Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6044/2021 22.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi Nəsirova Samirə Şəmsəddin qızının katibliyi ilə İddiaçı1 və onun nümayəndəsi və vəkili X19 iştirakı ilə, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı cavabdehin ünvan 1dən istifadə hüquqlarına xitam verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, X13 ilə 1998-ci ildə nikaha daxil olmaqla ailə qurmuş, nikah Bakı şəhəri Xətai rayonu VVAQ şöbəsində 1998-ci il avqustun 26-da bağlanmış və 613 №-si ilə qeydə alınmışdır. Ailə qurduqdan sonra ünvan 1ə köçmüş və ailə üzvü kimi yaşamağa başlamışdır. Birgə nikahdan övladı olmamışdır. Adı çəkilən ev 5 otaqdan ibarət olmuş, ailə üzvlərinin razılığına əsasən sahələri 20 kv.m və 15 kv.m iki otaqdan və sahəsi 9 kv.m mətbəxdən ər-arvad onlar, sahələri 15 kv.m ,12 kv.m və 9 kv.m olan üç otaqdan və sahəsi 9 kv.m olan mətbəxdən əri İsgəndərin oğlu X14, arvadı X9 və iki uşağı ilə birlikdə istifadə etmişlər. X4 iddiasına əsasən Xətai Rayon Məhkəməsinin 12 aprel 1999-cu il tarixli 2-263 №-li qətnaməsinə əsasən adı çəkilən evdə istifadə qaydaları müəyyən olunduqdan sahələri 15 kv.m və 9 kv.m olan iki otaq iki uşaqla birlikdə X4, sahəsi 12 kv.m olan bir otaq X6, sahələri 20 kv.m və 15 kv.m iki otaq isə ərarvad onların istifadəsində qalmış, yaşayış otaqları və həyətyanı torpaq sahələri qeyd olunan qaydada bir-birindən təcrid olunnmuş, giriş-çıxış qapıları ayrılmış və yaşayş otaqlarından ayrılıqda istifadə etməyə başlamış və hazırda da ayrıca istifadə edirlər. Onlar ərazidən heç vaxt istifadə etməmiş, əmlakları özlərinə aid hissədə olmuşdur. Tikililər də daxil, həyətyanı torpaq sahələrinə giriş-çıxış qapıları ayrıdır. Sahələri ayrı olduğundan su, işıq, qaz və digər kommunal xidmətlərindən ayrıca istifadə edir və ayrıca ödənişlər aparırlar. Ər-arvad özlərinə aid hissədə əlavə olaraq iki yaşayş otağı və yardımçı sahələr tikmişlər. X3 2019-cu il dekabrın 12-də vəfat etmişdir. Cavabdeh X1ra aid hissədə qalsa da, 1993-cü ildən bu evdə yaşamamış, ona aid bu evdə heç bir əmlak yoxdur, o, həmişə Rusiya Federasiyasının Primorski vilayətində yaşamış, 1997-ci ildən orada qeydiyyatdadır. Cavabdeh getdiyi vaxtdan mənzil kirayə müqaviləsindən irəli gələn vəzifələrin yerinə yetirilməsində iştirak etməmişdir. İddiaçı1 və onun nümayəndəsi və vəkili X31 məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdehin faktiki yaşayış yeri məlum olmadığından, məlum olan axırıncı yaşayış yeri - ünvan 1 ünvanından məhkəmə iclasına çağırılmış, lakin həmin ünvanda yaşamadığına dair qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Cavabdehin ünvanını dəyişdirməsi barədə məhkəməyə məlumat verilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin və qarşılıqlı iddia aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. İş materiallarından müəyyən olunmuşdur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinin 09.09.2021-ci il tarixli **********16 nömrəli məktubuna əsasən Bakı şəhəri, Xətai rayonu, K.Kərimov küçəsi, 34/128 saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi haqqında məlumat idarənin arxivində aşkar edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayonu MKTB 66 saylı Mənzil Kommunal İstismar Sahəsinin 07.07.2021-ci il tarixli 1614 nömrəli arayışına əsasən Bakı şəhəri, Xətai rayonu, K.Kərimov küçəsi, 34/128 saylı fərdi yaşayış evində İddiaçı1, X15, X21, X20, X26, X10, X7, X5, X2, Cavabdeh qeydiyyatdadır. Vİ-ЖГ seriyalı 497427 nömrəli Nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən X13 və X8 nikahının bağlanması haqqında 26.08.1998-ci il tarixdə 613 nömrəli akt qeydi tərtib edilmişdir. AZ-İİ seriyalı 061017 nömrəli Ölüm haqqında şəhadətnaməyə əsasən X13 12.12.2019-cu il tarixdə Bakı şəhərində ölmüşdür. Mülki iş üzrə şahid qismində dindirilmiş X17 məhkəmə iclasında ifadə verərək bildirdi ki, iddiaçı onun qonşusudur. Cavabdeh isə onun həyat yoldaşı İsgəndərin ilk evliliyindən olan oğludur. Cavabdehi 1993-cü ildən sonra həmin mənzildə görməmişdir. Cavabdeh 1993-cü ildən çıxıb gedib, Rusiyada məskunlaşıb. Mülki iş üzrə şahid qismində dindirilmiş X22 məhkəmə iclasında ifadə verərək bildirdi ki, iddiaçının qonşusudur, onun rəhmətlik yoldaşını da tanıyır, cavabdehi isə tanımır, ancaq haqqında eşitmişdir. Cavabdeh iddiaçının həyat yoldaşının ilk evliliyindən olan oğludur. Cavabdeh 1993-cü ildən həmin ünvandan çıxıb gedib. 1993-cü ildən sonra cavabdehi həmin mənzildə görməmişdir. Mülki mübahisənin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. “Azərbaycan SSR Mənzil məcəlləsinin təsdiq edilməsi haqqında” 8 iyul 1982-ci il tarixli Azərbaycan Sovet Sosialist Respubliksının Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ; ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibuluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yuxarıda göstərilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, sözügedən mənzil müvafiq qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından cavabdeh yuxarıda istinad edilən qanunvericilik normaları baxımından hər hansı hüquq daşıyıcısı deyildir və onun həmin mənzildə istifadə hüququ da yaranmamışdır. Belə olan halda yaranmayan istifadə hüququna xitam verilə bilməz. Odur ki, göstərilənlərə əsasən İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı cavabdehin ünvan 1dən istifadə hüquqlarına xitam verilməsi barədə iddiası iddiası rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı cavabdehin ünvan 1dən istifadə hüquqlarına xitam verilməsi barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-6044/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6044/2021
22.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver