Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-59/2022 05.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İlkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçının Cavabdeh2in nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nə və qeyrisinə (X1 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “mənzilin əsaslı təmirinə çəkilən xərclərin, maddi və mənəvi zərərin ödənilməsi, tələblərin eyni vaxtda icra edilməsi” tələbi barəsində ilkin; İddiaçı Cavabdeh2in cavabdeh İddiaçı qarşı “əldən çıxmış faydanın əvəzinin ödənilməsi” tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı X1 cavabdehlər Cavabdeh1 MMC-nə və Cavabdeh2yə qarşı – Bakı şəhəri, Xətai rayonu, Xocalı, indiki Lütfi-Zadə küçəsi, 2347-48-ci məhəllədə yerləşən binanın 3cü giriş, 7-ci mərtəbə, 3 otaqlı, 234 saylı mənzilin onun sahibliyində və istifadəsində olmasının müəyyən edilməsi barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MMC ilə iddiaçının anası İddiaçı arasında xx.xx.2013-cü il tarixli Mənzil tikintisi haqqında bağlanmış müqaviləyə əsasən, Bakı şəhəri, Xətai rayonu, Xocalı (indiki Lütfi-Zadə) küçəsi, 2347-48-ci məhəllədə yerləşən binanın 3-cü girişi, 7-ci mərtəbə, 3 otaqlı, 234 saylı mənzilin dəyəri 74000 manat müəyyən edilmiş, həmin vəsait nağd şəkildə Cavabdeh1 MMC-yə ödənilməklə faktiki olaraq iddiaçı üçün alınmışdır. Həmçinin Cavabdeh1 MMC tərəfindən anasının adına müqavilə ilə yanaşı mənzilin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışı verilmişdir. Daha sonradan mənzil DƏDRX-də iddiaçının anası İddiaçı adına hüquqi qeydiyyata alınmaqla mülkiyyət hüququna dair rəsmi çıxarış verilmiş, hazırda da mənzil iddiaçının anasının xüsusi mülkiyyətindədir. 2014-cü il tarixdən iddiaçı sözügedən mənzildə əsaslı təmir işlərinə başlamış və şəxsi vəsaiti hesabına həmin mənzildə 57000 manata yaxın vəsait xərcləməklə mənzili əsaslı şəkildə tam təmir etmişdir. 2015-ci il tarixdən isə tam təmirli mənzilinə köçüb bu günə qədər yaşamağa başlamışdır. Həmin ildən etibarən mənzilin bütün kommunal və digər xərclərini də şəxsən iddiaçı ödəmiş, bu gün də ödəməyə davam edir. Mənzil alınan 2013-cü il tarixdən məhkəmə mübahisəsi başlayan 2019-cu il tarixədək hazırkı mənzilin mübahisəli olmasını, "xxxx" MTK adlı şirkətlə cavabdeh İaşar İsayev arasında müqavilənin olmasından, Cavabdeh1 MMC ilə aralarında məhkəmə çəkişmələrinin olmasından xəbəri olmamış və iddiaçıya bu barədə heç kim və heç bir yerdən məlumat verilməmişdir. Hətta cavabdeh İaşar İsayev də həmin illərdə bir dəfə də olsa mənzilə gəlib mənzilin mübahisəli olmasını bildirməmişdir. 2019-cu ildən isə iddiaçının qeydiyyatda olduğu ünvana anasının adına cavabdeh qismində məhkəməyə çağırılması barədə bildiriş daxil olmuş, məhz həmin vaxt iddiaçı bilmişdir ki, sahibliyində və istifadəsində olan mənzilə dair məhkəmə mübahisəsi var. Həmin vaxt podratçı "xxxx" MTK ilə müqaviləsi olan İaşar İsayev, cavabdehlər Cavabdeh1 MMC-yə və anası İddiaçı qarşı “müqavilələrin etibarsız sayılması, mənzildən çıxarılma və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)- 1505/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, Xocalı (indiki Lütfizadə) küçəsi, 2347-48-ci məhəllədə yerləşən binanın 3-cü giriş, 7-ci mərtəbəsində olan 3 otaqlı, 234 nömrəli mənzilə dair Cavabdeh1 MMC ilə iddiaçı arasında bağlanan xx.xx.2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, iddiaçının həmin mənzildən çıxarılması, Bakı şəhəri, Xətai rayonu, Xocalı (indiki Lütfizadə) küçəsi, 2347-48-ci məhəllədə yerləşən binanın 3-cü giriş, 7-ci mərtəbəsində olan 3 otaqlı, 234 nömrəli mənzilin boşaldılaraq iddiaçı Cavabdeh2yə təhvil verilməsi qət edilmişdir. Həmin qətnamə ilə iddiaçının anası razılaşmadığına görə anası tərəfindən və Cavabdeh1 MMC tərəfindən apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsi MK-na müraciət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-7196/2019 saylı qətnaməsi ilə şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmış və Cavabdeh1 MMC-dən mənzilə ödənilən 74000 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına hər iki cavabdeh olaraq kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-7131/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclaslarında iddiaçının anasını təmsil edən vəkillər tərəfindən mənzilin faktiki iddiaçıya məxsus olması barədə məlumatlar verilmiş, lakin bütün bu məhkəmə prossesləri dönəmində mənzilin faktiki sahibi və istifadəçisi olaraq iddiaçı, məhkəmə prosseslərinə cəlb olunmamış və iddiaçının iştirakı təmin olunmamış mülki işə baxılaraq hazırkı məhkəmə aktları qəbul edilmişdir. Halbuki faktiki mənzil iddiaçı üçün alındığından, mənzildə şəxsən iddiaçı özü yaşadığından, həmin mənzilin faktiki sahibi və istifadəçisi iddiaçının anası deyil iddiaçı olduğundan, 2014-cü ildən başladığı mənzilin tam əsaslı təmir xərclərinin iddiaçının tərəfindən çəkilməsinə görə bu müddətlər ərzində davam edən məhkəmə çəkişmələri iddiaçının qanunla qorunan maraqlarına toxunduğundan bilavasitə iddiaçının məhkəmə proseslərində iştirakı təmin olunmalı idi. Cavabdeh1 MMC ilə İaşar İsayev və digərləri arasında baş vermiş məhkəmə prosseslərinin heç birindən iddiaçının xəbəri olmamış, iddiaçının iştirakı həmin məhkəmə prosseslərində təmin edilməmişdir. Bu səbəblərdən də həmin dövrdə qəbul edilmiş məhkəmə aktlarının hazırkı iddia tələbinə heç bir təsir qüvvəsi ola bilməz. Məhkəmənin xx.xx.2021-ci il tarixli iclasında X1 əsl İddiaçı ilə əvəz olunmuşdur. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Xocalı, indiki Lütfi-Zadə küçəsi, 2347-48-ci məhəllədə yerləşən binanın 3-cü giriş, 7-ci mərtəbə, 3 otaqlı, 234 saylı mənzilin əsaslı təmirinə çəkdikləri 57000 ABŞ dollarının manat məzənnəsinə uyğun real xərclərin əvəzi olaraq Cavabdeh2dən onun xeyrinə 96900 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi, mənzilin boşaldılaraq təhvil verilməsi və mənzildən çıxarılmanın pulun ödənilməsi ilə eyni vaxtda icra edilməsi, Cavabdeh1 MMC-dən maddi və mənəvi zərərin əvəzi olaraq 30000 manat pulun Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-7196/2019 saylı qətnaməsi ilə qaytarılmalı olan 74000 manat pul vəsaiti ilə eyni vaxtda ödənilməsi, mənzildən çıxarılma ilə pulun tam həcmdə ödənilməsinin eyni vaxtda icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı – Bakı şəhəri, Xətai rayonu, Telnov (indiki Lütfizadə) küçəsi, 2347-48-ci məhəllədə yerləşən binanın 234-cü mənzilindən istifadə etməsi ilə bağlı İddiaçı əldən çıxmış fayda kimi maddi zərər olan 35500 manatın və mənəvi zərər olaraq 10000 manatın alınaraq ona ödənilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı X1 cavabdehlər Cavabdeh1 MMC-nə və İaşar İsayevə qarşı - Bakı şəhəri, Xətai rayonu, Xocalı pr, indiki Lütfi Zadə küçəsi, 2347-48-ci məhəllədə yerləşən binanın 3-cü giriş, 7-ci mərtəbə, 3 otaqlı, 234 saylı mənzilin onun sahibliyində və istifadəsində olmasının müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli iclasında X1 əsl İddiaçı ilə əvəz olunmuşdur. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Xocalı, indiki Lütfi Zadə küçəsi, 2347-48-ci məhəllədə yerləşən binanın 3-cü giriş, 7-ci mərtəbə, 3 otaqlı, 234 saylı mənzilin əsaslı təmirinə çəkdikləri 57000 ABŞ dollarının manatın məzənnəsinə uyğun real xərclərin əvəzi olaraq Cavabdeh2dən onun xeyrinə 96000 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi, mənzilin boşaldılaraq təhvil verilməsi və mənzildən çıxarılmanın pulun ödənilməsi ilə eyni vaxtda icra edilməsi, Cavabdeh1 MMC-dən maddi və mənəvi zərərin əvəzi olaraq 30000 manat pulun Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-7196/2019 saylı qətnaməsi ilə qaytarılmalı olan 74000 manat pul vəsaiti ilə eyni vaxtda ödənilməsi, mənzildən çıxarılma ilə pulun tam həcmdə ödənilməsinin eyni vaxtda icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırda mübahisləndirilən mənzillə bağlı iddiaçı Cavabdeh1 MMC-nin iddia tələbləri ilə bağlı olan mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2024/2015 saylı, xx.xx.2015-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, "xxxx" MTK ilə Cavabdeh2 arasında bağlanmış mənzil tikintisi haqqında müqavilələr qanuni əsaslarla bağlandığından onların etibarsız sayılması üçün əsaslar yoxdur. Yəni mübahisələndirilən mənzilin Cavabdeh2yə məxsus olmasının qanuniliyi Ali Məhkəmənin qeyd edilən qərarı ilə tanınmış və qanuni hesab edilmişdir. Buna baxmayaraq, İddiaçı və onun ailə üzvləri qeyd olunan mənzildən qeyri-qanuni istifadə etmələrini davam etdirdiklərindən, Cavabdeh2 mənzilin boşaldılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, mübahisələndirilən mənzilə dair Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilə etibarsız hesab edilmiş, sonuncunun mənzildən çıxarılması və mənzilin boşaldılaraq iddiaçı Cavabdeh2yə təhvil verilməsi qət edilmişdir. Həmin qətnamə cavabdeh İddiaçı tərəfindən mlibahisələndirilmiş və uzun sürən məhkəmə mübahisələrindən sonra Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi cavabdehin təqsiri ucbatından yalnız 2021-ci ilin may ayında icra olunmuş və mənzil boşaldılaraq Cavabdeh2yə verilmişdir. Beləliklə 2015-ci ilin iyun ayından 2021-ci ilin may ayına kimi olan müddət arzındə İddiaçı öz ailə üzvləri ilə birlikdə mənzildən qeyri-qanuni istifadə etməsi ilə bağlı Cavabdeh2yə əldən çıxmış faydanın əvəzi olaraq, vurulmuş maddi zərərin əvəzi ödənilməlidir. Belə ki, Cavabdeh2 tərəfindən həmin mənzilin kirayəyə veriləcəyi halda aylıq olaraq ən azı 500 manat kirayə haqqı əldə edəcəkdir. Lakin mənzilin İddiaçı tərəfindən qeyri-qanuni olaraq istifadəsi nəticəsində Cavabdeh2 həmin gəlirini əldə etməkdən məhrum olmuş və ona həmin həcmdə maddi zərər dəymişdir. Cavabdeh2yə dəymiş maddi zərərin məbləği hər ay 500 manatdan hesablanmaq şərti ilə - 2015-ci ilin iyun-dekabr ayları - 3500 manat; 2016-2020-ci illər ərzində hər il üçün - 6000 manat; 2021-ci ilin yanvar-aprel ayları - 2000 manat olmaqla; cəmi: 35500 manat qaydasında hesablanmışdır. Bundan əlavə, belə bir vəziyyət, yəni mənzilinin ona təhvil verilməməsi, mənzildən digər şəxslərin qeyri-qanuni istifadəsi və uzun sürən məhkəmə mübahisələri Cavabdeh2də əsəb gərginliyi, stresli vəziyyət yaratmış və bunun nəticəsində ona maddi zərərlə yanaşı, mənəvi zərər də dəymişdir. İddiaçı tərəfindən mənəvi zərərin həcmi 10000 manat olaraq qiymətləndirilir. İlkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Onun məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İlkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh2in nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında ilk iddiaya etiraz edərək, qarşılıqlı iddianı müdafiə etmiş və məhkəmədən ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etdi. İlkin iddia ərizəsi üzrə Cavabdeh1 MMC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. İlkin iddia ərizəsi üzrə cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli iclasında İddiaçı ilkin iddia ərizəsi üzrə əsl iddiaçı, X1 isə üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, həm ilkin iddia, həm də qarşılıqlı iddia qismən əsaslıdır. Buna görə, həm ilkin iddia, həm də qarşılıqlı iddia qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 7131/2019 saylı xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Cavabdeh1 MMC və cavabdeh İddiaçı kassasiya şikayətləri təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7196/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7196/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1505/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış və Cavabdeh1 MMC-dən 74000 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı qaytarılması qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1505/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, Xocalı, indiki Lütfi-Zadə küçəsi, 2347-48-ci məhəllədə yerləşən binanın 3-cü giriş, 7-ci mərtəbəsində olan 3 otaqlı 234 nömrəli mənzilə dair Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, cavabdeh İddiaçı həmin mənzildən çıxarılması, Bakı şəhəri, Xətai rayonu, Xocalı, indiki Lütfi-Zadə küçəsi, 2347-48-ci məhəllədə yerləşən binanın 3-cü giriş, 7-ci mərtəbəsində olan 3 otaqlı 234 nömrəli mənzilin boşaldılaraq iddiaçı Cavabdeh2yə təhvil verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Lütfi-Zadə küçəsi, 2347/48 nömrəli məhəllənin 234 saylı mənzili üzərində İddiaçı xüsusi mülkiyyət hüququ xx.xx.2019-cu il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh1 MMC ilə payçı İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Telnov (Xocalı) küçəsi, 2347-48-ci məhəllədə yerləşmiş Cavabdeh1 MMC-nin tikilməkdə olan binasında 74000 manat dəyərində 234 №-li mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh1 MMC tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli №021158 saylı arayışdan görünür ki, İddiaçı Cavabdeh1 MMC-dən xx.xx.2013-cü il tarixdə 3-cü giriş, 7-ci mərtəbə, sahəsi 141,0 kv.metr olan 234 saylı, 3 otaqlı mənzil almışdır. Mənzilin dəyəri tam ödənilmişdir və İddiaçı Cəmiyyətə heç bir borcu yoxdur. İş materiallarında görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərardadı ilə daşınmaz əmlakın bazar qiymətinə və təmir qiymətinə uyğun qiymətləndirilməsi "xxxx" MMC-nə həvalə olunmuş və MMC tərəfindən ünvan 1 ünvanında 17 mərtəbəli binanın 7-ci mərtəbəsində yerləşən 234 nömrəli mənzilinin bazar dəyəri 160000 manat, təmir dəyəri 71500 manat olması müəyyən olunmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin 128/2021 saylı hesabatından görünür ki, ünvan 2 ünvanında yerləşən yaşayış obyektinin təmir xərcləri 29140 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin 129/2021 saylı hesabatından görünür ki, ünvan 2 ünvanında yerləşən yaşayış obyektinin xx.xx.2015-xx.xx.2021-ci il tarixləri arasında toplam icarə dəyəri 30050 manat təşkil edir. İş materiallarında görünür ki, Bakı şəhəri Xətai Rayon məhkəməsinin qərardadı ilə iş üzrə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/819 saylı ekspert rəyindən görünür ki, tədqiq olunan mənzilin ümumi sahəsinin 129,4 kv.metr təşkil etdiyini, eləcə də ayrı-ayrı internet saytlarındakı məlumatlara əsasən yeni mənzillərdə təmir işlərinin dəyərinin 1 kv.metr üçün orta hesabla 350 manat başa gəldiyini nəzərə aldıqda, Bakı şəhəri, Xətai rayonu, Xocalı, hazırki Lütfi-zadə küçəsi, 2347-48-ci məhəllədə yerləşən binanın 3-cü giriş, 7-ci mərtəbəsində olan 3 otaqlı 234 nömrəli mənzil üzrə yerinə yetirilmiş təmir işlərinin ümumi dəyəri təqribən 45290 manat məbləğində müəyyən edilir. Beləliklə, məhkəmə araşdırması zamanı mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, ilk İddiaçı xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Xocalı, indiki Lütfi-Zadə küçəsi, 2347-48-ci məhəllədə yerləşən binanın 3-cü giriş, 7-ci mərtəbəsində olan 3 otaqlı 234 nömrəli mənzilini əldə etmiş, ilk Cavabdeh2 ilə aralarında olan məhkəmə mübahisələrinin yekunu olaraq xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə mənzilin Cavabdeh2yə təhvil verilməsi qərara alınmışdır. Qərar qəbul edildiyi andan qüvvəyə minmişdir. İlk İddiaçı 2021-ci ilin aprel ayında ailə üzvləri ilə birlikdə mənzildən çıxmış və mənzil Cavabdeh2yə təhvil verilmişdir. İlk İddiaçı uzun müddət mənzildə yaşamış və mənzili təmir etmişdir. Odur ki, ilk iddia mənzilə çəkilmiş təmir xərclərinin dəyərinin ilk cavabdehdən tutulması hissəsində əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 157.6 və 157.7-ci maddələrinə əsasən, istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Sadalanan xüsusatlara və qanunvercilik normalarına əsasən, məhkəmə hesab edir ki, ilk iddiaçı mübahisəli mənzildə yaşadığı dövrdə sonradan ilk Cavabdeh2yə təhvil verilmiş mənzili təmir etdirməsi nəticəsində ilk cavabdeh əsassız varlanmışdır. Həmçinin iddiaçının özünə məxsus olduğunu guman etdiyi mənzili təmir etdirməsi nəticəsində ona maddi zərər dəymişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə hesab edir ki, ilk iddiaçının hazırkı iddia tələbi əsaslı olsa da, lakin həcminə görə qismən əsaslıdır. Belə ki, ilk iddiaçı iddiasında mənzilin təmirinə ümumilikdə 96900 manat xərc çəkdiyini bildirsə də, lakin məhkəmə tərəfindən iş üzrə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert rəyinə əsasən, mübahisəli Bakı şəhəri, Xətai rayonu, Xocalı, indiki Lütfi-Zadə küçəsi, 2347-48-ci məhəllədə yerləşən binanın 3-cü giriş, 7-ci mərtəbəsində olan 3 otaqlı 234 nömrəli mənzilinin təmirinin hazırkı vaxta olan ümumi dəyərinin 45290 manat olması müəyyən edilmişdir. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspert tərəfindən verilmiş rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Odur ki, məhkəmə hesab edir ki, mübahisəli mənzilə ilk iddiaçı tərəfindən çəkilmiş təmir xərclərinin dəyəri olan 45290 manat məbləğində pul vəsaiti ilk Cavabdeh2dən tutularaq, İddiaçı ödənilməlidir. Məhkəmə ilk iddianın “mənzilin boşaldılaraq təhvil verilməsi və mənzildən çıxarılmanın pulun ödənilməsi ilə eyni vaxtda icra edilməsi” barədə hissəsini araşdıraraq hesab edir ki, iddia göstərilən hissədə əsassızdır. Belə ki, ilk cavabdeh tərəfindən verilmiş izahatlardan müəyyən edilir ki, mənzil artıq 2021-ci ilin aprel ayında təhvil verilmişdir. Odur ki, ilk iddia göstərilən hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin ilk iddianın “Cavabdeh1 MMC-dən maddi və mənəvi zərərin əvəzi olaraq 30000 manat pulun Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-7196/2019 saylı qətnaməsi ilə qaytarılmalı olan 74000 manat pul vəsaiti ilə eyni vaxtda ödənilməsi, mənzildən çıxarılma ilə pulun tam həcmdə ödənilməsinin eyni vaxtda icra edilməsi” barədə hissələrini araşdıraraq hesab edir ki, ilk iddia göstərilən hissələrdə də əsassızdır. Belə ki, ilk iddiaçı ona 30000 manat məbləğində maddi və mənəvi zərərin vurulmasını bildirsə də, lakin həmin maddi və mənəvi zərərin nədən ibarət olması, nəyə əsaslanmasını göstərməmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sadalanan xüsustalara əsasən, məhkəmə hesab edir ki, ilk iddia göstərilən hissədə sübuta yetirilmədiyindən, təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddianın “Bakı şəhəri, Xətai rayonu, Telnov (indiki Lütfizadə) küçəsi, 2347-48-ci məhəllədə yerləşən binanın 234-cü mənzilindən istifadə etməsi ilə bağlı İddiaçı əldən çıxmış fayda kimi maddi zərər olan 35500 manatın tutulması” barədə hissəsini araşdıraraq hesab edir ki, qarşılıqlı iddia göstərilən hissədə qismən əsaslıdır. Belə ki, qarşılıqlı iddiaçı Cavabdeh2 Rusiya Federasiyasının vətəndaşı olduğundan, mübahisəli mənzil onun daimi yaşayış yeri olmamışdır. Bununla da, qarşılıqlı cavabdeh İddiaçı qarşılıqlı iddiaçı Cavabdeh2yə məxsus mənzili təhvil verməməsi nəticəsində sonuncuya maddi zərər dəymişdir. Ona görə ki, Cavabdeh2 daimi yaşayış yeri olmadığı üçün mübahisəli mənzili kirayə verməklə əldə edə biləcəyi gəlirdən məhrum olmuşdır. Həmçinin, məhkəmə qeyd edir ki, tərəflər arasında olan mübahisəli mənzillə bağlı məhkəmə mübahisələri Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə yekunlaşdığından və həmin qərar xx.xx.2019-cu il tarixdə qanuni qüvvəsini aldığından, həmin tarixdən 2021-ci ilin aprel ayınadək İddiaçı mənzili tərk etməməsi və Cavabdeh2yə təhvil verməməsi, həmin müddət ərzində orada yaşaması qanunsuz olmuşdur. Odur ki, Cavabdeh2 qarşılıqlı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Qarşılıqlı iddiaçı tələbini 2015-ci ilin iyun ayından 2021-ci ilin may ayına kimi olan dövr ərizində hər ay kirayə haqqının 500 manat olmaqla hesablayaraq, tələb etmişdir. Lakin məhkəmə hesab edir ki, mövcud tələbə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli İddiaçı həmin mənzildən çıxarılması və mənzilin boşaldılaraq Cavabdeh2yə təhvil verilməsi barədə qərarın qəbul edildiyi vaxtdan başlayaraq qərar icra olunub, mənzil Cavabdeh2yə təhvil verilənə qədər, yəni 2021-ci ilin aprel ayına kimi (daxil olmaqla) hesablanmaqla qiymət verilməli və qarşılıqlı iddia qismən təmin edilməlidir. İşdə olan "xxxx" MMC-nin verdiyi hesabatdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı, indiki Lütfi-Zadə küçəsi, 2347-48-ci məhəllədə yerləşən binanın 3-cü giriş, 7-ci mərtəbəsində olan 3 otaqlı 234 nömrəli mənzilin kirayə verilməsi xx.xx.2019cu il tarixdən xx.xx.2020-ci il tarixə qədər olan dövr ərzində hər ay 500 manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər olan dövr ərzində hər ay 550 manat təşkil etmişdir. Lakin qarşılıqlı iddiaçı aylıq kirayə haqqının bütün dövr üçün cəmi 500 manat olmaqla tələb etdiyindən, məhkəmə hesab edir ki, Cavabdeh2 xx.xx.2019-cu ildən xx.xx.2021-ci il tarixədək (17 ay 5 gün) əldə edə biləcəyi gəlir ümumilikdə 8583,3 manat (500/30x5+500x17) təşkil etmişdir. Odur ki, qarşılıqlı iddia göstərilən hissədə qismən təmin edilərək, qarşılıqlı cavabdeh İddiaçı 8583,3 manat məbləğində pul vəsaiti tutularaq qarşılıqlı iddiaçı Cavabdeh2yə ödənilməlidir. Məhkəmə qarşılıqlı iddianın “mənəvi zərər olaraq 10000 manatın alınaraq ona ödənilməsi” barədə tələbini araşdıraraq hesab edir ki, iddia qeyd edilən hissədə də əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə əsasən, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçı ona mənəvi zərər dəyməsi və dəymiş mənəvi zərərin 10000 manat olması barəsində tələbi üzrə hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən və ona mənəvi zərər vurulmasını məhkəmədə sübut etmədiyindən, habelə onun mənəvi ziyan dəyməsinə dair tələbi məhkəmədə işin hər hansı halı və sübutu ilə sübuta yetirilmədiyindən, mənəvi ziyanın ödənilməsinə dair qarşılıqlı iddia tələbi də əsassızdır. Odur ki, qarşılıqlı iddianın mənəvi ziyanın ödənilməsinə dair hissəsi də rədd edilməlidir. Məhkəmə hesab edir ki, ilk iddia qismən təmin edildiyindən, məhkəmə xərclərinə daxil olan ekspertiza xərci olan 50 manat pul vəsaiti İddiaçı 25 manat, Cavabdeh2dən 25 manat olmaqla, tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, həm ilkin iddia, həm də qarşılıqlı iddia qismən əsaslıdır. Buna görə, həm ilkin iddia, həm də qarşılıqlı iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İlkin iddia qismən təmin edilsin. Cavabdeh2dən 45290 (qırx beş min iki yüz doxsan) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı 8583,3 (səkkiz min beş yüz səksən üç manat otuz qəpik) manat məbləğində əldən çıxmış fayda tutularaq, Cavabdeh2yə ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq, dövlət büdcəsinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti Cavabdeh2dən tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli
Məhkəmə qərarları › İş №2(011)-59/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-59/2022
05.07.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver