Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5855/2022 26.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X7 (Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb olunmaqla) qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ № 2(102)-5855/2022 (Açar sözlər: qanunsuz tikilinin sökülməsi tələbi) Bakı şəhəri, 26 dekabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3115/2022 nömrəli mülki iş üzrə 6 iyul 2022-ci il tarixli qətnaməsindən İddiaçı, Cavabdeh1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Daşınmaz əmlakın alqı-satqısına dair xx.xx.2016-cı il tarixli müqavilə ilə X3 Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 7 T saylı evin 1 saylı mənzilini İddiaçı satmış və sonuncunun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2016-cı il tarixli çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cav abdehlərin qanunsuz hərəkətlərinə son qoyulması, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 1 saylı fərdi yaşayış evinin avtomobil və piyada yolunun açılması, evin qarşısında və ümumi istifadədə olan torpaq sahəsində cavabdehlər tərəfindən qanunsuz olaraq inşa edilmiş tikililərin onlar tərəfindən sökülməsi, maddi ziyanın əvəzi kimi 5000 manat, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 7 T saylı evin 1 saylı mənzili iddiaçının xüsusi mülkiyyətindədir. Qey d olunan mənzilin qarşı hissəsində qanunsuz tikililər mövcuddur. Həmin tikililərin dövlət qeydiyyatından keçməsinə dair hər hansı bir sənəd yoxdur, cavabdehlər tərəfindən qanunsuz olaraq gizli yolla tikililər inşa edilmiş və iddiaçının mülkiyyətində olan mənzilin giriş-çıxış hissəsinə, habelə həmin əraziyə daxil olmağa süni maneələr yaratmışlar. Cavabdehlər qanunsuz olaraq ərazini hasara alaraq avtodayanacaq etmiş, halbuki həmin dayanacağın orada tikilməsinə heç bir icazə yoxdur. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçının və ailə üzvlərinin evlərinə gedib-gəlməsinə, həmçinin həmin ərazidən səmərəli istifadəsinə qadağalar qoyulmuşdur. Bununla bağlı cavabdehlərlə aralarında mübahisə yaranmış, bu barədə Yasamal Rayon İcra Hakimiyyətinə və Yasamal Rayon Polis Şöbəsinə müraciət e tmiş, həmin orqanlar tərəfindən bu mübahisənin həlli ilə bağlı məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. İddiaçının mülkiyyətində olan evin qarşı tərəfində olan ərazilər, avtomobil və piyada yolu olmaqla, həmçinin ümumi ictimai istifadədə olan ərazilərdir. Lakin Cavabdeh1 həmin ərazidə qanunsuz olaraq kafe tikərək iddiaçının evinin qarşısını almaqla evinə gələn yolu bağlamışdır. Digər cavabdehlər Cavabdeh2 və X10 tərəfindən evlərinin qarşı hissəsində olan torpaq sahəsi zəbt edilərək, bağ üçün tikililər inşa edilmiş və ərazi hasara alınmışdır. Bundan başqa ümumi ictimai istifadədə olan ərazilərdə qanunsuz tikilmiş dayanacaq ərazidən keçən yüksək gərginliyi olan 10.000 kv-luq elektrik xətlərinin keçən hissəsinin torpaq sahəsinin altında yerləşir. Bu da insan həyatı üçün təhlükəlidir. Həmi n dayanacağın hasara alınması ümumi ictimai istifadədə olan gediş-gəliş yolunun məhdudlaşmasına səbəb olmuşdur.
4. Cavabdeh1 bildirmişdir ki, Yeni ünvan 2 ünvanında 1993-cü ilin may ayından başlayaraq yaşayır. O, ev növbəsində olanda gənc mütəxəssis kimi, Yeni ünvan 2 ünvanında mənzillə təmin olunmuşdur. Binanın arxasında bağ sahəsi yerləşirdi. Evi darısqal olduğu və evində məcburi köçkün qohumları yerləşdiyi üçün koorperativin sədrinə müraciət etmişdir. Koorperativin sədri 1997-ci ildə iclas keçirmiş, ona bağ sahəsi ayrırmış və orada qaraj tikməyi üçün icazə vermişdir. Onun mənzili iki otaqlı idi və evə yerləşməyən əşyalar qaraja yerləşdimişdi. Onun qarajının arxasında qonşunun yeri var idi. Orada Vüqar adlı şəxs alıb ev tikmişdir. Sonra Vüqar evi Eldəniz və Müşfiq adlı şəxsə satıb. Eldən iz və Müşfiq alqı-satqıda işləyirlər. Onlar həmin evə əvvəllər onlarla adam gətirib, lakin evin yerləşməsinə və yolunun olmadığına görə razılaşmayıb gediblər. Eldəniz evi 2016-cı ildə İddiaçı satmışdır. İddiaçı həmin evə köçəndən sonra onunla dəfələrlə mübahisə etmiş və onunla dava-dalaş həddinə çatmışdır. Cavabdeh onun və qonşuların bağ və dayanacaq sahələrini zəbt edərək almaq fikrindədir.
5. Cavabdeh X10 bildirmişdir ki, məhəllədə salınmış bağçalar sakinlərin asudə vaxtlarını keçirmək üçün nəzərdə tutulmuşdur.
6. Üçüncü şəxs Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndəsi bildirir ki, iddia tələbinə etiraz etmir və iddia tələbinin təmin olunub-olunmamasını məhkəmənin mülahizəsinə buraxmışdır.
7. Məhkəmə tikinti-texniki ekspertizasının 27 yanvar 2021-ci il tarixli 10/3225 saylı rəyinə əs asən, İddiaçı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov küçəsində yerləşən 7 T saylı evin 1 saylı mənzilinin qarşısında tikililərin (avtodayanacaq, qaraj, kafe və s.) yerləşdiyi müəyyən edilir. Həmin tikililərin tikinti norma və qaydalarına uyğun olmadığı müəyyən edilir. Bundan əlavə, həmin mənzilə avtomobil yolunun olmadığı, yeganə 12 metr uzunluğunda, 0,90 m enində keçid yolunun olduğunu nəzərə alaraq, mənzilin qarşısında yerləşən iş üzrə cavabdehlərə məxsus tikililərin mənzilin gediş-gəliş yoluna qismən maneçilik törətdiyi müəyyən edilir.
8. Mübahisəli əraziyə apellyasiya instansiyası məhkəməsi tərəfindən yerində baxış keçirilərkən müəyyən edilmişdir ki, İddiaçı məxsus fərdi yaşayış evinin qarşısında cavabdehlər tərəfindən tikililər inşa olunmuş və hasarlanaraq bağça sa lınmışdır. Baxış keçirilərkən tikililərin bağlı olduğu və hər hansı məqsəd üçün istifadə olunmadığı, o cümlədən kafe kimi fəaliyyət göstərmədiyi, ərazidə olan avtodayanacağın cavabdehlərə aidiyyətinin olmadığı müəyyən olundu. Baxış zamanı iştirak edən cavabdehlər Cavabdeh1 və X10 bildirdilər ki, məhəllədə salınmış həmin bağçalar sakinlərin asudə vaxtlarını keçirmək üçün nəzərdə tutulmuşdur. Baxış zamanı İddiaçı məxsus evə yalnız ensiz piyada yolunun mövcud olması, avtomobil yolunun olmaması müəyyən edilmişdir.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Orxan Məmmədli) 04 iyun 2020ci il tarixli 2(004)- 1724/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 7 T ünvanında yerləşən 1 saylı mənzil 2016cı il tarixdən xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Həmin ərazidə yerləşən həyət yanı sahədə Cavabdeh1 1997-ci ildə icazəli surətdə qaraj inşa etdirmiş və qarajın etrafında kiçik ərazidə yaşıllıq sahəsi salmışdır. Hazırda iddiaçı Cavabdeh1 tərəfindən salınmış qanunsuz tikillərin onun mənzilindən rahat istifadəsinə maneəçiliyin törədilməsini iddia etsə də bu halı sübut etməmişdir. Belə olduğu təqdirdə də məhkəmə hesab edir ki, Cavabdeh1 tərəfindən tikilmiş qanunsuz tikililərin müvcudluğu İddiaçı maraqlarına toxunmur. Beləliklə, iddiaçının hüquqlarının pozulması hallarına yol verilməmiş və buna görə də o, Cavabdeh1 inşa etdiyi tikilinin sökülməsini tələb edə bilən maraqlı şəxs kimi çıxış edə bilməz. Məhkəmə habelə qeyd etməyi zəruri bilmişdir ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 7 T ünvanında yerləşən 1 saylı mənzili alqısatqı yolu ilə 2016- cı il tarixdə almasına baxmayaraq evinin giriş çıxışına mane olan, iddia edərək sökülməsini tələb etdiyi tikililər Cavabdeh1 tərəfindən 1997-ci ildə salınmışdır. Bu da öz növbəsində iddiaçının qeyd olunan mənzili əldə edərkən həmin tikillərin faktiki mövcud olmasından və mənzilinə avtomobil yolunun olmamasından xəbərdar olmasını göstərir. Bundan əlavə məhkəmə iddia tələbinin digər cavabdehlər Cavabdeh2 və X7 qarşı olan hissəsi üzrə qeyd edir ki, iddiaçı iddia etdiyi cavadebdehlər Cavabdeh2 və X6 tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tiki lmiş tikillərin nədən ibarət olmasına və həmin tikillərin onun maraqlarına toxunmasına dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də rədd edilməlidir. Bundan əlavə məhkəmə iddia tələbinin maddi və mənəvi zərərin cavabdehlərdən müştərək qaydada tutulması hissəsi üzrə qeyd edir ki, iddia tələbi bu hissədə də iddiaçı tərəfindən sübut edilmədiyindən rədd edilməlidir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 171.1, 171.2, 180-ci, Mülki Prossesual Məcəllənin 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
12. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasın ı xahiş etmişdir.
13. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmununa uyğun olmaqla qətnamə çıxarılarkən maddi hüquq normalarının pozulması ilə əsaslandırılmışdır.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər İ.Ə.Kərimli -sədrlik edən və məruzəçi, A.Ə.İsgəndərov və E.C.Kazımov) 2(103)-481/2021 nömrəli iş üzrə 07 iyul 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, işə baxan məhkəmə işin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 171.1, 171.2, 180-ci, Mülki Prossesual Məcəllənin 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
17. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Ə.Ə.Əliyev (sədrlik edən və məruzəçi), M.T.Əhmədova və İ.K.Xəlilov) 2 mart 2022-c i il tarixli, 2(102)-132/2022 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
20. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, apelyasiya insansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçının hüquqlarının pozulması hallarına yol verilməmiş və buna görə də o, Cavabdeh1 inşa etdiyi tikilinin sökülməsini tələb edə bilən maraqlı şəxs kimi çıxış edə bilməz. Bundan başqa iddiaçı Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 7 T ünvanında yerləşən 1 saylı mənzili alqı-satq ı yolu ilə 2016-cı il tarixdə almasına baxmayaraq evinin giriş çıxışına mane olan, iddia edərək sökülməsini tələb etdiyi tikillər Cavabdeh1 tərəfindən 1997-ci ildə salınmışdır. Bu da öz növbəsində iddiaçının qeyd olunan mənzili əldə edərkən həmin tikillərin faktiki mövcud olmasından və mənzilinə avtomobil yolunun olmamasından xəbərdar olmasını göstərir. Bundan başqa həm məhkəmə tikinti-texniki ekspertizasının 27 yanvar 2021-ci il tarixli rəyi ilə, həm də apelyasiya instansiyası məhkəməsi tərəfindən keçirilmiş yerli baxış ilə cavabdehlər tərəfindən inşa edilmiş tikililərin İddiaçı məxsus mənzilə gediş-gəliş yoluna maneçilik törətdiyi və sonuncunun öz mənzilindən istifadə üçün yalnız 12 metr uzunluğunda, 0,90 m enində keçid yoluna malik olduğu müəyyən edildi halda apellyasiya instansiyası mə hkəməsi düzgün olmayaraq iddiaçının hüquqlarının pozulması hallarına yol verilmədiyi qənaətinə gəlmişdir. Bundan başqa apelyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. İşin hallarıdan göründüyü kimi qeyd edilən qanunsuz tikililər iddiaçının hüquq və qanuni mənafeyini pozduğundan sonuncunun həmin tikililərin sökülməsi ilə bağlı məhkəməyə müraciət etməyə subyektiv hüququ olmuşdur. Bundan başqa həmin tikililərin 1997-ci ildə, yəni iddiaçının mənzili aldığı 2016-cı ildən əvvəl inşa edilm əsi ilə bağlı birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşan apelyasiya instansiyası məhkəməsinin mövqeyinə münasibətdə qeyd edilməlidir ki, qanunvericilik maraqlı şəxsin qanunsuz tikilinin sökülməsini tələb etmək hüququnu belə bir halla məhdudlaşdırmamışdır.
21. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4, 180.1 və 180.4-cü maddələrinə istinadla əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
22. Təkrar apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər.
23. Bu apellyasiya baxışında mübahisəli sahəyə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, dayanacaqdan mübahisəli əraziyə daxil olarkən, Cavabdeh1 bağ sahəsinin kənarından 12 metr uzunluğunda, 0,90 m enində keçid yolu vardır. Evin qarşısı cavabdehlərin hasarları ilə tutulmuş, arxa çıxışı isə ensiz olmaqla iki binanın arasından keçir. İddiaçının evinin yanında həyət var.
24. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər V.N.Sadıqov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və E.M.Həsənov) 6 iyul 2022-ci il tarixli, 2(103)3115/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilmişdir. Cavabdehlərin Cavabdeh1, Cavabdeh2 və X10 tərəfindən qanunsuz hərəkətlərə son qoyulması, İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən fərdi y aşayış evinin avtomobil və piyada yolunun açılması, bu məqsədlə evin qarşısında və ümumi istifadədə olan torpaq sahəsində cavabdehlər tərəfindən qanunsuz olaraq inşa edilmiş tikililərin həmin evin qarşı tərəfdən perimetri boyunca (bilavasitə yaşayış evinin qarşısı) cavabdehlər tərəfindən sökülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
25. Məhkəmə kollegiyası öz mövqeyini belə əsaslandırmışdır ki, İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının 27 yanvar 2021-ci il tarixli rəyi ilə, həm də əvvəlki apelyasiya instansiyası məhkəməsi tərəfindən keçirilmiş yerli baxış ilə cavabdehlər tərəfindən inşa edilmiş tikililərin İddiaçı məxsus mənzilə gediş-gəliş yoluna maneçilik törətdiyi və sonuncunun öz mənzilindən istifadə üçün yalnız 12 metr uzunluğunda, 0,9 0 m enində keçid yoluna malik olduğu müəyyən edilmişdir.
26. Hazırkı apelyasiya baxışı zamanı da mübahisəli sahəyə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, dayanacaqdan mübahisəli əraziyə daxil olarkən, Cavabdeh1 bağ sahəsinin kənarından 12 metr uzunluğunda, 0,90 m enində keçid yolu vardır. Evin qarşısı cavabdehlərin hasarları ilə tutulmuş, arxa çıxışı isə ensiz olmaqla iki binanın arasından keçir. İddiaçının evinin yanında həyət var.
27. Mülki Məcəlləyə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hər əkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4).
28. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır (maddə 180.1). Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (maddə 180.4).
29. Göründüyü k imi, şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır və maraqlı tərəf həmin tikilinin sökülməsi ilə bağlı məhkəməyə müraciət edə bilər.
30. İşin müəyyən edilmiş hallarına əsasən qanunsuz tikililər iddiaçının hüquq və qanuni mənafelərinin pozulması ilə nəticələnir, belə ki, həmin tikililər (birinci və ikinci tikili tam, üçüncü tikili isə qismən) iddiaçının sərbəst gediş-gəlişinə və yaşayış evindən sərbəst istifadəsinə maneə törədir. İddiaçının yaşayış evinin bilavasitə qarşısında belə tikililərin mövcudluğu iddiaçının özünün və ailəsinin rahat və firavan yaşayışını mümkünsüz edir.
31. Həmin tikililərin iddiaçının mənzili aldığı 2016-cı ildən əvvəl inşa edilməsi ilə bağlı isə Kollegiya qeyd edir ki, qanunvericilik maraqlı şəxsin qanunsuz tikilinin sökülməsini tələb etmək hüququnu belə bir halla məhdudlaşdırmamışdır.
32. Qeyd olunanlara əsasən Kollegiya qeyd edir ki, həmin qanunsuz tikililər (birinci və ikinci qanunsuz tikili tam şəkildə, üçüncü tikili isə qismən) iddiaçıya məxsus evin qarşısı boyunca sökülməlidir.
33. İddia tələbinin maddi və mənəvi zərər hissəsinə münasibətdə Kollegiya qeyd edir ki, bu hissədə iddia tələbinin əsaslı olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim edilmədiyindən, iddia tələbi bu hissədə əsassız olmaqla rədd edilməlidir.
34. Apellyasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4, 180.1 və 180.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri
35. İddiaçı (vəkili Nümayəndə3) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsinə və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
36. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq belə əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi hazırki iş üzrə iddia tələbinin qanunsuz tikililərin sökülməsi hissəsində düzgün nəticəyə gəlsə də, iddia tələbinin maddi və mənəvi zərər hissəsinə münasibətdə düzgün olmayan nəticəyə gəlmişdir. İddia tələbi həmin hissədə də təmin edilməli olduğu halda apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, bu hissədə iddia tələbinin əsaslı olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim e dilmədiyindən, iddia tələbi bu hissədə əsassız olmaqla rədd edilməlidir. Halbuki, iddia tələbinin həmin hissəsi üzrə iddiaçı tərəfindən kifayət qədər mötəbər sübutlar təqdim olunmuşdur.
37. Cavabdeh1 (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
38. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İlk növbədə qeyd emək istəyirəm ki, apellyasiya instansiya məhkəməsi tərəfindən yalnız iddiaçı tərəfin verdiyi izahatlar əsas götürülmüş, apellyasiya şikayətinin tamamilə əsassız olması və rədd edilməsi ilə bağlı irəli sürdüyümüz dəlillər və izahatlar nəzərə alınmamış, qətnamədə öz əksini tapmamışdır. Bildirmək istəyirəm ki, İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 1 saylı fərdi yaşayış evini 2016-cı il də almış, evi alarkən onun hazırda sökülməsini tələb etdiyi tikililər və bağ sahələri mövcud olmuşdur. Belə ki, mən ünvan 5 ünvanından gənc mütəxəssis kimi növbəyə duraraq 1993-cü ildə 41 saylı mənzili almışam. 1997-ci ildən evin qarşı hissəsində icazəli olaraq qaraj və bağ sahəm salınmışdır. İddiaçı aldığı fərdi yaşayış evi isə son illərdə hündür mərtəbəli yaşayış binalarının arasında qanunsuz olaraq inşa olunmuş və qanunsuz yollarla həmin evə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmışdır. Bele ki, həmin ev məhəllə sakinlərinin asudə vaxtını keçirmək üçün n əzər d ə tutulmuş ərazidə inşa olunmuşdur. Ümumiyyətlə isə, həmin ərazidə əvvəllər iddiaçıya məxsus ev olmadığından heç bir giriş-çıxış yolu da mövcud olmamışdır. Həmin ev məhəllədə evlər arasında yerləşdiyinə və gediş-gəli ş yolu olmadığına görə İddiaçı əvvəl gələn müştərilər evi almaqdan imtina etmişlər. Mənim tərəfimdən isə 1997- ci ildən evin qarşı hissəsində icazəli olaraq qaraj və bağ sahəsi salınmışdır. Yəni iddiaçı tərəfindən həmin e v alınmamışdan xeyli müddət öncə bağ sahəsi və qaraj inşa olunmuşdur. Belə olan halda iddiaçının hüquqlarının pozulmasından söhbət gedə bilməz. Bundan əlavə, iddiaçıya giriş-çıxış üçün avtomobil və piyada yolunun verilməsi evin qarşısında olan yaşıllıqların məhv edilməsinə səbəb ola bilər. Məhkəmə tərəfindən isə bütün bunlar araşdırılmamış, heç bir hüquqi qiymət verilməmişdir. Həmçinin nəzərinizə çatdırmaq istəyirəm ki, tərəfimizdən məhkəməyə təqdim olunmuş Bakı şəhər İcra Hakimiyyətinin 125 saylı MTK-nın xx.xx.2009-cu il tarixli arayışından Cavabdeh1 Bakı şəhəri, Yeni Ya samal 2 küçəsi 7 saylı evin 41 nömrəli mənzilində yaşadığı və həmin binanın arxa hissəsində yerləşən sahədə ailə üzvlərinin cox olması nəzərə alaraq və yaşadığı mənzilin sahəsi imkan vermədiyinə görü ev əşyalarının yerləşdirmək üçün 1997ci ildə orada icazəli surətdə qaraj inşa etdirdiyini və qarajın ətrafında kiçik ərazidə yaşıllıq sahəsi saldığı aydın olur. Göründüyü kimi iddiaçının sökülməsini tələb etdiyi qaraj qabaqcadan lazımi icazə alındıqdan sonra inşa olunmuşdur. Bu icazənin olması qarajın özbaşına və qanunsuz olaraq inşa edilməsi əsasını aradan qaldırır. Eyni zamanda istəyirəm ki, sökülməsi tələb olunan qarajın aşağı hissəsi iddiaçı tərəfindən öz həyətindən qanunsuz olaraq 0.5 metr qazılmışdır. Nəticədə hasar çökərək yararsız vəziyyətə salınmışdır. Bütün bu sübut və faktlar isə ap ellyasiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Tərəfimizdən məhkəməyə təqdim olunmuş Yasamal Rayon Prokurorunun müavini, kiçik ədliyyə müşaviri Rəşadət Orucovun xx.xx.2019-cu il tarixlicinayət işinin başlanması haqqında qərarından görünür ki, Cavabdeh1 07 avqust 2019-cu il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal - 2, Ə.Əhmədov küçəsində yerləşən özünə məxsus kafedə olarkən, həmin kafenin yaxınlığındakı evdə yaşayan Elman, Zaur adlıvə istintaqa məlum olmayan iki nəfər naməlum şəxslər kafenin qarşısına gələrək onun həmin gün onların barəsində Yasamal RPİ-nin 29-cu PŞ-nə şikayət etməsi ilə əlaqədar mübahisə edib onu qəsdən döyərək ona alt dodağın əzilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya və sağ aya ğın İ barmağının əsas falanqasının sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirmişlər. Qeyd olunanlara əsasən toplanmış materialda Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdətutulmuş cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olmasını nəzərə alaraq fakta görə həmin maddə ilə cinayət işi başlanılmış və istintaq aidiyyəti üzrə Yasamal RPİ-nin İŞ-nə göndərilmişdir. Sözügedən qərar, eyni zamanda qarajın inşa olunması üçün lazımi icazə sənədi məhkəmə tərəfindən qərəzli olaraq qiymətləndirilmiş, iddiaçının mənə qarşı törətdiyi zorakılıq hərəkətləri, hədə-qorxu gəlmələri işin qanuni və ədalətli həlli zamanı nəzərə alınmamışdır. Bütün bu qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən işə qeyri-obye ktiv baxılmasını təsdiq edir. Həmçinin nəzərinizə çatdırmaq istəyirəm ki, sözügedən iş üzrə xx.xx.2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı barədə mənə yalnış məlumat verilmişdir. Daha öncəki məhkəmə prosesi yekunlaşdıqdan sonra bildirişə qol çəkdirməklə növbəti prosesin xx.xx.2022-ci tarixə, saat 12:30-a təyin edildiyi bildirilmiş, lakin həmin gün məhkəmə iclası 09:30-da keçirilmişdir. Məhkəmə bildirişinə qol çəkməyimə baxmayaraq orada iclasın vaxtı qeyd olunmamış, bildirişin bir nüsxəsi isə mənə təqdim olunmamışdır. Yalnız şifahi şəkildə məhkəmə iclasının xx.xx.2022-ci tarixə, saat 12:30-a təyin edildiyi bildirilmişdir. Bütün bunlar bir daha təsdiq edir ki, apellyasiya məhkəməsi işin iddiaçı tərəfin xeyrinə həll olunmasında, eyni zamanda işin hərtərəfli və obyektiv araşdırı lmasına nail olmadan yekunlaşmasında maraqlı olmuşdur.
39. Üçüncü şəxs X1 (vəkili X4) kassasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin olunmasına dair qərar qəbul olunmasını xahiş etmişdir.
40. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbi əsassızdır, işə yenidən baxan apellyasiya məkəməsi tərəfindən qanuni və əsaslı qətnamə çıxarılmamışdır. Məhkəmə qətnamə çıxararkən sübutları düzgün qiymətləndirməmiş, iş üçün əhəmiyyətli olan halları müəyyən etməmiş, müəyyən edilməli olan halları aydınlaşdırmamış, qanunu düzgün tətbiq etməmişdir. Belə ki, iş üzrə iddiaçının mötəbər sübut saydığı iddia ərizəsinə əlavə edilmiş sənədlərdə İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin avtomobil və piyada yolunun açılması, bu məqsədlə evin qarşısında və ümumi istifadədə olan torpaq sahəsində cavabdehlər tərəfindən qanunsuz olaraq inşa edilmiş tikililərin həmin evin qarşı tərəfdən perimetri boyunca (bilavasitə yaşayış evinin qarşısı) cavabdehlər tərəfindən sökülməsi göstərilsə də, həmin hal məhkəmə iclasında heç bir mötəbər sübutlarla təsdiq olunmur. Bundan başqa bildirirk ki, məhkəmə nəzərə almamışdır ki, sökülməsi müəyyən edilən tikililərin yerləşdiyi mübahisəli torpaq sahəsi, kimə məxsusdur və həmin torpaq sahəsinin mülkiyyətçisi iş üzrə cavabdeh kimi cəlb edilməlidir. Məhkəmə AR FHN-ni müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi qeyd etsə də məhkəmədə iştirakını təmin etməmişdir. İddiaçının isə həmin torpaq sahəsinə dair hər hansı bir hüququ olmadığından onun hazırkı iddianı irəli sürməyə subyektiv hüququ olmamışd ır. Apellyasiya məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Mülki Məcəllənin 157, 180 maddələrinə istinad etmişdir. Belə ki, qeyd olunan qanunun tələbinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bununla bağlı olaraq bildiririk ki, cavabdehlər tərəfindən iddiaçının mülkiyyətinə hər hansı qəsd edən hərəkətlər edilməmiş, iddiaçının mülkiyyətinə aid olan torpaq sahəsində hər hansı tikililər inşa edilməmiş, iddiaçıya hər hansı ziyan vurulmamışdır. İş materiallarında iddia tələbini əsaslandıran hər hansı bir sübut mövcud deyildir. Apel lyasiya məhkəməsi qeyd olunan normanı düzgün tətbiq etməmiş, bu da işə yenidən baxan apellyasiya məhkəməsinin yanlış nəticəyə gəlməsinə səbəb olmuşdur. İşə yenidən baxan apellyasiya məhkəmə qeyd olunan normanı düzgün tətbiq etməmişdir. Qeyd olunan normanın tələbinə görə şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Bununla bağlı olaraq bildiririk ki, işə yenidən baxan apellyasiya məhkəməsi sökülməsi barədə qərar verdiyi tikililərin şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikildiyini müəyyən etməmişdir. İşə yenidən baxan apellyasiya məhkəməsi iddiaçının evinin və torpaq sahəsinin sə nədlərinin tam araşdırmamışdır, həmçinin iddiaçının qeyd etdiyi ünvanı necə almasıməhkəmə tərəfindən araşdırılmamışdır. Bundan başqa müvafiq icra hakimiyyətinin tikililərin qanunsuz olması və onların sökülməsi ilə bağlı hər hansı tələbi olmamışdır. Normanın tələbinə görə ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Konstitusiya Məhkəməsi qeyd olunan qərarlnda da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həll i üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə h üququ”. Bununla bağlı olaraq bildiririk ki, apellyasiya instansiyasıməhkəməsi nəzərə almamışdır ki, işdə olan sənədlərə əsasən sökülməsi qeyd olunan tikililərin yerləşdiyi mübahisəli ərazi dövlət mülkiyyəti olmaqla, sənaye təyinatlı torpaq kateqoriyasına Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Yasamal rayon Yanğından Mühafizə Xidmətinin ərazisinə aid olduğu müəyyən edildiyindən həmin torpaq sahəsi bələdiyyə torpağı kimi alğı-satqı yolu ilə iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsi hesab edilə bilməz. Göründüyü kimi iddiaçının mübahisəli torpaq sahəsinə dair hər hansı bir hüququ olmadığından onun hazırkı iddianı irəli sürməyə subyektiv hüququ olmamışdır. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 1 saylıProtokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şə xs mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq xatırladır ki, Konvensiyanın 6-cımaddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan RespublikasıKonstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azər baycan RespublikasıKonstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Lakin hesab edirəm ki, məhkəmə icraatı zamanı iş üzrə bütün hallar məhkəmə tərəfindən bilavasitə araşdırılaraq hüquqi qiymət verilmədiyindən həqiqətin müəyyən olunmasına nail olunmamışdır. Məhkəmə qeyd olunan konstitusion normalara uyğun olaraq öz səlahiyyətlərindən istifadə edərək bütün faktiki halları, mövcud dəlilləri obyektiv, tam və hərtərəfli araşdırmalı, onlara hüquqi qiymət verməli idi. Lakin bunlar edilməmişdir, əksinə iddiaçının maraqlarının təmin edilməsi barədə ədalətsiz qətnamə çıxarmışdır. Azərbaycan RespublikasıKonstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, fakt lara əsasən və qanuna müvafiq baxırlar. Məhkəmə qeyd olunan konstitusion normalara uyğun olaraq öz səlahiyyətlərindən istifadə edərək bütün faktiki halları, mövcud dəlilləri obyektiv, tam və hərtərəfli araşdırmalı, onlara hüquqi qiymət verməli idi. Lakin bunlar edilməmişdir, əksinə iddiaçının maraqlarının təmin edilməsi barədə qanunsuz, ədalətsiz qətnamə çıxarmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ-cü hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Məhkəmə öz səlahiyyətlərindən istifadə edərək bütün faktiki halları, mövcud dəlilləri obyektiv, tam və hərtərəfli araşdırmalı, onlara hüquqi qiymət verməli idi. Lakin bunlar edilməmişdir, əksinə iddiaçının maraqlarının təmin edilməsi barədə ədalətsiz qətnamə çıxarmışdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
21. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
22. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalar ını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
23. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 24.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 25.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 26.Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 27.Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 28.Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
29. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktı kassatorlar tərəfindən tam mübahisələndirildiyindən bütövlükdə yoxlanılır.
30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmə işdəki sübutları qiymətləndirərək bu qənaətə gəlmişdir ki, iddiaçının mülkiyyətin müdafiəsinə dair iddiası (təmin olunan həcmdə) MM-in 157.4-cü maddəsi çərçivəsində əsaslıdır.
33. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, tərəflərin və işdə iştirak edən şəxslərin dəlillərinə mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinm iş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
34. Kassasiya şikayətlərinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
35. Ona görə də kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılma lıdır.
36. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3115/2022 nömrəli mülki iş üzrə 6 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.