Məhkəmə qərarları › İş №2(011)-5969/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-5969/2024

05.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-5969/2024 05.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğvi və qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmənin hazırlıq iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğvi və qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 45.89 kv.m olan 32 saylı mənzilin sahəsi 15 kv.m hissəsinin icarəyə verilməsi barədə Cavabdeh ilə 18 oktyabr 2021-ci il tarixdə bağlanılmış icarə müqaviləsinin ləğv edilməsi və Cavabdeh tərəfindən əmlaklarının götürülərək icarə sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili X2 hər biri ayrı-ayrılıqda iddia tələbini müdafiə etməklə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə Cavabdeh lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar, hazırki məhkəmə iclasına gəlməmişlər. Məhkəmə hazırlıq iclasının cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı və onun nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, mülki iş aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə hər hansı xüsusiyyətdən asılı olmayaraq yalnız MPM-nin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxıla bilər. Həmin maddədə sadalanan işlər üzrə iddianın başqa məhkəmələrə verilməsinə yol verilmir. Müstəsna aidiyyət MPM-nin şərh olunan maddəsində nəzərdə tutulmuş işlərin düzgün və vaxtında həll olunması üçün maksimum dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Azərbaycan Respublikası MPM-nin 39-cu maddəsində müstəsna aidiyyətin nəzərdə tutulduğu hər bir halda işə müvafiq əmlakın olduğu yerin məhkəməsində baxılması olması təsbit olunur. Bu maddədə olduğu yerin məhkəməsi dedikdə, həmin mülki işin subyektiv tərkibi, mübahisənin predmeti və mübahisə olunan hüquq münasibətinin xarakteri əsas götürülməklə məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq işə baxmalı olan və yurisdiksiyası həmin əraziyə şamil olunan ümumi məhkəmə nəzərdə tutulur. MPM-nin 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 (on) gün ərzində şikayət verilə bilər. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğvi və qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair neqator iddia qaldırdığı və mülki-prosessual qanunvericiliyin tələbinə görə daşınmaz əmlaka mülkiyyət hüququnun müdafiəsi ilə bağlı vindikasiya və neqator iddiaların tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerin məhkəməsində baxılmasının müəyyən edildiyi nəzərə alınaraq, 2(011)-5969/2024 saylı mülki iş baxılması üçün müstəsna aidiyyət üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənləri əsasən və Azərbaycan Respublikası MPM-nin 35.1 və 39.1-ci və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğvi və qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair 2(011)-5969/2024 saylı mülki iş baxılması üçün müstəsna aidiyyət üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar