Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6156/2021 24.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsinə dair” ərizə, daha sonra dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək qızı X1 15.12.2016-cı il tarixdə Azərbaycan Respublikası Şamaxı rayonunda anadan olması faktının müəyyən edilməsi, X4 vətəndaş qrafasında “X7”, doğum tarixi “15.12.2016”, doğum yeri “Azərbaycan Respublikası Şamaxı rayonu”, atası qrafasında “X8”, milliyyəti “azərbaycanlı”, anası qrafasında “Ərizəçi”, milliyyəti “azərbaycanlı” qeyd edilməklə doğum haqqında şəhadətnamənin verilməsinin maraqlı şəxsə həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 15.12.2016-cı il təvəllüdlü X2 doğum haqında şəhadətnaməsinin alınmasını istəyir. Bakı şəhərində yaşamasına baxmayarq Qazaxıstan Respublikasının vətəndaşı olduğuna görə Qeydiyyat Şöbəsi tərəfindən övladına doğum haqqında şəhadətnamənin verilməsindən imtina olunur. Eyni zamanda uşaq xəstəxanada doğulmuşdur, lakin Azərbaycan Respublikasının vətəndaşı olmadığından arayış verilməmişdir. 15.12.2016-cı il təvəllüdlü X7 ağır xəstəlikdən əziyyət çəkir və həkimlər tərəfındən verilmiş müayinə sənədləri də ərizəyə əlavə olunur. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, Ərizəçi faktiki əridir. Faktiki nikahdan 15.12.2016-cı il təvəllüdlü X7 anadan olmuşdur. Lakin xəstəxanadan evə yazılarkən göstərilən tarixdə Ərizəçi şəxsiyyət vəsiqəsi olmadığından ona doğum haqında tibbi şəhadətnamə verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 və X3 ifadə verərək ərizəçinin ərizədə göstərdiyi xüsusatları təsdiq etdiklərini bildirdilər. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Şamaxı Rayon Mərkəzi Xəstəxanası tərəfindən 11.08.2021-ci il tarixdə verilmiş arayışdan görünür ki, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində qeydiyyatda olan 02.05.1981-ci il təvəllüdlü Ərizəçi 15.12.2016-cı il tarixdə Şamaxı RMX-nın Doğum şöbəsinə daxil olmuş, qız cinsli uşaq dünyaya gətirmişdir. Xəstəxanadan evə yazılarkən Ərizəçi şəxsiyyət vəsiqəsi olmadığından ona doğum haqqında tibbi şəhadətnamə verilməmişdir. Doğum haqqında tibbi şəhadətnamə ancaq ananın şəxsiyyət vəsiqəsi əsasında verilə bilər. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17.03.2015-ci il tarixli, 2(011)-1966/2015 saylı qətnaməsinin surətindən görünür ki, ərizəçinin öladları- 16.08.2009cu il təvəllüdlü X9 və 07.11.2010-cu il təvəllüdlü X5 doğum faktları müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 09.12.2019-cu il tarixli, ******* saylı və ******* saylı qərarlarının surətindən görünür ki, ərizəçinin öladları- 16.08.2009-cu il təvəllüdlü X9 və 07.11.2010-cu il təvəllüdlü X5 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri tanınmışdır. Beləliklə, ərizəçinin izahatı, şahidlərin ifadələri və iş materialları ilə X1 15.12.2016-cı il tarixdə Azərbaycan Respublikası Şamaxı rayonunda doğulması faktı tam sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1, 305.1.1, 305.1.7-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalıfaktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanlarvın verldiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə hesab edir ki, hüquqi faktın müəyyən edilməsi ərizəçi üçün əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının MPM-nin 216-220, 339-341, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: Ərizə təmin edilsin. X1 15.12.2016-cı il tarixdə Azərbaycan Respublikası Şamaxı rayonunda anadan olması faktı müəyyən edilsin. X4 vətəndaş qrafasında vətəndaş qrafasında “X7”, doğum tarixi “15.12.2016”, doğum yeri “Azərbaycan Respublikası Şamaxı rayonu”, atası qrafasında “X8”, milliyyəti “azərbaycanlı”, anası qrafasında “Ərizəçi”, milliyyəti “azərbaycanlı” qeyd edilməklə doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-6156/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6156/2021
24.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver