Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-808/2025 02.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (X18, X16 və X22 üçüncü şəxs qismində cəlb olunmaqla) özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddianın iddiaya cavab verməli olmayan şəxsə qarşı verilməsi, cavabdehin əsl cavabdehlə əvəz edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X23 (sədrlik edən və məruzəçi), X6 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-9/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat bağları ərazisi, ev 2195E üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2195H saylı torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına qeydiyyata alınmışdır.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2195H saylı torpaq sahəsi və üzərində yerləşən bağ evi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına qeydiyyata alınmışdır.
4. Cavabdeh2 ilə X18 arasında 13 may 2023-cü ildə bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2195H saylı torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evini X3.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2195H saylı torpaq sahəsi və üzərində yerləşən sahəsi 63,6 kv.m olan bağ evi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində X8 adına qeydiyyata alınmışdır.
6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2195G saylı torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına qeydiyyata alınmışdır.
7. Cavabdeh2 ilə Cavabdeh3 arasında 24 fevral 2023-cü ildə bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2195G saylı torpaq sahəsini Cavabdeh3 satmışdır.
8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2195G saylı torpaq sahəsi və üzərində yerləşən sahəsi 70 kv.m olan fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh3 adına qeydiyyata alınmışdır.
9. Cavabdeh3 ilə X16 arasında 28 mart 2023-cü ildə bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh3 Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2195G saylı torpaq sahəsini və üzərində yerləşən sahəsi 70 kv.m olan 2 otaqlı fərdi yaşayış evini X10 satmışdır.
10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2195V saylı torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində Məmmədov Taleh Əbiş oğlunun adına qeydiyyata alınmışdır.
11. 11 iyun 2020-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Məmmədov Taleh Əbiş oğlu Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2195V ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin 0,0307 ha hissəsini X4.
12. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən sahəsi 0,0893 ha olan 2195V saylı torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində Məmmədov Taleh Əbiş oğlunun adına qeydiyyata alınmışdır.
13. 21 oktyabr 2020-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Məmmədov Taleh Əbiş oğlu Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2195V ünvanında yerləşən 0,0893 ha torpaq sahəsinin 0,0095 ha hissəsini X2.
14. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən sahəsi 0,0693 ha olan 2195V saylı torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində Məmmədov Taleh Əbiş oğlunun adına qeydiyyata alınmışdır.
15. Torpaq sahəsinin bölgüsü haqqında 14 aprel 2021-ci il tarixli müqavilədən görünür ki, Məmmədov Taleh Əbiş oğluna məxsus Corat bağları ərazisi, 2195V ünvanında yerləşən sahəsi 0,0693 ha olan torpaq sahəsinijn 0,0111 ha hissəsi bölünərək İddiaçı verilmişdir.
16. Daşınmaz əmlakın alqı-satqısı haqqında 14 aprel 2021-ci il tarixli, AN-İ ******* saylı müqavilədən görünür ki, Məmmədov Taleh Əbiş oğlu ona məxsus olan Corat bağları ərazisi, 2195V ünvanında yerləşən sahəsi 0,0693 ha olan torpaq sahəsinin 0,0111 ha hissəsini İddiaçı satmışdır.
17. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən sahəsi 0,0582 ha olan 2195V saylı torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində Məmmədov Taleh Əbiş oğlunun adına qeydiyyata alınmışdır.
18. Məmmədov Taleh Əbiş oğlu ilə Cavabdeh2 arasında bağlanmış 12 may 2022-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Məmmədov Taleh Əbiş oğlu mülkiyyətində olan 0,0582 ha torpaq sahəsini Cavabdeh2 satmışdır.
19. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən sahəsi 0,0582 ha olan 2195V saylı torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına qeydiyyata alınmışdır.
20. Cavabdeh2 ilə X22 arasında bağlanmış 06 may 2024-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 ona məxsus 0,0095 ha torpaq sahəsini X5.
21. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən sahəsi 0,0095 ha olan 2195V saylı torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində X15 adına qeydiyyata alınmışdır.
22. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/4297 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunanlara əsasən 2195V saylı torpaq sahəsində inşa olunan tikiliyə dair texniki pasport, layihə sənədləri təqdim olunmadığına və 2195E saylı torpaq sahəsi ilə qonşuluğu olmadığına görə həmin tikili üzrə tədqiqat aparmağın mümkün olmadığı, həmçinin 2195H və 2195G saylı torpaq sahələrində inşa olunmuş tikililərin, həmin tikililərə dair tərtib olunmuş texniki pasportun göstəricilərinə uyğun olduğunun müəyyən olunduğu, rəyin tədqiqat hissəsində qeyd olunanlara əsasən, 2195H, 2195G və 2195V saylı torpaq sahələrində inşa olunmuş tikililər ilə, həmin tikililərin inşa olunduğu torpaq sahəsinin sərhəddinə qədər məsafənin 0,07-0,17 metr olduğunu nəzərə alaraq həmin məsafənin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.2-
1. bəndinin tələbinə uyğun olmadığının müəyyən olunduğu qeyd olunmuşdur. Birinci instansiya məhkəməsində icraat
23. İddiaçı Cavabdeh1 qarşı iddia qaldıraraq Cavabdeh1 tərəfindən onun hasarına bitişik 3 ədəd inşa edilmiş qanunsuz tikilinin cavabdehin öz vəsaiti hesabına sökülməsi, həmçinin ona dəymiş maddi və mənəvi zərərin aradan qaldırılması üçün 5000 manat məbləğində pul vəsaiti, məhkəməyə müraciət üçün hüquq şirkətinə ödədiyi 989 manat məbləğində xidmət haqqı, 170 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 6159 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə, həmçinin özbaşına tikintinin həyata keçirilməsinə hərəkətsizlik edən aidiyyəti orqanların müvafiq əməkdaşları barədə xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir.
24. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinə dəqiqləşmə verərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən inşa edilmiş Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən Sumqayıt şəhəri, Corat bağları ərazisində yerlşən 2195H və 2195G saylı evlər və 2195V saylı torpaq sahəsində tikilən tikili şəhərsalma və tikinti normaları pozularaq tikildikləri üçün özbaşına tikili hesab olunması, həmin evlərin cavabdehlərin öz vəsaiti hesabına sökülməsi, həmçinin ona dəymiş maddi və mənəzi zərərin aradan qaldırılması üçün 5000 manat məbləğində pul vəsaiti, məhkəməyə müraciət üçün hüquq şirkətinə ödədiyi 989 manat məbləğində xidmət haqqı, 170 manat manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə, həmçinin özbaşına tikintinin həyata keçirilməsinə hərəkətsizlik edən aidiyyəti orqanların müvafiq əməkdaşları barədə xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir.
25. İddia onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən bağ evi və torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Ona mülkiyyət hüquqlarının qeydiyyatına dair çıxarış verilmişdir. Cavabdeh, yəni hasar qonşusu öz torpaq sahəsində 3 yeni yaşayış evi inşa edib, evləri ona məxsus torpaq sahəsinin hasarına demək olar bitişik (3 sm ara olmaqla) 2 mərtəbəli inşa etdirmiş və 2-ci mərtəbələrdə onun həyətinə baxan pəncərələr quraşdırmışdır. Cavabdehdən onun evinin hasarına bitişik tikinti aparmağı dayandırmasını tələb etsə də, buna məhəl qoymayaraq işinə davam etmişdir. Bununla bağlı qonşuya müraciət edəndə evin bu qaydada tikilməsinə icra hakimiyyətindən razılığının olduğunu, tikintini dayandırmayacağını və istənilən quruma şikayət etmək hüququnun olduğunu bildirmişdir. Müraciətlərinə məhəl qoymayaraq onun hüquqlarını pozmaqla qanuna zidd əməllərini davam etdirmişdir. Beləliklə onun tərəfindən 6 aydan çox müddət ərzində edilmiş şikayətlər nəticəsiz qalmış, cavabdeh öz tikinti və təmir işlərini davam etdirmiş, dövlət qurumları tərəfindən heç bir addım atılmamış, məsuliyyətin digər qurumda olduğu barədə cavablar göndərilmiş, cavabdehin qanunsuz tikinti və təmir işlərini davam etdirməsinə şərait yaratmışlar. Belə ki, ilkin şikayəti zamanı cavabdeh 2 qanunsuz tikinti inşa etdiyi halda, 6 ay şikayət müddətində əlavə olaraq 1 tikili də inşa edilmiş və həmin tikililər təmir edilmişdir. Bütün bunlardan sonra məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin qərəzli hərəkətləri nəticəsində ona maddi və mənəvi zərər dəymişdir. Belə ki, cavabdehin tikdiyi qanunsuz tikili onun öz əmlakından istifadə etmək hüququnu məhdudlaşdırmış, sərbəst istifadə və istirahət hüququna maneə olmuşdur. Həmçinin bu 6 ay müddətində keçirdiyi sarsıntı nəticəsində psixoloji vəziyyətində pozuntu baş vermiş, nevroloji vəziyyətinin bərpası və əsəblərinin sakitləşdirilməsi üçün müalicə almışdır.
26. Məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, əlavə olaraq bildirdi ki, iddiaçının torpaq sahəsi zəbt etmə məsələsi hazırki iddia tələbinin predmeti deyildir. Bununla bağlı iddia tələbi ilə hər hansısa müraciət olmamış, iddiaçının hər hansısa torpaq sahəsini zəbt edib-etməməsi məsələsi araşdırılmamışdır. Hesab edir ki, həmin məsələ ilə bağlı ekspertizanın keçirilməsi tam əsassızdır. İşlə bağlı əvvəl ekspertiza təyin edilmişdir. Qarşı tərəf sənədləri təqdim etmədiyini bildirir, lakin tərəfindən sənədlər təqdim edilmişdir. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
27. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 izahatında bildirdi ki, iş digər hakimin icraatında olan zaman vəsatətləri əsasında işlə bağlı məhkəmə-tikinti texniki ekspertizası təyin edilmişdir. İddiaçı tərəf evlərin onun hasarına birləşik şəkildə inşa etdiyini bildirmişdir. Hansı ki, iddiaçının həmin hasarı özbaşına zəbt etdiyini iddia edirlər. Bununla bağlı ekspertiza rəy tərtib edə bilmir, qarşı tərəf isə sənədləri məhkəməyə təqdim etmir. İşin obyektiv həlli üçün ekspert tərəfindən iddiaçının hasarı ona məxsus olan hüdudlarda inşa edib-etməməsi ilə bağlı rəy verilməlidir. 1 ildir ki, ekspertiza rəy verməmiş, qarşı tərəf isə sənəd təqdim etməmişdir.
28. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 izahatında bildirdi ki, qeyd olunan torpaq sahələrinin ona heç bir aidiyyəti yoxdur.
29. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 izahatında bildirdi ki, qeyd olunan torpaq sahələri ilə hazırda heç bir əlaqəsi yoxdur. Belə ki, əvvəl həmin torpaq sahələrinə aidiyyəti olsa da, artıq mübahisəli torpaq sahələri satılmışdır və mülkiyyətçisi başqa şəxsdir. Həmin ev tikilməmişdən əvvəl çıxarış əldə etmişdirlər. Daşınmaz Əmlakın nümayəndəsi hasarın həmin tikiliyə aid olmadığını bildirdi. Belə ki, sənədlərə əsasən hasar biraz arxa hissədə olmalı idi. Onlara sənəd verilmiş və onun əsasında tikinti işləri aparılmışdır.
30. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-9/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi, aparılmış ekspertiza tətdiqatına görə 50 (əlli) manatın İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (hakim Vəfa Şirəliyeva).
31. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 50.0.3, 54.1, 54.2, 77.1, 119.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətlərinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri
32. İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-9/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən inşa edilmiş Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2195H, 2195G və 2195V saylı evlərin şəhərsalma və tikinti normaları pozularaq tikildikləri üçün özbaşına tikili hesab olunması, həmin evlərin cavabdehlərin öz vəsaiti hesabına sökülməsi, həmçinin ona dəymiş maddi və mənəvi zərərin aradan qaldırılması üçün 5 000,00 (beş min) manat məbləğində pul vəsaitinin, məhkəməyə müraicət üçün hüquq şirkətinə ödədiyi 989,00 (doqquz yüz səksən doqquz) manat məbləğində xidmət haqqının, 170,00 (bir yüz yetmiş) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə, həmçinin özbaşına tikintinin həyata keçirilməsinə şərait yaradan aidiyyəti orqanların əməkdaşları barədə xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir.
33. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən bağ evi və torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Bu hüququ dövlət qeydiyyatına alınmış və ona hüquqlarını təsdiq edən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışlar verilmişdir. Bildirmək istəyir ki, cavabdeh, yəni hasar qonşusu öz torpaq sahəsində 2 (iki) yeni yaşayış evi inşa edir, evləri ona məxsus torpaq sahəsinin hasarına demək olar bitişik (3 sm ara olmaqla) 2 (iki) mərtəbəli inşa etdirir və 2-ci mərtəbələrdə onun həyətinə baxan pəncərələr quraşdırır.
34. Cavabdehdən onun evin hasarında tikinti aparmağı dayandırmasını tələb etsə də o, buna məhəl qoymaraq işinə davam etmişdir. Bütün bunların əks olunduğu fotoşəkillər işə əlavə olunmuşdur. Lakin bununla bağlı qonşuya müraciət etdikdə evin bu qaydada tikilməsinə icra hakimiyyətindən razılığının olduğunu bildirir, tikintini dayandırmayacağını və istənilən quruma şikayət etmək hüququnun olduğunu bildirir, müraciətlərinə məhəl qoymayaraq hüquqlarını pozmaqla qanunazidd əməllərini davam etdirir. AR Nazirlər Kabinetinin 2014-cü il 11 mart tarixli 72 nömrəli qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın 9-cu maddəsinə əsasən ara məsafəsi olaraq divar hündürlüyünün 0,6 hissəsi, xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən fərdi yaşayış evlərinə münasibətdə isə divar hündürlüyünün 0,3 hissəsi, yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi qəbul olunur. Tikilmiş qanunsuz tikintinin sökülməsi üçün onun tərəfindən 2022-ci ildə dəfələrlə sentyabr ayında Sumqayıt şəhər İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət olunmuşdur. Müraciətinə cavab olaraq ona göndərilmiş AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 28 sentyabr 2022-ci il tarixli, MİHO/2.1-2022-6337 saylı məktubunda sözügedən ünvanda inşa olunan tikinti obyekti ilə bağlıTikintilərin Dövlət reyestrində hər hansı məlumat olmadığından onun qanunsuz tikili olması qeyd olunmuşdur. Həmçinin sözügedən məktub Sumqayıt şəhər İcra Hakimiyyətinə ünvanlanaraq özbaşına tikili barədə qanunvericilikdə əks olunmuş zəruri tədbirlərin görülməsi xahiş edilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyətindən isə göndərilmiş məktubda tikinti işlərinin dayandırıldığı, lakin artıq tikilmiş hissənin sökülməsi üçün məhkəməyə müraciət etməli olduğu qeyd olunmuşdur. Həmçinin Bununla bağlı səlahiyyətli orqanın AR Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 bildirilmişdir. Sözügedən Agentlik isə məsələni yenidən icra Hakimiyyətinə göndərmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə etdiyi təkrar müraciətinə cavab olaraq ona məlumat üçün göndərilmiş 19 dekabr 2022-ci il tarixli məktubda Sumqayıt şəhər İcra Hakimiyyətinə qanunsuz tikilmiş tikinti obyekti barədə qısa müddət ərzində tədbirlər görüb nəticəsi barədə ona məlumat verilməli olması qeyd olunmuşdur. İcra hakimiyyətindən ona göndərilmiş 27 dekabr 2022-ci il tarixli məktubda məhkəməyə müraciət etməli olduğu qeyd olunmuşdur. Bütün bunlardan sonra məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bütün bunlar sözügedən tikilinin qanunsuz tikili olduğunu sübut edirdi, buna görə də qanunsuz tikilinin sökülməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə baxışı zamanı cavabdehlər ona məlum olmayan “yollarla” sözügedən evlərə reyestrdən çıxarış almış və onu özgəninkiləşdirmişdir. Məhkəmə qərarı qəbul edilən zaman iş ətraflı araşdırılmamış, maddi və prosessual normalar pozulmuşdur. Məsələn o iddia ərizəsinə dəqiqləşmə verərək onun bu cür- “Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən inşa edilmiş Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2195H, 2195G və 2195V saylı evlərin şəhərsalma və tikinti normaları pozularaq tikdikləri üçün özbaşına tikili hesab olunması, Həmin evlərin cavabdehlərin öz vəsaiti hesabına sökülməsi, həmçinin mənə dəymiş maddi vəmənəvizərərin aradan qaldırılması üçün 5 000,00 (beş min) manat məbləğində pul vəsaitinin, məhkəməyə müraicət üçün hüquq şirkətinə ödədiyim 989,00 (doqquz yüz səksən doqquz) manat məbləğindəxidmət haqqının, 170,00 (bir yüz yetmiş) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq mənə ödənilməsi barədə Qətnamə, həmçinin özbaşına tikintinin həyata keçirilməsinə şərait yaradan aidiyyəti orqanların əməkdaşları barədə xüsusi qərardad qəbul etməyinizi xahiş edirəm.” qəbul edilməsini xahiş etsə də Məhkəmə qətnaməsində iddia tələbinin əksinə qeyd olunmuşdur.
35. Azərbaycan Respublikası ərazisində aparılan bütün tikintilər AR Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun şəkildə həyata keçirilməlidir. Həmin Məcəllənin 69-cu maddəsində göstərilir ki, ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. Məcəllənin 69.5-ci maddəsinə görə ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: divar hündürlüyünün 0,6 hissəsi; bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi; tikinti obyektinin layihələndirilməsi zamanı aşağıdakılar nəzərə alınmalıdır: mövcud tikililərlə həmsərhəd torpaqlarda inşası planlaşdırılan tikinti obyektlərinin xarici divarları və hissələri arasında, obyektlərin təyinatından asılı olaraq, şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən edilmiş ara məsafələrin saxlanılması.
36. AR Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
37. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə isə qərar qəbul edən zaman cavabdehin təqdim etdiyi əsassız sübutlara əsaslanmış, işin faktiki hallarını müəyyən edən sübutları araşdırmamışdır. Məhkəmə qərar qəbul edən zaman iddia tələbinə tam əsaslı yanaşılmamış, məsələ araşdırılmamışdır. Onun əmlak hüquqları pozulmuş, əmlakından sərbəst istifadə etməsi məhdudlaşdırılmışdır. Tikilinin qanunsuz özbaşına tikinti olması, tikinti normalarlnın pozulması səlahiyyətli dövlət orqanları tərəfindən bir neçə dəfə bildirilsə də məhkəmə məsələyə formal yanaşaraq 2 il müddətində davam edən işin nəticəsində “başqasının mülkiyyətini sökə Bilmərəm” qərarını qəbul etmişdir. Halbuki məhz tikinti normalarını pozaraq tikinti aparan şəxs məhz cavabdehlər olmuşdur ki, bugün də onlar buna görə cavab verməlidirlər.
38. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
39. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
40. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
41. Məkhəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə digər cavabdehlər və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər.
42. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
43. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
44. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu:
45. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
46. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
47. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
48. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə
49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
50. Maddə 50.0.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.
51. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.
52. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.
53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
54. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
55. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
56. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
57. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
58. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarın
59. Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
60. Bənd 2. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.
61. Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
62. Bənd 17. Kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
Apellyasiya baxışının hədləri
63. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
64. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
65. Apellyasiya şikayətindən görünür ki, iddiaçı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-9/2025 nömrəli qətnaməsinin ləğv edilib iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
66. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
67. Beləliklə, İddiaçı məhkəməyə iddia ərizəsi və ona dəqiqləşmə ilə müraciət edərək Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən inşa edilmiş Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən Sumqayıt şəhəri, Corat bağları ərazisində yerlşən 2195H və 2195G saylı evlər və 2195V saylı torpaq sahəsində tikilən tikili şəhərsalma və tikinti normaları pozularaq tikildikləri üçün özbaşına tikili hesab olunması, həmin evlərin cavabdehlərin öz vəsaiti hesabına sökülməsi, həmçinin ona dəymiş maddi və mənəzi zərərin aradan qaldırılması üçün 5000 manat məbləğində pul vəsaiti, məhkəməyə müraciət üçün hüquq şirkətinə ödədiyi 989 manat məbləğində xidmət haqqı, 170 manat manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə, həmçinin özbaşına tikintinin həyata keçirilməsinə hərəkətsizlik edən aidiyyəti orqanların müvafiq əməkdaşları barədə xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir.
68. İddianı təmin etməyən birinci instansiya məhkəməsi isə qeyd etmişdir ki, Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2195E saylı ev İddiaçı məxsusdur. İddiaçı ona məxsus torpaq sahəsi ilə qoşuluqda yerləşən 2195H, 2195G və 2195V saylı torpaq sahələrində inşa edilmiş tikililərin onun hasarına bitişik tikilməklə ara məsafəsi qaydalarını pozması səbəbindən sökülməsini məhkəmədən xahiş edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının hazırda cavabdeh qismində qoyduğu şəxslər- Cavabdeh2 iddiaçının sökülməsini tələb etdiyi 2195H, 2195G və 2195 V saylı və Cavabdeh3 isə 2195 G saylı torpaq sahələrinin və onu üzərində yerləşən tikililərin əvvəlki mülkiyyətçiləri olmuşlar. Hazırki iş üzrə Cavabdeh1 isə həmin tikililərdən hər hansı birinin mülkiyyətçisi olduğu iş materialları ilə müəyyən edilməmişdir. Məhkəməyə sorğu əsasında daxil olmuş sənədlərlə müəyyən edilir ki, hal-hazırda 2195 H saylı torpaq sahəsinin və onun üzərində yerləşən tikilinin mülkiyyətçisi X18, 2195G saylı torpaq sahəsinin və onun üzərində yerləşən tikilinin mülkiyyətçisi X16, 2195V saylı torpaq sahəsinin mülkiyyətçisi isə X20r. Qeyd edilən torpaq sahələri və üzərində yerləşən tikililərdən 2195 H və 2195V saylı torpaq sahələri iddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman Cavabdeh2, 2195G saylı torpaq sahəsi isə Cavabdeh3 mülkiyyətində olmuş, hazırki mübahisə üzrə mülki iş məhkəmənin icraatında olduğu dövrdə özgəninkiləşdirilmişdir. İddia ərizəsi verilən zaman və ya ondan əvvəl iddiaçı həmin torpaq sahələrinin başqa şəxslərə özgəninkiləşdirilməsinin qadağan edilməsinə dair müvəqqəti təminat tədbirinin görülməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmənin hazırlıq iclasında iddiaçının nümayəndəsi və vəkilinə cavabdehlərin əsl cavabdehlərlə əvəz edilməsi təklif edilmiş, lakin o, cavabdehlərin başqa cavabdehlərlə əvəz edilməsinə razı olmadığını bildirmişdir. Mülki Prosessual Məcəllənin 54.1-ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər; 54.2-ci maddəsinə görə iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.
69. Məhkəmə qeyd etmişdir ki, iddiaçı irəli sürdüyü iddia tələbinə münasibətdə məhkəmə müdafiəsi hüququna malik olsa da, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəldilmədiyindən təmin edilə bilməz. İddianın əsaslılığı məsələsinə gəldikdə isə iddiaya cavab verməli olan subyektə qarşı tələb irəli sürüldüyü təqdirdə məhkəmə müvafiq qərar verə bilər.
70. Məhkəmə həmçinin qeyd etmişdir ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur. İddianın əsaslılığı məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, iddia ona cavab verməli olan subyektlərə (torpaq sahələrinin və tikililərin mülkiyyətçilərinə) qarşı irəli sürüldüyü halda, iddianın əsaslı olub-olmaması məsələsinə hüquqi qiymət verilə bilər. İddia ona cavab verməli olmayan şəxslərə qarşı qaldırıldığından iddia təmin edilməməlidir.
71. Beləliklə, iş üzrə apellyasiya məhkəməsində aparılmış araşdırması ilə müəyyən edilmişdir ki, iddiada göstərilən cavabdehlərin mülkiyyətində olan daşınmaz əmlaklar birinci instansiya icraatı zamanı digər şəxslərin adına özgəninkiləşdirilmişdir, cavabdehlər artıq hazırkı iddiaya cavab verməli şəxslər sırasından çıxmışlar. Birinci instansiya məhkəməsinin icraatı zamanı cavabdehlərin əsl cavabdehlə əvəz olunması məsələsi müzakirə edilsə də (iş vər.178), iddiaçı iddiasına dəqiqləşmə verməmiş, hazırkı mülkiyyətçiləri cavabdeh qismində işə cəlb olunmasını, cavabdehlərin əsl cavabdehlə əvəz olunmasını xahış etməmişdir. Məhkəmə kollegiya yeni mülkiyyətçiləri X13, X11 və X21 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb etsə də, hesab edir ki, hazırkı vəziyyətdə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı iddiasına cavab verməli şəxslər hesab oluna bilməzlər.
72. Digər tərəfdən apellyasiya şikayətinin məzmunundan da görünür ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəsi ilə razılaşmayan iddiaçı dəlillərində hesab edir ki, tikinti normalarını pozaraq tikinti aparan şəxs məhz cavabdehlərdir, bugün də onlar buna görə cavab verməlidirlər.
73. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəsi ilə razılaşaraq, hesab edir ki, qətnamənin ləğvi üçün əsaslar yoxdur.
74. Məhkəmə kollegiyası qeyd edir ki, milli qanunvericiliyin müddəalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
75. Azərbaycan Respublikasının qanunvericiliyi mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirmişdir.
76. Belə ki, Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
77. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
78. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-9/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.