bir qüsur olmamış, rəhbərlik tərəfindən verilən tapşırıqları operativ və qüsursuz şəkildə yerinə yetirmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrdə qeyd olunanlar isə həqiqəti əks etdirmir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Psixi Sağlamlıq Mərkəzi” X13 verdiyi 02 may 2023-cü il tarixli 2902 nömrəli Rəyə əsasən "Fəaliyyətin məhdudlaşdırılması tələb olunan ayrı-ayrı peşə növlərinin və yüksək təhlükə mənbəyi ilə bağlı işlərin Siyahısında təsdiq edilmiş işlər istisna olmaqla digər yüngül işlərdə işləyə bilməyi təsdiq olunmuşdur. Cavabdeh iddiaçının altı aydan artıq işləyə bilmədiyimi əsas göstərsə də, bu həqiqəti əks etdirmir, çünki iddiaçı hər gün işdə olmaqla əmək funksiyalarını icra etmiş və müvafiq olaraq əmək haqqını almışdır. Odur ki, əmrdə qeyd olunanların əsası yoxdur. İddiaçı hesab etmişdir ki, cavabdeh o, İİ qrup əlil olduğu üçün onu işdən çıxarmışdır. Cavabdeh iddiaçının razılığı olmadan onun əmək müqaviləsinə xitam vermişdir. İddiaçı işdən çıxarıldığı vaxtdan işsizdir və başqa heç bir yerdən gəliri yoxdur. İddiaçı cavabdehlə dəfələrlə əlaqə yaratsa da, hər dəfə müxtəlif bəhanələr gətirərək, onu işə bərpa etməkdən boyun qaçırmışdır. Həmçinin iddiaçı hesab etmişdir ki, cavabdeh tərəfindən qanunsuz işdən çıxarıldığına görə ona işdən çıxarıldığı günün sonrakı günündən yəni xx.xx.2023-cü il tarixdən başlayaraq, işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqını ödəməyə borcludur. İddiaçı göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Cavabdeh X1 istismarı İdarəsinin 14-2-2-12/3-1K-119/2023 nömrəli 03 iyul 2023-cü il tarixli əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh X1 istismarı İdarəsinin Şamaxı rayonu üzrə Kargüzarlıq və inzibati təsərrüfat xidmətinin gözətçi vəzifəsinə bərpa edilməsi və xx.xx.2023-cü il tarixindən etibarən boş dayanmasına görə həmin vəzifə üçün müəyyən edilmiş ştat üzrə əmək haqqı məbləğinin məhkəmə qətnaməsi qanuni qüvvəsini alana qədər hesablanaraq, iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin bildirmişdir ki, 01 iyul və 02 iyul 2023-cü il tarixlərdə işdə olmuş, 03 iyul 2023-cü il tarixdə işdən azad olunduğunu öyrənmişdir, son dövrlər gözətçi vəzifəsinə keçirilmiş, işi bağlı heç bir nöqsanı olmamışdır. Məhkəmə iclasında çıxış edən cavabdehin nümayəndəsi X9 cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Nümayəndə həmçinin bildirmişdir ki, iddiaçı 03 iyul 2023-cü il tarixdə işdən azad olunmuşdur, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş arayışda əmək qabiliyyətsiz olduğu qeyd edilmişdir, iddiaçı işlədiyi dövrdə heç bir nöqsanı olmamışdır, həmin diaqnoz 2012-ci ildə qoyulmuşdur. Nümayəndə həmçinin iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, qeyd etmişdir ki, İddiaçı işdən azad edilməsinə dair 14-2-2-12/3-1K-119/2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmri və özünə aid əmək kitabçasını elə həmin gün, yəni xx.xx.2023cü il tarixdə almışdır. xx.xx.2023-cü il tarixdə isə Mediasiya prosesinin tətbiqi barədə Ağsu X15 İdarəsinə təklif göndərmişdir. xx.xx.2023-cü il tarixdə Şəki 1 saylı X3 prosesinin keçirilməsi üçün müraciət etmiş və xx.xx.2023-cü il tarixə təyin edilmiş Mediasiya sessiyasında ona ilkin Mediasiya Prosesinin baş tutmamasına dair arayış təqdim edilmişdir. İddiaçının xx.xx.2023-cü il tarixdə işdən azad edilməsinə dair əmrini və əmək kitabçasını alması, həmin tarixdən sonrakı 24-cü günü mediasiyaya müraciət etdiyi və xx.xx.2023-cü il tarixdə ilkin Mediasiya Prosesinin baş tutmamasına dair arayışı əldə etməsini də nəzərə alınsa əgər, iddiaçının iddia ərizəsi artıq xx.xx.2023-cü il tarixdə aidiyyatı Məhkəməyə daxil olmalı idi. Lakin iddia ərizəsi Ağsu rayon Məhkəməsinə xx.xx.2023-cü il tarxdə daxil olaraq qeydiyyata alınmışdır. Belə olduğu halda iddiaçının iddia müddətini 4 gün ötürmüş olduğu aydın şəkildə görünür. Bundan başqa iddiaçı X5 xx.xx.2024-cü il tarixdə Xətai Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək “əmrin ləğvi və işə bərpa “tələbinə dair iddia ilə müraciət etmiş Xətai Rayon Məhkəməsinin 2(011)- 4870/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadla iddia ərizəsi iddiaçıya qayıtmışdır. Təkrar olaraq xx.xx.2024-cü il tarixdə Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin hal-hazırda 2(011)-5781/2024 nömrə ilə qeydiyyatdadır. İddiaçı Xətai Rayon Məhkəməsinə də müraciət edərkən iddia müddətini buraxmışdır. Nəzərə alınsa ki, iddiaçı xx.xx.2024-cü il tarixdə Xətai Rayon Məhkəməsinə müraciət edib Xətai Rayon Məhkəməsinin 2(011)-4870/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadla iddia ərizəsi iddiaçıya qayıtmışdır. Sonradan iddiaçı Xətai Rayon Məhkəməsinə xx.xx.2024-cü il tarixdə təkrar müraciət etmişdir. Xətai Rayon Məhkəməsinə də müraciət edərkən 6 gün iddia müddətini buraxmışdır. Yuxarıda qeyd olunanlara əsasən hazırkı iş üzrə iddia müddəti tətbiq edilməklə iddiaçı X2 tələbinin rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh X1 istismarı İdarəsinin 14-2-2-12/3-1K-119/2023 nömrəli 03 iyul 2023-cü il tarixli əmrinin surətindən görünür ki, Cavabdeh X1 istismarı İdarəsinin Şamaxı rayonu üzrə Kargüzarlıq və inzibati təsərrüfat xidmətində İV dərəcəli gözətçi vəzifəsində işləyən işçi İddiaçı 20 fevral 2015-ci il tarixli, 246 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar əmək funksiyasını yerinə yetirə bilməməsi əsası ilə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X18 tərəfindən verilmiş 02 may 2023-cü il tarixli 2902 nömrəli rəydən görünür ki, İddiaçı üzvi şəxsiyyət pozuntusu, uzunmüddətli kompensasiya halı F07.0 diaqnozu qoyulmuş, AR NK-nın 15 fevral 2003-cü il tarixli 23 saylı qərarına əsasən “Fəaliyyətin məhdudlaşdırılması tələb olunan ayrı-ayrı peşə növlərinin və yüksək təhlükə mənbəyi ilə bağlı işlərin Siyahısı” nda təsdiq edilmiş işlər istisna olmaqla digər yüngül rejimli işlərdə işləyə bilməsi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X18 tərəfindən verilmiş 07 noyabr 2023-cü il tarixli 7740 nömrəli rəydən görünür ki, İddiaçı üzvi emosional labil pozuntu F06.6 diaqnozu qoyulmuş, işləməyə əks göstərişin olmadığı qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X18 tərəfindən verilmiş 05 dekabr 2023-cü il tarixli 8367 nömrəli rəydən görünür ki, İddiaçı üzvi emosional labil pozuntu F06.6 diaqnozu qoyulmuş, yüngül işlərdə işləməsinə əks göstərişin olmadığı qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə 03 iyul 2023-cü il tarixli və 02 oktyabr çıxarışdan görünür ki, İddiaçı İİ dərəcəli əlilliyi olmaqla, ona mərkəzi sinir sisteminin üzvi xəstəliyinin qalıqları psixopatobənzər davranışla diaqnozu qoyulmuşdur. İş materiallarında olan İddiaçı məxsus ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 07 yanvar 2008-ci il tarixdə 09 №-li əmr ilə Şamaxı rayonu Telekommunikasiya qovşağı 1 saylı TXS-nə 5-ci dərəcəli rabitə montyoru işinə qəbul edilmiş, 03 may 2010-cu il tarixdə 72 nömrəli əmr ilə öz ərizəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. 21 iyun 2010-cu il tarixdə 950/k nömrəli əmr ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Cavabdeh Şamaxı X14 QK avadanlıqlarının istismarı xidmətinə 4-cü dərəcəli xətti baxıcı vəzifəsinə təyin edilmiş, 16 iyul 2010-cu il tarixdə 01/K nömrəli əmr ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin X17 Sahəsi QDX- nə 5-ci dərəcəli yeraltı qaz kəmərlərinə və avadanlıqlarının istismarı üzrə çilingər peşəsinə keçirilmiş, 20 fevral 2015-ci il tarixdə 82/k nömrəli əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (başqa işə götürənlə əmək müqaviləsinin bağlanması) tutduğu vəzifədən azad edilmişdir. 23 fevral 2015-ci il tarixdə 246/k nömrəli əmr ilə Ağsu X15 İdarəsi Şamaxı rayonu üzrə təmir-bərpa xidmətinə 5-ci dərəcəli yeraltı qaz kəmərlərinin istismarı və təmiri üzrə çilingər peşəsinə qəbul edilmiş, 01 iyul 2021-ci il tarixdə SOCAR********************0081 nömrəli əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən (başqa işə keçirilmə ilə əlaqədar) əmək müqaviləsinə dəyişiklik edilməklə idarənin Şamaxı rayonu üzrə Kargüzarlıq və inzibati təsərrüfat xidmətinə 4-cü dərəcəli gözətçi peşəsinə keçirilmişdir. 03 iyul 2023-cü il tarixdə 14-2-2-12/3-1K-119/2023 nömrəli əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə (əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar əmək funksiyasılarını yerinə yetirə bilməməsi) əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək, tutduğu peşədən azad edilmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)- 259/2024 saylı 12 mart 2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavadbeh Cavabdeh Ağsu Regional İstismar İdarəsinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair mülki iş üzrə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Ağsu Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2(016)-973/2023 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh Ağsu Regional İstismar İdarəsinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddiası rədd edilmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya şikayətinin əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı əmrdə göstərilənlərin həqiqəti əks etdirməməsi, cavabdehin xx.xx.2023cü il tarixli əmrinin əsassız və qanunsuz olduğu üçün ləğv edilməli olması, iddiaçının hazırkı tələb üzrə iddia müddətini ötürməməsi, birinci instansiya məhkəməsinin iddia müddətinin ötürülməsi ilə bağlı istinad etdiyi halın əsassız olması, cavabdehin iddiaçı ilə əmək müqaviləsinə xitam verərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin, 79-cu maddəsinin 3-cü bəndinin tələblərini kobud şəkildə pozması, birinci instansiya məhkəməsinin iddiaçının əmək hüququnu pozmasına dair dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, iddia tələbi həmin tələbə cavab verməli olmayan idarəyə qarşı yönəldildiyindən, iddiaya cavab verməli olan Cavabdeh isə cavabdeh olaraq işə cəlb edilmədiyindən, apellyasiya mərhələsində cavabdehin əsl cavabdehlə əvəz edilməsi imkanları nəzərdə tutulmadığından, hazırkı vəziyyətdə həmin dəlillərin mübahisənin mahiyyəti üzrə həlli baxımından qiymətləndirmələsi doğru hesab edilə bilməz. İş materiallarında olan Cavabdeh Ağsu Regional İstismar İdarəsi tərəfindən verilmiş 10 aprel 2023-cü il tarixli Ağsu X15ı İdarəsinin Kargüzarlıq və inzibati təsərrüfat xidmətinin (Ağsu, İsmayıllı, Qobustan, Şamaxı, Kürdəmir, Ucar, Göyçay rayonları üzrə) gözətçisinin peşə təlimatında əsas və vəzifə borcu və işin xüsusiyyətləri sırasında aşağıdakılar qeyd edilmişdir: 2.1. Rəhbərliyin nümayəndəsi və ya növbəni təhvil verən gözətçi ilə birlikdə qorunan obyektdə qıfıl və başqa bağlayıcı qurğuların, damğanın, yanğına qarşı inventarın olmasının, siqnalizasiyanın, telefonun sazlığının, işıqlanmanın olmasının təmin edilməsi; 2.2. Obyekti qorumaq üçün təhvil aldığı vaxt nasazlıqlar üzə çıxarsa (sındırılmış qapı, pəncərə, qıfıl, damğanın və ya möhürün və s. olmaması haqqında) özünün tabe olduğu şəxsə, rəhbərliyin nümayəndəsinə və polis şöbəsinin növbətçisinə xəbər verilməsi və polis nümayəndəsi gələnə qədər izin qorunmasının təmin edilməsi; 2.3. Obyektdə yanğın baş verdikdə həyəcan siqnalının verilməsi, yanğın söndürənlərə və polis şöbəsinin növbətçisinin xəbərdar edilməsi, yanğın söndürülməsi üçün tədbirlərin görülməsi; 2.4. Müəssisə, idarə, təşkilatın girəcəyində növbə çəkdikdə işçilərin, müştərilərin, nəqliyyatın müəssisə, idarə təşkilatın ərazisinə və lazımı sənədlər təqdim etdikdən sonra geri buraxılmasına nəzarət edilməsi; 2.5. Faktiki yüklənmiş yükün sənədlərlə tutuşdurulması, darvazanın açılıb bağlanması; 2.6. Jurnalda qeydlər aparmaqla növbənin qəbul edilməsi və təhvil verilməsi; 2.7. Giriş-çıxış sahəsinin lazımı sanitariya vəziyyətində saxlanılması. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə görə əmək fərdi və ictimai rifahın əsasıdır. Həmin maddənin İİ hissəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin vəzifələri və prinsipləri arasında (bundan sonra ismin müvafiq hallarında «Əmək Məcəlləsi») əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipi müəyyən edilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən dövlət əlilliyi olan şəxslərə maksimum müstəqilliyə, fiziki, əqli, sosial və peşəkar qabiliyyətlərə nail olmaq və bunları qoruyub saxlamaq imkanı verir. Həmin qanunun 22.1-ci maddəsinə əsasən dövlət əmək bazarında əlavə iş yerləri və əlilliyi olan şəxslər üçün uyğun şəraitə malik müəssisə və təşkilatlar yaratmaq yolu ilə, eləcə də xüsusi proqramlar üzrə təlim təşkil etməklə, əlilliyi olan şəxslərin məşğulluğunu təmin edir. Həmin qanunun 22.2-ci maddəsinə əsasən “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əlilliyi olan şəxsləri işlə təmin etmək üçün müəssisə və təşkilatlarda kvota müəyyən edilir. Həmin qanunun 22.4-cü maddəsinə əsasən bu Qanunun 22.3-cü maddəsinə əsasən işə düzəlmək üçün əlilliyi olan şəxslərə verilmiş göndəriş, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş kvota şamil edilməyən müəssisələr istisna olmaqla, mülkiyyət növündən və təşkilati hüquqi formasından asılı olmayaraq müəssisə və təşkilatlar tərəfindən qəbul edilməlidir. Həmin qanunun 22.5-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilmiş əlilliyi olan şəxsləri onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməyən işəgötürənlər qanunla müəyyən edilmiş məsuliyyət daşıyırlar. Həmin qanunun 24.1-ci maddəsinə əsasən işəgötürənlər həmin istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlilliyi olan işçilərin, onların arzusu ilə və bu Qanunun 11-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş X6 nəzərə alaraq, işə düzəlməsi üçün iş yerləri ayırmağa və ya yenilərini təşkil etməyə borcludurlar. Həmin qanunun 24.2-ci maddəsinə əsasən bu Qanunun 24.1-ci maddəsində göstərilən əlilliyi olan şəxslərin iş yerlərinin onların istifadəsi üçün uyğunlaşdırılması məqsədi ilə işəgötürən əlilliyi olan şəxslərin iş yerlərindən istifadə imkanlarını asanlaşdıran texniki avadanlıq və qurğuların alınması, mövcud olan texniki avadanlıq və qurğuların əlilliyi olan şəxslərin tələbatına uyğunlaşdırılması, ixtisaslaşmış vasitəçilərin xidmətləri ilə təmin edilməsi kimi ağlabatan tədbirlər həyata keçirir. Həmin qanunun 24.4-cü maddəsinə əsasən müəssisənin ləğv edilməsi halları istisna olmaqla, bu Qanunun 24.1-ci maddəsində göstərilən işçi ilə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin vəzifələri və prinsipləri arasında (bundan sonra ismin müvafiq hallarında «Əmək Məcəlləsi») əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipi müəyyən edilmişdir. Əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. (7-ci maddə). Məcəllənin işəgötürənin əsas hüquqlarının arasında Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək və Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ təsbit olunmuşdur. (11-ci maddə) Əmək Məcəlləsinin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. (46-cı maddə) Əmək Məcəlləsinin 74-cü maddəsinin birinci hissəsinin “c” bəndinə əsasən qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilir. “Fəaliyyətin məhdudlaşdırılması tələb olunan ayrı-ayrı peşə növlərinin və yüksək təhlükə mənbəyi ilə bağlı işlərin Siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2003-cü il tarixli Qərarında həmin işlərin siyahısı aşağıdakı kimi göstərilmişdir:
1. Yüksəklikdə və hündürə qalxmaqla, habelə qaldırıcı qurğular, stasionar şəkildə quraşdırılmış və səyyar yükqaldıran mexanizmlər, eskalatorlar, kanat yolları, funikulyorlar və liftlər, o cümlədən körpülü, portal və qülləli kranlar, vışkalar, sərnişin və yük liftləri, asma sərnişin və yük kanat yollarına xidmətlə bağlı yerinə yetirilən işlər.
2. Dövlət meşə mühafizəsi, meşənin qırılması, daşınması və ilkin emalı ilə əlaqədar işlər.
3. Neft-qazçıxarma sənayesində (magistral neft-qaz boru kəmərləri daxil olmaqla), o cümlədən dəniz qazması və geoloji kəşfiyyatla əlaqədar işlər.
4. Dağ-mədən işləri, faydalı qazıntıların zənginləşdirilməsi üzrə və yeraltı şəraitdə aparılan bütün növ işlər.
5. Hidrometeorologiya stansiyalarında, yüksək dağlıq, çöl rabitə qurğularında, çətin coğrafi iqlim şəraitində olan işlər.
6. Ucqar, çətin keçilən, bataqlıq və dağlıq rayonlarda geoloji kəşfiyyat, topoqrafik, tikinti və s. işlər.
7. Qara və əlvan metallurgiya üzrə zərərli fiziki, termik, kimyəvi təsirlərlə bağlı, qara və əlvan metalların əridilməsi və bunun nəticəsində ərintilərin alınması üzrə bütün növ işlər.
8. Kənd təsərrüfatında zəhərli kimyəvi maddələrlə tozlandırma, çiləmə və bu maddələrin daşınması, yüklənməsi, boşaldılması işləri.
9. Partlayış, zəhərlənmə, güclü zəhərlənmə, tezalovlanma, tezalışma təhlükəsi olan istehsalat sahələrindəki işlər.
10. Təhlükəli yüklərin qəbulu, saxlanması, yüklənməsi və boşaldılması, hava, dəniz, dəmir yolları və avtonəqliyyat vasitələri ilə daşınması, təhlükəli yükləri daşıyan vaqonların, xüsusi sisternlərin və konteynerlərin yuyulması və təmizlənməsi ilə bağlı işlər.
11. Mexaniki avadanlıqlarda (tokar, frezer və digər ştamplayıcı preslərdə) işlər.
12. Bütün növ nəqliyyatın hərəkəti ilə bilavasitə əlaqədar olan işlər, o cümlədən nəqliyyat bələdçiliyi.
13. Radioaktiv və elektromaqnit şüalanma ilə bağlı işlər.
14. Neft-kimya, neft emalı və kimya sənayesində toksiki maddələrlə əlaqədar olan bütün işlər.
15. Təzyiq altında olan və suqızdırıcı avadanlıq və qurğulara xidmətlə bağlı bütün işlər.
16. Maşinist (ocaqçı), qazanxana operatorları və qaz nəzarəti xidmətində olan bütün işlər.
17. Odlu silah daşımaq və tətbiq (istifadə) etməyə icazəsi olan hərbiləşdirilmiş mühafizə, xüsusi rabitə, inkassasiya aparatı xidməti, banklarda olan bütün işlər.
18. Qazdan xilasetmə xidməti, açıq qaz və neft fontanlarının qarşısının alınması və ləğv edilməsi, dağ və dağ xilasetmə və yanğından mühafizə xidməti ilə bağlı işlər.
19. Növündən asılı olmayaraq elektrik gərginliyi olan qurğulara xidmətlə bağlı işlər.
20. Heyvandarlıq fermalarındakı bütün işlər.
21. Su kəməri qurğularına, su ehtiyatı ambarlarına xidmətlə bağlı bütün işlər.
22. Qida məhsulları müəssisələrində, südçülük fermalarında, süd mətbəxlərində, qida baza və ambarlarında qida maddələri ilə, onların istehsalı, saxlanması və satılması ilə bağlı bütün işlər.
23. İaşədə, ticarət müəssisələrində, o cümlədən bütün müəssisələrin, nəqliyyatın və vağzalların bufet və qida bloklarında olan işlər.
24. Tədris-tərbiyə müəssisələrində olan bütün işlər.
25. Uşaq və yeniyetmələrin sağlamlıq müəssisələrində olan bütün işlər.
26. Məktəbəqədər təhsil müəssisələrində olan bütün işlər.
27. Müalicə-profilaktika müəssisələrində, sanatoriya, istirahət evləri, pansionat, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrində bilavasitə xəstələrin qidalanması ilə əlaqədar olan işlər
28. Xəstələrin diaqnostikası və müalicəsi ilə bağlı, o cümlədən doğum evlərində (şöbələrində), uşaq xəstəxanalarında (şöbələrində) yenidoğulmuşların, vaxtından qabaq doğulmuşların patologiyası şöbələrində olan işlər.
29. Dərman maddələrinin hazırlanması, qablaşdırılması və satışı ilə məşğul olan apteklərdə, farmasevtik zavod və fabriklərdə olan işlər.
30. Kompüter operatorları və proqramçıları.
31. Əhaliyə sanitar-gigiyenik, məişət xidməti göstərən müəssisələrdə olan işlər.
32. Üzgüçülük üzrə məşqlər, təlimlər, müalicəvi su prosedurları ilə bağlı işlər.
33. Mehmanxana və yataqxanalarda məsul və xidməti işlər. Əmək Məcəlləsinin 74-cü maddəsinin ikinci bəndinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Əmək Məcəlləsinin 76-cı maddəsinin 1-ci bəndinə görə İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Həmin Məcəllənin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin fərdi əmək mübahisələrinin predmetini müəyyən edən 288-ci maddəsində əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi fərdi əmək mübahisələrinin predmeti kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 292-ci maddəsinə görə İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 1-ci hissəsinə əsasən, 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin Məcəllənin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. İlk növbədə məhkəmə cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır ( MM-in 375.1 və 375.2 maddələri). Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında, o cümlədən Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddəti institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 4.1-ci maddəsinə əsasən Mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır. Həmin qanunun 3.2-ci maddəsinə görə ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanunun 24.7-ci maddəsinə əsasən bu Qanunun 21.5-ci maddəsinə uyğun olaraq, mediasiya prosesinin ümumi müddəti 30 gündən artıq olmayaraq davam edə bilər. Mübahisənin mürəkkəbliyi nəzərə alınaraq tərəflərin razılaşması ilə mediasiya prosesinin müddəti daha 30 gün müddətinə qədər uzadıla bilər. Mediasiya prosesinin keçirilməsinin konkret müddəti ümumi müddət nəzərə alınmaqla “mediasiya prosesinin tətbiqi barədə müqavilə” ilə müəyyən olunur. İş materiallarından müəyyən edilir ki, iddiaçı Cavabdeh X1 İstismar İdarəsinin rəisinin 03 iyul 2023-cü il tarixli, 14-2-2=12/3-1K-119/2023 nömrəli əmri ilə eyni gün tanış olmuş, X16 1 saylı Mediasiya Təşkilatına 27 iyul 2023-cü il tarixdə müraciət etmişdir. Mediasiya Prosesinin tətbiqi barədə təklif 27 iyul 2023-cü il tarixdə Cavabdeh Ağsu Regional İstismar İdarəsinə göndərilmiş, X16 1 saylı Mediasiya Təşkilatı tərəfindən İlkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayış 23 avqust 2024-cü il tarixdə verilmişdir. İddiaçı Cavabdeh Ağsu Regional İstismar İdarəsinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair Ağsu Rayon Məhkəməsinə müraciət etmiş, Ağsu Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2(016)-973/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-259/2024 saylı 12 mart 2024-cü il tarixli qətnaməsi ilə həmin qətnamə ləğv edilmiş, iddia tələbi həmin tələbə cavab verməli olmayan idarəyə qarşı yönəldildiyindən, iddiaya cavab verməli olan Cavabdeh isə cavabdeh olaraq işə cəlb edilmədiyindən, apellyasiya mərhələsində cavabdehin əsl cavabdehlə əvəz edilməsi imkanları nəzərdə tutulmadığından, hazırkı vəziyyətdə həmin dəlillərin mübahisənin mahiyyəti üzrə həlli baxımından qiymətləndirmələri doğru hesab edilə bilmədiyindən, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməmişdir. İddiaçı sonradan əsl Cavabdehnə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, nəzərə alaraq ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə görə əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur və iddiaçı X16 1 saylı Mediasiya Təşkilatına 27 iyul 2023-c il tarixdə müraciət etmişdir, iddiaçı iddia müddətini ötürməmişdir, odur ki, iddia müddəti ötürülmədyindən iddiaya mahiyyəti üzrə baxılmalıdır. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, İddiaçı 20 fevral 2015-ci il tarixdə bağlanmış 246 nömrəli əmək müqaviləsi və onun əsasında verilmiş 20 fevral 2015-ci il tarixli, 246K saylı əmrlə Şamaxı rayonu üzrə Təmir-Bərpa xidmətinin yeraltı qaz kəmərlərinin istismarı və təmiri üzrə 5-ci dərəcəli çilingəri peşəsinə işə qəbul edilmişdir. İddiaçı 01 iyul 2021-ci il tarixdə SOCAR **********00070020B00081 nömrəli əmrlə Cavabdeh İB Ağsu X15 İdarəsinin Şamaxı rayonu üzrə Kargüzarlıq və İnzibati Təsərrüfat Xidmətinə 4-cül dərəcəli gözətçi peşəsinə keçirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair müayinə olunan şəxs üzrə məlumatlarda iddiaçının İİ dərəcəli əlilliyi olması, diaqnoz Mərkəzi sinir sisteminin üzvü xəstəliyinin qalıqları, psixopatobənzər davranışla, əmək və sağlamlıq imkanlarının məhdudluğu, müddətsiz, əlillik səbəbi ümumi xəstəlik, əmək zəmanəti əmək qabiliyyətsiz kimi qeyd edilməsi nəzərə alınaraq, Cavabdeh X1 İstismar İdarəsinin rəisinin 03 iyul 2023-cü il tarixli, 14-2- 2=12/3-1K-119/2023 nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə istinad edilməklə xitam verilmiş və sonuncu işdən azad edilmişdir. Cavabdehin nümayəndəsi iddiaçının işlədiyi müddətdə həmişə işdə olduğunu və iş vəzifələrini qüsursuz yerinə yetirdiyini inkar etməmiş, lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş arayışda əmək qabiliyyətsiz qeyd olduğuna görə onunla əmək müqaviləsinin ləğv edildiyini bildirmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X18 tərəfindən verilmiş 05 dekabr 2023-cü il tarixli 8367 nömrəli rəydən görünür ki, İddiaçı üzvi emosional labil pozuntu F06.6 diaqnozu qoyulmuş, yüngül işlərdə işləməsinə əks göstərişin olmadığı qeyd edilmişdir. Göründüyü kimi İddiaçı işdə olduğu, əmək vəzifələrini icra etdiyi halda onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin "c" bəndinə əsasən işəgötürən tərəfindən qanunsuz olaraq ləğv edilmişdir. Halbuki qeyd olunan maddənin tələblərinə əsasən iddiaçının əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçinin əmək funksiyasını yerinə yetirə bilməməsi müəyyən edilməli idi, başqa sözlə, cavabdehin həmin normaya istinadən işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verməsi üçün işçinin əmək qabiliyyətsizliyi ilə əlaqədar olaraq altı ay əmək müqaviləsi üzrə öz əmək funksiyalarını icra edə bilməməsi sübut olunmalı idi. Hazırkı işdə isə belə mötəbər sübutlar mövcud olmamışdır. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının əmək qanunvericiliyinin yuxarıda qeyd edilmiş normalarını və işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, İddiaçı işdə olduğu, əmək vəzifələrini icra etdiyi halda onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin "c" bəndinə əsasən işəgötürən tərəfindən ləğv edilməsi qanunsuz olduğundan iddia tələbi əsaslıdır, odur ki, iddia təmin edilməli, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh X1 istismarı İdarəsinin 14-2-2-12/3-1K-119/2023 nömrəli 03 iyul 2023-cü il tarixli əmri əğv edilməli, İddiaçı Cavabdeh X1 istismarı İdarəsinin Şamaxı rayonu üzrə Kargüzarlıq və inzibati təsərrüfat xidmətində İV dərəcəli gözətçi vəzifəsinə bərpa edilməli, İddiaçı məcburi iş buraxmaya görə işə faktiki bərpa ediləcəyi vaxtadək əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q ə t e t d i:
İddia tələbi təmin edilsin. İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh X1 istismarı İdarəsinin 14-2-2-12/3-1K-119/2023 nömrəli 03 iyul 2023-cü il tarixli əmri ləğv edilsin. İddiaçı Cavabdeh X1 istismarı İdarəsinin Şamaxı rayonu üzrə Kargüzarlıq və inzibati təsərrüfat xidmətində İV dərəcəli gözətçi vəzifəsinə bərpa edilsin. İddiaçı məcburi iş buraxmaya görə 03 iyul 2023-cü il tarixdən işə faktiki bərpa ediləcəyi vaxtadək əmək haqqı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: İlahə Abbasova