Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6366/2022 18.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı "xxxx" MTK-nın nümayəndəsi X8, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı "xxxx" MTK-nın Cavabdeh qarşı “müqavilələrin etibarsız hesab edilməsi və mənzillərin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MTK Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il, xx.xx.2014-cü il tarixli 91, 5 saylı müqavilələrin, xx.xx.2015-ci il, xx.xx.2016 tarixli nömrəsiz müqavilələrin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən mansard mərtəbəsində 294 nömrəli 59,7 kv.m sahəsi, 295 nömrəli sahəsi 117,01 kv.m və 14-cü mərtəbədə 145 nömrəli sahəsi 114,33 kv.m zəbt olunmuş mənzillərin Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı MTK-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia ərizəsinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il, xx.xx.2014-cü il tarixli 91, 5 saylı müqavilələrin, xx.xx.2015-ci il, xx.xx.2016 tarixli nömrəsiz müqavilələrin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən mansard mərtəbəsində 294 nömrəli 59,7 kv.m sahəsi, 295 nömrəli sahəsi 117,01 kv.m və 14-cü mərtəbədə 145 nömrəli sahəsi 114,33 kv.m zəbt olunmuş mənzillərin Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı MTK-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi E.E.Ələkbərov iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, ünvan 2 ünvanında mövcud olan mansard mərtəbədə 294 və 295 saylı mənzillər İddiaçı MTK tərəfindən inşa edilmiş binada yerləşir, bina qanunvericiliyin tələblərinə uyğun olaraq istismara qəbul edilərək dövlət qeydiyyatına alınmışdır, bir müddət öncə həmin mərtəbələrdə təmir-tikinti işlərin aparılması aşkar olunmuşdur, təmir işləri aparan şəxslərlə əlaqə yaradıldıqda qeyd olunan mənzillərin mülkiyyətçisi kimi Cavabdeh olduğu müəyyən edilmişdir, mənzillərin həmin şəxsin mülkiyyətində olmaması nəzərə alınaraq, onların boşaldılması məqsədilə Xətai rayon Polis İdarəsinin 37-ci bölməsinə müraciət olunmuş, bölmənin əməkdaşı tərəfindən verilmiş şifahi məlumata əsasən ona bu məsələnin həll olunması üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir, hal-hazırda həmin ünvanda yerləşən mənzillər inşa olunduğu tarixdən etibarən İddiaçı MTK-nın sərəncamındadır və cavabdehin mənzillərə heç bir hüququ yoxdur, belə bir şəxs tərəfindən tikinti-təmir işlərinin aparılması yolverilməzdir, həmçinin məsələnin araşdırılması zamanı 91, 5 nömrəli və qeyri-yaşayış sahəsi üzrə 1000 kv.m və 500 kv.m nömrəsiz, heç bir hüquqi əsası olmayan müqavilələrin mövcudluğu da müəyyən olunmuşdur, aparılmış araşdırmalar zamanı müəyyən olunmuşdur ki, həmin müqavilələr şirkətin qanuni nümayəndəsi tərəfindən imzalanmamış, ən əsası binanın texniki plan sxeminə uyğun gəlməyən şəkildə tərtib olunmuşdur, sadalanan əmlaklardan yalnız 730.1 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi Mürvələdov Aydına görülmüş podrat işlərinin əvəzində verilmiş, o, həmin qeyri-yaşayış sahəsindən xx.xx.2020-ci il tarixli notarial sənəd əsasında İddiaçı MTK-nın xeyrinə imtina etmişdir, digər qeyri-yaşayış sahəsinə və mənzillərə dair cavabdehin və onun yoldaşı A.Mürvələdovun heç bir mülkiyyət hüququ müəyyən edən və sərəncamverici hüququ olmamışdır, bu müqavilələrin hansı şəkildə bağlandığı və mənşəyi İddiaçı MTK-ya məlum deyildir, müqavilələrin binanın texniki plan sxemi təsdiq olunmamışdan əvvəl bağlanması onların hüquqi qüvvəyə malik olmayan sənəd olduğuna dəlalət edir, bu müqavilələr İddiaçı MTK tərəfindən rəsmiləşdirilmədiyindən etibarsız hesab edilməlidir. Sonda iddiaçının nümayəndəsi E.E.Ələkbərov iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı MTK əvvəllər "xxxx" MMM olmuş və yenidən təşkil olunmuşdur, məhz bu səbəbdən cavabdeh ünvan 3 ünvanda yerləşən 294-295 nömrəli mənzilləri iddiaçıdan xx.xx.2017-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında almışdır, yəni bu hüquqmüəyyənedici sənədlər cavabdehdə də var, mənzillər qeyri-yaşayış sahələrinin pulu ödəmişdir, pulu cavabdeh ofisdə vermişdir, eyni zamanda mənzil cavabdeh tərəfindən əsaslı təmir edilmişdir və hazırda onun faktiki istifadəsindədir, sözügedən mənzilə və xx.xx.2014, xx.xx.2015 və xx.xx.2016-cı il tarixli alqı-satqı müqavilələri ilə cavabdeh tərəfindən alınmış daşınmaz əmlaklara çıxarışların alınması və hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün, cavabdeh dəfələrlə iddiaçıdan hüquqi şəxsin yenidən təşkili ilə əlaqədar ümumi yığıncağın protokolunu istəmiş, Elçin barəsində həbs qətimkan tədbiri seçildiyindən onunla əlaqə saxlamaq mümkün olmamış, hətta görüşmək üçün İstintaq Təcridxanasına da getmişlər, lakin yenə də görüşüb məsələni həll edə bilməmişlər, həmçinin Elşənlə də telefon danışığı olub, amma iddiaçı sənədlərin verilməsindən boyun qaçırmışdır, bu səbəbdən də hazırki mülki iş üzrə iddiaçıdan imtina alaraq, Bakı İnzibati Məhkəməsində iddia qaldırmışdır, iddiaçının məhkəməyə müraciət etməsində məqsəd inzibati məhkəmədə olan həmin icraatı ləngitməkdir, həmçinin digər şəxslərlə-sakinlərlə bağlanmış alqı-satqı müqavilələrində də KAT şirkətinin təsisçisinin imzası vardır, bununla yanaşı sözügedən iddia üzrə Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş iddia müddəti buraxılmışdır, sözügedən əmlaklara müvafiq sayğacların quraşdırılması zamanı podratçı kimi KAT şirkətinin məlumatı olmalı idi, çünki həmin sayğaclar müvafiq akt əsasında quraşdırılır, sözügedən müqavilələrə dair iddiaçının iddiası əsassızdır və buna dair iddia müddətləri də ötürülmüşdür, əgər müqavilə səhvdirsə, iddiaçı düzgün formasını göstərsin, cavabdeh də elə etsin, iddiaçının dediyindən belə görünür ki, A.Mürvələdov özü-özünə alqı-satqı edib, lakin bu mümkün deyildir. Sonda cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" X7 təsisçisi E.B.Ələkbərov və Cavabdeh arasında bağlanmış 31 oktyabr 2014-cü il tarixli 5 №-li mənzilin alqı-satqı müqaviləsindən görünür ki, satıcı ünvan 4 ünvanda yerləşən 1 saylı, 2 girişli yaşayış binasında 1 girişdə, 14-cü mərtəbədə sahəsi 114,33 kv/m olan 3 otaqlı 145 №-li mənzilin tikintisini, alıcı isə həmin mənzilin dəyərinin ödənilməsini öz öhdəsinə götürmüşdür, müqavilə satıcı kimi "xxxx" MMM-in təsisçisi şəxsində X15 tərəfindən imzalanmışdır. İş materiallarında olan "xxxx" MMM-nın təsisçisi Ələkbərov E.B. tərəfindən verilmiş 31 oktyabr 2014-cü il tarixli maliyyə arayışından görünür ki, ünvan 4 ünvanda yerləşən 1 saylı, 2 girişli yaşayış binasının 1 girişdə, 14-cü mərtəbədə sahəsi 114,33 kv/m olan 3 otaqlı 145 №-li mənzil Cavabdeh müqavilə əsasında verilmişdir, mənzilin ümumi məbləği Cavabdeh tərəfindən tam ödənilmişdir. İş materiallarında olan "xxxx" X7 təsisçisi E.B.Ələkbərov və Cavabdeh arasında bağlanmış 18 noyabr 2015-ci il tarixli qeyri yaşayış sahənin alqı-satqı müqaviləsindən görünür ki, satıcı ünvan 4 ünvanda yerləşən 1 saylı, 2 girişli yaşayış binasında 2 girişdə, birinci, ikinci mərtəbədə sahəsi 500 kv/m olan qeyri yaşayış sahəsinin tikintisini, alıcı isə həmin qeyri-yaşayış sahənin dəyərinin ödənilməsini öz öhdəsinə götürmüşdür, müqavilə satıcı kimi "xxxx" MMM-in təsisçisi şəxsində X15 tərəfindən imzalanmışdır. İş materiallarında olan Cavabdeh və Ələkbərov E.B tərəfindən imzalanmış tərəflər arası razılaşmada qeyd edilir ki, ünvan 4 ünvanda yerləşən 1 saylı, 2 girişli yaşayış binasında 2 girişdə, birinci, ikinci mərtəbədə sahəsi 500 kv/m olan qeyri yaşayış sahəsi pay bölgüsü olaraq X9 düşmüşdür, həmin sahənin məbləği Cavabdeh tərəfindən ******* manat X9 ödənilmişdir. İş materiallarında olan "xxxx" MMM-nın təsisçisi Ələkbərov E.B. tərəfindən verilmiş 18 noyabr 2015-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 4 ünvanda yerləşən 1 saylı, 2 girişli yaşayış binasının 2 girişinin, birinci, ikinci mərtəbəsində ümumi sahəsi 500 kv/m olan qeyri-yaşayış sahəsi Cavabdeh müqavilə əsasında verilmişdir, qeyri yaşayış sahəsinin ümumi məbləği Cavabdeh tərəfindən tam ödənilmişdir. İş materiallarında olan "xxxx" X7 təsisçisi E.B.Ələkbərov və X10 arasında bağlanmış 22 iyun 2016-cı il tarixli qeyri yaşayış sahənin alqı-satqı müqaviləsindən görünür ki, satıcı ünvan 4 ünvanda yerləşən 1 saylı, 2 girişli yaşayış binasında 1 girişdə, birinci, ikinci mərtəbədə sahəsi 1000 kv/m olan qeyri yaşayış sahəsinin tikintisini, alıcı isə həmin qeyriyaşayış sahənin dəyərinin ödənilməsini öz öhdəsinə götürmüşdür, müqavilə satıcı kimi "xxxx" MMM-in təsisçisi şəxsində X15 tərəfindən imzalanmışdır. İş materiallarında olan "xxxx" MMM-nın təsisçisi Ələkbərov E.B. tərəfindən verilmiş maliyyə arayışından görünür ki, ünvan 4 ünvanda yerləşən 1 saylı, 2 girişli yaşayış binasının 1 girişinin, birinci, ikinci mərtəbəsində ümumi sahəsi 1000 kv/m olan qeyri yaşayış sahəsi X3 müqavilə əsasında verilmişdir, qeyri yaşayış sahəsinin ümumi məbləği X10 tərəfindən tam ödənilmişdir. İş materiallarında olan "xxxx" X7 təsisçisi E.B.Ələkbərov və X10 arasında bağlanmış 28 noyabr 2017-ci il tarixli 91 №-li mənzilin alqı-satqı müqaviləsindən görünür ki, satıcı ünvan 4 ünvanda yerləşən 1 saylı, 2 girişli yaşayış binasında 2 girişdə, mansard mərtəbədə, sahəsi 117,01 kv.m olan 3 otaqlı 295 №-li mənzilin tikintisini, alıcı isə həmin mənzilin dəyərinin ödənilməsini öz öhdəsinə götürmüşdür, müqavilə satıcı kimi "xxxx" MMM-in təsisçisi şəxsində X15 tərəfindən imzalanmışdır. İş materiallarında olan "xxxx" MMM-nın təsisçisi Ələkbərov E.B. tərəfindən verilmiş 28 noyabr 2017-ci maliyyə arayışından görünür ki, ünvan 4 ünvanda yerləşən 1 saylı, 2 girişli yaşayış binasının 2 girişinin, mansard mərtəbəsində ümumi sahəsi 117,01 kv/m olan 3 otaqlı 296 №-li mənzil X3 müqavilə əsasında verilmişdir, mənzilin ümumi məbləği X10 tərəfindən tam ödənilmişdir. İş materiallarında olan 29 noybar 2019-cu il tarixli Azərbaycan Respunlikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi tikinti-planlaşdırma Mərkəzi tərəfindən verilmiş “İcazə” sənədinin surətindən görünür ki, ünvan 8; 2 girişli, zirzəmili, 14 (+mansard) mərtəbəli yaşayış binasının tikintiyə dair icazə verici sənədi Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli 146 nömrəli sərəncamıdır, tikinti obyektinin sahibi "xxxx" MMC-dir, xx.xx.2019-cu il tarixdən yaşayış binasının istismarına icazə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən Xətai rayon Məhkəməsinə ünvanlanmış 05 noyabr 2022-ci il tarixli məktubdan görünür ki, "xxxx" MTK dövlət qeydiyyataına alındığı xx.xx.1998-ci il tarixdə qanuni təmsilçisinin təyin edilməsi barədə hüquqi şəxsin qeydiyyat qovluğunda məlumat aşkar edilməmişdir, xx.xx.2000-ci il tarixdən xx.xx.2012-ci il tarixədək hüquqi şəxsin rəhbəri X4, xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək X11 olmuş, xx.xx.2017-ci il tarixdən hazıradək X1r. İş materiallarında olan AZ-İİ seriyalı 089220 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan ünvan 6 ünvanlanmış 288 №-li 02 oktyabr 2021-ci il tarixli məktubun surətindən görünür ki, X2 xx.xx.2020-ci il tarixdə vəfat etməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixdə vərəsəlik işi açılmışdır, onun vərəsələri arvadı Cavabdeh, oğlu X5, qızları X12, X13 və X14r. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, sonuncunun müraciətinə əsasən bildirilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən, ünvan 8 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 231 saylı xx.xx.2019-cu il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi "xxxx" MMM göstərilmişdir, "xxxx" MTK xx.xx.1998-ci il tarixdə 597 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsi tərəfindən dövlət qeydiyyatına alınmış "xxxx" MMM-in hüquqi varisidir, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə uyğun "xxxx" MTK tərəfindən təsdiq edilmiş hüquqmüəyyənedici sənədlər əsasında qeyd olunan ünvanda yerləşən mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparıla bilər. Əlavə olaraq bildirilmişdir ki, qeyd olunan ünvanda inşa edilmiş yaşayış binasının təqdim olunmuş layihəsində və hüquqmüəyyənedici sənədlərdə ona məxsus 296 saylı mənzil 3 otaqlı göstərilsə də, İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman qeyd olunan mənzilin binanın mansard mərtəbəsində yerləşdiyi, 4 otaqlı olduğu, qonşu mənzilin bir hissəsinin, ümumi istifadə də olan dəhlizin bir hissəsinin və mansard mərtəbənin üstündə yerləşən 43.8 kv.m sahənin onun istifadəsinə olduğu müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MTK tərəfindən verilmiş 2 noyabr 2022-ci il tarixli 02/11 №-li arayışdan görünür ki, şirkət tərəfindən inşa olunmuş ünvan 9 ünvanında yerləşən 2 girişli, zirzəmi, 14 mərtəbə və mansardlı, 1 saylı yaşayış binasında 145, 294 və 295 saylı mənzillər, həmçinin həmin binanın 1-ci və 2-ci mərtəbələrində 1270 kv.m qeyri-yaşayış sahəsi heç bir vətəndaşa satılmayıb və hazırda "xxxx" MTK-nın balansındadır. İş materiallarında olan "xxxx" MTK-nın sədri Elşən Ələkbərov və "xxxx" MTK-nın sədr müavini Emin Ələkbərov tərəfindən imzalanmış 15 noyabr 2022-ci il tarixli Akta əsasən, vətəndaş Cavabdeh tərəfindən mansard mərtəbədə layihədən kənar olaraq tikintiquraşdırma işləri həyata keçirilmiş, 294 və 295 saylı mənzillər qanunsuz olaraq birləşdirilərək ələ keçirilmiş, eləcə də pilləkən meydançasına müdaxilə edilərək qeyriqanuni quraşdırma aparılmışdır, bu qanunsuz əməllər vətəndaş Cavabdeh tərəfindən MTK rəhbərliyinin məlumatı və icazəsi olmadan həyata keçirilmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, "xxxx" MTK tərəfindən xx.xx.2022-ci il tarixdə 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, mübahisəli mənzillərin yerləşdiyi binanın sahibi "xxxx" MTK-dır, həmin binada yerləşən mübahisəli 145 №-li, 294 №-li, 295 №-li mənzillər və birinci, ikinci mərtəbədə yerləşən qeyri-yaşayış sahələri onun balansındadır, binanın 1-ci giriş, 14-cü mərtəbəsində yerləşən sahəsi 114,33 kv/m olan 3 otaqlı 145 №-li mənzilə və 2-ci giriş, birinci, ikinci mərtəbədə yerləşən sahəsi 500 kv/m olan qeyri-yaşayış sahəsinə dair E.B.Ələkbərov və Cavabdeh arasında bağlanmış 31 oktyabr 2014-cü il və 18 noyabr 2015-ci il tarixli, 1-ci giriş, birinci, ikinci mərtəbədə yerləşən sahəsi 1000 kv/m olan qeyri-yaşayış sahəsinə və 2-ci giriş, mansard mərtəbədə yerləşən sahəsi 117,01 kv.m olan 3 otaqlı 295 №-li mənzilə dair E.B.Ələkbərov və X10 arasında bağlanmış 22 iyun 2016-cı il və 28 noyabr 2017-ci il tarixli müqavilələr mövcuddur, 2014-2015-ci illərdə bağlanmış müqavilələr bir tərəfdən Cavabdeh, digər tərəfdən isə "xxxx" MMM-in təsisçisi şəxsində E.B.Ələkbərov, 2016 və 2017-ci illərdə bağlanmış müqavilələr bir tərəfdən A.Q.Mürvələdov, digər tərəfdən isə "xxxx" MMM-in təsisçisi şəxsində E.B.Ələkbərov tərəfindən imzalanmış, müqavilələr "xxxx" MMM-in möhürü ilə təsdiqlənmişdir, mübahisələndirilən 31 oktyabr 2014-cü, 18 noyabr 2015-ci və 22 iyun 2016-cı il müqavilələrin bağlandığı tarixlərdə iddiaçının qanuni təmsilçisi X11 (xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək), 28 noyabr 2017-ci il tarixli müqavilənin bağlandığı tarixdə X6 (xx.xx.2017-ci il tarixdən hazıradək) olmuşdur, İddiaçı MTK "xxxx" MMM-in hüquqi varisidir, A.Q.Mürvələdov xx.xx.2020-ci il tarixdə ölmüşdür, Cavabdeh onun vərəsəsidir, iddiaçıya məxsus mübahisəli əmlaklar Cavabdeh qanunsuz sahibliyindədir və onun tərəfindən iddiaçının məlumatı və icazəsi olmadan mansard mərtəbədə layihədən kənar olaraq tikinti-quraşdırma işləri həyata keçirilmiş, 294 və 295 saylı mənzillər birləşdirilərək zəbt olunmuşdur, pilləkən meydançasına müdaxilə edilərək qeyri-qanuni quraşdırma aparılmışdır. Bununla belə, Cavabdeh qeyd olunan mənzillərə və qeyri yaşayış sahələrinə dair mülkiyyət, sahiblik və istifadə hüququna, həmçinin həmin mənzillərə dair E.B.Ələkbərovun mülkiyyət hüququna və onun tərəfindən müqavilə bağlanmasının mümkünlüyünə əsas verən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Belə olan halda məhkəmə hesab edir ki, E.B.Ələkbərov mübahisəli mənzillər və qeyri-yaşayış sahələri üzrə subyektiv hüquqa malik olmadığından onun həmin əmlaklara dair bağlamış olduğu müqavilələr də etibarlı hesab oluna bilməz və ona görə də iddiaçı hazırki müqavilələrin etibarsız hesab edilməsi və mənzillərin (qeyri-yaşayış sahələrinin) cavabdeh tərəfindən boşaldılaraq ona təhvil verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə, cavabdehin “iddia müddətinin ötürülməsi” barədə dəlillərinə münasibətdə qeyd edir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarı; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 noyabr 2018-ci il Qərarı; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 29 iyul 2019-cu il Qərarı). Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından isə görünür ki, iddiaçıya məxsus əmlakın alqı-satqısına dair bağlanmış müqavilələr üzrə iddiaçı müqavilə tərəfi deyildir. Belə olan halda məhkəmə hesab edir ki, mübahisəli əmlaklar üzrə tərəflər arasında hər hansı bir hüquq münasibəti yaranmadığından cavabdeh də hüquq münasibətinin subyekti olmamışdır və buna görə də onun iddia müddətinin tətbiri barədə ərizəsi məhkəmə tərəfindən nəzərə alına bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.4-cü maddəsinə əsasən, anunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən, hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən, bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, onun üzərində sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır, etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 360.1-ci maddəsinə əsasən, əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəlləsinin 560.3.1-ci maddəsinə əsasən, qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi hüquqdan sui-istifadədir. Beləliklə məhkəmə, iş üzrə təqdim olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, "xxxx" X7 təsisçisi E.B.Ələkbərov və X10, "xxxx" X7 təsisçisi E.B.Ələkbərov və Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il, xx.xx.2014-cü il tarixli 91, 5 saylı müqavilələr, xx.xx.2015-ci il, xx.xx.2016 tarixli nömrəsiz müqavilələr etibarsız hesab edilməli, ünvan 1 ünvanında yerləşən mansard mərtəbəsində 294 nömrəli 59,7 kv.m sahəsi, 295 nömrəli sahəsi 117,01 kv.m və 14-cü mərtəbədə 145 nömrəli sahəsi 114,33 kv.m mənzillər Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı MTK-yə təhvil verilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırki iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumundan azad edilməsi halları məhkəmə tərəfindən müəyyən edilmədiyindən, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli, ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. xx.xx.2017-ci il, xx.xx.2014-cü il tarixli 91, 5 saylı, xx.xx.2015-ci il, xx.xx.2016 tarixli nömrəsiz müqavilələr etibarsız hesab edilsin. ünvan 1 ünvanında yerləşən mansard mərtəbəsində 294 nömrəli 59,7 kv.m sahəsi, 295 nömrəli sahəsi 117,01 kv.m və 14-cü mərtəbədə 145 nömrəli sahəsi 114,33 kv.m mənzillər Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı MTK-yə təhvil verilsin. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MTK-ya ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-6366/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6366/2022
18.11.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver