Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-6272/2020 26.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızı, Ərizəçi “mirasın qəbul edilmə faktının müəyyən edilməsi” barədə ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun xalası X1 miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, İlqar İsmayılov küçəsi, 54 saylı ünvanda yerləşən 3/12 hissədə miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi, vərəsəlik hüququnun tanınması və mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, ərizəçi ərizəni qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib etməmişdir. İş materiallarından göründüyü kimi ərizə xüsusi icraat qaydasında verilmişdir. Lakin ərizəçi xüsusi icraat qaydasında məhkəməyə müraciət etsə də, ərizənin “xahiş etdi” hissəsində iddia icraatı qaydasında baxılmalı olan tələblə xüsusi icraat qaydasında baxılmalı olan tələbləri birləşdirmişdir. Belə ki, miras əmlakı qəbul etmə faktının müəyyən edilməsi ilə yanaşı, vərəsəlik hüququnun tanınması və mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdəhakim iddia ərizəsini və ya ona əlavə olunmuş sənədlər geri qaytarır. Beləliklə məhkəmə qeyd olunanları nəzərə alaraq belə hesab edir ki, ərizəçi tərəfindən ərizə tərtib edilərkən qanunvericiliyin tələbi pozulduğundan, iddia icraatı və xüsusi icraat qaydasında baxılmalı olan tələblər birləşdirilərək verildiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 149, 150, 152.1.5, 152.2 və 152.4-cü maddələrini rəhbər tutaraq qərara aldı: Ərizəçi “mirasın qəbul edilmə faktının müəyyən edilməsi” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-6272/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-6272/2020
26.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver