Məhkəmə qərarları › İş №2(011)-5962/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5962/2024

25.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5962/2024 25.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “nikahın etibarsız sayılması” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “nikahın etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, 1989-cu il tarixdə Özbəkistan Respublikasında özbək ekstremis qüvvələrin törətdiyi faciə nəticəsində ailə üzvləri həyat yoldaşı X11 bərabər Azərbaycan Respublikasına gəlmiş və onlar Xocalı şəhərində məskunlaşmışlar. 1985-ci il tarixində qızı X7 anadan olmuşdur. 1992-ci il tarixinədək Xocalı şəhərində yaşamışlar. xx.xx.1992-ci il tarixində mənfur erməni qəsbkarlarının Xocalı şəhərinə hücumu nəticəsində oğlu X17 və qızı X7 həlak olmuşlar. Həyat yoldaşı X22 itkin düşmüşdür. İddiaçı uzun müddət stress keçirmiş və psixoloji problemi olmuşdur. İddiaçı demək olar ki, özünün hərəkətlərini bilməmişdir. Hazırda bu xəstəlikdən hal-hazırda pensiya alır. (bununla əlaqədar sənədləri var) Uzun müddət keçdikdən sonra iddiaçı həyat yoldaşının tapılmadığı ilə əlaqədar məhkəməyə müraciət etmək qərarına gəlmiş və məhkəməyə Xocalı Şəhər İcra Hakimiyyətinin verdiyi arayışı təqdim etmişdir. xx.xx.2024-cü il tarixində 2(011)-841/2024 saylı qətnaməsinə əsasən həyat yoldaşı ölmüş hesab edilmişdir (ölmüş elan edilmişdir). Məhkəmə qətnaməsi ilə həyat yoldaşı ölmüş hesab edildiyi üçün Cavabdehndən həyat yoldaşı X12 ölüm haqqında şəhadətnaməsini (ölmüş elan edildiyi üçün nikah haqqında şəhadətnamə qüvvədən düşmüşdür) almaq üçün müraciət etmişdir. Cavabdehndən iddiaçıya verilən arayışda məlum olmuşdur ki, guya o, xx.xx.1994-cü ildə X5 adlı şəxslə nikaha daxil olmuş və bu Nizami rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirilmişdir. Sonradan yəni xx.xx.2006-cı il tarixində nikah qətnamə əsasında pozulmuşdur. Sual olunur iddiaçı X11 rəsmi nikahda olduğu halda necə yenidən rəsmi nikaha daxil ola bilər?. Həmin dövrdə yəni 1994-cü ildə iki övladını, həyat yoldaşını itirmiş bir ana və həyat yoldaşının ərə getmək yadına düşər? İddiaçı həmin vaxt psixoloji travma almış ana idi. Burdan belə bir nəticəyə gəlmək olur ki, kimlərinsə hansı çirkin əməlini həyata keçirmək üçün iddiaçının düşdüyü vəziyyətdən istifadə etmişlər. İddiaçı X25 adlı şəxsi nə görmüş, nə də tanımır. Tanımadığı şəxslə iddiaçının nikahının olması ağlasığmaz haldır. İddiaçı bu qanunsuz əməlləri görəndən sonra məhkəmədə bu halın aradan qaldırılması üçün yəni X5 ilə qanunu pozaraq bağlanmış sonradan pozulmuş nikahın əsassız hesab edilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı iddia ərizəsində göstərilənləri nəzərə alaraq, qanunsuz olaraq iddiaçının xəbəri olmadan xx.xx.1994-cü il tarixdə X5 ilə bağlanmış Nizami rayon Qeydiyyat Şöbəsində 18 saylı nikahın və sonradan xx.xx.2006-cı ildə Cavabdehndə ləğv edilmiş (Akt № 357) nikahın etibarsız sayılması və elektron sistemdən silinməsinə dair müvafiq məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla X5 arasında Nizami rayon Qeydiyyat Şöbəsində xx.xx.1994-cü il tarixdə bağlanmış və 18 nömrə ilə qeyd edilmiş nikahın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı həmçinin bildirmişdir ki, 1994-cü ildən 1998-1999-cu ilə kimi xəstəxanada olmuşdur. Bununla bağlı şahidləri də vardır. X1 tanımır, onun həyat yoldaşı ilə danışmış və öyrənmişdir ki, həmin şəxs vəfat etmişdir. İddiaçıdan da başqa bir neçə şəhid ailəsi olan şəxsə qarşı şəhidlərin ailələrinə göstərilən imtiyazlardan istifadə etmək üçün dələduzluq edib nikahı formal qeydiyyata aldırmışdır. İddiaçının şəhid ailəsi üzvü olmağından istifadə etmişdir. Xocalı faciəsi zamanı iddiaçının həyat yoldaşı X18 itkin düşmüş, qızı Fatimə Kupriyeva həlak olmuş, oğlu isə şəhid olmuşdur. Bu hadisələrdən sonra iddiaçı dərin psixoloji travmalar almışdır, ildə 3-4 dəfə daimi olaraq xəstəxanada yatır. Həkim ona beyində ocaqların oyanması, depressiya diaqnozu qoymuşdur. İddiaçı vurğulamışdılr ki, bu nikahdan məlumatı olmamış, ona sənəd imzalatdırılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxs Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin məktubla məhkəməyə müraciət edərək işlərin çoxluğu ilə əlaqədar işə nümayəndələrinin iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxs Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmadır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş 08 may 2024-cü il tarixli, 05/09/S/039006-24 nömrəli arayışın surətindən görünür ki, İddiaçı ilə X18 arasında bağlanmış nikaha xitam verilmiş (R. Kupriyev 28 aprel 2024-cü ildə ölmüşdür), İddiaçı ilə X9 arasında 12 yanvar 1994-cü ildə Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində bağlanmış nikah 13 oktyabr 2006-cı il tarixli qətnaməsi ilə pozulmuşdur. İddiaçı subaydır və onun nikah bağlanmasına mane olan hallar mövcud deyildir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X28 “Bakı Baş Səhiyyə Mərkəzi” X28 7 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş 21 may 2024-cü il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 2347/2348 məhəllə, ev 6, mənzil 880 yaşayan xx xxx 1963-cü il təvəllüdlü İddiaçı 2021-ci ildən psixiatr müşahidəsindədir. Diaqnoz: “Uzun gedişli depressiv epizod, psixotik daxil olmalarla, anamnezində suisidal cəhdlərlə” İş materiallarında olan 23 may 2023-cü il tarixdə verilən 009100 nömrəli Şəhid ailəsi üzvünün vəsiqəsinin surətindən görünür ki, İddiaçı şəhid ailəsi üzvüdür. İş materiallarında olan Xocalı rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı verilmiş 05 iyun 2023-cü il tarixli, 5-51-3-2-38 nömrəli arayışın surətindən görünür ki, hal-hazırda Bakı şəhəri Xətai rayonunda yaşayan İddiaçı Usmanovna qızı xx.xx.1992-ci il tarixdə baş vermiş Xocalı faciəsinə kimi Xocalı şəhərində yaşamış və faciə zamanı ordan məcburi köçkün düşmüşdür. Xocalı faciəsi zamanı övladı X10 şəhid olmuşdur. Xocalı faciəsi zamanı Xocalı rayon Dövlət Arxivinə məxsus olan bütün sənədlər Xocalıda qaldığı üçün həyat yoldaşının itkin düşməyi və qızının həlak olmağı haqqında heç bir sənəd yoxdur. İddiaçı Usmanovna, X2, X14, X15, X3 iştirakı və Xocalı şəhər İƏD-si üzrə nümayəndə X6 iştirakı və təsdiqi ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli akta əsasən bildirilmişdir ki, Xocalı faciəsi zamanı həyat yoldaşı X18 itkin düşmüş, qızı X4 həlak olmuşdur. İş materiallarında olan NA seriyalı, 04955993 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X18 ilə İddiaçı Usmanovna arasında 03 iyul 1984cü il tarixdə nikah bağlanmış və 48 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-841/2024 saylı, 29 fevral 2024-cü il tarixli qətnaməsindən görünür ki, 29 oktyabr 1963-cü il təvəllüdlü X18 ölmüş elan edilmişdir. İş materiallarında olan Xocalı rayonu İcra hakimiyyətinin başçısının 13 may 2024-cü il tarixli 5-51/3-1-21 nömrəli sərəncamından görünür ki, 29 oktyabr 1963-cü il təvəllüdlü X18 mülki şəhid hesab edilmiş, 29 oktyabr 1963-cü il təvəllüdlü X13 şəhid, ailə üzvlərinə isə şəhid ailəsi statusu verilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 02 avqust 2024-cü il tarixli 3-16-5/7-1033/69 nömrəli arayışdan görünür ki, X24 və İddiaçı Usmanovanın nikahı haqqında 12 yanvar 1994-cü il tarixdə 18 №-li akt qeydi tərtib olunmuş, nikah Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuş və xx.xx.2006-cı ildə 357 №-li akt qeydi ilə Bakı şəhəri Cavabdehndə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Bakı şəhəri Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 02 avqust 2024-cü il tarixli 3-16-5/8-15-A-15-1257 nömrəli məktubun surətindən görünür ki, İddiaçı 30 iyul 2024-cü il tarixli müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız hesab edilir. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində axtarış aparılarkən X20 ilə nikahın Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən 18 saylı aktla qeydiyyata alındığı və həmin nikahın Cavabdeh tərəfindən 357 saylı aktla 13 oktyabr 2006-cı il tarixdə pozulduğu aşkar edilmişdir. X20 ilə olan nikahın etibarsız sayılması ilə bağlı ərizənin qeydiyyat şöbəsi tərəfindən icrası mümkün deyildir. Göstərilənlər nəzərə alınaraq, İddiaçı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Xocalı şəhər İ.Ə.D.Ü nümayəndəsi X21 tərəfindən tərtib edilmiş 25 may 2023-cü il tarixli aktın surətindən görünür ki, X18 Özbəkistandan Azərbaycana qaçqın düşüb, Mesxeti türklərindədir. Xocalıda məskunlaşıb ailəsi və iki uşağı ilə xx.xx.1992-ci ildə Xocalı soyqırımında X18 itkin düşüb, Kupriyeva Fatima həlak olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 izahatında bildirmişdir ki, iddiaçının həm Xocalıda, həm də Bakıda qonşusu olmuşdur, Əhmədlidə yanbayan binalarda yaşamışlar. Bir qadın qonşusu iddiaçının qeydinə qalır. 1988-ci ildən iddiaçını tanıyır. İddiaçının ailəsi Xocalıda həlak olmuşdur, Bakıya gələndən iddiaçı tək yaşayır. İddiaçı özü də xəstədir, xəstəxanada tez-tez yatmışdır. O, iddiaçının Roman adında bir əri olduğunu və onu tanıdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirmişdir ki, o, 1990-cı ildən Xocalıda iddiaçının qonşusu olmuş, 1992-ci ildə Bakıya gələrək burda da qonşu olmuşlar. İddiaçının oğlu, qızı və həyat yoldaşı Xocalıda ölmüşdür. İddiaçının yalnız bir əri olmuş, heç vaxt da ailə qurmamışdır. Hazırda iddiaçı Əhmədlidə yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 izahatında bildirmişdir ki, o, iddiaçını 1992-ci ildə Xocalıda tanımışdır. İddiaçı Özbəkistandan gəlmişdir, məhsəti türküdür. O vaxt Roman adlı əri olmuş, sonradan o, 1992-ci ildə itkin düşmüşdür. Onlar 1992-ci ildə Bakıya köçmüş, burda da bir yerdə binada məskunlaşmışlar. 5-6 il əvvəl Əhmədliyə köçmüş, burda da qonşu olmuşlar. İddiaçının başqa əri olmamış, yalnız bir dəfə ailə qurmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən bu Məcəllənin 10- 12-ci maddələrində və 13.3-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, nikah məhkəmə qaydasında etibarsız sayılır. Həmin Məcəllənin 26.1.5-ci maddəsinə əsasən pozulmamış əvvəlki nikah üzrə ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdir. Nikahın bağlanmasına mane olan halları müəyyən edən Ailə Məcəlləsinin 12.0.3-cü maddəsinə görə ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər arasında nikahın bağlanmasına yol verilmir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə X24 arasında nikah 12 yanvar 1994-cü il tarixdə 18 nömrəli akt qeydi ilə rəsmi qeydə alınsa da, İddiaçı daha əvvəl X18 ilə 03 iyul 1984-cü il tarixdə 48 saylı aktla rəsmi nikahını Özbəkistan Respublikasında rəsmiləşdirmişdir, X18 Xocalı faciəsi zamanı itkin düşmüş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-841/2024 saylı 29 fevral 2024-cü il tarixli qətnaməsi ilə ölmüş elan edilmişdir. Bundan başqa məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının digər ailə üzvləri də - X17 və qızı X7 da Xocalı faciəsi zamanı həlak olmuşlar. Məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə müəyyən olunmuşdur ki, İddiaçı 1992-ci ildə Bakı şəhərində məskunlaşmış, X8 ölümündən sonra bir daha ailə həyatı qurmamışdır. İddiaçıya həkim tərəfindən “Uzun gedişli depressiv epizod, psixotik daxil olmalarla, anamnezində suisidal cəhdlərlə” diaqnozu qoyulmuş və 2021-ci il tarixdən psixiatr müşahidəsindədir. Bununla yanaşı müəyyən edilmişdir ki, X24 və İddiaçı Usmanovanın nikahı haqqında 12 yanvar 1994-cü il tarixdə 18 №-li akt qeydi tərtib olunmuş, nikah Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuş və xx.xx.2006-cı ildə 357 №-li akt qeydi ilə Bakı şəhəri Cavabdehndə dövlət qeydiyyatına alınmışdır. Məhkəmə hesab edir ki, X24 və İddiaçı Usmanovanın nikahının qeydiyyata alındığı tarixdə - 12 yanvar 1994-cü ildə İddiaçı Usmanovanın rəsmi nikahda olduğu şəxsin X8 ölümü qeydiyyata alınmadığından, həmçinin onların nikahının xitam verilməsi ilə bağlı məhkəmə qətnaməsi mövcud olmadığından həmin nikahın qeydiyyatına qadağan edilən hal mövcud olduğundan, iddia əsaslı olduğu üçün təmin edilməli, İddiaçı ilə X5 arasında bağlanmış nikah etibarsız hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı ilə X5 arasında Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən 12 yanvar 1994-cü il tarixdə bağlanmış və 18 nömrə ilə qeyd edilmiş nikah etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar