Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6435/2021 06.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X4 xx.xx.1960-cı il tarixində Ermənistan Respublikası Razdan rayonu, Axundov kəndində doğulmağı barədə doğum aktı qeydinin aparılması faktının tanınması, anasının X10, atasının X21 (Məmməd) oğlunun olmasına, onun X21 (Məmməd) oğlu və X14 ilə valideyn-övlad olaraq qohumluq əlaqələrinin tanınmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 06.10.2021-ci il tarixli məhkəmə iclasında Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək anasının adının X5 olaraq qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında bildirdi ki, o, xx.xx.1960-cı il tarixdə Ermənistan Respublikası Razdan rayonu, Axundov kəndində anadan olmuşdur, atası və anası Ermənistanda nikaha daxil olmuşlar, onların birgə nikahlarından 12 yanvar 1958-ci il təvəllüdlü X15, 11 yanvar 1963-cü il təvəllüdlü X6 və özü anadan olmuşdur, atası 19 noyabr 1986-ci il tarixdə Ermənistan, Stepanavan rayonunda, anası X5 isə 31 mart 2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir, doğum haqqında şəhadətnamə ona Ermənistanda verilmişdir, lakin qaçqın olaraq Azərbaycana gələrkən özünə məxsus doğum haqqında şəhadətnaməni naməlum şəraitdə itirmişdir, doğum akt qeydinin bərpası barədə Qeydiyyat şöbəsinə müraciət etmişdir, lakin buradan imtina cavabı almışdır, hazırda mərhum anasının qanuni varisi kimi tanınması, onun mülkiyyətində olmuş əmlaklarla bağlı ona vərəsəlik şəhadətnaməsinin verilməsi xahişi ilə notariat ofisinə müraciət etmişdir, lakin onunla anasının arasında qohumluq münasibətlərini təsdiq edən müəyyənedici sənədlərin olmaması əsas gətirilərək vərəsəlik işinin başlanmasından və bu işlə bağlı digər hərəkətlərin edilməsindən imtina edilmişdir, o, ona lazım olan sənədləri başqa qaydada əldə edə bilməmiş və məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda Ərizəçi ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məlumat verilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. 06.09.2021-ci il tarixli məhkəmə iclasında 28.07.1977-ci il təvəllüdlü X17 şahid qismində ifadə verərək bildirdi ki, ərizəçi onun ögey əmisi oğludur, o ərizəçidən yaşca balacadır, 11 yaşı olanda Ermənistandan Bakıya gəlmişdir, Razdan rayonunun, Axundov kəndində yaşamışdırlar, ərizəçinin anası X14, atası isə X7r, ərizəçi qaçqın düşdüyü zaman doğum haqqında şəhadətnaməsini itirdiyi barədə ona məlumat vermişdir, 06.10.2021-ci il tarixli məhkəmə iclasında 01.05.1958-ci il təvəllüdlü X18 şahid qismində ifadə verərək bildirdi ki, bir kənddə yaşamışdırlar, ərizəçidən 2 yaş böyükdür, daimi gediş-gəlişləri olmuş, tez-tez qonaq gəlmişlər, onun atası Oruc əmisi oğlunun ögey qardaşıdır, tez-tez qonaq gəlmişdirlər, iki qardaş, bir bacıdır, bacısının adı Şəfiqədir, anasının adı Bibixanımdır. İş materiallarında olan Ermənistan SSR Axtala rayonu Təkərli kəndi tərəfindən 19.02.1958-ci il tarixdə verilmiş İ-ЗЖ seriyalı, 070740 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş və tərcümə olunmuş surətindən görünür ki, X15 12.01.1958-ci il tarixində, Ermənistan SSR, Axta rayonu, Axundov kəndində anadan olmuşdur, onun atası X11, anası X1r. İş materiallarında olan AR Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 478195 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 11.01.1963-cü il tarixdə Stepanovan rayonunda anadan olmuşdur, onun atası X11, anası X2r. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 17.07.2021-ci il tarixli, 151-05/68 saylı məktubdan görünür ki, itmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası və kifayət qədər əsasın olmaması səbəbindən ona düzəliş edilməsi mümkün olmadığından ərizəçiyə aidiyyat üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, Ərizəçi xx.xx.1960-cı il tarixdə Ermənistan, Razdan rayonu, Axundov kəndində doğulmuşdur, atası milliyətcə azərbaycanlı X11, anası milliyətcə azərbaycanlı X3r, doğum haqqında şəhadətnaməsi yoxdur və ərizəçiyə lazım olan hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi başqa qaydada mümkün deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən, fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alnmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə, tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1960-cı il tarixdə anadan olması, anasının X5, atasının X12 olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1960-cı il tarixdə Ermənistan, Razdan rayonu, Axundov kəndində anadan olması faktı müəyyən olunsun, doğum haqqında akt qeydində uşaq qrafasında “Ərizəçi”, doğum tarixi “xx.xx.1960-cı il”, doğum yeri “Ermənistan, Razdan rayonu, Axundov kəndi”, ata qrafasında “X11”, milliyyəti “azərbaycanlı”, ana qrafasında “X5”, milliyyəti “azərbaycanlı” qeyd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-6435/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6435/2021
06.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver