Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-6413/2025 31.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı – İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh və “Ulduz” X1rşı “cavabdehə məxsus orderdə müvafiq düzəlişlərin edilməsi” tələbi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini nəzərdən keçirərək məhkəmə hesab edir ki, forma tələblərinə riayət olunmadığı üçün iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən cavabdehlərə qarşı yönəldilmiş iddia tələbi qeyri-müəyyəndir. Belə ki, iddia tələbi “iş üzrə Cavabdeh “Ulduz” X3 tərəfindən verilmiş orderin üzərində mənzilin nömrənin “105” deyil, “106” oxunmasıdır. Bununla da iddiaçı cavabdehlər Cavabdeh və “Ulduz” X1rşı iddia tələbi yönəltsə də, cavabdehlərdən hansı hərəkətlərin icra edilməsini (hərəkətlərdən çəkinməsini) tələb etdiyini və ya sonuncuların hüquq və vəzifələrinin müəyyənləşdirilməsinə dair məhkəmə tərəfindən hansı hüquqi nəticələrin təsbitinə dair məhkəmə aktının qəbul edilməsini xahiş etdiyini konkret göstərməmişdir. (misal üçün sənədə düzəlişin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və sair). Bundan başqa iş materialları ilə iddiaçının eyni ünvanda yerləşən iki fərqli mənzilə dair fərqli ünvanların müəyyənləşdirilməsinə dair ünvan reyestrini aparan müvafiq inzibati orqana edib-etməməsi müəyyən edilmir. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəlləninin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Sadalanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qeyri-müəyyən olduğundan hazırkı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Göstərilən Məcəllənin 152.4-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh və “Ulduz” X1rşı Cavabdeh “Ulduz” X3 tərəfindən verilmiş orderin üzərində mənzilin nömrənin “105” deyil, “106” oxunması barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) şikayət verilə bilər. Hakim: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-6413/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-6413/2025
31.07.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver