Məhkəmə qərarları › İş №2(011)-599/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-599/2025

14.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-599/2025 14.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “beh müqaviləsi üzrə mübahisələr, pul tələbi” barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 43.9 kv.m olan qeyri -yaşayış binasının satılması ilə bağlı armızda bağlanılmış xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli beh müqavilələrinə əsasən cavabdehə beh olaraq ödədiyi 138000 (yüz otuz səkkiz min) manat pul məbləğinin iki misli miqdarında 276000 (iki yüz yetmiş altı min) manat pul məbləğinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh ilə xx.xx.2013-cü il tarixli çıxarışa ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 43,9 kv.m olan qeyri yaşayış binasını xx.xx.2021-ci ildə xx.xx.2021-ci il tarixə kimi 105000 (bir yüz beş min) manata mənə satılması barədə alqısatqı müqaviləsi (reyester nömrəsi 3M-585, xx.xx.2021) bağlamağı öhdəliyi üzərinə götürmüşdür. Qeyd edilən ünvandakı qeyri-yaşayış binasına dair gələcəkdə bağlanacaq daşınmaz əmlak alqı-satqı müqaviləsinin təminatı kimi beh alana Cavabdeh 61000 (altmış bir min) manat pul məbləğini notariusun depozit hesabı vasitəsi ilə ona ödəmişəm.xx.xx.2021-ci il tarixdə mən satıcı Cavabdeh notariusun depozit hesabı vasitəsi ilə 10000 (on min) manat ödədikdən sonra satıcının etibarnamə əsasında nümayəndəsi X2 ilə beh müqaviləsinə əlavə saziş imzalayaraq xx.xx.2021-ci ilə qədər müqavilənin müddətinin uzadılması barədə razılığa gəlmişik.xx.xx.2021-ci il tarixdə Cavabdeh etibarnamə əsasında nümayəndəsi X2 ilə xx.xx.2021-ci il tarixli 3M-585 reyesterli müqavilədə qeyd edilən satış məbləğinin 105000 (bir yüz beş min) manatdan 140000 (yüz qırx min) manata artırılması barədə razılığa gəlmişik və bundan sonra notariusun depozit hesabı vasitəsi ilə satıcıya 670000 (altmış yeddi min) manat pul məbləği ödənilmişdir.Həmin ümumi məbləğdən qalan 2000(iki min) manatı isə alqı-satqı zamanı satıcıya ödəniləcəyi ilə bağlı razılığa gəldik.Hazırda Cavabdeh aramızda bağlanmış müqaviləni icra etməkdən qəsdən yayınır.Dəfələrlə cavabdehlə problemi öz aramızda həll etməyə çalışsamda heç bir müsbət nəticə əldə edilməmişdir.Ona görə də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Sonda Vəkil iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, həmin müqavilələri o özü bağlamayıb, onun adından kürəkəni edib, pulları da kürəkəni alıb, onun beh müqaviləsi bağlanmasından xəbəri olmayıb, pul məbləğləri ona verilməyib, bütün işləri kürəkəni edib. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2021ci il tarixli Beh müqaviləsindən görünür ki, tərəflər xx.xx.2021-ci il tarixə kimi əsasən Bakı şəhəri, Xətai ray., Zakir Yusifov küç, 16 ünvanında yerləşən ümumi sahəsi 43.9 kv.m olan qeyri-yaşayış binasını cəmi 105000 (bir yüz beş min) manata satılması barədə alqı-satqı müqaviləsi bağlamağı öhdəliyi götürür. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********17-06301 reyestr nömrəli xx.xx.2013-ci il tarixli çıxarışa əsasən Xətai rayonu, Zakir Yusifov küç, 16 ünvanında yerləşən ümumi sahəsi 43.9 kv.m olan qeyri-yaşayış binasım İddiaçı satmağı, İddiaçı isə göstərilən tarixə kimi həmin əmlakı almağı öhdəsinə götürür. "beh verən" gələcəkdə bağlanacaq daşınmaz əmlak alqı-satqı müqaviləsinin təminatı kimi “beh alana"a 61000 (altmış bir min) manatı notariusun depozit hesabı vasitəsilə satıcıya ödəyir. Tərəflərin razılaşmasına əsasən, əgər müqavilənin İcra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsaq, digər tərəfə behin iki mislini ödəməlidir, “beh verən” alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən və girovdan azad olunduqdan sonra qalan 44000 (qırx dörd min) manat pul vəsaitini "satıcı” Cavabdeh 20.04 2021-ci il tarixinədək ödəməlidir. İş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli Beh müqaviləsinə əlavə sazişdən görünür ki, Bakı şəhəri 53 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 3M/585 reyesterli beh müqaviləsi -Tərəflər Bakı şəhəri 53 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 3M/585 reyesterili beh müqaviləsi üzrə alıcı satıcıya əlavə olaraq 10000 (on min) manat məbləğində behi notarisuun depozit hesabı vasitəsilə öədyir və müqavilənin müddəti tərəflərin qarşılıqlı razılığı ilə xx.xx.2021-ci il tarixədək uzadılır. İş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli Beh müqaviləsinə əlavə sazişdən görünür ki, 53 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2021-cı il ıl tarixli 3M-585 reyesterli beh müqaviləsi üzrə tərəflər alqı-satqının satış məbləğinin 105000 (bir yüz beş min) manat əvəzinə artırılaraq 140000 (bır yüz qırx min) manat kimi qeyd olunması barədə qarşılıqlı razılığa gəldilər. Həmin məbləğin 61000 manat hissəsi beh müqaviləsi əsasında, 10000 (on min) manat hissəsi xx.xx.2021-ci il tarxli beh müqaviləsi, 67000 (altmış yeddi min) manat hissəsi isə xx.xx.2021 -ci il tarixdə notariusun depozit hesabı vasitəsilə satıcıya ödənilib. Qalan 2000 (iki min) manat isə alqısatqı zamani satıcıya ödəniləcək. Həmin Müqavilələrdən görünür ki, müqavilələr Cavabdeh əvəzinə X2 tərəfindən imzalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”dan görünür ki, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış binası tam paylı xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına xx.xx.2013-cü ildə qeydiyyata alınmışdır. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 39 nömrəli reyestr kitabının 3690 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Ərizədən görünür ki, X3 Cavabdeh məxsus ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin satılmasına etiraz etmədiyini bildirmişdir. İş materiallaında olan AR-İİ № 254058 saylı Etibarnamənin surətindən görünür ki, Cavabdeh, X1 aşağıdakı səlahiyyətləri etibar etmişdir: “Həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq mənim bütün əmlakma idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı, ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək, özəlləşdirmək haqqında müqaviləri bağlamağı, bütün əmlakımın özgəninkiləşdirilməsinə və özəlliəşdirilməsinə dair razılıq ərizələri yazmağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, miras qəbul etməyi və s.” İş materiallarında olan xx.xx.2021-ci il tarixli Xəzinə mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən 67000 manat (hesab nömrəsi: AZ32MUGA**********00002AZM65) beh müqaviləsinə əsasən (N/X 2061, xx.xx.2021) ödəniş həyata keçirilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Xəzinə mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən 61000 manat (hesab nömrəsi: AZ32MUGA**********00002AZM65) beh müqaviləsinə əsasən (N/X 605, xx.xx.2021) ödəniş həyata keçirilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Xəzinə mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən 10000 manat (hesab nömrəsi: AZ32MUGA**********00002AZM65) beh müqaviləsinə əsasən (N/X 1203, xx.xx.2021) ödəniş həyata keçirilmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 567 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq edilmiş iş materialları əsasında müəyyən edilmişdir ki, Cavabdeh mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 43.9 kv.m olan qeyri-yaşayış sahəsinin 105000 manata alqı-satqısı barədə Cavabdeh(əvəzinə Səbuhi Məmmədov) ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixli Beh müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən qeyri-yaşayış sahəsinin satılmasına dair alqı-satqı müqaviləsininin xx.xx.2021-ci il tarixə kimi notariat qaydasında təsdiq edilməsi və icrasını təmin etmək məqsədi ilə 61000 (altmış bir min) manatı notariusun depozit hesabı vasitəsilə satıcıya ödənilmiş, tərəflərə beh müqaviləsinin hüquqi nəticələri və qanunda nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir, bundan sonra tərəflər arasında xx.xx.2021-ci il tarixli Beh müqaviləsinə əlavə saziş imzalanmış və sazişə əsasən 10000 (on min) manat məbləğində behin notarisun depozit hesabı vasitəsilə ödənilməsi və müqavilənin müddətinin xx.xx.2021-ci il tarixədək uzadılması razılaşdırılmışdır, həmçinin tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli Beh müqaviləsinə əlavə sazişə əsasən satış məbləğinin artırılaraq 140000 manat olması, 67000 (altmış yeddi min) manat məbləğində behin notarisun depozit hesabı vasitəsilə ödənilməsi və qalan 2000 manatın isə alqı-satqı zamanı satıcıya ödənilməsi razılaşdırılmış, qeyd olunan məbləğlər (cəmi 138000 manat) notariusun depozit hesabı vasitəsilə Cavabdeh (əvəzinə Səbuhi Məmmədov) tərəfindən qəbul edilmişdir, iddiaçı tərəfindən müqavilə öhdəlikləri tam yerinə yetirilərək razılaşdırılmış məbləğ cavabdehə ödənilməsinə baxmayaraq, cavabdeh öz öhdəliklərini yerinə yetirməməklə - razılaşdırılmış vaxtda daşınmaz əmlakın alqı-satqısı müqaviləsini imzalamamaqla - müqavilənin şərtlərini pozmuşdur. İddiaçı hazırda cavabdehdən xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən ödədiyi 138000 manat pul məbləğin iki mislini təşkil edən 276000 manat tələb edir. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini və bunun nəticəsində vurulmuş zərərin ödənilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən, yəni razılaşdırılmış vaxtda daşınmaz əmlakın alqısatqısı müqaviləsini imzalamadığından iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə, tərəflər arasındakı münasibətlərin xarakteri barədə qeyd edir ki, onlar arasında ilkin olaraq beh müqaviləsi bağlansa da, bundan sonra müqaviləyə ayrı-ayrı vaxtlarda müqavilə üzrə razılaşdırılmış şərtlərə dəyişiklik nəzərdə tutan müxtəlif məzmunlu sazişlər qəbul edilmiş və ödənişlər aparılmışdır ki, bu da ilkin ödənişin beh kimi qəbul edilməsinə şübhə yaradır. Belə olan halda, həmçinin iddiaçı bunun əksini sübuta yetirə bilmədiyindən, məhkəmə hesab edir ki, müqavilə və əlavə sazişlərlə ödənilmiş 138000 manat pul məbləği avans kimi ödənilmiş sayılmalı, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən həmin məbləğ cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə, cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, iş materillarından göründüyü kimi cavabdeh özü Səbuhi Məmmədova onun əmlakları barəsində sərəncam da daxil olmaqla, müxtəlif əqdlər bağlamaq və əqdlər üzrə haqq-hesab aparmaq səlahiyyətlərini vermişdir ki, bu da cavabdehin, “əqdlərin onun özü tərəfindən bağlanılmaması və əqdlər üzrə məbləğlərin ona çatmaması” əsasına görə məsuliyyətini istisna edən hal kimi nəzərə alına bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 424.5-ci maddəsinə əsasən, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 491.1-ci maddəsinə əsasən, beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Həmin Məcəllənin 491.2-ci maddəsinə əsasən, behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Həmin Məcəllənin 491.3-cü maddəsinə əsasən, müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Həmin Məcəllənin 492.1-ci maddəsinə əsasən, öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Həmin Məcəllənin 492.2-ci maddəsinə əsasən, əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 569.1-ci maddəsinə əsasən, satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Beləliklə, iddia tələbi qismən təmin edilməli, müqavilə üzrə ödənilmiş 138000 manat, Cavabdeh alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi qismən təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli və təmin edilən iddia tələbinin həcmi (138000 manat) nəzərə alınmaqla iddiaçı tərəfindən ödənilmiş 428 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli müqavilə və ona əlavə edilmiş xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli sazişlər əsasında ödənilmiş 138000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 428 manat olmaqla, ümumilikdə 138428 (yüz otuz səkkiz min dörd yüz iyirmi səkkiz) manat Cavabdeh alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar