Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5848/2020 07.12.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçı Aydin oğlunun Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh Abbas qızına qarşı “nikahın etibarsız sayılması” barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh Abbas qızına qarşı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Suraxanı rayonu qeydiyyat şöbəsi tərəfindən xx.xx.1986-cı il tarixdə X7 ilə Cavabdeh Abbas qızı arasında bağlanmış nikah haqqında 105 nömrəli aktın bağlandığı andan etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının X2 ilə cavabdeh arasında xx.xx.1986-cı il tarixdə Suraxanı rayonu qeydiyyat şöbəsində nikahın bağlanması haqqında 105 nömrəli akt tərtib edilmişdir. Lakin, atası ilə cavabdeh arasında həmin nikah bağlanan zaman, atasının əvvəlki nikahı qüvvədə olmuşdur. Belə ki, X2 ilə X10 arasında xx.xx.1982-ci il tarixdə Nərimanov rayonu qeydiyyat şöbəsində nikahın bağlanması haqqında 255 nömrəli akt tərtib edilmişdi. Bu nikah yalnız xx.xx.2016-cı il tarixdə ləğv edilmişdir. X2 xx.xx.2020-ci ildə vəvat etmişdir. Hesab edir ki, X2 ilə cavabdeh arasında xx.xx.1986-cı il tarixdə Suraxanı rayonu qeydiyyat şöbəsində 105 nömrəli aktla qeydiyyata alınmış nikah etibarsız hesab edilməlidir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında izahat verərək iddia tələbini qəbul etdiyini bildirdi və aralarında bağlanmış nikahın etibarsız hesab edilməsini xahiş etdi. Mülki iş materiallarında görünür ki, xx.xx.2020-ci il tarixli 05/3038/70 nömrəli arayışa əsasən X7 və X3 nikahı haqqında xx.xx.1986-cı il tarixdə Suraxanı rayon qeydiyyat şöbəsində 105 nömrəli akt ilə tərtib olunmuşdur, nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. xx.xx.2020-ci il tarixli 05/3037/70 nömrəli arayışa əsasən X7 və X5 nikahı haqqında xx.xx.1982-ci il tarixdə Nərimanov rayon qeydiyyat şöbəsində 255 nömrəli akt ilə tərtib olunmuşdur, nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Rəhimova soyadı verilmişdir. Nikahın pozulması haqqında AZ-İ seriyalı 248582 nömrəli şəhadətnaməyə əsasən X7 və X5 nikahı ləğv edilmiş, bu barədə xx.xx.2016-cı il tarixdə 126 nömrəli akt qeydi tərtib edilmişdir. Ölüm haqqında AZ-İİ seriyalı 089436 nömrəli şəhadətnaməyə əsasən X7 xx.xx.2020ci il tarixdə Bakı şəhərində ölmüşdür, bu barədə xx.xx.2020-ci il tarixdə 635 nömrəli akt qeydi tərtib edilmişdir. Doğum haqqında Xİİ-ЖГ seriyalı 387621 nömrəli şəhadətnaməyə əsasən X8 xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, X2, anası Cavabdeh Abas qızıdır. Nikahın bağlanması haqqında İİİ-ЖГ seriyalı 456991 nömrəli şəhadətnaməyə əsasən X7 və X3 nikahı haqqında xx.xx.1986-cı il tarixdə Suraxanı rayon qeydiyyat şöbəsində 105 nömrəli akt ilə tərtib olunmuşdur, nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş X6 verdiyi izahatında göstərdi ki, Cavabdeh bacısıdır. O İddiaçı mərhum Məmmədov Aydının oğlu olaraq tanıyır. İddiaçı anası ilə mərhum Məmmədov Aydın 1980-ci ildə boşanmışdırlar. Daha sonra Məmmədov Aydın bacısı Cavabdeh ilə 1986-cı ildə rəsmi nikaha daxil olmuşdur. Onların nişanı və toyu təntənəli şəkildə qeyd edilmişdir. Məmmədov Aydın ömrünün sonunadək onun bacısı İradə ilə birlikdə yaşamışdır. Birgə nikahdan onların övladları da olmuşdur. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş X8 verdiyi izahatında göstərdi ki, İddiaçı onun atasının X1 ilə olan birinci nikahdan oğludur. İddiaçıı 3-4 dəfə görüb. Cavabdeh isə onun anasıdır. Atası ilə anası 1986-cı ildə ailə qurmuşdurlar. Onlar atası rəhmətə gedən vaxta qədər bir evdə yaşamışdırlar. X9 adlı qadınla nikahından heç bir xəbərləri yoxdur. O qadını heç bir zaman görməmiş və tanımamışdır. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini və iş materiallarında olan digər sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən həmin məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən aşağıdakı şəxslər nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər: 26.1.1. nikah yaşına çatmayan şəxslə və nikah yaşına çatana qədər nikaha daxil olmaq üçün bu Məcəllənin 10.2-ci maddəsində nəzərdə tutulmuş icazə olmadıqda nikah bağlanarsa — yetkinlik yaşına çatmayan ər (arvad), onun valideynləri (onları əvəz edən şəxslər) və ya müvafiq icra hakimiyyəti orqanı; 26.1.2. nikah bu Məcəllənin 26.1.1-ci maddəsində nəzərdə tutulduğu eyni hallarda bağlanarsa və nikahda olan ər (arvad) yetkinlik yaşına çatarsa — yalnız həmin 18 yaşlı ər (arvad); 26.1.3. nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa — nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad); 26.1.4. nikahın bağlanmasına mane olan hallar barədə məlumatı olmayan ər (arvad), məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) isə qəyyumu; 26.1.5. pozulmamış əvvəlki nikah üzrə ər (arvad); 26.1.6. bu Məcəllənin 26.1.4-cü — 26.1.5-ci maddələrində göstərilmiş şəxslər istisna olmaqla, bu Məcəllənin 12-ci maddəsinin tələbləri pozulmaqla bağlanmış nikah nəticəsində hüquqları pozulmuş digər şəxslər, eləcə də müvafiq icra hakimiyyəti orqanı; 26.1.7. saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad); 26.1.8. bu Məcəllənin 13.7-ci maddəsində göstərilən hallar olduqda, hüquqları pozulmuş ər (arvad). Göründüyü kimi, hazırki mübahisə üzrə münasibətləri tənzimləyən Azərbaycan Respublikası Ailə Məcəlləsində nikahın etibarsızlığını tələb etmək hüququ olan şəxslərin dairəsi müəyyən edilmişdir. Bu nöqteyi-nəzərdən məhkəmə belə qənaətə gəlir ki, hazırki iş üzrə İddiaçı X7 ilə Cavabdeh Abbas qızının nikahının etibarsız hesab edilməsi barədə iddia ilə müraciət etməkdə subyektiv hüququ yoxdur. Yuxarıda istinad edilən normativ hüquqi aktlarının tələblərini və işin faktiki hallarını təhlil edərək məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Suraxanı rayonu qeydiyyat şöbəsi tərəfindən xx.xx.1986-cı il tarixdə X7 ilə Cavabdeh Abbas qızı arasında bağlanmış nikah haqqında 105 nömrəli aktın bağlandığı andan etibarsız hesab edilməsi barədə iddiası rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Suraxanı rayonu qeydiyyat şöbəsi tərəfindən xx.xx.1986-cı il tarixdə X7 ilə Cavabdeh Abbas qızı arasında bağlanmış nikah haqqında 105 nömrəli aktın bağlandığı andan etibarsız hesab edilməsi barədə iddiası rədd edilsin Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qüvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-5848/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5848/2020
07.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver