Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-641/2025 26.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Dövlət Neft Şirkətinin (Socar) Cavabdehnə qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Dövlət Neft Şirkətinin (Socar) Cavabdehnə qarşı ezamiyyə xərəclərinin verilməsinə görə iddiaçıya dəyən ziyana görə 102600 manat, on ildir sertifikat almasına baxmayaraq ona dərəcə verilmədiyindən ödənilməmiş 24500 manat, müqavilənin 4-cü maddəsinin 21-ci bəndinə əsasən ödənilməmiş gediş-gəliş xərclərinin əvəzi olaraq 2760 manat, müqavilənin 4-cü maddəsinin 16-cı bəndinə əsasən 100.97 manat, işə gedib-gəlmək üçün iddiaçıya dəyən ziyanın əvəzi olaraq 2500 manat məbləğində pul vəsaitinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 15 gün işdə, 15 gün evdə olur. Ezamiyyətə göndərildiyi vaxtlarda hər gün üçün 60 manat ezamiyyə xərci ödənilməli idi. Lakin ödənilməmişdir. Belə olan halda 10 il ərzində hər ay üçün ödənilməmiş 102600 manat ezamiyyə xərcinin ödənilməsini tələb edir. Bundan əlavə 10 ildir ki, sertifikat almasına baxmayaraq ona 5-ci dərəcə verilməmiş, hansı ki, dərəcə verildiyi halda ona əlavə haqq ödənilməli idi. Odur ki, dərəcə verilmədiyi üçün 123 ay ərzində hər ay 160 manat olmaqla və 4920 manat sığorta haqqı, ümumilikdə ödənilməmiş 24.500 manat məbləğində pul vəsaitinin ödənilməsini tələb edir. Müqavilənin 4-cü maddəsinin 21-ci bəndi pozulduğuna görə yəni iddiaçıya gediş-gəliş xərclərini təmin etmədiyi üçün 8 ildir öz hesabına gedib gəldiyi üçün ona dəymiş ziyana görə 1760 manat, pandemiya dövrü nəzərə alınmaqla 1000 manat da əlavə, ümumilikdə 2760 manat pul vəsaitinin ona ödənilməsini tələb edir. Müqavilənin 4-cü maddəsinin 16-cı bəndinə əsasən hər il üçün 6 ay 11 saat, 10.5 saatları kəsdiyinə görə ona dəymiş ziyanın əvəzi olaraq 100.97 manat pul vəsaitinin ödənilməsini tələb edir. Hər ay işə gedib-gəlmək üçün 5 saat ayrılır. Lakin onlar hər ay orta hesabla işə gedib-gəlmək üçün 10 saatdan 20-saatadək vaxt itirirlər. Buna görə də dəymiş ziyanın əvəzi olaraq 2500 manat məbləğində pul vəsaitinin ödənilməsini tələb edir. Cavabdeh iddiaya qarşı yazılı etiraz ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Etirazın dəliləri ondan ibarət olmuşdur ki, əmək müqaviləsinin 4.19-cu bəndinin pozulması ilə bağlı İddiaçı iş vaxtı onunla bağlanılmış əmək müqaviləsinin 4.19-cu bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Əmək müqaviləsinin 4.21-ci bəndi üzrə İddiaçı növbəli iş üsulu ilə işləyir. “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin müəssisə və idarələrində işlərin növbəli iş üsulu ilə təşkili haqqında” Əsasnamənin 2.5-ci bəndinə əsasən İşçilərin müəssisəyə, iş yerinə və ya toplanış məntəqəsinə gəliş gedişi ilə əlaqədar xərclər növbəli iş üsulunu tətbiq edən müəssisə tərəfindən ödənilir. Qeyd olunan bəndə uyğun olaraq Trestin növbəli iş üsulu ilə çalışan işçilərin, o cümlədən İddiaçı toplanış məntəqəsindən dəniz obyektlərinə və dəniz obyeklərindən geri toplanış məntəqələrinə daşınması Trest tərəfindən həyata keçirilir və bununla bağlı xərclər də Trest tərəfindən ödənilir. Məlumat üçün İddiaçı hava nəqliyyatı ilə daşınmasını təsdiq edən “Uçuş manifesti”ni əlavə edilir. Əmək müqaviləsinin 4.30-cu bəndi üzrə Əmək məzuniyyətinə çıxarkən İddiaçı hər hansı məbləğdə sosial-məişət müavinətinin verilməsi, bundan savayı sanatoriya-kurort müalicəsi, turizm səfərlərinə getməsi, məzuniyyətin daha mənalı keçirilməsi üçün hər hansı tədbirin görülməsi əmək müqaviləsinin 4.30-cu bəndində nəzərdə tutulmamışdır. Əmək müqaviləsinin 4.33-cü bəndi üzrə İddiaçı iddia ərizəsində ona bədən tərbiyəsi və idmanla, o cümlədən iş rejimi şəraitində və işdən sonrakı reabilitasiya və peşəkar-tətbiqi məşqlərdə, idman-sağlamlıq turizmi ilə məşğul ola bilməsi üçün Trest tərəfindən şərait yaradılmadığı əsaslandırmamışdır. Əmək müqaviləsinin 4.35-ci bəndi üzrə İddiaçı iddia ərizəsində sahə Kollektiv Sazişi, sahə Həmkarlar İttifaqı respublika Komitəsi ilə birgə əmrqərar əsasında müəyyən olunmuş konkret hansı növ müavinətin ona ödənilmədiyini göstərməmişdir. Əmək müqaviləsinin 6.1-ci bəndi üzrə İddiaçı hər hansı məbləğdə əlavə sığorta olunması əmək müqaviləsində nəzərdə tutulmamış, məcburi dövlət sosial sığorta haqqı isə hər ay müvafiq qaydada köçürülür. Əmək müqaviləsinin 6.2-ci bəndi üzrə İddiaçı sosial müdafiə məsələləri üzrə hansı hüquqlarının, güzəşt və imtiyazların təmin edilmədiyini göstərməmişdir. Dərəcə artımı məsələsi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının "09" avqust 2006-cı il tarixli 10- 2-li qərarı ilə təsdiq edilmiş “X11 İşlərin Vahid X1”na əsasən fəhləyə hər hansı və ya daha yüksək ixtisas dərəcəsinin verilməsi üçün işəgötürən tərəfindən ixtisas imtahanları təşkil edilir. Həmçinin SOCAR-ın X5 Komitəsinin xx.xx.2012-ci il tarixli 122 nömrəli qərarı ilə “Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin struktur bölmələrində işçilərə növbəti əməyin ödənilmə və ixtisas dərəcələrinin verilməsi Qaydaları” təsdiq edilmişdir. Qaydaların 2.1-ci bəndinə əsasən növbəti əməyin ödənilməsi dərəcəsinin verilməsi müəssisə və təşkilatların müvafiq komissiyasında baxılır. Bu məqsədlə “Neftqaztikinti” trest üzrə Tarifixtisas Komissiyası yaradılmışdır. Tarif-ixtisas Komissiyasının 2023-cü ilin dekabr ayında keçirilən imtahanlarında Trestin 2 saylı Tikinti Quraşdırma bölümünün 2 saylı tikini quraşdırma sahəsinin 4-cü dərəcəli texnoloji boru kəmərlərinin quraşdırıcısı İddiaçı iştirak etmişdir. Həmin imtahanlarda ona verilmiş 5 sualdan heç birinə cavab verə bilməmiş və nəticədə Komissiya ona növbəti 5-ci dərəcənin verilməsini məqsədəuyğun hesab etməmişdir. (protokol əlavə olunur). Odur ki, yuxarıda göstərilənləri və AR MPM-nin 154cü maddəsini rəhbər tutaraq, məhkəmədən iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya etiraz edərək rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Azərbaycan Dövlət Neft Şirkətinin (Socar) Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 3404 saylı əmək müqaviləsinə əsasən 2 saylı Tikinti Quraşdırma bölümünün 7 saylı tikinti quraşdırma sahəsinin, ƏÖD-4 olmaqla texnoloji boru kəmərlərinin quraşdırıcısı vəzifəsinə işə qəbul edilmiş, ona 4-cü dərəcəli ixtisas dərəcəsi verilmişdir. İşçiyə hər ay 808.72 manat məbləğində əmək haqqı ödənilir. Əmək haqqı saatlıq tarif stavkası 2.75 manat, 441.93 manat məbləğində tarif haqqından və tarif haqqına iqlim şəraitinə görə 75% (331.44 manat) əlavədən ibarətdir. Müqavilənin 4-cü bəndinə əsasən işçi geyim və FMV-lə təmin olunur. İşçi zərərli amillərdən sağlamlığının mühafizəsi üçün xüsusi süd məhsulları ilə təmin edilir. Təqvim ili üzrə növbədə iş vaxtının davam etmə müddəti İ-İİ rüb 10.5 saat, İİİ- İV rüb 11 saat təşkil edir. İşçi işə gəlib getməsi üçün nəqliyyatla təmin edilir. İddiaçı ilə Azərbaycan Dövlət Neft Şirkətinin (Socar) Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 3404 saylı əmək müqaviləsinə xx.xx.2017-ci il tarixində 02 nömrəli əlavə edilmişdir. Əlavə yazılı şəkildə tərtib edilmiş, işçi və işəgötürən tərəfindən imzalanmışdır. Əlavənin 4.21-ci bəndinə qeyd edilmişdir ki, İ-Vİ, Xİ, Xİİ aylar üzrə - 10,5 saat, Vİİ – X aylar üzrə -11 saatdır. Əlavənin 4.22-ci bəndində isə işçinin işə gelib getməsi üçün toplanış məntəqəsindən iş sahəsinə kimi nəqliyyatla təmin edildiyi qeyd edilmişdir. Azərbaycan Dövlət Neft Şirkətinin (Socar) İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, növbəti əməyin ödənilməsi dərəcəsinin verilməməsi ilə bağlı keçirilən müvafiq imtahandakı nəticə iddia etdiyi dərəcəyə uyğun gəlməmişdir. İddiaçı özü də SOCAR-ın Baş ofisindəki müvafiq görüş zamanı bu məsələni etiraf edərək, kompüter biliklərinin yaxşı olmadığını, imtahanın onlayn keçirilməsi və sualların elmi dildə yazılması səbəbindən onları tam anlamadığını bildirmişdir. Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan işçilərin mənzil növbəliliyi ilə bağlı məsələlərin tənzimlənməsi məqsədilə SOCAR-ın və Azərbaycan Respublikası Neft və X7 Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarına əsasən işçilərin mənzil uçotuna götürülməsi dayandırılmışdır. Belə ki, əvvəlki illərdə mənzil növbəsinə götürülmüş işçilərin mənzillə təmin olunması istiqamətində xeyli işlərin görülməsinə, uzun illər mənzil növbəsində duran işçilərin bir çoxunun mənzillə təmin olunmasına baxmayaraq, hazırda mənzil uçotu dayandırılana qədər mənzil uçotuna alınmış işçilərin sayının çoxluğuna görə onların mənzillə təmin edilməsi ilə bağlı məsələlər tam şəkildə öz həllini tapmamışdır Buna görə də hazırda bu istiqamətdə işlər davam etdirilir. Azərbaycan Dövlət Neft Şirkətinin (Socar) Cavabdeh əməyin ödənilməsi dərəcələrinin və vəzifələrinin (peşələrin) təyin edilməsi haqqında Tarif-İxtisas Komissiyasının iclasının xx.xx.2023-cü il tarixli protokolundan görünür ki, İddiaçı 17-ci biletdə olan 5 sual üzrə vermiş olduğu cavablar qeyri-məqbul olmuş, onun tarif-ixtisas komissiyasının suallarına qənaətbəxş cavab verə bilmədiklərini və bir vakant yerə bir neçə işçinin müraciətindən aslı olaraq seçim əsasında keçə bilmədiklərini nəzərə alaraq, aşağıda qeyd olunan işçilərin əməyin ödənilməsi dərəcələrinin arıtılması və başqa vəzifəyə (peşəyə) keçirilməsi məqsədəmüvafiq hesab edilməmişdir. İş materiallarında olan haqq-hesab vərəqələrindən görünür ki, İddiaçı 2024-cü ilin fevral ayı üzrə 1385.84 manat, mart ayı üzrə 1494.75 manat, aprel ayı üzrə 1435.99 manat, may ayı üzrə 1493.33 manat, iyun ayı üzrə 1501.35 manat, iyul ayı üzrə 1978.92 manat, avqust ayı üzrə 1413.43 manat, sentyabr ayı üzrə 1537.49 manat, oktyabr ayı üzrə 1161.26 manat, noyabr ayı üzrə 1718.75 manat, dekabr ayı üzrə 829.49 manat, 2025-ci ilin yanvar ayı üzrə 1424.84 manat əmək haqqı ödənilmişdir. “X2-Bakı” QSC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı “X2-Bakı” QSC-nin tabeçiliyində olan “X9” kilinikasında xx.xx.2024-cü il tarixində 19:41-dən 20:40-a qədər həkim müayinəsində olmuşdur. Məhkəmə iddianın ezamiyyə xərclərinin verilməsinə görə iddiaçıya dəyən ziyana görə 102600 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasına dair hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tələbini məhz növbəli iş üsulu ilə dənizdə işləməsi faktı ilə əsaslandırır. Tərəflər arasında imzalanmış Əmək müqaviləsinin 4.21-ci bəndinə əsasən də iddiaçı növbəli iş üsulu ilə işləyir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 89-cu maddəsinin 1-ci bəndinə əsasən tam iş vaxtı — müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. Həmin Məcəllənin 92-ci maddəsinə əsasən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatlarda, peşə və vəzifələrdə çalışan işçilərə həftədə 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edilir. Həmin istehsalatların, peşə və vəzifələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 95-ci maddəsinə əsasən iş vaxtının rejimi qaydaları — gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir. İş vaxtının rejimi və onu müəyyən edən qaydalar bu Məcəllə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş iş vaxtı müddətinə əməl olunmaqla işəgötürənin əmri (sərəncamı, qərarı) ilə təsdiq edilir. Bu qaydalarla işçilər hökmən tanış edilməlidirlər. Həmin qaydaların iş rejimini tənzimləyən əsas bölmələri böyüdülmüş şəkildə bütün işçilərin hər gün görə biləcəyi yerdən asılmalıdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2012-ci il tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “X3”na əsasən daimi işi yolda keçən və gediş-gəliş xarakteri daşıyan və ya növbə (vaxta) metodu ilə işləyən, yaxud çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) işçilərin xidməti gedişi ezamiyyə saxılmır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı növbəli iş üsulu ilə işlədiyindən, növbəli iş üsulu ilə işləyən işçiləri xidməti gedişi ezamiyyə sayılmadığından iddiaçının ona ezamiyyə xəclərinin ödənilməsi ilə bağlı iddiası əsassızdır və rədd edilməlidir. Məhkəmə iddianın “on ildir sertifikat almasına baxmayaraq iddiaçıya dərəcə verilmədiyindən ödənilməmiş 24.500 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması”na dair hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə də əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2006-cı il tarixli 10-2-li qərarı ilə təsdiq edilmiş “X11 İşlərin Vahid X1”na əsasən Fəhləyə hər hansı və ya daha yüksək ixtisas dərəcəsinin verilməsi üçün işəgötürən tərəfindən ixtisas imtahanları təşkil edilir. İxtisas imtahanlarının təşkilinə və keçirilməsinə həmin sahə üzrə ixtisaslaşmış elm, təhsil və istehsalat müəssisələri və ya onların mütəxəssisləri cəlb edilə bilərlər. Həmçinin SOCAR-ın X5 Komitəsinin xx.xx.2012-ci il tarixli 122 nömrəli qərarı ilə “Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin struktur bölmələrində işçilərə növbəti əməyin ödənilmə və ixtisas dərəcələrinin verilməsi Qaydaları” təsdiq edilmişdir. Qaydaların 2.1-ci bəndinə əsasən növbəti əməyin ödənilməsi dərəcəsinin verilməsi müəssisə və təşkilatların müvafiq komissiyasında baxılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2015-ci il tarixli, 3404 saylı əmək müqaviləsi əsasında Azərbaycan Dövlət Neft Şirkətinin (Socar) Cavabdeh 2 saylı Tikinti Quraşdırma bölümünün 7 saylı tikinti quraşdırma sahəsinin, ƏÖD- 4 olmaqla texnoloji boru kəmərlərinin quraşdırıcısı vəzifəsinə işə qəbul edilmiş, ona 4-cü dərəcəli ixtisas dərəcəsi verilmişdir. SOCAR-ın X5 Komitəsinin xx.xx.2012-ci il tarixli 122 nömrəli qərarı ilə “Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin struktur bölmələrində işçilərə növbəti əməyin ödənilmə və ixtisas dərəcələrinin verilməsi Qaydaları”na əsasən növbəti əməyin ödənilməsi dərəcəsinin verilməsi müəssisə və təşkilatlarda imtahanlar keçirilir və həmin imtahanların keçirilməsi məqsədilə komissiyalar yaradılır. Tarif-ixtisas Komissiyasının 2023-cü ilin dekabr ayında keçirilən imtahanlarında İddiaçı iştirak etmişdir. Həmin imtahanlarda ona verilmiş 5 sualdan heç birinə cavab verə bilməmiş və nəticədə Komissiya ona növbəti 5-ci dərəcənin verilməsini məqsədəuyğun hesab etməmişdir. Bu fakt Azərbaycan Dövlət Neft Şirkətinin (Socar) Cavabdeh əməyin ödənilməsi dərəcələrinin və vəzifələrinin (peşələrin) təyin edilməsi haqqında Tarif-İxtisas Komissiyasının iclasının xx.xx.2023-cü il tarixli protokolu ilə təsdiq edilmişdir. Göründüyü kimi, İddiaçı ixtisas dərəcəsinin verilməsi üçün təşkil edilmiş imtahandan keçmədiyi üçün ona ixtisas dərəcəsi verilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının “on ildir sertifikat almasına baxmayaraq ona dərəcə verilmədiyindən ödənilməmiş 24.500 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması” tələbi də əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddianın “müqavilənin 4-cü maddəsinin 21-ci bəndinə əsasən ödənilməmiş gediş-gəliş xərclərinin əvəzi olaraq 2760 manat və müqavilənin 4-cü maddəsinin 16-cı bəndinə əsasən 6 ay 11 saat, 6 ay 10,5 saata görə 100.97 manat məbləğində vəsaitin tutulması hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə də əsassızdır və rədd edilməlidir. Belə ki, iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 6 ay 11 saat, 6 ay isə 10.5 saat işləməli olduğu halda işəgötürən saatları azaltmış, bununla da əmək haqqını də kəsmişdir. Lakin mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2015-ci il tarixində imzalanmış əmək müqaviləsinin 4.16-cı bəndində təqvim ili üzrə növbədə iş vaxtının davam etmə müddəti İ-İİ rüb – 10,5 saat, İİİ-İV rüb – 11 saat olduğu, 4.21-ci bəndində isə işçinin işə gedib-gəlməsi üçün nəqliyyatla təmin edildiyi qeyd edilsə də, əmək müqaviləsinə xx.xx.2017-ci il tarixində edilmiş dəyişikliyə əsasən təqvim ilinə görə növbədə iş vaxtının davam etmə müddəti İ-Vİ, Xİ, Xİİ aylar üzrə - 10,5 saat, Vİİ – X aylar üzrə -11 saat müəyyən edilmiş, işçinin işə gelib getməsi üçün toplanış məntəqəsindən iş sahəsinə kimi nəqliyyatla təmin edildiyi qeyd edilmişdir. Əmək müqaviləsinə dəyişiklik yazılı qaydada tərtib edilmiş, işçi və işəgötürən tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46-cı maddəsinin 6-cı bəndinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Elektron sənəd formasında bağlanılan əmək müqavilələrində dəyişiklik edildikdə, ilkin əmək müqaviləsi yenidən tərtib olunaraq təsdiq edilir. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə qanunvericiliklə müəyyən edilmiş qaydada dəyişiklik edilmiş və iş müddəti azaldılmışdır. İşəgötürən tərəfindən işçinin işlədiyi iş saatlarına görə əmək haqqı məbləğinin tam olaraq ödənildiyi işçi tərəfindən mübahisələndirilmir. Bundan başqa işçi tərəfindən imzalanmış əmək müqaviləsinə dəyişiklik işçinin işə gəlib getməsi üçün toplanış məntəqəsindən iş sahəsinə kimi nəqliyyatla təmin edilməsi nəzərdə tutulmuş və işəgötürən tərəfindən əmək müqaviləsinin bu bəndinin icrası təmin edilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia müqavilənin 4-cü maddəsinin 21-ci bəndinə əsasən ödənilməmiş gediş-gəliş xərclərinin əvəzi olaraq 2760 manat və müqavilənin 4-cü maddəsinin 16-cı bəndinə əsasən 6 ay 11 saat, 6 ay 10,5 saata görə 100.97 manat məbləğində vəsaitin tutulması hissəsinə əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddiaya gedib-gəlmək üçün iddiaçıya dəyən ziyanın əvəzi olaraq 2500 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində qiymət verərək, hesab edir ki, iddia bu hissədə sübuta yetirilmədiyinə görə təmin edilməməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, toplanış məntəqəsindən dəniz obyektlərinə və dəniz obyeklərindən geri toplanış məntəqələrinə daşınması üçün işçiyə yolda olduğu cəmi 2 saat vaxta görə əmək haqqının ödənildiyini, lakin dəniz obyektlərinə getmək üçün toplanış məntəqəsinə gəldikdən sonra saatlarla nəqliyyat vasitəsini gözləməli olduğunu, bu müddətin isə əmək haqqının ödənişi zamanı nəzərə alınmadığını bildirsə də, məhkəməyə bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia gedib-gəlmək üçün iddiaçıya dəyən ziyanın əvəzi olaraq 2500 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində sübuta yetirilmədiyinə görə təmin edilməməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdeh Azərbaycan Dövlət Neft Şirkətinin (Socar) Cavabdehnə qarşı ezamiyyə xərəclərinin verilməsinə görə iddiaçıya dəyən ziyana görə 102600 manat, on ildir sertifikat almasına baxmayaraq ona dərəcə verilmədiyindən ödənilməmiş 24.500 manat, müqavilənin 4-cü maddəsinin 21-ci bəndinə əsasən ödənilməmiş gediş-gəliş xərclərinin əvəzi olaraq 2760 manat, müqavilənin 4-cü maddəsinin 16-cı bəndinə əsasən 100.97 manat, işə gedib-gəlmək üçün iddiaçıya dəyən ziyanın əvəzi olaraq 2500 manat məbləğində pul vəsaitinin ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-641/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-641/2025
26.02.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver