Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5850/2024 06.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi “şəxsin ölmüş elan edilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi : Ərizəçi “şəxsin ölmüş elan edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, Maraqlı şəxs2 ərizəçinin keçmiş həyat yoldaşı olmuşdur. Onunla birgə nikahından 09 avqust 2009-cu il təvəllüdlü Elmira və 29 iyun 2011-ci il təvəllüdlü Ayişə adlı iki qızları doğulmuşdur. Onunla aralarındakı nikah 05 fevral 2015-ci il tarixdə Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Nikahları pozulmazdan çox əvvəl həyat yoldaşı ərizəçini və uşaqlarını atıb evdən həmişəlik getmişdir. Qohumların dediyinə görə o, hələ nikahları pozulmazdan əvvəl Suriyaya müharibədə iştirak etmək üçün getmişdir və bu səbəbdən də nikahın pozulmasına dair məhkəmədə işə baxılarkən məhkəmə iclasında iştirak etməmişdir. Yaxın qohumların dediyinə görə Suriyaya getdikdən qısa müddət sonra o, müharibədə ölmüşdür. Həyat yoldaşının yoxa çıxması barədə hələ 2022-ci ildə Xətai rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Xətai RPİ-nin 36-cı Polis Şöbəsi xx.xx.2022-ci il tarixli qərarla keçmiş həyat yoldaşının yoxa çıxmasını təsdiqləmiş, lakin ərizəsi üzrə cinayət işinin başlanılmasını rədd etmişdir. Bundan sonra yenə də ərizəçi 36ci Polis Şöbəsinə keçmiş həyat yoldaşının yoxa çıxmasına dair ərizə yazmışdır. Xətai RPİnin 36-cı Polis Şöbəsi xx.xx.2024-cü il tarixli məktubla bu barədə yuxarıda qeyd edilmiş qərarla ətraflı məlumat verdiyini bildirmişdir. Keçmiş həyat yoldaşı Maraqlı şəxs2 ölmüş elan edilməsi birgə nikahdan anadan olmuş azyaşlı uşaqlarının gələcək taleyinin həll olunması üçün lazımdır. Odur ki, ərizəçinin məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Ərizəçi göstərilənləri nəzərə alaraq, keçmiş həyatı yoldaşı Maraqlı şəxs2 ölmüş elan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış Maraqlı şəxs1 nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs1 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs2 xx xxxx 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs1 tərəfindən verilmiş AZ-İİ seriyalı, 719772 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 29 iyun 2011-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Maraqlı şəxs2, anası isə X4r. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs1 tərəfindən verilmiş AZ-İİ seriyalı, 319862 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 09 avqust 2009-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Maraqlı şəxs2, anası isə X4r. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-35/2015 saylı 05 fevral 2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs2 qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, iddiaçı Ərizəçi ilə cavabdeh Maraqlı şəxs2 arasında Bakı şəhəri Maraqlı şəxs1ndə 01 aprel 2008-ci il tarixdə 283 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş 09 avqust 2009-cu il təvəllüdlü X2 və 29 iyun 2011-ci il təvəllüdlü X1 anaları- iddiaçı Ərizəçi yanında saxlanılması qət edilmişdir. Həmin qətnamədən görünür ki, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh Maraqlı şəxs2 məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs1 tərəfindən verilmiş AZ-İ seriyalı, 218976 nömrəli Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs2 Ərizəçi ilə olan nikahı ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 11 aprel 2015-ci il tarixdə 148 № ilə qeyd edilmişdir. İş materiallarında oln Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş 19 avqust 2024-cü il tarixli 3-38-2/33-3021/24 nömrəli məktubdan görünür ki, xx xxxx 1982-ci il təvəllüdlü Maraqlı şəxs2 01 yanvar 2014-cü il tarixdən 09 avqust 2024-cü il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: 03 aprel 2014-cü il tarixdə - çıxış 12 aprel 2014-cü il tarixdə - giriş 25 may 2014-cü il tarixdə - çıxış İş materiallarında olan Bakı şəhər Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsi tərəfindən məhkəməyə göndərilmiş vətəndaş Ərizəçi müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarda göstərilmişdir ki, aparılmış araşdırma zamanı vətəndaş Ərizəçi keçmiş həyat yoldaşı Maraqlı şəxs2 ilə əlaqəsini itirməsi barədə göstərdiyi xüsusatda cinayət xarakterli hallar müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi, vətəndaş Ərizəçi himayəsində olan iki azyaşlı övladları ilə birlikdə xarici ölkələrə çıxışı ilə bağlı iddia tələbi mülki xarakter daşıdığından ona mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan ünvanında yerləşən ümumi sahəsi 0.104 kv/m olan bağ sahəsi tam mülkiyyət hüququ üzrə Maraqlı şəxs2 adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli reyestr nömrəsi ilə 22 may 2012-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.2-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında haqqında işlərə baxır. Mülki Prosessual Məcəllənin 312-ci maddəsinə əsasən, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Bu Məcəllənin 313-cü maddəsinə əsasən, ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Həmin Məcəllənin 315.2-ci maddəsinə görə, şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Mülki Prosessual Məcəlləsinin 316-cı maddəsinə görə, xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin ləğvi üçün və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydin ləğv edilməsi üçün əsasdır. Mülki Məcəllənin 41.3-cü maddəsinə görə şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Beləliklə, ərizəçinin keçmiş əri xx xxxx 1982-ci il təvəllüdlü Maraqlı şəxs2 2014-cü il tarixdən ölkədən çıxması və ölkəyə bir daha qayıtmaması, yaşayış yerində onun harada olması barədə beş ildən artıq müddətdə məlumatın olmaması, ərizəçinin onun axtarışı üçün müraciət etdiyi müvafiq qurumların apardığı tədbirlərin nəticəsiz qalması iş materialları ilə sübut edilir. Məhkəmə hesab edir ki, göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir və Maraqlı şəxs2 ölmüş elan edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrinin tələblərini rəhbər tutub, məhkəmə Qətetdi: Ərizəçi “şəxsin ölmüş elan edilməsi” tələbinə dair ərizəsi təmin olunsun. xx xxxx 1982-ci il təvəllüdlü Maraqlı şəxs2 ölmüş elan edilsin. Hazırki qətnamənin qanuni qüvvəyə mindiyi gün Maraqlı şəxs2 ölüm günü hesab edilsin. xx xxxx 1982-ci il təvəllüdlü Maraqlı şəxs2 ölümü barədə qeydin aparılması Maraqlı şəxs1ndə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-5850/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5850/2024
06.11.2024 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver