Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6161/2022 12.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Bakı şəhər Xətai Rayon İcra Şöbəsinə və qeyrilərinə qarşı daşınmaz əmlakın qiymətləndirilməsi barədə ekspert rəyinin ləğv edilməsi, hərracın keçirilməsi və onun yekunları barədə protokolun etibarsız hesab edilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı cavabdehlər Bakı şəhər Xətai Rayon İcra Şöbəsinə, "xxxx" MMC-yə, "xxxx" MMC-yə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ləğv prosesində olan "xxxx" ASC-yə qarşı – onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsində istifadədə olan 0,08127 ha torpaq sahəsində yerləşən 6a nömrəli, 9 mərtəbəli binada 67,6 kv.m. ümumi, 35,6 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 24 nömrəli mənzilin qiymətləndirilməsinə dair cavabdeh qiymətləndirici "xxxx" MMC-nin “Əmlakın qiymətləndirilməsi barədə” 14 iyun 2011-ci il tarixli ekspert rəyinin ləğv edilməsi, həmin mənzillə bağlı cavabdeh hərrac təşkilatçısı "xxxx" MMC tərəfindən 2012-ci ildə açıq auksion formasında keçirilmiş ilkin və təkrar hərracların nəticələrinin, yalnız cavabdeh hərrac təşkilatçısı "xxxx" MMC-nin direktoru X23 və “Hərracı keçirən şəxs” qismində katib X18 tərəfindən imzalanmış “Hərracın yekunları barədə” 02 iyul 2012-ci il tarixli protokolun etibarsız hesab edilmələri, ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin izahatları: İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, izahatında bildirdi ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 07 fevral 2011-ci il tarixli 2(011)-354/2011 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-in cavabdeh X6 və qeyrilərinə qarşı ipoteka qoyulmuş əmlakın satılması tələbinə dair iddia ərizəsi təmin edilərək, X1 müəyyən məbləğdə pul vəsaitinin və rüsumunun əvəzinin alınaraq, "xxxx" ASC-nə ödənilməsi, tutmanın Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsindəki 6a nömrəli binada yerləşən 24 nömrəli mənzilə yönəldilməsi və həmin mənzilin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitdən borcun və dövlət rüsumunun əvəzinin "xxxx" ASC-nə ödənilməsi, qalan məbləğin X6 verilməsi, X3, İddiaçı, X4 və X7 Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsindəki 6a nömrəli binada yerləşən 24 nömrəli mənzilə olan istifadə hüquqlarına xitam verilməsi və həmin mənzilin boşaldılması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və bundan sonra icra olunması üçün Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinə göndərilmişdir. İpoteka predmeti olan və tutma yönəldilmiş Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsindəki 6a nömrəli binada yerləşən 24 nömrəli mənzil üzərində İddiaçı mülkiyyət hüququ həm Bakı şəhəri Xətai Rayon Məhkəməsi, həm də Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi tərəfindən əhəmiyyətli dərəcədə pozulmuşdur. Belə ki, daşınmaz əmlakın dövlət reyestri orqanından verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2008-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 64 nömrəli reyestr kitabının 5663 nömrəli vərəqində qeydiyyata alınmış, MH seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsindəki 6a nömrəli binada yerləşən 24 nömrəli mənzil hazırda İddiaçı adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Daşınmaz əmlakın dövlət reyestri orqanından verilmiş həmin çıxarışa və xx.xx.2008-ci il tarixli G-4012 nömrəli ipoteka müqaviləsinə əsasən, qeyd edilən mənzilin İddiaçı xüsusi mülkiyyətində olmasına baxmayaraq, həm məhkəmənin qətnaməsində, həm icra vərəqində, həm də Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsində tərtib edilmiş icra icraatı materiallarında göstərilən mənzilin yanlış olaraq, guya X6 məxsusluğu göstərilmişdir. Halbuki, məhkəmənin icra vərəqi üzrə icraata başlayan Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru ipoteka predmeti olan və tutma yönəldilmiş qeyd edilən mənzilin X8 deyil, İddiaçı xüsusi mülkiyyətində olduğunu müəyyən etdikdə yəni, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, “İcra haqqında” Qanunun 14-cü maddəsi ilə müəyyən edilmiş qaydada həmin icra sənədinin izah olunması barədə məhkəməyə ərizə ilə müraciət etməli idi. Məhkəmə qətnaməsində yol verilmiş səhvlərdən biri də onunla əlaqədardır ki, tərəflər arasında başlanmış xx.xx.2008-ci il tarixli G-4012 nömrəli İpoteka müqaviləsinə 1 saylı Əlavədə tutmanın yönəldiyi ipoteka predmeti olan yuxarıda göstərilən mənzilin ilkin dəyərinin 85.000 ABŞ dolları məbləğində müəyyən edilməsinə və bu məlumatın qətnamənin əsaslandırıcı hissəsində də göstərilməsinə baxmayaraq, məhkəmə ‘İpoteka haqqında” Qanunun 39.3-cü və 39.3.3-cü maddələrinin tələblərinə düzgün əməl etməyib qətnamənin nəticə hissəsində ipoteka predmetinin ilkin satış qiymətini göstərməmişdir. Bunlardan başqa, İddiaçı xüsusi mülkiyyət hüququ ilə məxsus, ünvanı yuxarıda qeyd edilən mənzilin qiymətləndirilməsində, onunla bağlı hərracların təşkilində, keçirilməsində və onun yekun nəticələrində aşağıdakı ciddi qanun pozuntularına da yol verilmişdir. “Əmlakın qiymətləndirilməsi barədə” ekspert rəyinin ləğv edilməsinə əsas olan fakt və hallara dair qeyd edilməlidir ki, İddiaçı xüsusi mülkiyyət hüququ ilə məxsus və barəsində mübahisə gedən mənzil qiymətləndirici "xxxx" MMC tərəfindən xx.xx.2011-ci il tarixli ekspert rəyi ilə 50000 (əlli min) manat məbləğində qiymətləndirilmişdir. Mənzil qiymətləndiriləndə «Qiymətləndirmə fəaliyyəti haqqında» Qanunun 7, 8-ci və 10-cu maddələrinin tələblərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 iyun tarixli 107 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləndirmə standartları və normaları, peşəkar qiymətləndiricilərin hazırlanması Qaydaları”nın 2.8-ci bəndinin tələblərinə düzgün əməl edilməmişdir. Belə ki, qeyd edilən ekspert rəyində qiymətləndirici "xxxx" MMC yalnız mənzilin texniki sənədlərində əks olunmuş göstəriciləri, mühəndis avadanlıqlarını və tikintinin texniki xarakterizəsini qeyd etmiş, qiymətləndirmə zamanı istifadə etdiyi metodları sadalamaqla kifayətlənmişdir. Lakin, qiymətləndirici müəssisə rəyində mənzilin real bazar dəyərinin olduğundan çox az göstərməsini əsaslandırmamış, onu təhlil etməmiş və mənzilə baxış keçirməmişdir. Əgər mənzilə dair real qiymətləndirmə aparılsaydı, onda qiymətləndirmə hesabatında mənzilə baxış keçirilməsinə dair fotoşəkillər də olardı. Lakin mübahisələndirilən hesabatda qanunla tələb edilən qiymətləndirmənin məqsədi, vəzifələri və qiymətləndirmə işlərinin yerinə yetirilməsi zamanı qiymətləndiricilər qarşısında qoyulan tələblər və vəzifələr, bəzi terminlərin təyinatı, qiymətləndirmə aparılan zaman zəruri olan məlumatların keyfiyyətinə və nəticələri haqqında hesabatın məzmununa qoyulan tələblər, müvafiq standartların yerinə yetirilməsinə nəzarət və məsuliyyət formaları öz əksini tapmamışdır. Halbuki, qeyd olunan tələblərin hesabatda əks edilməsi imperativ qaydada müəyyən edilmişdir. Bunlardan başqa, qiymətləndiricinin rəyinin surəti İddiaçı verilməmiş, nəticədə o, mənzilinin hansı meyarlarla qiymətləndirilməsindən məlumatsız olmuşdur. İcraat materiallarından görünür ki, cavabdeh Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin rəisi ipotekaya qoyulmuş və rəsmi səndlərdə İddiaçı xüsusi mülkiyyət hüququ ilə məxsus mənzilin satılmasının təmin edilməsi, bununla bağlı keçiriləcək hərracın hal-hazırda hansı mərhələdə olması, satılıb-satılmaması barədə ona məlumat verilməsindən ötrü xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək dəfələrlə hərracın təşkilatçısı "xxxx" MMC-nə məktubla müraciət etmişdir. Hərracın təşkilatçısı "xxxx" MMC-in xx.xx.2012-ci il tarixli 01/216 nömrəli cavab məktubundan aydın olur ki, X6 məxsus Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 6a nömrəli binanın 24 nömrəli mənzili ilkin satış qiymətindən 25% aşağı qiymətə tələbkar "xxxx" ASC-nə təklif olunmuş, tələbkar isə həmin mənzili balansına götürməsinə dair təklifə cavab bildirmişdir. Halbuki, qeyd edilən mənzil həmin vaxt rəsmi sənədlərlə X6 deyil, İddiaçı xüsusi mülkiyyət hüququ ilə məxsus olmuşdur. Bundan 5 ay 15 gün keçəndən sonra, hərracın təşkilatçısı "xxxx" MMC-in xx.xx.2012-ci il tarixdə təşkil etdiyi hərracla bağlı tərtib edilmiş “Hərracın yekunları barədə protokol’a əsasən, barəsində mübahisə gedən mənzili ilkin qiyməti olan 50000 manatdan aşağı qiymət olan 31875 manata tələbkar "xxxx" ASC-in etibarnamə üzrə nümayəndəsi X24 əldə etmişdir. Qeyd edilməlidir ki, xx.xx.2012-ci il tarixdə tərtib edilmiş “Hərracın yekunları barədə protokol’u “hərracın təşkilatçısı” qismində "xxxx" MMC-in direktoru X23, “hərracı keçirən şəxs” qismində katib X19 və “tələbkar (alıcı)” qismində "xxxx" ASC-in etibarnamə əsasında nümayəndə X24 imzalamışdır. Lakin, orada hərracın keçirilməsini sifariş edən Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru iştirak etməmiş və həmin protokolu imzalamamışdır. Ciddi qanun pozuntularına təkcə hərracın yekun nəticələrində deyil, həm də hərracın təşkilində və keçirilməsində yol verilmişdir. Belə ki, “İpoteka haqqqında” Qanunun 41-ci maddəsinin tələbi baxımından məhkəmənin icra vərəqi əasında ipoteka predmeti olan mənzilə tutmanın yönəldilməsi proseduruna başlayanda hərracın təşkilatçısı qismində hansı ixtisaslaşdırılmış təşkilatın seçilməsi ilə bağlı Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru ipoteka qoyan olmaqla, İddiaçı fikrini ümumiyyətlə, öyrənməmişdir. Bundan başqa, “İpoteka haqqqında” Qanunun 42.1-ci maddəsinin tələb etməsinə baxmayaraq, hərracın təşkilatçısı "xxxx" MMC icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında heç bir elan dərc etdirməmiş, bu barədə ipoteka qoyan olmaqla, İddiaçı nə həmin vaxt, nə də ondan sonrakı müddətlərdə və hərracın keçirildyi mərhələlərdə hər hansı formada və hər hansı məlumat verməmişdir. Həmçinin, 2012-ci ildə qüvvədə olmuş “İcra haqqında” Qanunun 61.1-ci və 61.2-ci maddələrinin tələbləri də pozularaq, İddiaçı xüsusi mülkiyyət hüququ ilə məxsus ipoteka predmeti olan mənzilin açıq hərracda satılması Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən ixtisaslaşdırılmış müəssisə qismində hərracın təşkilatçısı "xxxx" MMC-nə sifariş edilməsinə baxmayaraq, hərracın təşkil edilməsi və keçirilməsi barədə icra məmuru ilə hərracın təşkilatçısı "xxxx" MMC arasında müqavilə bağlanmamışdır. İpoteka saxlayan "xxxx" ASCnə və borclu İddiaçı ipoteka tələbi təmin edilən anda satışın açıq hərracdan fərqli olan başqa formaları barədə razılığa gələ bilmələri üçün Mülki Məcəllənin 319.2-ci maddəsində nəzərdə tutulan imkan və şərait də yaradılmamışdır. İddiaçı nə birinici, nə də təkrar hərracın təşkili və keçirilməsi vaxtı, yeri və forması barədə bildiriş göndərilməmiş, qəzetdə məlumat dərc edilməmiş, hərracın yekunlarına dair müqavilə ümumiyyətlə bağlanmamışdır. Həmçinin qeyd edilməlidir ki, hərracın təşkili və keçirilməsi barədə hərracı sifariş verən təşkilat olan Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinə heç bir məlumat verilməmişdir. Beləliklə, yuxarıda göstərdiyim faktlarla və hallarla təsdiq edlir ki, İddiaçı xüsusi mülkiyyət hüququ ilə məxsus, ünvanı yuxarıda qeyd edilən mənzilin qiymətləndirilməsinə dair cavabdeh qiymətləndirici müəssisə "xxxx" MMC tərəfindən xx.xx.2011-ci il tarixli ekspert rəyi hazırlananda, həmin mənzillə bağlı cavabdeh hərracın təşkilatçısı "xxxx" MMC tərəfindən 2012-ci ildə açıq auksion formasında ilkin və təkrar hərraclar keçiriləndə, ən nəhayət isə “Hərracın yekunları barədə” xx.xx.2012-ci il tarixli protokol hərracın keçirilməsini sifariş edən cavabdeh Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən imzalanmadığına görə yuxarıda istinad etdiyi qanunların müvafiq normalarının tələbləri kobudcasına pozulmuşdur.Belə vəziyyətdə İddiaçı xüsusi mülkiyyət hüququ ilə məxsus, ünvanı yuxarıda qeyd edilən mənzilin qiymətləndirilməsi barədə ekspert rəyi ləğv edilməli, həmin mənzillə bağlı 2012-ci ildə açıq auksion formasında keçirilmiş ilkin və təkrar hərracların nəticələri, həmçinin “Hərracın yekunları barədə” xx.xx.2012-ci il tarixli protokol etibarsız sayılmalıdır. Cavabdehlər Bakı şəhər Xətai Rayon İcra Şöbəsi, "xxxx" MMC, "xxxx" MMC, müstəqil tələb irəli sürməyən üçüncü şəxs ləğv prosesində olan "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onların nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin nümayəndələrinin məhkəmə iclasına gəlməmələrinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - "xxxx" MMC tərəfindən Bakı Şəhər Xətai Rayon Məhkəməsinə ünvanlanan 04 oktyabr 2022-ci il tarixli, 371 saylı məktubdan görünür ki, İddiaçı məxsus əmlakın qiymətləndirilməsi barədə tərtib olunmuş sənədlərin üzərindən uzun müddət keçdiyi üçün təqdim edilməsi mümkünsüz olmuşdur. - "xxxx" MMC tərəfindən 05 sentyabr 2011-ci il tarixli 01/4332 saylı məktubla X9, İddiaçı, X10, X12 “X17 dair” Bildiriş göndərilmişdir. 1415 5507/11 nömrəli “İcra işi”ndə olan sənədlərdən görünür ki: - Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 07 fevral 2011-ci 2(011)-354/2011 saylı qətnaməsi ilə X2 53.000 (əlli üç min) ABŞ dolları məbləğində əsas borc, 36.000 (otuz altı min) ABŞ dolları məbləğində faiz borcu, cəmi 89.000 (səksən doqquz min) ABŞ dolları borc ödəniş günü məzənnəyə uyğun olaraq Azərbaycan Respublikası manatı ilə və 20 (iyirmi) manat dövlət rüsumu alınaraq "xxxx" ASC-yə ödənilməsi; tutmanın Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsində istifadədə olan 0,08127 ha torpaq sahəsində yerləşən 6A saylı, 9 mərtəbəli binada 67,6 kv.m. ümumi, 38,6 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 24 saylı mənzilə yönəldilməsi və həmin mənzil açıq hərracdan satılması; satışdan əldə olunan vəsaitdən 89.000 (səksən doqquz min) ABŞ dolları borc ödəniş günü məzənnəyə uyğun olaraq Azərbaycan Respublikası manatı ilə və 20 (iyirmi) manat dövlət rüsumu "xxxx" ASC-yə ödənilməsi, qalan məbləğin X9 verilməsi; X5, İddiaçı, X4 və X11 Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsində istifadədə olan 0,08127 ha torpaq sahəsində yerləşən 6A saylı, 9 mərtəbəli binada 67,6 kv.m. ümumi, 38,6 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 24 saylı mənzilə olan istifadə hüququna xitam verilməsi və həmin mənzilin boşaldılması qət edilmişdir. Həmçinin qətnamədən görünür ki, İddiaçı cavabdeh qismində cəlb edilmişdir. - Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2011-ci il tarixli məktubundan görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-354 saylı, 07.02.11-ci il tarixli qərarın, icra vərəqəsinin və bildirişin surəti könüllü icra edilməsi üçün X9, İddiaçı, X10, X12 göndərilmişdir. - Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə “Qiymətləndiricinin dəvət edilməsi haqqında” Qərar qəbul edilmişdir. - "xxxx" MMC tərəfindən 14 iyun 2011-ci il tarixdə ekspertin rəyi ilə Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yerləşən 6a saylı binanın, 24 saylı mənzilin qiyməti 50000 manat təşkil edir. - Xətai Rayon Polis İdarəsinin xx.xx.2011-ci il tarixli 9/11-4929 saylı məktubundan görünür ki, N.Tusi küç., ev 6a, mən.24-da Ş.İ.Qədiməliyev, İddiaçı, S.M.Qədiməliyeva və M.İddiaçıa xx.xx.2011-ci il tarixdən qeydiyyatdan çıxarılıblar. - Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2011-ci il tarixli məktubundan görünür ki, "xxxx" MMC-yə,surəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə, "xxxx" ASC-yə, X9, İddiaçı hərracın keçirilməsini təmin edib nəticəsi barədə məlumat verilməsi xahiş edilmişdir. - "xxxx"nin xx.xx.2012-ci il tarixli 01/1829 saylı məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yerləşən 6a saylı binanın, 24 saylı mənzilini 31875 manata tələbkar "xxxx" ASC ( 16/1991 saylı, xx.xx.2012-ci il tarixli etibarnamə əsasında nümayəndəsi X24) əldə etdi. - xx.xx.2012-ci il tarixdə Bakı şəhəri üzrə İxtisaslaşdırılmış "xxxx" MMC tərəfindən tərtib olunmuş 69/01 saylı Protokolu Tələbkar (alıcı): "xxxx" ASC-nin etibarnamə əsasında nümayəndəsi X24); "xxxx" MMC-nin direktoru R.M.Abbasov; "xxxx" MMC-nin hərrac katibi Z.A.Cəfərova imzalamışdır. -“Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, İddiaçı xx.xx.2018-ci il taridə AZE seriyalı, ******** nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsi (köhnə) verilmişdir. Qeydiyyat ünvanı ünvan 2n hüquq: “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 51.1-ci maddəsinə əsasən, borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Həmin Qanunun 53.2-ci maddəsinə əsasən, borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda (bu halda qiymətləndirmə əmlakın mülkiyyətçisi olan şəxslərin sifarişi ilə qiymətləndirici tərəfindən və ya qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır) əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 61.1 və 61.2-ci maddələrinə əsasən, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunın sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Qeyd edilən Qanunun 62.2-ci maddəsinə əsasən, hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci maddəsinə əsasən, auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. Əgər hərracın predmeti yalnız müqavilə bağlamaq hüququ olmuşsa, belə müqaviləni tərəflər hərrac qurtardıqdan və protokol rəsmiləşdirildikdən sonra iyirmi gündən və ya bildirişdə göstərilən başqa müddətdən gec olmayaraq imzalamalıdırlar. Onlardan biri müqavilə bağlamaqdan boyun qaçırdıqda, digər tərəf müqaviləni bağlamağa məcbur etmək, habelə onu bağlamaqdan boyun qaçırılması nəticəsində vurulan zərərin əvəzini ödəmək tələbi ilə məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, hərracın keçirilməsi zamanı qanunvericiliyin tələbləri pozulmamışdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı iddiasında hərracın qanun pozuntusu ilə keçirilməsinə istinad etmiş olsa da, iddiasının əsası kimi istinad etdiyi halları təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilmədi. Həmçinin İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında əmlakın qiymətləndirilməsindən, hərracın keçirilməsindən iddiaçının məlumatlı olmamasını qeyd etsə də, iş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 07 fevral 2011-ci il tarixli 2(011)-354/2011 nömrəli qətnaməsindən görünür ki, iddiaçı qətnamə qəbul olunarkən cavabdeh qismində cəlb edilmiş, həmçinin icra vərəqəsi icraata yönəldikdən sonra icra şöbəsi tərəfindən dəfələrlə İddiaçı və digər cavabdehlərə icra vərəqəsinin icrası ilə bağlı məktublar göndərilmişdir. Xətai Rayon Polis İdarəsinin xx.xx.2011-ci il tarixli 9/11-4929 saylı məktubundan görünür ki, N.Tusi küçəsi, ev 6a, mənzil 24-dən Ş.İ.Qədiməliyev, İddiaçı, S.M.Qədiməliyeva və M.İddiaçıa xx.xx.2011-ci il tarixdən qeydiyyatdan çıxarılıblar. Həmçinin “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, İddiaçı xx.xx.2018-ci il taridə AZE seriyalı, ******** nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsi (köhnə) verilmişdir. Qeydiyyat ünvanı ünvan 3açının mənzilin hərrac vasitəsi ilə satılmasından məlumatsız olmasını məhkəmə ağlabatan hesab etmir. Belə ki, ən azından xx.xx.2018-ci il tarixdə “Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsi”ni alarkən bundan məlumatlı olmuşdur. Məhkəmə eyni zamanda iddiaçının vəkili və nümayədəsinin “mübahisəli mənzilin İddiaçı xüsusi mülkiyyətində olmasına baxmayaraq, həm məhkəmənin qətnaməsində, həm icra vərəqində, həm də Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsində tərtib edilmiş icra icraatı materiallarında göstərilən mənzilin yanlış olaraq, guya X6 məxsusluğu göstərilməsi” barədə dəlilinə münasibətdə qeyd edir ki, Hərracın yekunları barədə 70/01 nömrəli xx.xx.2012-ci il tarixli protokolunda qeyd edilən yanlışlıq düzəldilmişdir. Qeyd edilən yanlışlıq iddianın əsaslı olması üçün əsas sayıla bilməz. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı tərəfindən əqdin mübahisələndirilməsi üçün qanunda nəzərdə tutulmuş müddət də ötürülmüşdür. Belə ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Məhkəmə Mülki Məcəllənin 354.2-ci maddəsinin hüquqi mahiyyəti ilə əlaqədar həm də onu qeyd edir ki, etibarsız əqdlər üzrə müddətlər qanunvericilik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. Maddənin mənasına görə, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bunla bağlı məhkəmə hesab edir ki, qeyd edilən müddət hazırki halda iddiaçının müəyyən zaman ərzində öz hüququndan istifadə etməsini, etmədiyi halda isə həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Hazırki halda isə işin müəyyən edilmiş faktiki halları və iş materialları ilə müəyyən edildiyi kimi, iddiaçı tərəfindən bu hüququn həyata keçirilməsini bildiyi vaxtdan, iddia tələbi ilə müraciət edilən günədək qanunla nəzərədə tutulmuş həmin müddət də ötürülmüşdür. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Bu baxımdan da iddia tələbi təmin edilə bilməz. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı cavabdehlər Bakı şəhər Xətai Rayon İcra Şöbəsinə, "xxxx" MMC-yə, "xxxx" MMC-yə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ləğv prosesində olan "xxxx" ASC-yə qarşı –“Əmlakın qiymətləndirilməsi barədə” 14 iyun 2011-ci il tarixli ekspert rəyinin ləğv edilməsi, 2012-ci ildə açıq auksion formasında keçirilmiş ilkin və təkrar hərracların nəticələrinin, “Hərracın yekunları barədə” 02 iyul 2012-ci il tarixli protokolun etibarsız hesab edilmələri, ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya verilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-6161/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6161/2022
12.12.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver