Məhkəmə qərarları › İş №2(011)-6056/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-6056/2024

01.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-6056/2024 01.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynli Mehriban Qalib qızının katibliyi Cavabdeh X7 Bakı Filialının nümayəndəsi X1 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1, Bank MelliX5rşı zaminlik müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ:

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1, Bank MelliX5rşı zaminlik müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər.

İddiaçının tələbi:

2. İddiaçılar məhkəmədən X7 Bakı Filialı ilə X4 arasında bağlanmış 14 fevral 2022-ci il tarixli 284 №li zaminlik müqaviləsinin və X7 Bakı Filialı ilə İddiaçı2 arasında bağlanmış 14 aprel 2022-ci il tarixli 285 №li zaminlik müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər.

Cavabdehin iddiaya münasibəti:

3. Cavabdeh X7 Bakı Filialının nümayəndəsi ərizə ünvanlayaraq məhkəməyə eyni tərəflər arasında eyni mübahisəyə dair məhkəmə qətnaməsini təqdim etmişdir.

Tətbiq edilən hüquq:

4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.4. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə 191.2. hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa. 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər.

5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarı.

6. Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları 14 iyun 2022-ci il tarixli Qərardadı.

Məhkəmənin mövqeyi:

7. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, mülki iş üzrə icraata AR MPM-nin 261.0.2-ci maddəsinin tələblərinə əsasən, xitam verilməlidir.

8. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilir.

9. Mülki iş üzrə iddiaçılar məhkəmədən X7 Bakı Filialı ilə X4 arasında bağlanmış 14 fevral 2022-ci il tarixli 284 №li zaminlik müqaviləsinin və X7 Bakı Filialı ilə İddiaçı2 arasında bağlanmış 14 aprel 2022-ci il tarixli 285 №li zaminlik müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Cavabdeh X7 Bakı Filialının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1330/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1, İddiaçı1 və İddiaçı2 müştərək qaydada 14 aprel 2022-ci il tarixli, 262 nömrəli kredit müqaviləsi üzrə 4203,35 manat əsas, 556,22 manat faiz borcu olmaqla, cəmi 4759,57 (dörd min yeddi yüz əlli doqquz manat əlli yeddi qəpik) məbləğində pul vəsaiti və 67,60 manat dövlət rüsumunun iddiaçı X7 Bakı Filialının xeyrinə tutulması qət edilmişdir.

10. Məhkəmə ərizəni və mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, artıq eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olduğundan, etibarsız hesab edilməsi irəli sürülmüş zaminlik müqaviləsi üzrə borc tələbinə dair X7 Bakı Filialının iddia tələbi təmin edildiyindən mülki iş üzrə icraata Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. (§5)

11. Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları 14 iyun 2022-ci il tarixli Qərardadının 53-cü bəndində qeyd edilir ki, Əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan MPM-in 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, MPM-in 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. (§6)

12. Mülki iş materiallarından da göründüyü kimi hazırki iş üzrə etibarsızlığı irəli sürülmüş müqavilələrin icrasından irəli gələn öhdəliklərlə bağlı iddia tələbi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında təmin edilmişdir. Odur ki, əqdin etibarsızlığının mübahisələndirilməsinə dair hazırki iddia ərizəsinə baxıla bilməz və mülki iş üzrə icraata xitam verilməlidir.

13. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir.

Məhkəmə xərcləri:

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 114.1-ci maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır.

15. Qeyd edilən qanunvericilik normasına əsasən, iddiaçının tələbi üzrə mülki iş üzrə icraata xitam verildiyindən iddia verilərkən ödənilmiş 70 manat dövlət rüsumu geri qaytarılmalıdır.

16. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 114, 261 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1, Bank X2rşı zaminlik müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin.

2. İddiaçı1 tərəfindən Kapital Bank ödəniş sistemi vasitəsilə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ödənilmiş ********** qəbz nömrəli 70 manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın.

3. Qərardadın rüsumun qaytarılması hissəsində icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyi Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin.

4. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar