Məhkəmə qərarları › İş №2(011)-6276/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-6276/2024

15.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-6276/2024 15.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı – iddiaçı Ərizəçi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i: İddiaçı Ərizəçi cavabdeh 4 saylı Bakı “Asan xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı (maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs3 cəlb edilməklə) “mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya mərhum atası X1 miras qalmış ünvan 1 ünvanında yerləşən yaşayış evinin və 0,04 ha torpaq sahəsinə dair mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi onun üçün nəzərdə tutulan forma və tələblərə riayət edilmədən verildiyindən, geri qaytarılmalıdır. Mövcud iddia ərizəsindən görünür ki, iddiaçı mövcud tələbini iddia ərizəsi formasında tərtib edərək, məhkəməyə təqdim etsə də, iş üzrə maraqlı şəxslər qismində Maraqlı şəxs2 və Maraqlı şəxs3 cəlb etmiş, həmçinin iddia ərizəsini qüvvədə olan Mülki-Prosessual Məcəllənin xüsusi icraat qaydasında baxılan işlər üzrə müəyyən edilən maddələri ilə əsaslandırmışdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mövcud tələbin iddia icraatı və ya xüsusi icraat qaydasında verildiyi, həmçinin hüquqla bağlı mübahisənin olub-olmadığı müəyyən edilmir. Belə ki, qüvvədə olan mülki-prosessual qanunvericilikdə məhkəməyə müraciətin müxtəlif prosessual formalarını (iddia ərizəsi, ərizə, vəsatət, apellyasiya şikayəti və s.) nəzərdə tutulur. Xüsusi icraat qaydasında məhkəməyə müraciətin prosessual forması kimi ərizə ilə, iddia icraatı qaydasında isə məhkəməyə müraciətin prosessual forması kimi iddia ərizəsi ilə müraciət göstərilmişdir. Tərəflər (iddiaçı və cavabdeh) iddia icraatında (MPM-nin 12-23-cü fəsilləri) mövcuddurlar. Xüsusi icraart qaydasında baxılan işlər (MPM-nin 30-40-1-ci fəsilləri) üzrə isə əsas iştirakçılar ərizəçi və maraqlı şəxslərdir (bu növ icraat üzrə tərəflər mövcud deyildir). Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəlləninin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Göstərilən Məcəllənin 152.4-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq qəraraaldı: İddiaçı Ərizəçi cavabdeh 4 saylı Bakı “Asan xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı (maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs3 cəlb edilməklə) “mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya mərhum atası X1 miras qalmış ünvan 1 ünvanında yerləşən yaşayış evinin və 0,04 ha torpaq sahəsinə dair mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi tələbi barədə iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) şikayət verilə bilər. Hakim: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar