Məhkəmə qərarları › İş №2(011)-6173/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-6173/2024

09.07.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-6173/2024 09.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Hacıyeva Sahibə Cavid qızı – İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə qarşı xüsusi icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,xx.xx.2024-cü il tarixdə Xətai rayonu, General Şıxlinski küçəsi, ev 49, mənzil 96-da Xətai rayon İcra Şöbəsinin məcburi icra olunan hərəkətlərinin mənzildən 35 000 manat kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi icra hərəkətlərinin, könüllü olaraq öz istəyinə uyğun insan hüquqlarına hörmət olmağını nəzərə alaraq, onun ailəsinin istifadəsinə iki otaqlı mənzilin dəyərində olan və əlverişli ərazidə yerləşən bina evinə köçürülmək haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-421/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsindən görünür ki, cavabdehlər İddiaçı və X1 35 000 manat məbləğində kompensasiya ödənilməklə Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 49 saylı evin, 96-cı mənzilindən istifadə hüquqlarına xitam verilməsi və cavabdehlərin həmin mənzildən çıxarılması, cavabdehlər İddiaçı və X1 35 000 manat məbləğində kompensasiya ödənilməklə Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 49 saylı evin, 96-cı mənzilinə istifadə hüquqlarına xitam verilməsi ilə mənzildən çıxarılmaları eyni vaxtda icra edilməsi qət edilmişdir. Hazırkı mülki iş üzrə iddia tələbindən görünür ki, iddiaçı ikiotaqlı mənzil dəyərində olan və əlverişli ərazidə yerləşən bina evinə köçürülməsini tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 231.1.-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirmişdir. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Belə ki, icra sənədinin (qətnamənin) icra üsulunun və qaydasının dəyişdirilməsi dedikdə isə, qətnamədə nəzərdə tutulmuş onun icra üsulunun və qaydasının iddiaçının (tələbkarın) hüquqlarını və qanuni mənafeyini təmin edən digər icra üsulu və qaydası ilə əvəz edilməsi və ya qətnamədə (icra sənədində) nəzərdə tutulmuş ilkin icra üsulunun və qaydasının onların dəyişdirilməsi ilə transformasiya olunması başa düşülür. Qətnamənin (icra sənədinin) icra üsulunun və qaydasının dəyişdirilməsinin zəruriliyi qətnamənin icrası prosesində baş verən hallardan asılıdır. Belə bir zərurət, bir qayda olaraq, o halda yaranır ki, tərəflərin mövcud əmlak vəziyyəti və digər hallar (məsələn, borclunun davranışı və s.) qətnaməni (icra sənədini) icra etməyə imkan verməsin və qətnamənin icrasının əvvəl müəyyən edilmiş üsul və qaydasının onun icrasına kömək edə bilmədiyi təsdiq edilsin. Qətnamənin (icra sənədinin) icra üsulunun və qaydasının dəyişdirilməsinə, bir qayda olaraq, borclu qətnaməni (icra sənədini) könüllü yerinə yetirmədikdə və qətnamənin (icra sənədinin) icrası onun hərəkətlərindən asılı olduqda həyata keçirilir. Qətnamənin (icra sənədinin) icra üsulu və qaydası dəyişdirildikdə icra icraatında borclu dəyişmir. Həmçinin qətnamənin (icra sənədinin) icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında məsələ həll olunarkən tərəflərin əmlak vəziyyəti və digər hallar nəzərə alınmalıdır. Qətnamənin (icra sənədinin) icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin (icra sənədinin) icrası üçün çətinlik törədən, borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, mövcud iddiaya mülki məhkəmə icraatı qaydasında məhkəmədə baxılmalı olmadığından, yolverilməzliyə görə iddianın qəbul edilməsindən imtina edilməli və iddiaçıya qətnamənin icra üsulunun dəyişdirilməsi barədə məhkəməyə qətnamənin icrası qaydasında ərizə vermək hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 267-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə qarşı Xətai rayonu İcra şöbəsinin icra hərəkətlərindən xüsusi icraat qaydasında verdiyi iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Qərardad və iddia ərizəsinə əlavə olunmuş sənədlər iddiaçıya rəsmi qaydada verilsin. İddiaçıya qətnamənin icra üsulunun dəyişdirilməsi barədə məhkəməyə qətnamənin icrası qaydasında ərizə vermək hüququ izah edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva İş № 2(011)-6173/2024 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə PROTOKOL 09 iyul 2024-cü il Bakı şəhəri Bakı şəhəri Xətai rayon Məhkəməsinin hakimi Hacıyeva Sahibə Cavid qızı, İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Prosessual hərəkət saat 12:30-da başlandı. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qərardad qəbul etdi. Prosessual hərəkət saat 12:45-də qurtardı. Protokol 09 iyul 2024-cü il tarixdə tərtib edilmişdir. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar