Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-6354/2024 17.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı – Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, X2 məxsus olan xx.xx.1982-ci il tarixli 206135 saylı orderin və digər sənədlərin vərəsələrinin adına keçməsi ilə əlaqədar maneələr yarandığı üçün, 09 fevral 1960-cı il təvəllüdlü X3 ilə 05 fevral 1960-cı il təvəllüdlü X1 eyni şəxslər olması, Maraqlı şəxs1 AZ №269509 saylı 23 iyun 1962ci ildə 77 nömrəsi ilə qeyd edilmiş doğum haqqında şəhadətnaməsinin və 1 saylı Sumqayıt regional “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsinin baş məsləhətçisi Əbil Əbilovun imzaladığı 28 mart 2024-cü il tarixli №3-16-5/8-B/l- 2948-69/ 2024 saylı arayışın eyni şəxsə - X2 məxsus olması, həmçinin 1 saylı Sumqayıt regional “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsinin baş məsləhətçisi Əbil Əbilovun imzaladığı 28 mart 2024-cü il tarixli №3-16-5/8-B/l- 2948-69/ 2024 saylı arayışa əsasən, 31 avqust 1967-ci il tarixdə Sumqayıt şəhər Qeydiyyat şöbəsində 44 nömrəli doğum haqqında akt qeydinin ləğv edilməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalıdır. Ərizədən müəyyən olunur ki, ərizəçi 09 fevral 1960-cı il təvəllüdlü X3 ilə 05 fevral 1960cı il təvəllüdlü X1 eyni şəxslər olmasını xahiş etmişdir və bununla əlaqəli digər tələbləri irəli sürmüşdür. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarının 1.2-ci bəndinə görə hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 6-cı bəndinə görə Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin Qərarın 6.1-ci bəndinə görə qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Həmin Qərarın 6.2-ci bəndinə görə eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Sadalanan qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, xüsusi icraat qaydasında baxılan ərizələrin geri qaytarılmasını müəyyən edən konkret norma olmadığından, iddia ərizələrinin geri qaytarılmasına dair münasibətləri nizama salan hüquq normaları tətbiq edilərək, ərizəçinin ərizəsi, iddia ərizəsinin geri qaytarılmasını müəyyən edən normaların tətbiq edilməklə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd edilən Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Belə ki, məhkəmə qeyd edir ki, ərizəçi müxtəlif sənədlərdə göstərilmiş şəxsin eyni şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsini xahiş etmişdir. Bu isə yolverilməzdir. Adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə verilə bilər. Həmçinin, ərizəçinin istinad etdiyi doğum şəhadətnaməsində yol verilən səhvlərin (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Məhkəmə qeyd edir ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edilərkən göstərilən hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, məhkəmə şərh edilənlərə əsasən hesab edir ki, Ərizəçi ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq qəraraaldı: Ərizəçi - X2 məxsus olan xx.xx.1982-ci il tarixli 206135 saylı orderin və digər sənədlərin vərəsələrinin adına keçməsi ilə əlaqədar maneələr yarandığı üçün, 09 fevral 1960-cı il təvəllüdlü X3 ilə 05 fevral 1960-cı il təvəllüdlü X1 eyni şəxslər olması, Maraqlı şəxs1 AZ №269509 saylı 23 iyun 1962-ci ildə 77 nömrəsi ilə qeyd edilmiş doğum haqqında şəhadətnaməsinin və 1 saylı Sumqayıt regional “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsinin baş məsləhətçisi Əbil Əbilovun imzaladığı 28 mart 2024-cü il tarixli №3-16-5/8-B/l- 2948-69/ 2024 saylı arayışın eyni şəxsə - X2 məxsus olması, həmçinin 1 saylı Sumqayıt regional “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsinin baş məsləhətçisi Əbil Əbilovun imzaladığı 28 mart 2024-cü il tarixli №3-16-5/8-B/l-2948-69/ 2024 saylı arayışa əsasən, 31 avqust 1967-ci il tarixdə Sumqayıt şəhər Qeydiyyat şöbəsində 44 nömrəli doğum haqqında akt qeydinin ləğv edilməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi geri qaytarılsın. Qərardad və ərizəyə əlavə olunmuş sənədlər ərizəçiyə rəsmi qaydada verilsin. Ərizəçiyə izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Ərizəçi tərəfindən ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edilməsi üçün “Hökümət ödəniş portalı” vasitəsi ilə xx.xx.2024-cü il tarixdə ********** saylı qəbzə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) şikayət verilə bilər. Hakim: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-6354/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-6354/2024
17.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver