Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6177/2019 09.09.2019 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İlyasova Nigar Mürşüd qızının katibliyi, İddiaçı, İddiaçının vəkili və nümayəndəsi X2, Cavabdeh1 İsrayil oğlunun, Cavabdeh2, Cavabdeh3, Cavabdehin vəkili və nümayəndəsi X12 iştirakı ilə İddiaçı Nəsin qızının cavabdehlər Cavabdeh1 İsrail oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı vərəsəlik hüququndan məhrumetmə tələbinə dairmülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 İsrail oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı “vərəsəlik hüququndan məhrumetmə” tələbi barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İsrail oğlunun, Cavabdeh2 və Cavabdeh3 ləyaqətsiz vərəsə hesab edilməsi və vərəsəlik hüququndan məhrum edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, mərhum X18 ilə 27.03.1966-cı ildə rəsmi nikah bağlayaraq ailə həyatı qurmuşdur. Birgə nikahlarından 5 övladı dünyaya gəlmişdir. Övladlarından 4-ü qız, 1-i oğlandır. Mərhum həyat yoldaşı həmişə uşaqlarını həm maddi, həm mənəvi cəhətdən təmin etmiş, onları bütün tələblərə cavab verən şəraitdə böyütmüşdür. Övladlarından oğlan uşağı təkcə İlham olduğu üçün mərhum həyat yoldaşı ona xüsusi qayğı ilə yanaşmış, bütün istəklərinin reallaşmasına cəhd etmişdir. Bunun nəticəsidir ki, oğulları İlham ərköyün böyümüşdür. Lakin, onun ərköyünlüyü yalnız son vaxtlar, o ikinci dəfə ailə qurduqdan sonra özünü büruzə verməyə başlamışdır. İlham ona və mərhum həyat yoldaşına qarşı fiziki güc tətbiq etmiş, onlara qarşı insanlığa sığmayan şəkildə rəftar etmişdir. Buna görə də o, dəfələrlə AR DİN-nin “102 qaynar xətt” xidmətinə və Xətai RPİ-nin 35-ci PB-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Həmçinin, İlham onların gündəlik həyatını dözülməz hala çatdırdığı üçün qısa müddətli mühafizə orderinin verilməsi üçün Xətai Rayon İcra Hakimiyyətinə də müraciət etmişdir. Mərhum həyat yoldaşının ölümü də İlhamın axırıncı qanunazidd hərəkətlərinin nəticəsində olmuşdur. Halhazırda o özü də İlhamın onu döyəcəyindən və fiziki güc tətbiqindən ehtiyat edərək qızlarının evində yaşayır. 4 qızının 2-si İlhamə və Fəxriyyə də İlhamı dəstəkləyərək həm ona, həm də mərhum həyat yoldaşına qarşı hörmətsizlik edirlər. Onların bir övlad kimi nə mərhum həyat yoldaşının, nə də onun vərəsəsi olmaq hüquqları yoxdur. Qızları İlhamə və Fəxriyyə atalarının yas mərasiminə də biganə yanaşmış və bir övlad kimi öz vəzifələrini yerinə yetirməmişdirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh1 iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, iddianın əsassız olduğuna görə rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə anası X21 və mərhum atası X13 arasında daim normal münasibət olmuş, İsrayıl Vəliyev vəfat edənə qədər birlikdə yaşamışlar. İsrayıl Vəliyev şəkərli diabet xəstəliyinə tutulandan sonra təxminən 3 ilə yaxın müddət ərzində oğlu Cavabdeh1 tərəfindən müalicə olunmuş və Cavabdeh1 daim atasının qulluğunda durmuşdur (ailə şəkilləri və səs yazıları etiraza əlavə olunur). İddia ərizəsində göstərilənlərin əksinə olaraq Cavabdeh1 tərəfindən ata və anasına qarşı heç bir hörmətsizlik edilməmiş, fiziki güc tətbiq olunmamışdır. X31 vəfat edəndən sonra qalacaq miras əmlaka daha çox pay əldə etmək məqsədilə təxminən son 1 il ərzində X19 Vəliyev, qızları İlhamə Vəliyevə və Cavabdeh3nm miras əmlakdan pay almasına maneçilik yaratmaq üçün müxtəlif yollara əl atmış, guya ki, oğlu tərəfindən onlara qarşı fiziki güc tətbiq olunduğu, döyülmələri görüntüsü yaratmaq üçün dəfələrlə Daxili İşlər Nazirliyinin 102 xidmətinə Cavabdeh1 barəsində əsassız şikayətlər etmişdir. Qeyd olunan şikayətlər Xətai RPİ-nin 35-ci Polis Bölməsi tərəfindən araşdırılmış, lakin şikayətlərdə göstərilmiş faktlar öz təsdiqini tapmadığı üçün cinayət işinin başlanmasının rədd olunması barədə qərarlar qəbul edilmişdir (həmin qərarlardan birini iddiaçı iddia ərizəsinə əlavə etmişdir). Qeyd olunan qərardan da aydın görsənir ki, Cavabdeh1 tərəfindən İddiaçı fiziki güc tətbiq olunmamış, F.Vəİiyeva döyülməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 İsrail oğlu, Cavabdeh2 və Cavabdeh3 iddia ərizəsində qeyd olunan xüsusatları inkar edərək öz izahatlarında onların ataları X6 və İddiaçı qayğısına qaldıqlarını, atalarının Cavabdeh1 ilə birlikdə yaşadığını və yaşadıqları müddətdə problemləri olmadığını qeyd etmişdirlər. Həmçinin məhkəmədən iddianın əsassız olması səbəbilə rədd edilməsini xahiş etmişdirlər. Məhkəmə prosesində şahid qismində cəlb olunmuş X22 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, iddiaçının qızı, cavabdehin bacısıdır. Qardaşı İlham ikinci dəfə evlənəndən sonra dəyişmiş, ana və atasını incitmişdir. Gəlin də daxil olmaqla mal-mülk üstündə dava etmişdirlər. Anasının dediyinə görə İlham onun üstünə qışqırmış, onu döymüşdür. İlham mart-aprel ayında atasına hücum çəkmişdir. O, həmişə işdən atasının zənginə qaçmışdır. Yenə onun zənginə gəldiyi vaxt atası ona vəsiyyət yazmaq istədiyini, 5 otaqlı evi İlhamın böyük nəvəsinə və Fəxriyyəyə bağışlamaq istədiyini demişdir. İlham və yoldaşı eşidib dava ilə bunun qarşısını almışlar. O, atasının dəfnindən sonra bütün malmülkdən anasının xeyrinə imtina etmişdir. Məhkəmə prosesində şahid qismində cəlb olunmuş X4 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, iddiaçının qızı, cavabdehlərin bacısıdır. Qardaşı İlham anasına və atası ilə kobud rəftar edir, onlara qarşı güc tətbiq edirdi. Mərhum atası X9 İlhamdan qorxurdu. Məhkəmə prosesində şahid qismində cəlb olunmuş Yiğit Ferhat məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, iddiaçının kürəkəni, Cavabdeh3 əridir. Onlar uzun müddət Türkiyə Respublikasında yaşayırdırlar. Son bir ilədək ailə üzvləri ilə münasibətləri yaxşı idi. Daha sonra arvadının ailəsində ailə üzvləri arasında münasibətlər pozulmuşdur. Onlar Fəxriyyənin atasının vəziyyəti pisləşdiyinə görə Azərbaycana gəlmişlər. Həmin vaxt münasibətlər normal olmuşdur. Həyat yoldaşı Cavabdeh3 valideynləri qarşı qayğıkeş övlad olmuşdur. Məhkəmə prosesində şahid qismində cəlb olunmuş X3 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, ailənin yaxın adamıdır, iddiaçını 3 ildir ki tanışdır. 5 aydır ki, iddiaçını mənzilinə buraxmırlar. Məhkəmə prosesində şahid qismində cəlb olunmuş X14 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, iddiaçının keçmiş iş yoldaşı, həm də qonşusudur. İddiaçının və cavabdehləri uzun müddətdir ki tanıyır. Onların ailəsini nümunəvi ailə kimi tanınmışdır. Tərəflərin ailə münasibətlərinin hansı səbəblə pozulduğunu başa düşə bilmir. X25 övladlarına, nəvələrinə qarşı qayğıkeş valideyn olmuş, son zamana qədər oğlu İlhamın övladlarını məktəbə aparıb-gətirirmiş. Cavabdeh1 da atasına hörmət edirmiş. Hal-hazırda İddiaçıya Almaz və həyat yoldaşı baxır. Məhkəmə prosesində şahid qismində dindirilmiş X28 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, iddiaçının nəvəsidir, cavabdehlər xalaları və dayısıdır. Nənəsi 5 aya yaxındır ki, onlarda qalır. Babası rəhmətə gedəndən bir müddət sonra nənəsi ilə evlərinə getmişdir. Evin qıfılı bağlı idi. Xalası Fəxriyyə orada olmuş və qıfılı özü qırdığını bildirmişdir. O, nənəsinin mərhum babasının əşyalarını evin dəhlizinə atmışdır. Xalası onu qolundan tutaraq çölə atmışdır. Nənəsinə “çıxın evdən, mənim anam deyilsən” demişdir. Anası hər səhər onun babasına yemək aparmışdır. Nənəsi və babası onlara tez-tez gəlirdirlər. Babası hər səhər özü çörək almağa gedirmiş. Dayısı Cavabdeh1 babasını həkimə getməyə qoymamış, babasına baxılmamışdır. Məhkəmə prosesində şahid qismində cəlb olunmuş X29 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, iddiaçının nəvəsidir, cavabdeh dayısı və xalasıdır. Nənəsi polisə şikayət etmişdir ki, onu döyürlər, polis gəlib yoxladıqdan sonra şikayəti rədd etmişdir. Anası ilə babasına və nənəsinə məhsul almışlar. Cavabdehlər tərəfindən babasının iradəsi ziddinə hərəkət edilməmişdir. Davalara görə hər gün onlara getmişdir ki, qonşulardan ayıbdır. Problem İlhamın evdən çıxması olmuşdur. Babasının vəsiyyətnamə yazmasını və Almazgilə getdiyini bilmir. Məhkəmə prosesində şahid qismində cəlb olunmuş X15 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, iddiaçının gəlinidir. Cavabdeh1 həyat yoldaşıdır. İlham ata və anasına qarşı yaxşı oğul olmuş, o, qaynanasına yemək verəndə ona mane olmuşlar. Hər səhər onun şəkərini ölçüb, iynəsini vurmuşdur. Əri həmişə valideynlərinə bağlı olmuşdur. Ərinin bacısı ona ata qatili demişdir. Mübahisə 2016-cı ildən yaranaraq mal-mülk davasıdır. Qaynatısının vəsiyyətnamə yazmasından xəbəri yoxdur. Deyirmiş ki, Almazı evə qoymayacaq, Almaz onların ailəsini dağıtmışdır. İkimərtəbəli ev yoldaşının adına olmuş, həmin ev hazırda yanmışdır. İş materiallarında olan 27.05.1966-cı il tarixli, АЗ seriyalı, 018676 nömrəli Nikah haqqında Şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, X13 ilə X16 nikahı 27.05.1966-cı il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 117 nömrəsi ilə qeyd edilmiş, nikahın bağlanmasından sonra arvada Vəliyeva soyadı verilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı 012190 nömrəli Ölüm haqqında Şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, X13 27.04.2019-cu ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 08.05.2019-cu il tarixli 811 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Doğum haqqında Şəhadətnamələrin surətlərindən müəyyən olunmuşdur ki, İddiaçı X13 ilə nikahından xx.xx.1967-ci il təvəllüdlü Cavabdeh2 İsrayıl qızı, 01.01.1969-cu il təvəllüdlü X7, 18.06.1970-ci il təvəllüdlü Cavabdeh3 İsrayıl qızı, 06.07.1973-cü il təvəllüdlü X17, xx.xx.1978-ci il təvəllüdlü Cavabdeh1 doğulmuşdur. İş materiallarında olan Xətai RPİ-nin 35-ci PB-nin 28.08.2018-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarının surətinə əsasən İddiaçı 20.08.2018-ci il tarixdə DİN-in “102” xidmətinə zəng vuraraq bildirdiyi, oğlu Cavabdeh1 tərəfindən döyülməsi faktı öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı və cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 02 ədəd CD-R diskdə olan səs yazıları məhkəmə iclasında dinlənilmiş və həmin səs yazılarında iddia tələbini təsdiq edəcək sübutlar aşkar olunmamışdır. Beləliklə məhkəmə iddia ərizəsini, iş materiallarında olan sübutları, şahidlərin izahatlarını məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə mərhum X13 arasında 1966-cı il 27 mart tarixində rəsmi nikah bağlanılmışdır. Həmin nikahdan onların 5 övladı – Cavabdeh3 İsrayıl qızı, Cavabdeh1, Cavabdeh2 İsrayıl qızı, X17, X7 anadan olmuşdurlar. X13 2019-cu il 27 aprel tarixində dəqiqləşdirilməmiş komadan ölmüşdür. X1 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, General Şixlinski küçəsində yerləşən 19 saylı evin 102 saylı mənzili miras əmlak qalmışdır. Qeyd edilən mənzildə Vəliyev İsrayıl, onun arvadı İddiaçı, oğlu Cavabdeh1, onun övladları və həyat yoldaşı yaşamışlar. Miras qoyan uzun müddət şəkərli diabet xəstəsi idi. İddiaçı hal-hazırda miras qalmış evdə yaşamır, qızı Vəliyeva Almazın evində yaşayır. İddiaçı ilə cavabdehlər arasında mütəmadi olaraq münaqişələr olmuş, onlar arasında ailə münasibətləri pozulmuşdur. Mülki mübahisənin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Həmin Məcəllənin 1139-cu maddəsinə əsasən ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli Qərarına istinadən qeyd edir ki, mülki mübahisənin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 1137-ci maddəsi miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir. Göründüyü kimi, şəxs ləyaqətsiz vərəsə hesab edilərək qanun və vəsiyyət üzrə vərəsəlik hüququndan bu şərtlə məhrum edilə bilər ki, o, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş olsun və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş olsun. Miras qoyanın son iradəsi və ya vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törədilməsi dedikdə, məsələn digər vərəsələri miras əmlakdan imtina edilməsinə məcbur etmə, vəsiyyətnamənin saxtalaşdırılması və ya miras qoyanı vəsiyyətnamənin ləğv edilməsi və ya dəyişdirilməsinə məcbur edilməsi kimi hərəkətlər başa düşülür. Bu əməllərin törədildiyi məhkəmə tərəfindən təsdiq edilməlidir. Yuxarıda istinad edilən qanunvericilik aktı normasının tələblərini nəzərə alaraq və məhkəmə prosesi zamanı verilmiş izahatlar, şahid ifadələri və təqdim edilmiş sübutları qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər tərəfindən miras qoyanın son iradəsinin həyata keçirməsinə qəsdən maneə törədilməsi, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törədilməsi hallarının məhkəmə tərəfindən təsdiq olunması üçün kifayət qədər əsas və səbəblər mövcud deyil. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsinin əsası olaraq Cavabdeh1 mərhum Vəliyev İsrayilə qarşı kobud və qeyri-insanı davrandığı, atasının müalicəsinə maneələrin törətdiyi, eyni zamanda mərhum atasına hədə-qorxu gələrək onun son iradəsinin ifadə edilməsinin qarşısını aldığı göstərilsə də, iddiaçının bu dəlilləri məhkəmə iclasında verilən izahatlar, şahid ifadələri və tədqiq edilmiş səs yazıları ilə təkzib olunur. Eyni zamanda, Xətai RPİ-nin 35-ci PB-nin 28.08.2018-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarının surətindən müəyyən edilir ki, İddiaçı 20.08.2018-ci il tarixdə DİN-in “102” xidmətinə zəng vuraraq bildirdiyi, oğlu Cavabdeh1 tərəfindən döyülməsi faktı öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iddiaya cavabdehlər Cavabdeh3 və Cavabdeh2 ləyaqətsiz vərəsə hesab edilməsi və vərəsəlik hüququndan məhrum edilməsi hissəsində qiymət verərək, belə qənaətə gəlir ki, iddiaçı tərəfindən iddianın əsası olaraq göstərdiyi dəlillər, yəni Cavabdeh3 və Cavabdeh2 atalarının yas mərasiminə biganə yanaşmaqları və övlad kimi öz vəzifələrini yerinə yetirmədikləri, ümumiyyətcə miras qoyanın son iradəsinin həyata keçirməsinə qəsdən maneə törədilməsi, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət kimi qiymətləndirilə bilməz. Digər tərəfdən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137-ci maddəsinin tələblərinə əsasən şəxsin ləyaqətsiz vərəsə hesab edilməsi üçün həmin şəxs tərəfindən miras qoyanın son iradəsinin həyata keçirməsinə qəsdən maneə törədilməsi, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törədilməsi məhkəmə tərəfindən təsdiq edilməlidir, lakin hazırkı mülki iş üzrə cavabdehlər tərəfindən bu cür qanunsuz hərəkətlərin törətdildiyini təsdiq edən hər hansı bir məhkəmə qərarın mövcud olduğu müəyyən edilməmişdir. Belə ki, iddiaçı tərəfindən bununla bağlı müvafiq sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Kontitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına əsasən, Mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə təqdim edilmiş sübutlara məcmu halda qiymət verərək İddiaçı cavabdehlər Cavabdeh1 İsrail oğlunun, Cavabdeh2 və Cavabdeh3 ləyaqətsiz vərəsə hesab edilməsi və vərəsəlik hüququndan məhrum edilməsi barədə iddiasının əsassız olduğu qənaətinə gələrək hesab edir ki, iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 İsrail oğlunun, Cavabdeh2 və Cavabdeh3 ləyaqətsiz vərəsə hesab edilməsi və vərəsəlik hüququndan məhrum edilməsi barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-6177/2019
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6177/2019
09.09.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver