Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-600/2023 02.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “hasarın sökülməsi və vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə, müstəqil tələb irəli sürən X1 Cavabdeh qarşı “hasarın sökülməsi” tələbinə dair iddiası üzrə mülki işə Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “hasarın sökülməsi və vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ünvan 1 ünvanında uzun illərdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. Qonşuluqda yaşayan əslən Laçın rayonundan olan Cavabdeh Məhərrəm oğlu inisiallı şəxs heç bir hədd və sədd gözləmədən qanunsuz olaraq aralarındakı hasarı hördürərək iddiaçının sağlam ətraf mühitdə yaşamaq hüququnu məhdudlaşdırmaqla yanaşı, İnsan və Vətəndaş azadlıqlarının norma və prinsiplərini deformasiyaya uğratmışdır. Qanunsuzluqlarla bağlı iddiaçının dəfələrlə Xətai Rayon İcra Hakimiyyətinə, mənzil istismar sahəsinə, icra nümayəndəliyinə etdiyi çoxsaylı şikayətlər və müraciətlər bu günə kimi sabotaj edilməkdədir. Problem yaradan Cavabdeh Məhərrəm oğlu isə "pulumu verib hasarımı qaldırmışam, get hara istəyirsən şikayət et" despot düşüncəsindən başqa normal münasibət sərgiləməkdədir. Xətai Rayon İcra hakimiyyətinin və onun törəmələrinin havadarlığı sayəsində iddiaçının özü və ailə üzvləri sarsıntı keçirmiş, xəstəliyə düçar olmuşdur. Eyni zamanda Xətai rayon İcra Hakimiyyətindəki havadarlarına güvənərək hüquqlarını tapdalayan Cavabdeh Məhərrəm oğlunun qanundankənar hərəkətləri sayəsində iddiaçı iztirabla yaşamışdır və mənəvi əzab çəkməkdədir. İztirablarının mənəvi əzablarının heç bir meyar göstəricisi olmasa da, iddiaçı bu zərəri 10 min manatdan artıq dəyərləndirmişdir. İddiaçı iddia ərizəsində göstərilənləri nəzərə alaraq, Xətai Rayon İcra Hakimiyyəti tərəfindən Cavabdeh Məhərrəm oğluna verdiyi icazə üzrə qanunsuz inşa edilmiş hasarın sökülməsini Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoymaqla, iddiaçıya vurulmuş maddimənəvi ziyan, sarsıntının əvəzi olaraq Cavabdeh Məhərrəm oğlundan 10000 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan müstəqil tələb irəli sürən üçüncü şəxs qismində işə qoşulmuş X2 Cavabdeh qarşı “hasarın sökülməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən inşa edilmiş hasarın cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, anası İddiaçı ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Qasımova Gülşən mənzilin mülkiyyətçisidir. Buna dair adına verilmiş çıxarış da mövcuddur. Qasımova Gülşən evi alanda qonşu ilə aralarında olan hasar hal-hazırda divar olmuşdur və onun pəncərəsinin qarşısını tam şəkildə bağlamışdır. Səbəbini soruşduqda isə cavabdeh icazə alaraq tikdiyini, sökmək fikri olmadığını bildirmişdir. İddiaçı və üçüncü şəxs dəfələrlə cavabdehə şifahi müraciət etsələr də, hər dəfəsində cavabdeh nalayiq sözlərlə təhqir edərək qapıdan qovmuşdur. Bununla bağlı yalnız məhkəməyə müraciət olunmalıdır. Cavabdeh Gülşən Qasımovanın hasarını divar hündürlüyündə hörməklə mülkiyyət hüquqlarını pozmaqla yanaşı onun səhhətində də problemlərin yaranmasına səbəb olmuşdur. Bununla yanaşı, üçüncü şəxsin evində hər hansı bir yanğın hadisəsi baş verərsə, belə olduğu halda yanğın söndürənlər yanğını heç bir halda söndürə bilməyəcəklər və bu yanğın qonşu evlərə də keçə bilər. Bundan əlavə cavabdeh ev alverçisidir, o küçədə bir neçə belə evlər tikib satmaqla məşğuldur və onun bu özbaşına əməlləri bir neçə nəfərin narazılığına səbəb olmuşdur. Məhkəmə baxışında çıxış edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı əlavə olaraq izahatında bildirmişdir ki, cavabdehin tikdiyi hasar əvvəllər 3 daşdan ibarət barı formasında mövcud olub, sonradan cavabdeh iddiaçının xəbəri və razılığı olmadan həmin hasarı hündür tikmişdir. Bunun nəticəsində onun yataq otağına işıq düşmür, hava girmir, həmçinin otaqda yaranmış nəmişlikdən təmir korlanmışdır. Məhkəmə baxışında çıxış edən Cavabdeh iddia tələbinə etiraz edərək, bildirmişdir ki, iddia əsasızdır. Belə ki, hasar cavabdehin öz sahəsinə aiddir. Belə ki, həmin evi texniki sənəd əsasında əldə etmişdir. Həmin vaxt iddiaçı artıq öz evində yaşayırdı. Ora köçərkən iddiaçı ilə aralarında 3 daşdan ibarət barı mövcud olmuşdur. Sonradan iddiaçıın evindən bərk səslər gəldiyinə görə o, məcbur olub hasarın üstünü tikərək, hündür hasar yaratmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının iddia tələbi qismən, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayonu İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış Q-139/2-070 saylı, xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, icazə sənədi olmadan şəhərsalma tikinti və normaların ciddi sürətdə pozmaqla tikilmiş tikililər və qurğular məhkəmə qərarı əsasında sökülə bilər. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 209 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Məhərrəm oğlu Bakı şəhəri, Xətai rayonu, X4, Polad Həşimov küçəsi, ev 114 Q, 2-ci döngə ünvanında yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı, ******* №-li çıxarışın surətindən məlum olur ki, ünvan 4 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2013-cü il tarixdə X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan 15 fevral 2023-cü il tarixli yerində müayinə protokolundan görünür ki, X1 mülkiyyətçisi olduğu ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli ev X1 və İddiaçı faktiki sahibliyində və istifadəsindədir. Həmin ev 3 otaqdan ibarətdir. Mübahisə predmeti olan hasar İddiaçı istifadəsində olan yataq otağının arxa hissəsində çox yaxın, təxminən 50 sm məsafədə tikilmişdir. Həmin otağa gün işığının və havanın girişini məhdudlaşdırılmışdır. Otaqda nəmişliyin izləri mövcuddur. Hər iki tərəfin verdiyi məlumata əsasən əvvəllər həmin hasar 3 daşdan ibarət olmuşdur Cavabdeh Məhərrəm oğlu faktiki sahibliyində olan evi əldə etdikdən sonra həmin 3 daşdan ibarət hasarın üstünü tikərək, hündür hasar yaratmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.4-cü maddəyə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəyə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Eyni Məcəllənin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin subutların mümkünlüyünü müəyyən edən 81-ci maddəsi təsbit edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müstəqil tələb irəli sürən üçüncü şəxs X2 ünvan 1 ünvanında yerləşən evin qanuni mülkiyyətçisidir və hazırda anası İddiaçı birlikdə həmin evdə yaşayır. İddiaçının anası olmaqla həmin evdən istifadə hüququna malik olan şəxsdir. Məhkəmə İddiaçı tərəfindən irəli sürülən iddia tələbinə münasibətdə hesab edir ki, iddiaçı hal-hazırda qeyd olunan mənzilin mülkiyyətçisi olmasa da, həmin mənzilin keçmiş mülkiyyətçisi olmaqla, orada yaşayır və hal-hazırda mübahisəyə səbəb olan tikili onun istifadəsində olan otağın qarşısında tikilmişdir. Belə ki, iş materiallarında olan fotoşəkillər və yerində müayinə protokoluna əsasən müəyyən edilir ki, cavabdeh tərəfindən tikilən hasar iddiaçının yaşadığı mənzildə yataq otağının pəncərəsinin qarşısını kəsməklə, otağa günəş şüasının və havanın daxil olmasını məhdudlaşdırmış, otaqda nəmişliyin yaranmasına səbəb olmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qonşuya məxsus hasarın üzərində çox yaxın məsafədən əlavə hasarın tikilməsi iddiaçının və üçüncü şəxsin əmlakdan istifadə hüquqlarını pozmuşdur. İddiaçı Xətai Rayon İcra Hakimiyyəti tərəfindən Cavabdeh Məhərrəm oğluna verdiyi icazə üzrə qanunsuz inşa edilmiş hasarın sökülməsini Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoymaqla, iddiaçıya vurulmuş maddi-mənəvi ziyanın tutlmasınn tələ etsə də məhəmə baxışında müəyyən edilmişdir ki, Cavabdeh Məhərrəm oğlu mübahisəli hasarın onun sahəsinə aid olmasına istinad etsə də, bu halı təsdiqləyəcək mötəbər sübutları məhkəməyə təqdim etməmiş, Xətai Rayon İcra Hakimiyyəti həmin tikilinin tikintisinə icazə verməmişdir. Bununla yanaşı müəyyən edilmişdir ki, cavabdehin faktiki istifadəsində olan ev özbaşına tikili olmaqla, onun tikintisinə müvafiq icazələr alınmamış, tikili daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınmamışdır. Odur ki, iddiaçının iddia tələbi qismən, üçüncü şəxsin iddia tələbi tam təmin edilərək, Bakı şəhəri, Xətai rayonu, X4, Polad Həşimov küçəsi, ev 114 Q ünvanında tikilmiş hasar Cavabdeh öz hesabına sökülməlidir. Məhkəmə eyni zamanda İddiaçı iddia tələbinin mənəvi ziyana görə 10000 manat pul vəsaitinin cavabdehdən tutulması hissəsini araşdıraraq, hesab edir ki, mənəvi ziyana səbəb ola biləcək halların baş verməsi ilə bağlı iddiaçı məhkəməyə sübutlar təqdim etmədiyinə görə iddia tələbi mənəvi zərərin tutulması hissəsində təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı iddia tələbi qismən təmin edilsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs X1 iddia tələbi təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, X4, Polad Həşimov küçəsi, ev 114 Q ünvanında tikilmiş hasar Cavabdeh hesabına sökülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-600/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-600/2023
02.03.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver