Məhkəmə qərarları › İş №2(011)-5849/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5849/2023

27.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5849/2023 27.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğum faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “doğum faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdirlər ki, üç övladı- xx.xx.2006-cı il təvəllüdlü oğlu Ramin, xx.xx.2009cu il təvəllüdlü qızı Ramilə və xx.xx.2011-ci il təvəllüdlü qızı Kamilə ev şəraitində doğulmuşlar və hələ də doğum haqqında şəhadətnaməsini ala bilməmişdir. Doğum haqqında şəhadətnamələri olmadığı üçün uşaqlarının heç bir sənədi yoxdur və heç biri məktəbə də getmir. Ona görə də xx.xx.2006-cı il təvəllüdlü oğlu Raminin, xx.xx.2009-cu il təvəllüdlü qızı Ramilənin və xx.xx.2011-ci il təvəllüdlü qızı Kamilənin doğum haqqında şəhadətnaməsini ala bilmək üçün 2 saylı Bakı şəhəri “ASAN Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin uşaqların doğulmasını təsdiqləyən hər hansı bir sənəd olmadığı üçün o, hər üç övladına da doğum haqqında şəhadətnamə ala bilməmişdir. Həmçinin uşaqların ev şəraitində doğulmalarına şahid olan qonşuları da var. 2 saylı Bakı şəhəri “ASAN Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən ona imtina verilmiş və bildirmişdir ki, o, doğum haqqında şəhadətnamələri ancaq məhkəmə yolu ilə edə bilər. Məhkəməyə müraciət etməkdə məqsədi ev şəraitində doğulan hər üç övladı – xx.xx.2006-cı il təvəllüdlü oğlu Raminin, xx.xx.2009-cu il təvəllüdlü qızı Ramilənin və xx.xx.2011-ci il təvəllüdlü qızı Kamilənin doğum haqqında şəhadətnaməsinin verilməsi ilə bağlıdır. Ərizə göstərilənləri nəzərə alaraq, hər üç övladı - xx.xx.2006-cı il təvəllüdlü oğlu Ramin, xx.xx.2009-cu il təvəllüdlü qızı Ramilə və xx.xx.2011-ci il təvəllüdlü qızı Kamilənin doğum haqqında şəhadətnaməsini alması üçün doğum faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi daha sonra tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəmə müraciət edərək, X5 16 dekabr 2006-cı il tarixində, X1 16 fevral 2009-cu il tarixində, X2 20 fevral 2011-ci il tarixində Bakı şəhərində doğulması faktının qeyd edilməsi, anası qrafasında “Ərizəçi”, anasının milliyəti qrafasında “azərbaycanlı”, atası qrafasında “X10”, atasının milliyəti qrafasında “azərbaycanlı” göstərilməklə doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iştirakları olmadan baxılmasını xahiş etmişdirlər. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan 2 saylı Bakı şəhəri “ASAN xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 09 iyul 2023-cü il tarixli 3-16-5/8-R-967/2023 №-li məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarına əsasən “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” nın 2.5.4 və 2.6-cı bəndinə əsasən, doğumun qeydə alınması üçün tibbi arayış, uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma köməklik göstərmiş və ya doğuşdan sonra valideynlərinin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim olunmalıdır. R. Sitarə bu sənədləri təqdim edə bilmədiyinə görə xx.xx.2006-ci il, xx.xx.2009-cu il və xx.xx.2011-ci ildə doğulmuş uşaqların doğumunu dövlət qeydiyyatına almaq imkanı xaricindədir. İş materiallarında olan Bakı şəhər Baş Səhiyyə İdarəsi 16 nömrəli uşaq poliklinikası tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ünvanlanmış 30 oktyabr 2023-cü il tarixli 163 №-li məktubun surətindən görünür ki, Ərizəçi övladları X11, X7, X8 16 saylı Uşaq Poliklinikasında tibbi qeydiyyatdadırlar və hal-hazırda sağlamdırlar. İş materiallarında olan Ruslan Nəbiyev tərəfindən məhkəməyə təqdim edilmiş 27 noyabr 2023-cü il tarixli ərizədən müəyyən edilir ki, o, X3, X2 və X5 atası olduğunu qəbul etmiş, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 izahatında bildirmişdir ki, o, ərizəçinin qonşusudur. Uşaqlar Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda doğulmuşlar. Uşaqların üçü də doğulanda ərizəçinin yanında olmuşdur. R.Qurbanova həmin ünvanda yaşamışdır. Uşaqların sənədi olmadığına görə məktəbə gedə bilməmişlər. O, üç uşağın anasının Sitarə, atasının Ruslan olduğunu təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında bildirmişdir ki, o, ərizəçinin qonşusudur, 10 ildir ki, tanışdırlar. O, həmin ünvanda yaşayır. Ramilənin ev şəraitində doğulmasına şahid olmuşdur. Uşaqların atası xəstə olduğuna, kasıb ailə olduqlarına görə doğum haqqında şəhadətnamə ala bilməmişlər. Uşaqlar məktəbə getməmişlər. S.Kərimova uşaqlarının anasının Sitarə, atasının Ruslan olduğunu təsdiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazimi sənədləri başqa qaydada ala bilməsin,yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə belə qənaətə gəlir ki, Ərizəçi ərizəsində göstərdiyi xüsusatları təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Belə ki, işdə olan sübutlarla təsdiq edilir ki, X11 16 dekabr 2006-cı il tarixdə, X7 16 fevral 2009-cu il tarixində, X8 20 fevral 2011-ci il tarixində Azərbaycan Respublikası Bakı şəhərində xx xxxx 1986-cı il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Ərizəçi və 17 noyabr 1980-ci il təvəllüdlü Gürcüstan Respublikasının vətəndaşı Ruslan Nəbiyevdən doğulmuşdur. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, mülki işin baxışı zamanı bilavasitə tədqiq edilmiş sübutlarla təsdiq edildiyi üçün ərizə təmin edilməli, X5 16 dekabr 2006-cı il tarixində, X1 16 fevral 2009-cu il tarixində, X2 20 fevral 2011-ci il tarixində Azərbaycan Respublikasının Bakı şəhərində xx xxxx 1986-cı il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Ərizəçi (atası 17 noyabr 1980-ci il tarixdə Rustavi şəhərində anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı Ruslan Nəbiyev olmaqla) doğulması faktı müəyyən edilməli, X5 doğum haqqında akt qeydində adı “Ramin”, soyadı “Nəbiyev” ata adı “Ruslan oğlu”, doğum tarixi “16 dekabr 2006-cı il”, doğum yeri “Azərbaycan Respublikası Bakı şəhəri”, anası qrafasında “Ərizəçi”, anasının milliyəti qrafasında “azərbaycanlı”, atası qrafasında “Ruslan Nəbiyev” atasının milliyəti qrafasında “azərbaycanlı”, X1 doğum haqqında akt qeydində adı “Ramilə”, soyadı “Nəbiyeva” ata adı “Ruslan oğlu”, doğum tarixi “16 fevral 2009-cu il”, doğum yeri “Azərbaycan Respublikası Bakı şəhəri”, anası qrafasında “Ərizəçi”, anasının milliyəti qrafasında “azərbaycanlı”, atası qrafasında “Ruslan Nəbiyev” atasının milliyəti qrafasında “azərbaycanlı”, X2 doğum haqqında akt qeydində adı “Kamilə”, soyadı “Nəbiyeva” ata adı “Ruslan oğlu”, doğum tarixi “20 fevral 2011-ci il”, doğum yeri “Azərbaycan Respublikası Bakı şəhəri”, anası qrafasında “Ərizəçi”, anasının milliyəti qrafasında “azərbaycanlı”, atası qrafasında “Ruslan Nəbiyev” atasının milliyəti qrafasında “azərbaycanlı” göstərilməklə doğum faktı qeydə alınmalı və ona doğum haqqında şəhadətnamələrin verilməsi vəzifəsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinin tələbinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 285, 296-300, -cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X5 16 dekabr 2006-cı il tarixində, X1 16 fevral 2009-cu il tarixində, X2 20 fevral 2011-ci il tarixində Azərbaycan Respublikasının Bakı şəhərində doğulması faktı müəyyən edilsin. X9 doğum haqqında akt qeydində adı “Ramin”, soyadı “Nəbiyev”, ata adı “Ruslan oğlu”, doğum tarixi “16 dekabr 2006-cı il”, doğum yeri “Azərbaycan Respublikası Bakı şəhəri”, anası qrafasında “Ərizəçi”, anasının milliyəti qrafasında “azərbaycanlı”, atası qrafasında “Ruslan Nəbiyev” atasının milliyəti qrafasında “azərbaycanlı”, X4 doğum haqqında akt qeydində adı “Ramilə”, soyadı “Nəbiyeva” ata adı “Ruslan oğlu”, doğum tarixi “16 fevral 2009-cu il”, doğum yeri “Azərbaycan Respublikası Bakı şəhəri”, anası qrafasında “Ərizəçi”, anasının milliyəti qrafasında “azərbaycanlı”, atası qrafasında “Ruslan Nəbiyev” atasının milliyəti qrafasında “azərbaycanlı”, X4 doğum haqqında akt qeydində adı “Kamilə”, soyadı “Nəbiyeva” ata adı “Ruslan oğlu”, doğum tarixi “20 fevral 2011-ci il”, doğum yeri “Azərbaycan Respublikası Bakı şəhəri”, anası qrafasında “Ərizəçi”, anasının milliyəti qrafasında “azərbaycanlı”, atası qrafasında “Ruslan Nəbiyev” atasının milliyəti qrafasında “azərbaycanlı” göstərilməklə doğum haqqında şəhadətnamələrin verilməsi vəzifəsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar