Məhkəmə qərarları › İş №2(011)-5993/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-5993/2024

28.06.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-5993/2024 28.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlu – iddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdehlər Cavabdeh3 MMC-yə, Cavabdeh4 MMC-yə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “hərəkətlərin qanunsiz hesab edilməsi və tutulmuş məbləğlərin geri qaytarılması” iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏNETDİ: İddiaçılar Cavabdeh3 MMC-in və "xxxx"MMC-nin rəhbərliyinin 2006-cı ildən 2023-cü ilədək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-na əmək haqqlarından tutulmasına baxmayaraq sığorta hesabına ödənilməli 86.625 (72.125+14.500) manatı mənimsədiklərinə görə hərəkətlərinin qanunsuz hesab olunması və barələrində Azərbaycan Respublikası MPM-in 265.4-cü maddəsinə əsasən xüsusi qərardad çıxarılaraq Prokurorluq orqanlarına göndərilməsi, cavabdehlərin rəhbərliyi tərəfindən 6.423.3 manat mənimsənildiyinə görə İddiaçı2 və İddiaçı5 münasibətdə cavabdehlərin rəhbərliyi tərəfindən geri ödənilməsi barədə, cavabdeh X1 xeyrinəCavabdeh3 MMC-dən 2000-2020-ci illərə görə ödənilməli 30.000 manat, Cavabdeh4 MMC-dən 1500 manat, cəmi 31.500 manat, İddiaçı5 oğlnun xeyrinə Cavabdeh3 MMC-dən 2005 - 2014-cü illərə görə, cəmi 13.500 manat, Cavabdeh3 MMCdən İddiaçı4 xeyrinə xx.xx.2016-ci ildən xx.xx.2020-ci il tarixdək 6500manat, Cavabdeh4 MMC-dən xx.xx.2020-ci ildən xx.xx.2022-ci il tarixədək 3500 manat, cəmi 10 000 manat, Cavabdeh3 MMC-dən İddiaçı1 xeyrinə xx.xx.2019-cu ildən xx.xx.2020-ci il tarixədək 1500 manat, Cavabdeh4 MMC-dən xx.xx.2020-ci ildən xx.xx.2023-cü ilədək, 4750 manat, cəmi 6250 manat, Cavabdeh3 MMC-dən İddiaçı6 xeyrinə 24.03.20-ci ildən xx.xx.2020-ci ilədək 5125 manat, Cavabdeh4 MMC-dən xx.xx.2020-ci ildən xx.xx.2023-c ilədək 4750 manat, cəmi 9.875 manat, Cavabdeh4 MMC-dən İddiaçı3 xeyrinə 1000 manat, Cavabdeh3 MMC üzrə 56.625 manat, Cavabdeh4 MMC üzrə isə 15.500 manat, ümumilikdə 72,125 manat pulun tutularaq iddiaçılara ödənilməsi, hər birinin əmək stajının qətnamə qəbul edilən tarixədək hesablanaraq əmək kitabçasına müvafiq qeydlərin edilməsini cavabdehlərin rəhbərlərinin üzərinə qoyulması, İddiaçı2 xeyrinə Cavabdeh3 MMC-dən 2000-ci ildən 2021-ci ilədək cəmi 20 il iş stajı üçün məzuniyyət pulu 4500manat, Cavabdeh4 MMC-dən 500 manat, cəmi 5000 manat, İddiaçı5 xeyrinə Cavabdeh3 MMC-dən 2500 manat məzuniyyət pulu, İddiaçı4 xeyrinə Cavabdeh3 MMC-dən 2000 manat əmək məzuniyyət pulunun, Cavabdeh4 MMC-dən 1000 manat məzuniyyət pulunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçılar iddia ərizəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətini və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunu da cavabdeh kimi qeyd etsələr də, onlara qarşı tələblərinin nədən ibarət olmasını iddia ərizəsində göstərməmişdir. Halbuki, Azərbaycan Respublikası MPMnin 149.2.3-cü maddəsinə əsasən, iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi MPM-nin 149.2.3-cü maddəsinin tələblərinə uyğun verilmədiyindən geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 150-152-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdehlər Cavabdeh3 MMC-yə, Cavabdeh4 MMC-yə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Veri Xidmətinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “hərəkətlərin qanunsiz hesab edilməsi və tutulmuş məbləğlərin geri qaytarılması” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılara izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar