Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5939/2021 21.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X14, Cavabdeh və onun nümayəndəsi və vəkili X10 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbi haqqında iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməyi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi 23.08.2016-cı ildən iddiaçıya məxsusdur. Cavabdeh onun mərhum qardaşının tanışıdır. Cavabdeh olan Cavabdeh hal-hazırda başqa mənzildə, yəni Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 25, mənzil 94-də qeydiyyatdadır. Lakin qeydiyyatsız olaraq iddiaçıya məxsus olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini zəbt edərək yaşayır. Cavabdehdən evindən çıxmasını hər dəfə tələb edəndə onu təhqir edir və hədəliyir. İddiaçını öz evində yaşamağa icazə vermir. O bugünki gün də məcbur qalaraq qohumlarının evində qalır. Cavabdeh ona məxsus olan evdən çıxartmaq üçün polis idarəsinə getmiş, lakin şifahi şəkildə imtina edərək məhkəməyə müraciət etməyi bildirildi. Artıq cavabdeh onu hədələyərək öz evindən didərgin salmışdır. Dəfələrlə evinə getmiş, lakin cavabeh evindən çıxmır və bu da azmış kimi, onu öz evinə girməyə qoymur. Evin bütün kommunal xərclərini iddiaçı ödəyir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili ərizə ilə müraciət edərək iddia ərizəsi və ona əlavə sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddiaya etiraz etmiş və işə mahiyyəti üzrə baxılmasını, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin müraciətini nəzərə alaraq işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. O, məhkəmə iclasında verdiyi izahatlarında göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 5-ci Qəsəbə küçəsi, ev 15A-nı 2016-cı ildə xəstə bacısı Zenfiraya Biləcəri qəsəbəsində yerləşən evi satdıqdan sonra almışdır. Cavabdeh iddiaçının mərhum qardaşı və bacısı ilə birgə yaşayıb, guya onlara baxırdı. Lakin, cavabdeh bacısını incitdiyinə görə iddiaçı sonradan bacısını öz yanına aparmışdır. Bir müddət sonra xəstə bacısı və qardaşı da ölmüşdür. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək bildirdi ki, o mərhum əri X17 ilə 07 fevral 2016-cı ildə ailə həyatı qurmuş. Ailə qurduqdan sonra bir neçə ay birlikdə kirayə ev tutaraq yaşamışlar. Ailə qurduqları il yəni, 2016-cı ildə əri X12 Biləcəridə yerləşən ata yurdu olan ev satılaraq əldə edilən vəsait bölünmüş və ərinin payına düşən 28000 (iyirmi səkkiz min) manat məbləğində pul onlara verilmişdir. Biləcəridə yerləşən ev satılmazdan öncə isə bir müddət mərhum ərinin ata yurdunda da yaşamışdırlar. İddiaçı tərəfindən bundan öncə də onun mübahisəli mənzildən çıxarılmağına dair tələblə məhkəməyə müraciət olunmuşdur. Məhkəmə araşdırılması zamanı tərəfindən sübut olaraq iddiaçının mübahisəli fərdi yaşayış evində bir gün belə, bir saat belə yaşamaması, onun həmin fərdi yaşayış evində mərhum əri ilə birlikdə yaşadığı faktı şahid ifadələri və digər sənədlərlə təsdiq olunmuş və Xətai Rayon Məhkəməsinin 2(011)-4336/2021 saylı, 01.06.2021 -ci il tarixli qətnaməsi ilə iddiaçının onun mübahisəli fərdi yaşayış evindən çıxarılmağına dair iddiası təmin olunmamışdır. Mübahisəli fərdi yaşayış evi özbaşına inşa edilmiş tikilidir ki, rayon bələdiyyəsində torpağın ilkin qeydiyyatı onun adına rəsmiləşdirilmiş, qəsəbə nümayəndəliyində o həmin ünvanda mərhum əri ilə yaşamağı qeydə alınmış (hal-hazırda tək yaşayır), digər kommunal xərclər isə onun adına rəsmiləşdirilmişdir. Bütün kəndin camaatı yaxın qonşular, hamı buna şahiddir ki, İddiaçı o ünvanda yaşamamışdır. Xəstə baldızı X6 da 4 il müddətində həmin evdə baxmış, müəyyən ehtiyaclarını ödəmişdir. 4 il qulluq etdikdən sonra isə İddiaçı baldızı X7 öz evlərinə aparıb və bundan bir müddət sonra baldızı İddiaçı evində dünyasını dəyişmişdir. İddiaçının özünün bir neçə mənzili, fərdi yaşayış evləri vardır. Hətta, Bakı şəhəri, 9-cu MKR, Mir Cəlal küçəsində yerləşən mənzil onun xüsusi mülkiyyətindədir. İddiaçının birgə nikah dövründə əldə etdikləri, hazırda əri Əmirov Qılmana məxsus Bakı şəhəri, 9-cu MKR, Mir Cəlal küçəsində yerləşən mənzildə 1/2 hissədə pay hüququna malikdir və həmin mənzildə də yaşayır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili iddia tələbini qəbul etmədiyini bildirmiş və işə mahiyyəti üzrə baxılmasını, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır, buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunmuşdur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 04.08.2021-ci il tarixli məktubuna əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 141, 11 saylı mənzil 212531 nömrəli, 04.07.1983-cü il tarixli orderə, İddiaçı tərəfindən verilmiş razılıq ərizəsinə, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən 13.03.2020-ci il tarixində X8 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İddiaçı adına Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində yerləşən, dövlət reyestrində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyəti Başçısının Əhmədli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 29.08.2016-cı il tarixli Arayışına əsasən Cavabdeh Xətai rayonu, Əhmədli qəsəbəsində, 5-ci Qəsəbə küçəsi, 15a nömrəli evdə qeydiyyatsız yaşayır. X1 notarial təsdiq edilmiş 20.08.2016-cı il tarixli ərizəsinə əsasən ünvan 2 ünvanda yerləşən 2 otaqlı, 30 kvadrat metrdən ibarət olan fərdi yaşayış evini İddiaçı satmışdır. Həmin əmlaka görə İddiaçı 28000 manat almışdır. Gələcəkdə həmin əmlaka dair heç bir iddia və tələbi olmayacaq. Bakı şəhəri Xətai rayonu Əhmədli Bələdiyyəsinin 13.09.2021-ci il tarixli 5 nömrəli məktubuna əsasən İddiaçı 2016-cı il tarixdə hazırlanmış Hesabat cədvəlini təqdim edərək Əhmədli bələdiyyəsində BAMS sisteminə vergi ödəyicisi kimi 17.08.2021-ci il tarixlə qeydiyyata alınmışdır. Cavabdeh təqdim etdiyi Məhkəmə qətnaməsindən sonra İddiaçı bələdiyyəyə təqdim etdiyi sənədlərin düzgün olmadığı və bələdiyyə qulluqçularını aldadıb, inandıraraq sistemə qeydiyyata düşdüyü məlum olduqdan sonra sistemdən çıxarılmışdır. Hal-hazırda Əhmədli bələdiyyəsində qeydiyyatda yoxdur. Cavabdeh təqdim etdiyi sənədlərə və qonşuların notarial qaydada imzaladıqları ərizəyə əsasən vətəndaş İddiaçı sözü gedən ünvanda yaşamayıb. Əhmədli Bələdiyyəsinin 28.07.2021-ci il tarixli Yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı 5-ci Qəsəbə küçəsi, ev 15A ünvanı üzrə vergi ödəyicisi kimi qeydə alınıb. Əhmədli Bələdiyyəsinin tədiyyə bildirişlərinin surətlərinə əsasən İddiaçı tərəfindən 5ci Qəsəbə küçəsi, ev 15A ünvanı üzrə vergi ödənişləri edilmişdir. Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı 01.08.1998-ci il tarixli 760 nömrəli Sərəncamının surətindən görünür ki, X9 fərdi yaşayış evi tikintisi məqsədi ilə rayonun Biləcəri qəsəbəsinin Yeni Yaşayış massivindən təqdim edilən cizgi əsasında 600.0 kv.metr torpaq sahəsi ayrılmışdır. Birinci tərəf X13 və ikinci tərəf X19 arasında bağlanmış 19.08.2016-cı il tarixli Torpaq alqı-satqısına dair ilkin müqaviləyə əsasən tərəflər 19.08.2036-cı il tarixə kimi Bakı şəhəri, Binəqədi rayonu İcra Hakimiyyəti Başçısının 01.08.1998-ci il tarixli 760 nömrəli sərəncamına əsasən X4 qəyyumu İddiaçı Bakı şəhəri, Biləcəri qəsəbəsinin Yeni Yaşayış massivində yerləşən 600 kv.metr torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldıqdan sonra 81000 manata ikinci tərəf X2 barədə gələcəkdə alqısatqı müqaviləsinin bağlanmasına dair razılığa gələrək bu müqaviləni bağladılar. Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı 30.12.2000-ci il tarixli sərəncamına əsasən İddiaçı Bünyad qızı ruhi xəstə, 1-ci qrup əlil olan bacısı X5 qəyyumu təyin edilmişdir. Mülki iş üzrə şahid qismində dindirilmiş X16 məhkəmə iclasında ifadə verərək bildirdi ki, iddiaçının qardaşının arvadıdır, cavabdehi də ərindən və İddiaçı eşitdiklərinə görə tanımışdır. Bildiklərinə görə, mübahisəli Əhmədli qəsəbəsi, 5-ci Qəsəbədə yerləşən evdə İddiaçı qardaşı və xəstə bacısı yaşamışdır. Cavabdeh İddiaçı qardaşı ilə hamıdan xəbərsiz evlənmiş, o evə gəlmişdir. İddiaçı qardaşı öldüyü vaxt həmin evdə yaşamışdır. O bildiyinə görə İddiaçı həmin evi xəstə bacısı üçün almışdı. İddiaçı əri Sevilin xəstə bacısını Bakı şəhəri, 9-cu mikrorayonda yerləşən evdə yaşamağa qoymurdu. İddiaçı Bakı şəhəri, 9-cu mikrorayonda yerləşən evdə yaşayırdı və Əhmədlidə yerləşən evdə də qalırdı və xəstə bacısına baxırdı. Bildirdiyi məlumatları, İddiaçı dediklərinə əsasən öyrənmişdir. Mülki iş üzrə şahid qismində dindirilmiş X11 məhkəmə iclasında ifadə verərək bildirdi ki, iddiaçının bacısıdır. Bacısı İddiaçı Əhmədli qəsəbəsi, 5-ci Qəsəbə küçəsi, ev 15A-nı 2016-cı ildə Biləcəridə xəstə bacısının adına olan evi sataraq xəstə bacısına baxmaq üçün almışdır. Biləcəridə yerləşən evi 2000-ci ildə tikdirmişdir. Cavabdeh Əhmədli qəsəbəsi, 5-ci Qəsəbə küçəsi, ev 15A-da yaşamayıb, həmin evdə xəstə bacısı və qardaşı Rafiq yaşamışdır. Qardaşı ilə Cavabdeh rəsmi nikahdan kənar münasibətdə olublar. Bacısı İddiaçı ərinin evində, yəni 9-cu mikrorayonda yaşayırdı, Əhmədlidəki evə xəstə bacısına baxmaq üçün gəlirdi. Xəstə bacılarına baxırdı, habelə digər bacı-qardaşlarına baş çəkirdi. Beləliklə mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində, 5-ci Qəsəbə küçəsi, 15a nömrəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Tərəflərin izahatları əsasında işin mübahisəsiz halı kimi Cavabdeh qeydedilən evdə yaşadığı müəyyən edilir. İddiaçı yaşayış yeri onun ərinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 141, 11 saylı mənzildə yaşadığı müəyyən edilmişdir. İddiaçı mübahisəli evdə yaşadığı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, Bakı şəhəri Xətai rayonu Əhmədli Bələdiyyəsinin 13.09.2021-ci il tarixli 5 nömrəli məktubuna əsasən Cavabdeh təqdim etdiyi sənədlərə və qonşuların notarial qaydada imzaladıqları ərizəyə əsasən vətəndaş İddiaçı sözü gedən ünvanda yaşamayıb. Məhkəmə şahid ifadələrinə qiymət verərək qeyd edir ki, şahid X11 iddiaçının bacısı olduğundan onun ifadələri məhkəmə tərəfindən qeyri-səmimi və subyektiv hesab edilir. Digər şahid X16 iddiaçının qardaşının arvadıdır və ifadələri iddiaçının ona dediyi məlumatlar əsasında vermişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, şahid ifadələri mülki iş üzrə işin faktiki halları ilə bağlı həqiqəti əks etdirmir və iş üzrə mötəbər sübut kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən, iddiaçının mübahisəli mənzildə yaşadığına dair istinad etdiyi hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından iddia məhkəmə tərəfindən mövcud olmayan kimi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisəli ev iddiaçının yaşayış yeri olmadığından onun həmin evə köçürülməsi üçün hər hansı hüquqi əsas mövcud deyildir. Odur ki, iddia əsassız hesab edilərək rədd edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməyi barədə iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməyi barədə iddiası rədd edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-5939/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5939/2021
21.09.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver