Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-6027/2025 16.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Eyvazova Samirə Əli qızı İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı daşınmaz əmlakın təhvil verilməsi tələbinə dair iddia ərizəsini iddia ərizəsini araşdırıb, MÜƏYYƏN ETDİ:
1. İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı daşınmaz əmlakın təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
Tətbiq edilən hüquq: 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.7. bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə; 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
İşə baxan məhkəmənin mövqeyi:
3. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır.
4. Belə ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki iş icraata götürülməmişdən əvvəl iddia ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyünün yoxlanılması zəruridir.
5. Məhkəmə qeyd edir ki, iddiaçılar iddia ərizəsində İddiaçı1 ilə cavabdeh "xxxx" MMC arasında bağlanılmış 16 aprel 2021-ci il tarixli QY/23 saylı müqaviləyə əsasən cavabdeh Bakı şəhəri, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində "Olympus Park" brendi ilə inşa edilən 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 5, mərtəbə 1, ümumi sahəsi 135.70 kv.m-dən ibarət olan 23 saylı qeyri-yaşayış sahəsinin İddiaçı1 təhvil verilməsini və İddiaçı2 ilə cavabdeh arasında bağlanılmış 16 aprel 2021-ci il tarixli QY/23 saylı müqaviləyə əsasən cavabdeh Bakı şəhəri, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində "Olympus Park" brendi ilə inşa edilən 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 5, mərtəbə 1, ümumi sahəsi 135.70 kv.m-dən ibarət olan 23 saylı qeyri-yaşayış sahəsinin İddiaçı2 təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin iddiaçıların tələblərinin əsasının təşkil edən predmetlər, müqavilələr bir-biri ilə bağlı deyildir, iki tələbin ortaq məsələsi yalnız cavabdehin eyni olmasıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, ayrı-ayrı icraatda baxılmalı olan işlərin bir icraatda verilməsi dövlət rüssumu ilə bağlı məsələlərdə sui-istifadə halları üçün şərait yaradır.
6. Məhkəmə qeyd edir ki, MPM-in 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hal-hazırki ərizəçi iddia ərizəsinin Azərbaycan Respublikasının MPM-nin 152-ci maddəsi ilə müəyyən edilmiş tələblərinə riayət etmədiyindən ərizə geri qaytarılmalıdır.
7. Məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarıldığından iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır.
8. Eyni zamanda ərizənin qaytarılması ilə bağlı nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah edilir.
9. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 152, 263- 264-cü maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARA ALDİ:
1. İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı daşınmaz əmlakın təhvil verilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın.
2. İddiaçılar İddiaçı1, İddiaçı2 hazırkı iddia ərizəsi ilə bağlı məhkəməyə ikinci dəfə müraciət etmək hüququnun olması izah olunsun.
3. İddiaçı1 tərəfindən xx.xx.2025-ci il tarixdə ödənilmiş ********** qəbz nömrəli 50 (əlli) manat dövlət rüsumu geri qaytarılsın.
4. İddiaçı2 tərəfindən xx.xx.2025-ci il tarixdə ödənilmiş ********** qəbz nömrəli 50 (əlli) manat dövlət rüsumu geri qaytarılsın.
5. Qərardadın rüsumun qaytarılması hissəsində icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyi Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin.
6. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.
Hakim: Samirə Eyvazova