Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6444/2024 05.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynova Nuranə Rafiq qızının katibliyi, İddiaçı, Cavabdeh1, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Nurədddin qızına və Cavabdeh2 qarşı “mənzilə köçürmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, mə hkəmə, MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:
1. İddiaçı 1990-cı ildə X11 ilə ailə həyatı qurmuşdur. Bundan sonra iddiaçının anası və atası öz vəsaitləri hesabına onlara Əhmədli qəsəbəsi, N.Tusi küçəsi, ev 9, mənzil 30 ünvanında ev almışdırlar. Lakin, daha sonra iddiaçının əri X11 tikinti işi ilə məşğul olmaq üçün həmin evi satmışdır. Uzun mübahisələrdən sonra onlar Əhmədli qəsəbəsi, B.Şıxlinski küçəsi 57, mənzil 127 ünvanında ev almışdırlar. Sonradan həmin ev də satılmış və NZS qəsəbəsi, Süleyman Əhmədov küçəsi 101, ev 10V ünvanındakı evi almışdırlar.
2. Bundan sonra 2005-2006-cı illərdə X5 qardaşı, Cavabdeh2 evlənmiş və o da həmin sözügedən mənzildə yaşamağa başlamışdır. Bir müddət sonra iddiaçının qaynanası Cavabdeh1 onu qardaşının evinə qovmuşdur. Daha sonra iddiaçının qardaşı X11 ilə danışıqlar aparmış və son nəticədə Bilalov Bilal sağaldıqdan sonra iddiaçı ilə bir mənzilə köçəcəklərini bildirmişdir. Lakin daha sonra 2016-cı ilin noyabr ayında X11 ölmüşdür.
3. Bundan sonra cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçını və onun 1-ci qrup əlil qızı olan X3 evdən qovmuşdurlar. Həmin ev iddiaçının ərindən miras qalmışdır və iddiaçı həmin mirası öz faktiki hərəkətləri ilə qəbul etmişdir.
İddiaçının tələbi:
4. İddiaçı özünün və himayəsində olan əqli cəhətdən 1-ci qrup əlil olan qızı X2 NZS qəsəbəsi, Süleyman Əhmədov küçəsi 101, ev 10V ünvanına köçürülməsi, cavabdehlər tərəfindən maneələrə qadağalar qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin iddiaya münasibəti:
5. Cavabdeh2 tərəfindən məhkəməyə verilmiş xx.xx.2024-cü il tarixli ərizəyə əsasən, mərhum qardaşı Bilalov Bilal və onun həyat yoldaşı X6 1990-cı ildə Əhmədli qəsəbəsi, N.Tusi küçəsi, ev 9, mənzil 30 ünvanındakı evi almış, daha sonra onu sataraq 1999-cu ildə B.Şıxlinski küçəsi 57, mənzil 127 ünvanındakı evi almışdırlar. 2000-ci ildə Əhmədli qəsəbəsi, B.Şıxlinski küçəsi 57, mənzil 127 ünvanındakı ev satılmış və satışdan əldə edilən pul xərclənmişdir.
6. Cavabdeh2 tərəfindən məhkəməyə verilmiş xx.xx.2024-cü il tarixli ərizə.
7. Cavabdeh2 tərəfindən məhkəməyə verilmiş xx.xx.2024-cü il tarixli ərizəyə əsasən, Cavabdeh2 bildirmişdir ki, o, Xətai rayonu, NZS qəsəbəsi, S.Əhmədov küçəsi, 6/10 ünvanında 2007-ci ildən bəri öz ailəsi və qardaşı X7 ailəsi ilə birlikdə yaşamaqdadır. İddiaçı sözügedən ünvanda heç vaxt yaşamamışdır.
8. Cavabdeh2 tərəfindən məhkəməyə verilmiş xx.xx.2024-cü il tarixli ərizə.
İşdə iştirak edən şəxslərin izahatları:
9. Məhkəmə iclasında iştirak edən İddiaçı öz izahatında bildirmişdir ki, cavabdeh saxta sənədlər düzəltmişdir. O, həmin evə 2006-cı ildə köçmüşdür. 2015-ci ildə əri vəfat etdikdən sonra onu qovaraq qardaşının yanına göndərmişdirlər. O hazırda bir nəfərin həyətində istixanada işləyir və 2016-cı ildən orada qalır. Onun xəstə qızını da əvvəllər qovmuşdurlar, sonradan isə polis vasitəsilə ondan almışdırlar. Hazırda cavabdeh onun oğlunu da qovmuşdur, oğlu ailəsi ilə birlikdə kirayədə yaşayır. 2024-cü ilin iyun ayında qızı ona imzası lazım olduğunu bildirmiş və o, bundan sonra məhkəməyə müraciət etmişdir. Evi 2006-cı ildə 30.000 manata yoldaşı almışdır. Əri atasının onlara aldığı Əhmədlidəki evi 2001-ci ildə satdıqdan sonra pulu saxlamış və həmin evi almışdır. Əvvəl mərhum əri ilə küsülü olmuş, ondan sonra barışmışdırlar. Onlar barışdıqdan sonra əri ona demişdir ki, evi anası ilə birlikdə almışdır. Həmçinin, qazın anasının adına, işığın öz adına olduğunu bildirmişdir. 2024-cü ilin iyul ayında isə işığı öz adına rəsmiləşdirmişdir. Əvvəlki evi 2001-ci ildə satdıqdan sonra bir müddət kirayədə yaşamış, daha sonra anası onu öz yanına aparmışdır. Əri ilə barışdıqdan sonra 2006-cı ildən 2015-ci ilədək həmin evdə yaşamışdır. Əvvəl əri sağ olan zaman onu qovduqları üçün 37-ci Polis Şöbəsinə müraciət etmiş, lakin əri öləndən sonra müraciət etməmişdir. Bu müddət ərzində pulu olmadığı üçün məhkəməyə müraciət edə bilməmişdir.
10. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 öz izhatında bildirmişdir ki, 2000-ci ildə iddiaçının Günəşlidə olan evi satılmış, o vaxtdan bəri kirayələrdə yaşamaqdadırlar. İddiaçı heç vaxt onun evində yaşamamışdır. Hal-hazırda həmin evdə onun və qardaşının ailəsi və onun xalası yaşamaqdadır. O, evi 2007-ci ildə 18-20 min manata almışdır. Daha sonra 2016-cı ilin 24 noyabrda qardaşı rəhmətə getmişdir. O, hərdənbir həmin evə gəlmiş, lakin heç vaxt daimi yaşamamışdır. Su və qaz anasının, işıq qardaşının adına olmuşdur. Əhmədlidə atasından qalma 5 otaqlı evləri olmuş, həmin evi sataraq Zabrat 2-də ev almış, daha sonra həmin evi sataraq Zabrat 1-də ev almış və sonda həmin evi də sataraq NZS qəsəbəsindəki indiki yaşadığı evi almışdır. İddiaçının ana və atasının pulu hesabına həmin ev alınmamışdır.
11. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 öz izahatında bildirmişdir ki, evi 2007-ci ildə 18.000 manata almışdır. Əhmədlidə 5 otaqlı evi satmış, bundan sonra Zabratda 2 ev tikmiş, sonra isə NZS qəsəbəsinə köçmüşdür. Təzə köçən zaman onun şəxsiyyət vəsiqəsi olmamış, buna görə də işığı oğlunun adına keçirmişdirlər. İddiaçı heç vaxt həmin evdə yaşamamış, həmişə kirayədə yaşamışdır. İddiaçı 2016-cı ildən həmin evə köçmək üçün gəlməmişdir.
12. Məhkəmə iclasında iştirak edən Şahid3 öz izahatında bildirmişdir ki, iddiaçı 2006-cı ilə qədər kirayədə qalmış, sonra NZS qəsəbəsindəki evə köçmüş və 2015-ci ilə qədər NZS-də yaşamışdır. İddiaçı evlənəndən sonra bir müddət qaynanası ilə yaşamış, daha sonra iddiaçının atası onlara Əhmədlidə ev almışdır. Əhmədlidəki evi 1998-ci ildə satmış, Şıxlinskidə yeni ev almışdır. 2002-ci ildə əri iddiaçını döymüş və həmin evi də satmağa razı salmışdır. Bundan sonra 2006-cı ilə qədər kirayədə yaşamış, daha sonra isə NZS qəsəbəsindəki evə köçmüşdürlər. Lakin, 2015-ci ildə iddiaçını döyərək qovmuşdurlar. Qayınatası əvvəllər neftdə işləmiş, onun yaxşı imkanı olmuşdur.
13. Məhkəmə iclasında iştirak edən Şahid1 öz izahatında bildirmişdir ki, 1986-cı ildən NZS qəsəbəsində yaşamaqdadır. Nizami və Cavid təxminən 15 ildir ki ora köçmüşdür və həmin vaxtdan onları tanıdığını bildirmişdir. Nizaminin yaşadığı evlə onun evi qarşı-qarşıyadır. Cavabdehi tanımır, onu heç vaxt görməmişdir. Bilalov Bilal təxminən 8-10 il əvvəl rəhmətə getmişdir. O, NZS qəsəbəsinə tez-tez gəlib getmişdir. Bilalov Bilalın xəstə qızı da vardır, halhazırda da onu hərdənbir nənəsigilə gələndə görür.
14. Məhkəmə iclasında iştirak edən Şahid2 öz izahatında bildirmişdir ki, o uzun müddətdir ki, cavabdehlərlə qonşu kimi yaşayır, nə iddiaçını, nə də iddiaçının mərhum ərinin orada yaşadığını görməmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
15. İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizə.
16. İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizə.
17. İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizə.
18. AZ-İİ 433871 №-li Ölüm haqqında şəhadətnaməyə əsasən, X11 xx.xx.2016-cı il tarixində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 1573 № ilə qeyd edilmişdir.
19. ХVl-ЖГ 357917 №-li Doğum haqqında şəhadətnaməyə əsasən, xx.xx.1991-ci il təvəllüdlü X2 anası İddiaçı, atası X9r.
20. V-ЖГ 483227 №-li Nikah haqqında şəhadətnaməyə əsasən, X11 və İddiaçı xx.xx.1991-ci il tarixində Bakı şəhəri Xətai Rayonu VVAQ şöbəsində nikah bağlamışdırlar və bu barədə nikah haqqında akt qeydləri kitabında 242 № ilə qeyd edilmişdir.
21. Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli çıxarışa əsasən, X4 birinci dərəcəli əlillik diaqnozu qoyulmuşdur.
22. 25 iyun 2024-cü il tarixində "xxxx" ASC-nin enerji satış Departamentinin Direktoru Elçin Dadaşov ilə İddiaçı arasında bağlanmış 993810 №-li “elektirik enerjisinin alqı-satqısının” birtipli müqaviləsi.
23. “Azəriqaz” İB tərəfindən verilmiş ünvan 3 ünvanı üzrə X1 adına verilmiş **********10000 №li abonent saldosu.
24. xx.xx.2022-ci il tarixli, AKX-03954xx/xx-2022 №-li “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə.
25. AR Daxili İşlər Nazirliyi tərəfindən verilmiş Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışa əsasən, X8 18 yanvar 2017-ci il tarixindən ünvan 4 ünvanında yerləşən inzibati binada qeydiyyatdadır.
Tətbiq edilən hüquq:
26. Azərbaycan Respublikasının Konstitusiyası: 13.İ.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. 29.İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 29.İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
27. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair İ Protokol:
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
28. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlikhüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdu. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur; 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər.
29. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər.
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
31. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarı.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarı.
Məhkəmənin mövqeyi:
33. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”
35. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. (§32)
36. İddiaçı özünün və himayəsində olan əqli cəhətdən 1-ci qrup əlil olan qızı X2 NZS qəsəbəsi, Süleyman Əhmədov küçəsi 101, ev 10V ünvanına köçürülməsi, cavabdehlər tərəfindən maneələrə qadağalar qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
37. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, mübahisəli ev özbaşına tikilidir, iddiaçı həmin evdə 2016-ci ildən mərhum həyat yoldaşı vəfat etdikdən sonra yaşamır (§18) Məhkəmə iclasında verilmiş izahlardan, o cümlədən şahid ifadələrindən məlum olur ki, iddiaçı ilə mərhum həyat yoldaşının əvvəllər xüsusi mülkiyyətdə evləri olmuş, daha sonra həmin əmlakları satmış və kirayədə qalmışıar, mərhum həyat yoldaşının xəstəliyi ilə əlaqədar mübahisəli mənzilə, qaynanası və qaynıgilə gəlmişlər. İddiaçının 1-ci qrup əlil olan qızı X2 isə 2016-cı ildən faktiki Cavabdeh1 himayəsində olduğu müəyyən olmuşdur.
38. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərin yaxın ailə üzvləri dairəsinə aid olmadığı, (§28) mübahisəli evdə uzunmüddət yaşaması halı, evin alınmasına iddiaçı və ya iddiaçının mərhum ərinin hər hansı vəsait qoyması halı öz təsdiqini tapmadığından, iddiaçı bu halları sübuta yetirən hər hansı mötəbər sübutları məhkəməyə təqdim etmədiyindən məhkəmə iddia tələbini əsaslı hesab etmir. Şahid3 iddiaçının qardaşının həyat yoldaşı olması, tərəflərlə birgə və ya yaxınlıqda yaşamamsı səbəbindən məhkəmə həmin izahı mötəbər sübut hesab etmir. Qeyd edilənlərlə yanaşı iddiaçının özünün də qeyd etdiyi kimi 2016-cı ildən həmin evdən çıxması, başqa yerdə yaşaması və bu halı mübahisələndirməməsi hallarını da məhkəmə nəzərə alır.
39. Məhkəmə yuxarıda qeyd edilənləri, qanunvericilik normalarını, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir.
Məhkəmə xərcləri:
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Dövlət rüsumunun ödənilməsi ilə bağlı tələb olmadığından məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
1. İddia rədd edilsin.
2. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
3. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova