Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-623/2024 12.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, Cavabdeh2, onun vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilin naturada bölgüsü” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı1, İddiaçı3, İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı – tərəflərin paylı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 4 saylı evin, 43 nömrəli mənzilinin naturada bölünməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 ölümündən sonra qanun üzrə vərəsəlik əsasında İddiaçı1, İddiaçı3 və İddiaçı2, Cavabdeh1 və Cavabdeh2 tərəfindən paylara uyğun vərəsəlik şəhadətnaməsi alınmışdır və ünvan 1 ünvanında yerləşən mənzilin daşınmaz əmlakın dövlət reyestrindən paylı mülkiyyətə dair çıxarış əldə edilmişdir. ünvan 2 ünvanında yerləşən mənzil hal-hazırda yuxarıda adları qeyd edilən şəxslərin ümumi paylı mülkiyyətindədir. Cavabdehlərlə aparılan şifahi danışıqlar zamanı əmlakın naturada bölünməsi və ya satılaraq pulun paylara uyğun bölünməsi ilə bağlı heç bir razılıq əldə etmək mümkün olmamışdır. Bu səbəbdən iddiaçılar ünvan 2 ünvanında yerləşən mənzilin tərəflər arasında naturada bölünməsi barədə qətnamənin çıxarılmasını xahiş edirlər. İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbini müdafiə etmiş və məhkəmədən işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. İddiaçı3 məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı2 məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 və onun vəkili və nümayəndəsi Vəkil2 məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdilər. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 4 saylı evin, 43 nömrəli mənzil paylı mülkiyyət hüququ üzrə İddiaçı1 1/4 hissə, İddiaçı3 1/4 hissə, Cavabdeh1 1/8 hissə, Cavabdeh2 1/8 hissə, İddiaçı2 1/4 hissə olmaqla xüsusi mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərardadı əsasında verilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 3-16-16/2-10/9771 nömrəli xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 4 saylı evin, 43 nömrəli mənzilin mülkiyyətçilərinin paylarının İnşaat Norma və Qaydaları 2.08.01.89*-nun 2.2, 2.4 və 2.9. bəndlərində göstərilənlərə və Məhkəmə Tikinti-X3 Metodlarının tələblərinə uyğun qaydada təcrid mənzillər şəklində naturada bölgüsünün texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. İş materiallarında olan ekspert rəyindən aydın olur ki, göstərilən mənzilin mülkiyyətçilərinin paylarına uyğun olaraq naturada bölünməsi texniki cəhətdən mümkün deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisəli mənzilin mülkiyyətçilərinin paylarına uyğun olaraq naturada bölünməsi texniki cəhətdən mümkün olmadığından, mövcud iddia tələbi təmin edilə bilməz. Odur ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, iş üzrə məhkəmə xərclərinin tərkib hissəsi olan ekspertiza tədqiqatının dəyəri - 100 manat məbləğində pul vəsaiti iddiaçılardan alınaraq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı – Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi ünvanında yerləşən 4 saylı evin 43 nömrəli mənzilin naturada bölünməsi barədə iddia ərizəsi təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti müştərək qaydada iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 tutularaq dövlət büdcəsinə ödənilsin. Dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-623/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-623/2024
12.06.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver