Məhkəmə qərarları › İş №2(011)-6458/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-6458/2025

06.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-6458/2025 06.03.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Nəcəfova Evelina Ramid qızının katibliyi, Ərizəçi nümayəndəsi X5 və onun vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, Ərizəçi “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” barədə xüsusi icraat qaydasında ərizəsinə verdiyi ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” barədə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, atası, X12 xx.xx.1906-cı il tarixində Gəncə şəhərində doğum aktının qeydinin bərpa olunması faktının müəyyən edilməsini, ana qrafasında Qədimova (Həmzəyeva) Xanum (Seyidxanım) Mirsadıx qızı və ata qrafasının boş saxlaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi, Ərizəçi xx.xx.1940-cı il tarixində Gəncə şəhərində anadan olmuşdur. Atası, X22, xx.xx.1906-cı il tarixində Gəncə şəhərində anadan olmuşdur və xx.xx.1993-cü il tarixində rəhmətə getmişdir. Nənəsi, Qədimova (Həmzəyeva) Xanum (Seyidxanım) Mirsadıx qızı. 1888-ci il tarixində anadan olmuşdur və 1956-ci il tarixində rəhmətə getmişdir. Babasının kim olduğunu müəyyən etmək mümkün olmamışdır. Atasına məxsus olan doğum şəhadətnaməsi itirildiyindən Milli Arxiv İdarəsinə, Ədliyyə Nazirliyinə müvafiq müraciətlər göndərilmişdir. Buna baxmayaraq, onun adına doğum haqqında şəhadətnaməni almaq mümkün olmamışdır. Ərizəçinin nənəsinin və X11 adına Gəncə şəhərində ümumi paylı mülkiyyət vardır (torpaq sahəsi və ev). Hal-hazırda nənəsi X4 adına əmlak olduğu üçün vərəsəlik məqsədi ilə doğum aktının bərpa olunmasına ehtiyac yaranmışdır. Lakin atası X12 valideynləri haqqında heç bir məlumat aşkar edilməmişdir. Əlavə olaraq Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 3-16-5/8-15-1109/2024 saylı məktubuna əsasən doğum aktı qeydinin mövcud olmadığı və doğum akt qeydinin bərpası faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməli olduğunu bildiriblər. Ərizəçi ərizəyə dəqiqləşmə verərək, atası X12 xx.xx.1906-cı il tarixində Gəncə şəhərində doğum aktı qeydinin bərpa olunması faktının müəyyən edilməsi, ana qrafasında “Qədimova Xanım” və ata qrafasında “Qədimov Musa” qeyd edilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi nümayəndəsi X10 və vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında ərizəni müdafiə etmişlər. Maraqlı şəxs məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə zəruri qaydada məlumatlandırılsa, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə iclasında şahid qismində dinidilmiş X7 (təvəllüdü: xx.xx.1938) bildirmişdir ki, 1967-ci ildən Gəncədən Bakıya gəlin köçmüşdür. Bundan əvvəl Gəncədə yaşamışdır. Gəncədə yaşayanda Ərizəçi onun qonşusu idi. O, Gəncədə İ.Məmmədov küçəsi, 59 ünvanında yaşayıb. Ərizəçi atasının Aqil Qədimov, anasının Tatyana xanım, nənəsinin Seyidxanım Həmzəyeva olduğunu bilr. İş materiallarına əlavə edilmiş xx.xx.1950-ci il tarixli, 398579 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1948-ci il təvəllüdlü Ərizəçi valideynləri qrafasında atası “X24”, anası “X3” qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 xx.xx.1983-cü il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X24 xx.xx.1952-ci il tarixdə rəsmi nikaha daxil olublar. Nikaha daxil olduqdan sonra arvada “Qədimova” soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş 589338 nömrəli pasportun surətindən görünür ki, xx.xx.1906 təvəllüdlü X24 Azərbaycan SSR-nın vətəndaşı olub. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin 2(125)-5147/2024 saylı, 23 dekabr 2024-cü il tarixli protokolunun surətindən görünür ki, şahid X18 ifadəsində bildirmişdir ki, onun ərizəçinin (Ərizəçi) atası barədə qonşu kimi məlumatları vardır. Ərizəçinin atası Aqil Qədimovu tanımışdır. Hörmətli adam idi, medalları var idi. Onun nə zaman öldüyü yadında deyil. Ola bilər ki, həmin vaxt əsgərlikdə olmuşdur. Aqil Qədimovun anasının Seyidxanım olduğunu bilir. Məhlənin yiyəsi Seyidxanım arvad idi. Seyidxanım məhlədə halva bişirməklə məşğul idi. (şahid ərizəçinin atası Aqil Qədimovun atası barədə heç bir məlumat vermir). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubdan görünür ki, Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən xx.xx.1906-cı il təvəllüdlü X17 (xx.xx.1983-cü ildə vəfat etmişdir) 1915-ci il təvəllüdlü X3 (xx.xx.1973-cü ildə vəfat etmişdir) ilə nikahının xx.xx.1952-ci ildə Kəpəz rayon qeydiyyat şöbəsində (Gəncə) rəsmiləşdirildiyi barədə məlumat aşkar edilmişdir. İnformasiya sistemində araşdırma zamanı valideynləri Musa Qədimov və Xanım Qədimova olan xx.xx.1910-cu il təvəllüdlü Mamed Qədimovun doğumunun Yasamal rayon qeydiyyat şöbəsində (VVAA-nın 1-ci bölməsi) qeydə alındığı barədə məlumat müəyyən edilmişdir. Eyni zamanda məlumat üçün bildirilmişdir ki, vətəndaşlıq vəziyyəti akt qeydləri Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının arxivində 1948-ci ildən saxlanılır. Belə ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları onların tərtib edildiyi vaxtdan 75 il müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində və Vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılır. Bu müddət qurtardıqdan sonra qeydiyyat kitabları saxlanılmaq üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə təhvil verilir. Göstərilənlərlə əlaqədar A.Qədimov ilə X.Qədimovanın doğumu barədə sənəd qeyd edilən ildən əvvəlki dövrə aid olduğundan onun əldə edilməsi üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarına əlavə edilmiş 8 dekabr 2025-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış sorğuya cavab məktubundan görünür ki, ünvan 3 (keçmiş Kirovabad şəhəri, Stalinsk rayon, Kooperativ küçəsi, 50, məhəllə 333; Kooperativ küçəsi, ev 79) ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 1167.0 kv.m torpaq sahəsinə dair 17 may 1956-cı il tarixli Torpaq qeydi X12, X19, Xanum Mirsadıx qızının adlarına işlənilmişdir. ünvan 3 ünvanına dair Kommunal Təsərrüfatı Nazirliyinin 1983-cü il tarixli şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportu X12, X19, Xanum Mirsadıx qızının adlarına qeyd edilmişdir. Əmlaka dair X15 (1/3 hissə), X11 (1/3 hissə) və X4 (1/3 hissə) adlarına 14 fevral 2025-ci il tarixli, **********00-10301 reyestr nömrəli hüququn ölmüş şəxsə məxsus olmasına dair arayış verilmişdir. Gəncə şəhər 6 saylı notariat ofisinin 07 mart 2024-cü il tarixli, 2V-49 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X15 payı Ərizəçi keçmiş, X11 (1/3 hissə), X4 (1/3 hissə) və Ərizəçi (1/3 hissə) adlarına 27 mart 2024-cü il tarixli, **********00- 10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhər 1 saylı notariat ofisinin 31 oktyabr 2025-ci il tarixli, 2V-307 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X11 (1/3 hissə) payı Şahid keçmiş, X4 (1/3 hissə) və Ərizəçi (1/3 hissə, ********** qeydiyyat nömrəli, 27,03.2004-cü il tarixli) və Şahid 1/3 hissə, ********** qeydiyyat nömrəli, xx.xx.2025-ci il tarixli) adlarına **********00-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. İş materiallarına əlavə edilmiş notarial qaydada təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2025-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.1943-cü il tarixdə vəfat etmiş X11 vərəsəsi olmuş, lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən xx.xx.2019-cu il tarixdə vəfat etmiş X6 vərəsəsi: ünvan 4 ünvanında qeydiyyatda olan qızı – Şahiddır və o miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak daşınmaz əmlakın dövlət reyestrindən eldə edilmiş xx.xx.2025 tarixli qeydiyyat nömrəsi **********EQ77102 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsidir, ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. ƏMDK-nin yanında DƏDRX-nin Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2024 tarixdə X13 verilmiş **********00-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 46 kv/m olan fərdi yaşayış evinin 1/3 hissəsindən və ƏMDK-nin yanında DƏDRX-nin Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2024 tarixdə X13 verilmiş **********00-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0.1029 ha olan torpaq sahəsinin 1/3 hissəsindən ibarətdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən mənzilin ümumi sahəsi 46 kv.metr olmaqla, xüsusi mülkiyyət hüququ əsasında hər birinə 1/3 hissədə olmaqla, X19, X9 və Ərizəçi məxsusdur. (qeydiyyat tarixi: xx.xx.2024) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2026-cı il tarixli sorğuya cavab məktubundan görünür ki, Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən xx.xx.1906-cı il təvəllüdlü X17 (xx.xx.1983-cü ildə vəfat etmişdir) 1915-ci il təvəllüdlü X3 (xx.xx.1973-cü ildə vəfat etmişdir) ilə nikahının xx.xx.1952-ci ildə Kəpəz rayon qeydiyyat şöbəsində (Gəncə) rəsmiləşdirildiyi barədə məlumat aşkar edilmişdir. Həmçinin bildirilmişdir ki, informasiya sistemində araşdırma zamanı valideynləri Musa Qədimov və Xanım Qədimova olan xx.xx.1910-cu il təvəllüdlü Mamed Qədimovun doğumunun Yasamal rayon qeydiyyat şöbəsində (VVAA-nın 1-ci bölməsi) qeydə alındığı barədə məlumat müəyyən edilmişdir. Eyni zamanda məlumat üçün qeyd edilmişdir ki, vətəndaşlıq vəziyyəti akt qeydləri Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının arxivində 1948-ci ildən saxlanılır. Belə ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları onların tərtib edildiyi axtdan 75 il müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində və Vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılır. Bu müddət qurtardıqdan sonra qeydiyyat kitabları saxlanılmaq üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə təhvil verilir. Göstərilənlərlə əlaqədar A.Qədimov ilə X.Qədimovanın doğumu barədə sənəd qeyd edilən ildən əvvəlki dövrə aid olduğundan onun əldə edilməsi üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə müraciət edilməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 saylı qərarının 1.6-cı bəndinə görə məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Ərizəçi ata tərəfdən nənəsi Qədimova (Həmzəyeva) Xanum (Seyidxanım) Mirsadıx qızından qalmış miras əmlaka (ünvan 3 ünvanında yerləşən ev və torpağın 1/3 hissəsi) dair vərəsəlik hüquqlarının müəyyən edilməsi məqsədilə atası X12 doğumunun qeyd edilmə faktının məhkəmə tərəfindən müəyyən edilməsini xahiş edir. Ərizədə qeyd edilmişdir ki, Ərizəçi atası Aqil Qədimov olmuşdur. Aqil Qədimovun anası Xanum Qədimova olmuşdur. Xanum Qədimovaya məxsus daşınmaz əmlaka dair vərəsəlik hüquqlarının təsdiq edilməsi üçün ərizəçiyə atasının doğum haqqında məlumatların qeyd edilməsinin (ərizəçinin atasının doğum şəhadətnaməsində qeyd edilmiş ana adı və sair əlaqəli məlumatlların) məhkəmə tərəfindən müəyyənləşdirilməsi zəruridir. İşdən görünür ki, ərizəçinin dəlilləri ondan ibarətdir ki, ünvan 5 ünvanında yerləşən fədi yaşayış evi 1/3 hissədə X11 (bu pay vərəsəlik qaydasında M.Qədimovun vərəsəsi olan Tamilla Xəlilovanın vərəsəsi - Şahid keçmişdir), 1/3 hissədə X4, 1/3 hissədə Ərizəçi məxsusdur. (sonuncu pay ərizəçinin atası Aqil Qədimova məxsus olmaqla vərəsəlik qaydasında qızı Ərizəçi keçmişdir). Ərizəçinin ata tərəfindən nənəsi X4 rəhmətə getməsinə baxmayaraq, onun oğlu (ərizəçinin atası) Aqil Qədimovun doğum məlumatları (doğum haqqında şəhadətnaməsi) olmadığından, ərizəçi ata tərəfdən nənəsi X.Qədimovaya məxsus əmlaka vərəsəlik hüquqlarını müəyyənləşdirə bilmir. Məhkəmə tərəfindən alınmış arxiv məlumatlarından həmçinin görünür ki, ünvan 3 ünvanında yerləşən torpaq 2486 saylı torpaq qeydinə əsasən müddətsiz renta şəklində Qədimov Aqil və Məmməd Musa oğluna və X23 verilmişdir. (Aqil və Məmməd adlı şəxslər ərizəçinin izahatına əsasən qardaşdırlar) . Arxiv məlmatlarına əsasən valideynləri Musa Qədimov və Xanım Qədimova olan xx.xx.1910-cu il təvəllüdlü Mamed Qədimovun doğumunun qeydə alınmasına dair sənədlərin mövcudluğuna baxmayaraq, bu kimi məlumatlar Aqil Qədimova münasibətdə müəyyən edilməmişdir. İş materiallarına məcmu şəkildə qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, iş materiallarına əlavə edilmiş sübutlarla ərizəçinin atası Aqil Qədimovun anasının X9 olması müəyyən edilmir. Ərizəçinin niyyəti qeyd edilmiş əmlakın (Xanum Qədimovanın adına olan) 1/3 hissəsinə vərəsəlik hüququnun müəyyən edilməsi üçün A.Qədimovun doğumunun qeyd edilməsinin məhkəmə tərəfindən müəyyənləşdirilməsi zamanı A.Qədimovun anasının ad, soyad və ata adının qeyd edilməsinə yönəldiyindən, işdəki sübutlar isə bunun üçün kifayət etmədiyindən, ərizə baxılmamış saxlanılmalıdır. Şahid ifadələri ilə bağlı məhkəmə qeyd edir ki, şahid ifadələri ərizənin təmin edilməsi üçün əsas deyildir. Belə ki, işdə olan Gəncə şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli məhkəmə iclas protolunda qeyd edilmiş şahid X18 bildirmişdir ki, Aqil Qədimovun (ərizəçinin atası) anasının adının Seyidxanım olduğunu bilir. O, sonuncununn məhlənin yiyəsi olduğunu, halva bişirməklə məşğul olduğunu demişdir. Digər şahid X7 bildirmişdir ki, 1967-ci ildən Gəncədən Bakıya gəlin köçmüşdür. Gəncədə yaşayanda Ərizəçi qonşusu olmuşdur. Ərizəçi atası Aqil Qədimov, anası Tatyana, nənəsinin Seyidxanım Həmzəyeva olduğunu bildirmişdir. Belə ki, işin halları və işdəki sübutlar ərizəçinin ata tərəfdən nənəsinin X8 olması barədə nəticəyə gəlmək üçün kifayət olmadığından, məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Şahidlər ərizəçinin ərizədə qeyd etdiyi ata tərəfdən nənəsinin adına (Xanım) oxşar adlar (Seyidxanım) deməklə, Seyidxanım adlı şəxsin ərizəçinin atası Aqil Məmmədovun anası olduğunu qeyd etsələr də, şahid ifadələri qeyd olunmuş şəxslərin (ərizəçinin atası Aqil Qədimovun və ərizəçinin ata tərəfdən nənəsi kimi qeyd olunmuş şəxs Xanum Qədimovanın) qohumluq əlaqələrini müəyyən edən mətəbər sübut deyildir. Buna görə də məhkəmə hesab edir ki, işdəki sübutlar ərizənin təmin edilməsi və X1 olması barədə qənaətə gəlmək üçün yetərli deyil. Odur ki, ərizəçinin atası X12 xx.xx.1906-cı il tarixində Gəncə şəhərində doğum aktı qeydinin bərpa olunması faktının müəyyən edilməsi, ana qrafasında “Qədimova Xanım” və ata qrafasında “Qədimov Musa” qeyd edilməsi barədə ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış qalarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi atası X12 xx.xx.1906-cı il tarixində Gəncə şəhərində doğum aktı qeydinin bərpa olunması faktının müəyyən edilməsi, ana qrafasında “Qədimova Xanım” və ata qrafasında “Qədimov Musa” qeyd edilməsi barədə xüsusi icraat qaydasında verdiyi ərizə baxılmamış saxlansın. Ərizəçi tərəfindən ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edilməsi üçün “Pashapay” vasitəsi ilə (qəbz: **********) ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) şikayət verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar