Məhkəmə qərarları › İş №2(011)-6340/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6340/2025

07.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6340/2025 07.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi Novruzova Gülsanə Emin qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı qeyri-yaşayış sahəsinin təhvil verilməsi tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı ilə cavabdeh arasında bağlanılmış 16 aprel 2021-ci il tarixli QY/23 saylı müqaviləyə əsasən cavabdeh Bakı şəhəri, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində "Olympus Park" brendi ilə inşa edilən 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 5, mərtəbə 1, ümumi sahəsi 127.55 kv.m-dən ibarət olan 22 saylı qeyriyaşayış sahəsinin İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanılmış 16 aprel 2021-ci il tarixli QY/22 saylı müqaviləyə əsasən cavabdeh Bakı şəhəri, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində "Olympus Park" brendi ilə inşa edilən 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 5, mərtəbə 1, ümumi sahəsi 127.55 kv.m-dən ibarət olan 22 saylı qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməyi, iddiaçı bunun qarışdığında bu müqavilənin 2.2.1-ci bəndində qeyd olunan şərtlərlə pul vəsaitini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfimdən müqavilə öhdəliyi üzrə göstərilən məbləğ tam olaraq ödənilmişdir. İddiaçı cavabdehdən heç bir borcunun olamamasına dair maliyyə arayışı əldə etmişdir. Bir daha bildirmək istəyirik ki, müqavilə şərtlərinə əsasən iddiaçı tərəfindən bütün öhdəliklər icra edilmişdir. Lakin buna baxmayaraq hazırda 16 aprel 2021-ci il tarixli QY/22 saylı müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində “Olympus Park” brendi ilə inşa edilən 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 5, mərtəbə 1, ümumi sahəsi 127.55 kv.m-dən ibarət olan 22 saylı qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən iddiaçıya təhvil verilməli olduğu cavabdeh öz öhdəliklərini yerinə yetirməkdən qanunsuz olaraq yayınır. Müqavilə şərtlərinə riayət edilməsi və 16 aprel 2021-ci il tarixli QY/22 saylı müqavilənin 2-ci bəndinə əsasən Bakı şəhəri, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində "Olympus Park" brendi ilə inşa edilən 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 5, mərtəbə 1, ümumi sahəsi 127.55 kv.m-dən ibarət olan 22 saylı qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi barədə cavabdehə pretenziya məktubu göndərilsə də cavabdeh məktuba cavab verməmişdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilsə də, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən iclasın cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları: İş materiallarında olan icraçı Cavabdeh MMC və payçı İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli QY/22 № li müqavilədən görünür ki, müqaviləyə əsasən "RS Construction” MMC, Bakı şəhər, Xətai rayon, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində “Olympus Park" brendi ilə inşa edilən 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 5, mərtəbə 1, ümumi sahəsi 127.55 kv.m-dən ibarət olan 22 saylı qeyri-yaşayış sahəsini Payçıya satır, Payçı isə qeyri-yaşayış sahəsinin dəyərini bu müqavilə ilə müəyyən olunmuş və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun qaydada İcraçıya ödəyir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən verilən xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhər, Xətai rayon, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində “Olympus Park" brendi ilə inşa edilən 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 5, mərtəbə 1, ümumi sahəsi 127.55 kv.m-dən ibarət olan 22 saylı qeyri-yaşayış sahəsinin tam dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir və Cavabdeh MMC-yə borcu yoxdur. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 6. Mülki qanunvericiliyin prinsipləri 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 399.2. Tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir. 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Maddə 405. Müqavilənin mühüm şərtləri barəsində razılaşma 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfin izahatını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, icraçı Cavabdeh MMC və payçı İddiaçı arasında xx.xx.2021-ci il tarixdə QY/22 № li müqavilə bağlanmışdır, müqaviləyə əsasən "RS Construction” MMC, Bakı şəhər, Xətai rayon, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində “Olympus Park" brendi ilə inşa edilən 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 5, mərtəbə 1, ümumi sahəsi 127.55 kv.mdən ibarət olan 22 saylı qeyri-yaşayış sahəsini payçıya satmağı, payçı isə qeyriyaşayış sahəsinin dəyərini bu müqavilə ilə müəyyən olunmuş və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun qaydada icraçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh MMC tərəfindən verilən xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhər, Xətai rayon, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində “Olympus Park" brendi ilə inşa edilən 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 5, mərtəbə 1, ümumi sahəsi 127.55 kv.m-dən ibarət olan 22 saylı qeyri-yaşayış sahəsinin tam dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir və Cavabdeh MMC-yə borcu yoxdur. İş materiallarına əlavə edilən məhkəmə tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli yerli müayinə protokolundan görünür ki, yerli müayinə Bakı şəhər, Xətai rayon, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində yerləşən ünvanda aparılmışdır və cavabdehin nümayəndəsi və vəkili yerli müayinə zamanı əmlakın tam istismara yararlı vəziyyətdə hazır olmadığı üçün təhvil verilmədiyini təsdiqləmişdir. Hazırda işin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı müqavilə ilə nəzərədə tutulmuş öhdəliyini yerinə yetirmiş, Cavabdeh MMC isə müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının bu tələbi qanunidir. Çünki mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Qeyd olunan qanunvericilik aktlarına əsasən, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanılmış 16 aprel 2021-ci il tarixli QY/22 saylı müqaviləyə əsasən cavabdeh Bakı şəhəri, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində "Olympus Park" brendi ilə inşa edilən 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 5, mərtəbə 1, ümumi sahəsi 127.55 kv.m-dən ibarət olan 22 saylı qeyri-yaşayış sahəsi cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı təhvil verilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları və tərəflərin izahatlarını məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanılmış 16 aprel 2021-ci il tarixli QY/22 saylı müqaviləyə əsasən cavabdeh Bakı şəhəri, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində "Olympus Park" brendi ilə inşa edilən 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 5, mərtəbə 1, ümumi sahəsi 127.55 kv.m-dən ibarət olan 22 saylı qeyri-yaşayış sahəsi cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı təhvil verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar