Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6117/2022 02.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “doğum faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1955-ci il tarixdə Azərbaycan Respublikasının Xocavənd rayonunun Tağaser kəndində doğulmağı faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1955-ci il tarixdə Hadrut rayonunun Tağaser kəndində doğulmağı faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında bildirdi ki, xx.xx.1955-ci ildə Hadrut rayonunun Tağaser kəndində tibb müəssisəsindən kənarda anadan olmuşdur, işğalla bağlı bir çox sənədlər işğal ərazisində qalmış və itmişdir, itən sənədlərdən hərbi biletinin dublikatını 1992-ci ildə arxiv sənədləri əsasında əldə etmişdir, 2000-ci ilədək hamının malik olduğu sovet pasportu əsasında 1999-cu ildə ona ümumvətəndaş pasportu verilmişdir, doğum haqqında şəhadətnamə olmadığından və işğal səbəbindən Hadrut rayonu üzrə qeydiyyat arxivləri məhv edildiyindən hazırda bəzi problemlərlə qarşılaşmışdır, belə ki, ümumvətəndaş pasportunun etibarlılıq müddəti bitmişdir, onun yenilənməsi isə yalnız şəxsiyyət vəsiqəsinin əldə edilməsi ilə mümkündür, bunun üçün isə doğum haqqında şəhadətnamə tələb olunur, lakin şəhadətnaməsi yoxdur, bu barədə heç bir qeyd də yoxdur, bu barədə keçmiş Hadrut rayonu üzrə Beyləqan rayon Qeydiyyat şöbəsi ilə əlaqə saxlamış, onlar tərəfindən bildirilmişdir ki, doğulduğu 1955-ci ildən 1990-cı ilədək doğulmuş şəxslərin vətəndaşlıq vəziyyəti akt qeydinin bərpa olunması üçün heç bir akt şöbədə mövcud deyildir, belə sənədlər olmuşdursa da, işğal zamanı orada qalmış, itmiş və ya məhv edilmişdir, bu səbəbdən şəhadətnamə verilməsi üçün notariat baş idarəsinə müraciət etmişdir, müraciətinə cavabda qeydiyyat informasiya sistemində doğum haqqında hər hansı akt aşkar edilmədiyi məlum olmuşdur, Xocavənd rayonunun vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində sənədlər 1989-cu ildən bəri saxlanır, əvvəlki qeydlər isə mövcud deyildir, həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən ona rəsmi qaydada bildirilmişdir ki, ərizəsi ilə bağlı məhkəmə müsbət qərar qəbul edəcəyi halda doğumu haqqında akt qeydi bərpa edilərək ona bu barədə şəhadətnamə veriləcəkdir, hətta bu məsələ ilə bağlı Maraqlı şəxsnə tapşırıq verilmiş, hüquqi yardım üçün vəkillə müqavilə bağlanmışdır, hazırda doğum haqqında şəhadətnaməsinin olmaması səbəbindən ona aid bir çox rəsmi sənədlərdə, xırda texniki səhvlər də ortaya çıxmışdır, doğumundan 67 il keçdiyindən və doğulduğu kənd işğal altında olduğundan ona doğum haqqında arayışın verilməsi digər orqanlar tərəfindən mümkün olmamışdır, bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır, özü Hadrut rayonunun Tağaser kəndində anadan olsa da, hazırda Hadrut rayonu Xocavəndin tərkibinə ərazi dairəsi kimi daxildir və 1991-ci ildən Tağaser kəndi Hadrut rayonunun deyil Xocavənd rayonunun kəndidir, lakin özü bu tarixdən çox əvvəl 1955-ci ildə anadan olmuşdur. Sonda Ərizəçi ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məlumat verilsə də, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, o, məhkəməyə xx.xx.2022-ci il tarixdə yazılı qaydada müraciət edərək, mülki işə işlərin çoxluğu ilə əlaqədar nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, xx.xx.2022-ci il tarixli məhkəmə iclasında xx.xx.1959-cu il təvəllüdlü X6 şahid qismində ifadə verərək bildirdi ki, ərizəçinin bacısıdır, özü 1959-cu ildə Cəbrayılda anadan olmuşdur, qardaşı İsa isə Hadrutda anadan olmuşdur, atası Qubadlıda doğulub orada yaşayıb, lakin daha sonra orada yaşamağa icazə verməmişlər, ona görə də Cəbrayıla köçərək orada yaşamışdırlar, atası xəstələnmiş, Qubadlıda vəfat etmişdir, valideynləri Cəbrayılda evlənmişdir, Hadruta gedəndə İsa doğulmuşdur, bu barədə anası ona danışmışdır. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında xx.xx.1956-cı il təvəllüdlü X3 şahid qismində ifadə verərək bildirdi ki, ərizəçi onun atasının dayısı oğludur, özü Cəbrayılda 1956-cı ildə doğulmuşdur, İsa ilə uşaqlıqdan bir böyümüş, bir yerdə yaşamışdırlar, ad günü olanda ərizəçinin təvəllüdünü bilmişdir. İş materiallarında olan PP seriyalı P0545424 saylı Pasportun notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1955-ci ildə anadan olmuşdur, doğulduğu yer Azərbaycan, Hadrutdur. İş materiallarında olan NZ seriyalı ******* saylı Hərbi biletin notariat qaydada təsdiq və tərcümə olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1955-ci ildə anadan olmuşduur, doğulduğu yer Azərbaycan Respublikası Hadrut rayonu, Tazasar kəndi, milliyəti azərbaycanlıdır. İş materiallarında olan MH seriyalı 187876 saylı Qeydiyyat vəsiqəsinin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Korelonko küçəsindəki 58 nömrəli evin 8 saylı mənzili Ərizəçi adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. İş materiallarında olan 551590 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 11 mart 1959-cu ildə anadan olmuşdur, onun atası X7, milliyyəti azərbaycanlı, anası X4, milliyəti azərbaycanlıdır. İş materiallarında olan İE seriyalı 221706 saylı nikahın bağlanması haqqında şəhadətnamənin notariat qaydada düzgünlüyü təsdiq edilmiş və tərcümə olunmuş surətindən görünür ki, X7 və X4 yeddi fevral 1955-ci ildə evlənmişdirlər, evlənmə qeyd ediləndən sonra kişi Qəhrəmanov, arvad isə Qəhrəmanova soyadını götürmüşdür. İş materiallarında olan 66 saylı MKİS tərəfindən verilmiş 2623 saylı xx.xx.2022- saylı Arayışdan görünür ki, Ərizəçi Xətai rayonu, İlqar Həbibov küçəsi 58 saylı evin 8 saylı mənzilində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli, 05/2-Q-29/15 saylı məktubdan görünür ki, ərizəçiyə ərizəsi ilə bağlı məhkəmə müsbət qərar qəbul edəcəyi halda doğumu haqqında akt qeydi bərpa edilərək ona bu barədə şəhadətnamə veriləcəyi bildirilmişdir. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, Ərizəçi xx.xx.1955-ci il tarixdə Hadrut rayonunun Tağaser kəndində doğulmuşdur, atası milliyətcə azərbaycanlı X7, anası milliyətcə azərbaycanlı X2r, doğum haqqında şəhadətnaməsi yoxdur və ərizəçiyə lazım olan hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi başqa qaydada mümkün deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən, fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alnmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə, tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1955-ci il tarixdə Hadrut rayonunun Tağaser kəndində anadan olması, anasının X5, atasının X7 olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1955-ci il tarixdə Hadrut rayonunun Tağaser kəndində anadan olması faktı müəyyən olunsun. Doğum haqqında akt qeydində uşaq qrafasında “Ərizəçi”, doğum tarixi “xx.xx.1955-ci il”, doğum yeri “Hadrut rayonu, Tağaser kəndi”, ata qrafasında “X7”, milliyyəti “azərbaycanlı”, ana qrafasında “X5”, milliyyəti “azərbaycanlı” qeyd edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-6117/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6117/2022
02.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver