Məhkəmə qərarları › İş №2(011)-5960/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5960/2024

05.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5960/2024 05.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Ərizəçi iştirakları ilə, Ərizəçi “doğum faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “doğum faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, o, 2007-ci ildə X5 ilə faktiki nikaha daxil imaqla ailə qurmuş və 15 avqust 2013-cü il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X14, xx.xx.2010-cu il təvəllüdlü X11, xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü Uğur kimi adlandırdıqları oğlan uşağı anadan olmuşdur. Birgə nikahdan olan övladları xx.xx.2008-ci il təvəllüdlü X14, xx.xx.2010-cu il təvəllüdlü X11, xx.xx.2013-cü il təvəllüdlü X2 doğum haqqında şəhadətnamələri olsa da, xx.xx.2017-ci il təvəllüdlü Uğur kimi adlandırdıqları oğlan uşağı yaşadığı evdə ev şəraitində doğulduğundan, hal-hazırkı vaxtadək uşağına doğum haqqında şəhadətnamə ala bilməmişlər. Uşağın ev şəraitində doğulmasına səbəb maddi imkansızlıq ucbatından olmuşdur. Qızı ev şəraitində doğulduğundan ona doğum haqqmda şəhadətnamə ala bilməmişdir. Uşağı doğulduğu vaxtdan doğum haqqında şəhadətnaməsi olmadığından, poliklinikada tibbi qeydiyyata düşə bilməmişdir. Lakin hal-hazırda sağ-salamatdır. Uşağına — doğum haqqmda şəhadətnamə almaq üçün qeydiyyat şöbəsinə müraciət etmişdir. Qeydiyyat şöbəsindən ona yazılı formada uşağın tibbi müəssisəsindən kənarda doğulduğuna görə doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Ərizəçi ərizəsini Azərbaycan Respublikası MPM-nin 307.1, 307.2.11, 308 və 309-cu maddələri ilə əsaslandıraraq, X5 ilə Ərizəçi xx.xx.2017-ci il tarixdə Bakı şəhərində bir oğlan uşağı doğması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin məktubla məhkəməyə müraciət edərək, məhkəmə iclasının nümayəndələrinin iştirakları olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş AZ-T seriyalı, 005381 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə Quliyeva (Məmmədova) Günay Rəsul qızı 15 avqust 2013-cü il tarixdə nikaha daxil olmuşlar və onların nikahları 1234 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş AZ-İİİ seriyalı, 733362 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 05 dekabr 2008-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X5, anası X3r. İş materiallarında olan 5 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 13 may 2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li Qərarına əsasən təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” nın doğumun qeydə alınması bölməsinin 2.5.4-cü bəndinə əsasən, doğumun qeydə alınması üçün tibbi şəhadətnamə, uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma köməklik göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim olunmalıdır. Tələb olunan sənədləri təqdim etmədiyi üçün doğumun qeydə alınması mümkün olmamış, bu səbəbdən məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan “Bakı Baş Səhiyyə Mərkəzi” X19 21 nömrəli şəhər Poliklinikası tərəfindən verilmiş 18 oktyabr 2024-cü il tarixli 374 nömrəli tibbi arayışdan görünür ki, Ərizəçi oğlu Sabunçu rayon Zabrat qəsəbəsində 21 saylı poliklinikada 18 oktyabr 2024-cü il tarixdən tibbi qeydiyyata götürülmüşdür, hazırda uşaq sağlamdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, o, ərizəçinin anasıdır. Təndirdə işləmişdir. Qızı Günayın ağrısı olduğunu bilmiş, o gələndə artıq uşaq doğulmuşdur. Yay vaxtı idi. Xəstəxanaya çatdıra bilməmişlər. Ona görə xəstəxana sənəd verməmişdir. Uşaq artıq məktəb yaşına çatmışdır. Adı Uğurdur. Sağlam uşaqdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında bildirmişdir ki, ərizəçinin xalası oğludur. O, Beyləqanda yaşayır. Xalası qızı olan Günayın doğum sancısı tutduğu vaxt onların evində olmuşdur. Günayın evində 2-3 ay qalmışdır. Xəstəxanaya çatdıra bilməmişlər. Uşaq ev şəraitində doğulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında bildirmişdir ki, ərizəçinin qonşusudur. 2017-ci ilin yay ayında Zabrat qəsəbəsində uşaq anadan olmuşdur. Doğum vaxtı o,Günayın anası və uşaqları yanında olmuşdur. Xəstəxanaya aparmaq istəsələr də, artıq gec olmuşdur. Bu doğulan Günayın dördüncü uşağı olmuşdur. Uşağın adını Uğur qoymuşlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazimi sənədləri başqa qaydada ala bilməsin,yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə belə qənaətə gəlir ki, Ərizəçi ərizəsində göstərdiyi xüsusatları təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Belə ki, işdə olan sübutlarla təsdiq edilir ki, Ərizəçi X5 ilə 2007-ci ildə faktiki ailə münasibətlərində olmuş, 15 avqust 2013-cü il tarixdə aralarında nikah bağlanmış və 1234 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Onların birgə nikahından 05 dekabr 2008-ci il təvəllüdlü X14, 10 oktyabr 2010-cu il təvəllüdlü X11, 05 aprel 2013-cü il təvəllüdlü X8 və 27 iyul 2017-ci il tarixdə ev şəraitində Uğur adında övladı olmuşdur. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, mülki işin baxışı zamanı bilavasitə tədqiq edilmiş sübutlarla təsdiq edildiyi üçün ərizə təmin edilməli, X7 27 iyul 2017-ci il tarixdə Bakı şəhərində doğulması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinin tələbinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 285, 296-300, -cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1989-cu il təvəllüdlü Ərizəçi 27 iyul 2017-ci il tarixdə Bakı şəhərində bir oğlan uşağının doğulması faktı müəyyən edilsin. Həmin uşaq barədə məlumat qrafasında adı “X12”, ata adı qrafasında “X5”, ana qrafasında “Ərizəçi”, milliyəti qrafasında “azərbaycanlı” kimi qeyd edilərək doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar