Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5989/2025 22.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs kimi cəlb edilməklə “doğum faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi xx.xx.1957-ci ildə Ermənistanın Moemberyan rayonunun Körpülü kəndində doğulmasına dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi, ata qrafasında X6, ana qrafasında X7 göstərilməklə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi Ayaz Kazımov ərizəsini müdafiə edərək izahatında bildirdi ki, atası X6 və anası X7 Ermənistanın Moemberyan rayonunun Körpülü kəndində yaşamışlar. O onların birgə nikahlarından xx.xx.1957-ci il tarixdə Ermənistanın Moemberyan rayonunun Körpülü kəndində doğulmuşdur. Hazırda doğum haqqında şəhadətnaməsini əldə edə bilmir. Bu səbəbdən, ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Maraqlı şəxs xx.xx.2025-ci il tarixli məktubla işə qeydiyyat şöbəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, ərizəçinin və onun nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş üzrə şahid qismində dindirilmiş X3 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Ərizəçi ilə sinif yoldaşı olmuşlar. Ərizəçi xx.xx.1957-ci ildə anadan olmuşdur. Doğum yeri Ermənistanın Noemberyan rayonunun Körpülü kəndidir. Onun atası X6, anası X2r. İş üzrə şahid qismində dindirilmiş X1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Ərizəçi ilə eyni məktəbdə oxumuşlar. Ərizəçi xx.xx.1957-ci ildə Ermənistanın Noemberyan rayonunun Körpülü kəndində doğulmuşdur. Ərizəçi atası X6, anası X2r. İş üzrə şahid qismində dindirilmiş X4 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Ərizəçi ilə sinif yoldaşı olmuşlar, həmçinin onun arvadıdır. Ərizəçi Ermənistanın Noemberyan rayonunun Körpülü kəndində anadan olmuşdur. Doğum tarixi xx.xx.1957-ci ildir. Onun atası X6, anası X2r. İş materiallarında olan AZE seriyalı 0******* saylı AR vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi doğum tarixi xx.xx.1957, doğum yeri “Emənistan, Noemberyan rayonu, Körpülü kəndi” kimi qeyd edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, doğum haqqında akt qeydininin həqiqətən olduğunu təsdiq edən müvafiq sənədlər təqdim olmadığından ərizəçiyə aidiyyat üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan K seriyalı, 45245 nömrəli Azərbaycan Respublikası Hərbi Komisarlığı tərəfindən verilmiş hərbi vəsiqənin surətindən görünür ki, Ərizəçi xx.xx.1957-ci ildə doğulmuşdur. İş materiallarında olan 004556 nömrəli məcburi köçkün vəsiqəsindən görünür ki, Ərizəçi məcburi köçkündür. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, Ərizəçi xx.xx.1957-ci il tarixdə Emənistan, Noemberyan rayonu, Körpülü kəndində doğulmuşdur, onun atası X6, anası X2r, ərizəçinin doğum haqqında şəhadətnaməsi yoxdur və onun doğum faktının müəyyən edilməsi başqa qaydada mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən, fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alnmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarına əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydalarının” 1.4-cü bəndinə əsasən, Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nigahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Beləliklə, məhkəmə, tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1957-ci il tarixdə anadan olması, anasının X7, atasının X6 doğum yerinin Emənistan, Noemberyan rayonu, Körpülü kəndi olması faktı müəyyən edilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumuna münasibətdə isə hesab edir ki, ərizəçi məcburi köçkün olduğundan dövlət rüsumu ödəməkdən azaddır, dövlət rüsumu Dövlət Büdcəsinə aid edilsin. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azaddırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2–ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1957-ci ildə Ermənistan SSR, Noemberyan rayonu, Körpülü kəndində doğulması faktı müəyyən edilsin. Doğum haqqında akt qeydində uşaq qrafasında “Ərizəçi”, doğum tarixi “xx.xx.1957-ci il”, doğum yeri “Ermənistan SSR, Noemberyan rayonu, Körpülü kəndi”, ata qrafasında “X6”, milliyyəti “azərbaycanlı”, ana qrafasında “X7”, milliyəti “azərbaycanlı” qeyd edilsin. Dövlət rüsumu Dövlət Büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-5989/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5989/2025
22.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver