Məhkəmə qərarları › İş №2(011)-648/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-648/2025

17.04.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-648/2025 17.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh X12 qarşı “cavabdeh X7 İddiaçı mülkiyyətində olan mənzildə saxladığı cavabdehə və yetkinlik yaşına çatmayan qızına məxsus geyim əşyalarının siyahıya alınaraq, məcburi qaydada cavabdehin hesabına mənzildən çıxarılması və cavabdehin özbaşına olaraq mənzilin daxilində qapılara qoyduğu qıfılların sökülərək maneələrin aradan qaldırılması” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı cavabdeh X12 qarşı iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2942 məhəllə, korpus 3, ev 43 C, 2 saylı mənzildən saxladığı cavabdeh Məmmədova (Axundova) Aytən Azad qızına və cavabdehin himayəsində saxlanılan yetkinlik yaşına çatmayan X5 məxsus əşyalar olan 2 ədəd cins şalvarı, 2 ədəd şalvar, 5 ədəd (fudbolka) köynək. 4 ədəd köynək, 4 ədəd gödəkçə, 6 ədəd gödəkçə (kurtka), 3 ədəd toxunma geyim, 2 ədəd pencək, 4 ədəd donlar, 3 ədəd çanta, 10 ədəd ayaqqabı, 1 ədəd ev tərliyi, 6 ədəd corab, 5 ədəd uzunboğaz qış çəkmələri, 2 ədəd idman ayaqqabısı, 2 ədəd plaş, 2 ədəd xalat, 2 dəst ev geyimi, 7 ədəd qız uşağı köynəyi, 4 ədəd qız uşağı üçün şort, 3 ədəd uşaq üçün şalvar, 2 ədəd uşaq üçün ətək, 2 ədəd uşaq üçün gödəkçə, 2 ədəd uşaq üçün jilet, 3 ədəd qız uşağı ayaqqabısı, 1 ədəd qulaqcıq, 2 ədəd qız uşağı üçün məktəb çantası, 7 ədəd qız uşağı corabı, 7 ədəd uşaq alt paltarı, 5 ədəd qız uşağı üçün qolsuz köynəklər, mətbəx əşyaları -1 ədəd çörək qabı, 18 ədəd qab dəsti, 7 ədəd kasa, 2 ədəd meyvə qabı, 1 ədəd ikili çayıjik dəsti, 9 ədəd çəngəl, 5 ədəd xörək qaşığı, 3 ədəd bıçaq, 5 ədəd çay qaşıqları, 6 ədəd nəlbəki, 4 ədəd fincan, 2 ədəd yastıq, 4 ədəd yastıq üzü, 2 ədəd yorğan, 4 ədəd yorğan üzü, 4 ədəd mələfə, 2 ədəd döşək, 5 ədəd dəsmal, 3 ədəd çay dəsmalı və 3 ədəd çarşab siyahıya olınaraq mənzildən cavabdeh Məmmədova (Axundova) Aytən Azad qızının hesabına məcburi qaydada çıxarılması və cavabdeh Məmmədova (Axundova) Aytən Azad qızının 2 saylı mənzildə qapılara özbaşına olaraq qoyduğu açar və qıfıllar sökülərək mənzilin daxilində qəsdən və qərəzli olaraq yaratdığı maneələr eradan qaldırılması barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh (Axundovanın) və cavabdehin himayəsində saxlanılan yetkinlik yaşına çatmayan Z.B.Məmmədzadənin Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2942 məhəllə, korpus 3, ev 43C, 2 saylı mənzildən çıxarılması, cavabdehin iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2942 məhəllə, korpus 3, ev 43 C, 2 saylı mənzildə saxladığı cavabdeh Məmmədova (Axundova) Aytən Azad qızına və cavabdehin himayəsində saxlanılan yetkinlik yaşına çatmayan X5 məxsus əşyalar olan 2 ədəd cins şalvarı, 2 ədəd şalvar, 5 ədəd (fudbolka) köynək, 4 ədəd köynək, 4 ədəd gödəkçə, 6 ədəd gödəkçə (kurtka), 3 ədəd toxunma geyim, 2 ədəd pencək, 4 ədəd donlar, 3 ədəd çanta, 10 ədəd ayaqqabı, 1 ədəd ev tərliyi, 6 ədəd corab, 5 ədəd uzunboğaz qış çəkmələri. 2 ədəd idman ayaqqabısı, 2 ədəd plaş, 2 ədəd xalat, 2 dəst ev geyimi, 7 ədəd qız uşağı köynəyi. 4 ədəd qız uşağı üçün şort, 3 ədəd uşaq üçün şalvar, 2 ədəd uşaq üçün ətək, 2 ədəd uşaq üçün gödəkçə, 2 ədəd uşaq üçün jilet, 3 ədəd qız uşağı ayaqqabısı, 1 ədəd qulaqcıq, 2 ədəd qız uşağı üçün məktəb çantası, 7 ədəd qız uşağı corabı, 7 ədəd uşaq alt paltarı, 5 ədəd qız uşağı üçün qolsuz köynəklər, mətbəx əşyaları: 1 ədəd çörək qabı, 18 ədəd qab dəsti, 7 ədəd kasa, 2 ədəd meyvə qabı, 1 ədəd ikili çaynik dəsti, 9 ədəd çəngəl, 5 ədəd xörək qaşığı, 3 ədəd bıçaq, 5 ədəd çay qaşıqları, 6 ədəd nəlbəki, 4 ədəd fincan, 2 ədəd yastıq, 4 ədəd yastıq üzü, 2 ədəd yorğan, 4 ədəd yorğan üzü, 4 ədəd mələfə, 2 ədəd döşək, 5 ədəd dəsmal, 3 ədəd çay dəsmalı və 3 ədəd çarşabın siyahıya alınaraq Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2942 məhəllə, korpus 3, ev 43 C, 2 saylı mənzildən cavabdeh Məmmədova (Axundova) Aytən Azad qızının hesabına məcburi qaydada çıxarılması və cavabdeh Məmmədova (Axundova) Aytən Azad qızının Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2942 məhəllə, korpus 3, ev 43 C, 2 saylı mənzilin qapılara özbaşına olaraq qoyduğu açar və qıfıllar cavabdehin özünün hesabına sökülərək mənzilin daxilində qəsdən və qərəzli olaraq yaratdığı maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh Məmmədova (Axundova) Aytən Azad qızı ilə 30 iyul 2010-cu il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olaraq, ailə həyatı qurmuşdur. Onların birgə nikahlarından 25 iyul 2010-cu il tarixdə X8 və 07 fevral 2012-ci il tarixdə X9 adlı iki uşaqları anadan olmuşdur. Cavabdeh ilə nikaha daxil olarkən bir neçə il Gəncə şəhərində yaşamış, sonradan Bakı şəhərinə gələrək qardaşına məxsus mənzildə qalmışlar. Cavabdeh iddiaçı işdə olduğu müddətdə bir neçə dəfə uşaqlarının gözü qarşısında ailə dəyərlərinə xələl gətirdiyinə görə nikahları Bakı şəhəri Xətai Rayon kəməsinin 15 may 2024-cü il tarixli e- 2(011)-748/2024 saylı qətnaməsi ilə pozulmuş, 25 iyul 2010-cu il təvəllüdlü X8 iddiaçının himayəsində, 07 fevral 2012-ci il təvəllüdlü X9 isə cavabdeh Məmmədova (Axundova) Aytən Azad qızının himayəsində saxlanılmışdır. Cavabdeh xeyli vaxtdır ki, müvəqqəti olaraq qardaşı X2 məxsus olan və adına aldığı və mülkiyyətinə keçən Bakı şəhəri, ünvan 1 ünvanının qonaq otağını zəbt edərək, oraya özbaşına olaraq qıfıl taxıb bağlamış, iddiaçının və oğlunun olmadığı zaman istədiyi vaxt, istədiyi saatlarda və vaxtlarda mənzilə gələrək palçıqlı, tozlu ayaqqabıları ilə evdə gəzərək, evin əşyalarını yerə töküb, evi zibilləyir. İddiaçı mənzilə gəldiyi zaman isə mənzildə əsassız mübahisələr yaradaraq, oğluna qarşı şiddət göstərərək mənzilin qonaq otağını yenidən qıfıllı açarı ilə bağlayaraq evdən gedir, isti havalarda otaqda olan kondisionerdən istifadəyə maneə yaradır. Cavabdehin bu özbaşınalıqlarına son qoymaq üçün onun heç bir qeydiyyatı olmadığı və hüququ olmadığı Bakı şəhəri, ünvan 1 ünvanında qəsdən və əsassız mübahisələr yaratmaq məqsədilə saxladığı cavabdehə və cavabdehin himayəsində saxlanılan yetkinlik yaşına çatmayan Z.B.Məmmədzadəyə məxsus əşyalar olan 2 ədəd cins şalvarı, 2 ədəd şalvar, 5 ədəd (fudbolka) köynək, 4 ədəd köynək, 4 ədəd gödəkçə, 6 ədəd gödəkçə (kurtka), 3 ədəd toxunma geyim, 2 ədəd pencək, 4 ədəd donlar, 3 ədəd çanta, 10 ədəd ayaqqabı, 1 ədəd ev tərliyi, 6 ədəd corab, 5 ədəd uzunboğaz qış çəkmələri, 2 ədəd idman ayaqqabısı, 2 ədəd plaş, 2 ədəd xalat, 2 dəst ev geyimi. 7 ədəd qız uşağı köynəyi, 4 ədəd qız uşağı üçün şort, 3 ədəd uşaq üçün şalvar, 2 ədəd uşaq üçün ətək, 2 ədəd uşaq üçün gödəkçə, 2 ədəd uşaq üçün jilet, 3 ədəd qız uşağı ayaqqabısı, 1 ədəd qulaqcıq, 2 ədəd qız uşağı üçün məktəb çantası, 7 ədəd qız uşağı corabı, 7 ədəd uşaq alt paltarı, 5 ədəd qız uşağı üçün qolsuz köynəklər, mətbəx əşyaları: İ ədəd çörək qabı. 18 ədəd qab dəsti, 7 ədəd kasa. 2 ədəd meyvə qabı, 1 ədəd ikili çaynik dəsti, 9 ədəd çəngəl, 5 ədəd xörək qaşığı, 3 ədəd bıçaq. 5 ədəd çay qaşıqları, 6 ədəd nəlbəki, 4 ədəd fincan, 2 ədəd yastıq, 4 ədəd yastıq üzü. 2 ədəd yorğan, 4 ədəd yorğan üzü, 4 ədəd mələfə, 2 ədəd döşək, 5 ədəd dəsmal, 3 ədəd çay dəsmalı və 3 ədəd çarşab mənzildən cavabdeh Məmmədova (Axundova) Aytən Azad qızının hesabına məcburi qaydada çıxarılması və cavabdeh Məmmədova (Axundova) Aytən Azad qızının 2 saylı mənzildə qapılara özbaşına olaraq qoyduğu açar və qıfıllar sökülərək mənzilin daxilində qəsdən və qərəzli olaraq yaratdığı maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmalıdır. Həmin əşyalar iddiaçının mülkiyyətində olan mənzildə artıq yer tutmaqdadır. O, cavabdehdən artıq məhkəmə müstəvisində də boşanmışdır. Sonradan iddiaçı tərəfindən dəqiqləşdirilmiş iddia tələbləri onunla əsaslandırılmışdır ki, Hazırda iddiaçının Məmmədova (Axundova) Aytən Azad qızına qarşı Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2942 məhəllə, korpus 3, ev 43 C, 2 saylı mənzildən saxladığı cavabdeh Məmmədova (Axundova) Aytən Azad qızına və cavabdehin himayəsində saxlanılan yetkinlik yaşma çatmayan X5 məxsus əşyalar olan 2 ədəd cins şalvarı, 2 ədəd şalvar, 5 ədəd (fudbolka) köynək, 4 ədəd köynək, 4 ədəd gödəkço, 6 ədəd gödəkçə (kurtka), 3 ədəd toxunma geyim, 2 ədəd pencək, 4 ədəd donlar, 3 ədəd çanta, 10 ədəd ayaqqabı, 1 ədəd ev tərliyi, 6 ədəd corab, 5 ədəd uzunboğaz qış çəkmələri, 2 ədəd idman ayaqqabısı, 2 ədəd plaş, 2 ədəd xalat, 2 dəst ev geyimi, 7 ədəd qız uşağı köynəyi, 4 ədəd qız uşağı üçün şort, 3 ədəd uşaq üçün şalvar. 2 ədəd uşaq üçün ətək, 2 ədəd uşaq üçün gödəkçə, 2 ədəd uşaq üçün jilet, 3 ədəd qız uşağı ayaqqabısı, 1 ədəd qulaqcıq, 2 ədəd qız uşağı üçün məktəb çantası, 7 ədəd qız uşağı corabı, 7 ədəd uşaq alt paltarı, 5 ədəd qız uşağı üçün qolsuz köynəklər, mətbəx əşyaları-1 ədəd çörək qabı, 18 ədəd qab dəsti, 7 ədəd kasa, 2 ədəd meyvə qabı, 1 ədəd ikili çaynik dəsti, 9 ədəd çəngəl, 5 ədəd xörək qaşığı, 3 ədəd bıçaq, 5 ədəd çay qaşıqları. 6 ədəd nəlbəki. 4 ədəd fincan, 2 ədəd yastıq, 4 ədəd yastıq üzü, 2 ədəd yorğan. 4 ədəd yorğan üzü, 4 ədəd mələfə, 2 ədəd döşək, 5 ədəd dəsmal, 3 ədəd çay dəsmalı və 3 ədəd çarşab siyahıya alınaraq mənzildən cavabdeh Məmmədova (Axundova) Aytən Azad qızının hesabına məcburi qaydada çıxarılması və cavabdeh Məmmədova (Axundova) Aytən Azad qızının Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2942 məhəllə, korpus 3, ev 43 C, 2 saylı mənzildə qapılara özbaşına olaraq qoyduğu açar və qıfılların sökülərək mənzilin daxilində qəsdən və qərəzli olaraq yaratdığı maneələrin aradan qaldırılması barədə iddia tələbinə baxılmaqdadır. Qeyd edir ki, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2942 məhəllə, korpus 3, ev 43 C, 2 saylı mənzili və mənzildə olan əksər böyük tutumlu çarpayı, soyuducu, kondisioner və sair əşyalar mənzilin əsl sahibi X2 məxsusdur. Bakı şəhəri. Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2942 məhəllə, korpus 3, ev 43 C, 2 saylı mənzilin çıxarışı da qardaşı mənzilin ilkin ödənişini tam olaraq özü tərəfindən ödənilərkən onun özünün razılığı ilə iddiaçının adına alınıbdır. Cavabdeh Məmmədova (Axundova) Aytən Azad qızı qəsdən və səbəbsiz yerə mübahisə yaratmaqdan ötrü 2 saylı mənzilə ümumiyyətlə heç bir aidiyyatı olmayan X3, qohumu Tünzalə Axundovam və digər mənzilə aidiyyatı olmayan şəxsləri mənzilə gətirərək mənzildə natəmiz şərait yaratmaqdadır, mənzilin istifadəyə yararlı əşyalarını sındırıb, xarab edib, düşməncəsinə davranaraq mənzilin mülkiyyətçisinə sözün əsl mənasında zərər vurmaqla məşğuldurlar. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh Məmmədova (Axundova) Aytən Azad qızının gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxmışdır. İş materiallarında olan: İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyati haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən 2 saylı mənzil (Yeni qaydalarla: AZ1129, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 327, M2, m2) xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında nikaha xx.xx.2024-cü il tarixində xitam verilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-748/2024 saylı qətnamədən görünür ki, Məmmədova (Axundova) Aytən Azad qızı ilə İddiaçı arasında 30 iyul 2010-cu il tarixdə 353 №-li akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, tərəflərin birgə nikahlarından olan 25 iyul 2010-cu il təvəllüdlü X8 atası İddiaçı himayəsində saxlanılmış, tərəflərin birgə nikahlarından olan 07 fevral 2012-ci il təvəllüdlü X9 anası Məmmədova (Axundova) Aytən Azad qızının himayəsində saxlanılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 16(011)-192/2025 saylı qərardadından görünür ki, iddiaçının ərizəsi üzrə müvəqqəti təminat tədbiri kimi cavabdehin iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi. 2942 məhəllə, korpus 3, ev 43 C, 2 saylı mənzildə saxladığı cavabdeh Məmmədova (Axundova) Aytən Azad qızına və cavabdehin himayəsində saxlanılan yetkinlik yaşına çatmayan X5 məxsus əşyalar olan 2 ədəd cins şalvarı, 2 ədəd şalvar, 5 ədəd (futbolka) köynək, 4 ədəd köynək, 4 ədəd gödəkçə, 6 ədəd gödəkçə (kurtka), 3 ədəd toxunma geyim, 2 ədəd pencək. 4 ədəd donlar, 3 ədəd çanta, 10 ədəd ayaqqabı, 1 ədəd ev tərliyi, 6 ədəd corab, 5 ədəd uzunboğaz qış çəkmələri, 2 ədəd idman ayaqqabısı, 2 ədəd plaş, 2 ədəd xalat, 2 dəst ev geyimi, 7 ədəd qız uşağı köynəyi, 4 ədəd qız uşağı üçün şort, 3 ədəd uşaq üçün şalvar, 2 ədəd uşaq üçün ətək, 2 ədəd uşaq üçün gödəkçə, 2 ədəd uşaq üçün jilet, 3 ədəd qız uşağı ayaqqabısı, 1 ədəd qulaqcıq, 2 ədəd qız uşağı üçün məktəb çantası, 7 ədəd qız uşağı corabı, 7 ədəd uşaq alt paltarı, 5 ədəd qız uşağı üçün qolsuz köynəklər, mətbəx əşyaları: 1 ədəd çörək qabı, 18 ədəd qab dəsti, 7 ədəd kasa, 2 ədəd meyvə qabı, 1 ədəd ikili çaynik dəsti, 9 ədəd çəngəl, 5 ədəd xörək qaşığı, 3 ədəd bıçaq, 5 ədəd çay qaşıqları, 6 ədəd nəlbəki, 4 ədəd fincan. 2 ədəd yastıq 4 ədəd yastıq üzü, 2 ədəd yorğan, 4 ədəd yorğan üzü, 4 ədəd mələfə, 2 ədəd döşək, 5 ədəd dəsmal, 3 ədəd çay dəsmalı və 3 ədəd çarşab siyahıya alınmalı və mənzildən çıxarılmasına məhdudiyyət qoyulmuşdur. Müvəqqəti təminat tədbirinin nəticəsində Cavabdeh xx.xx.2025-ci il tarixli Xətai rayon İcra şöbəsinə ünvanladığı ərizədən görünür ki, o, xx.xx.2025-ci il tarixli icra vərəqinə əsasən ona və qızı Zəhraya məxsus əşyalar Bakı şəhəri Xətai rayonu, Xudu Məmmədov küçəsi, 29/42-ci məhəllə, korpus 3, ev 43C, 2 saylı mənzilində saxlanılır və mənzildən çıxarılmasına məhdudiyyət qoyulmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən, mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 146-cı maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Yenə həmin Məcəllənin 152.1-152.4-cü maddələrinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin əsas vəzifələrindən biri mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək (maddə 1.2), mülki hüquqların maneəsiz həyata keçirilməsinə şəraitin yaradılması (maddə 6.1.7) pozulmuş hüquqların bərpasının təmin edilməsidir (maddə 1.8). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə insan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı» işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir». Həmin məhkəmə «Sporronq və Lonnrot İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter alır». Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Göründüyü kimi iddia 3 tələbdən ibarətdir:

1. Məmmədova (Axundova) Aytən Azad qızının və onun himayəsində saxlanılan yetkinlik yaşına çatmayan X4 Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2942 məhəllə, korpus 3, ev 43C, 2 saylı mənzildən çıxarılması;

2. Qeyd edilən əşyaların cavabdeh Məmmədova (Axundova) Aytən Azad qızının hesabına məcburi qaydada çıxarılması;

3. Cavabdeh Məmmədova (Axundova) Aytən Azad qızının Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2942 məhəllə, korpus 3, ev 43 C, 2 saylı mənzilin qapılara özbaşına olaraq qoyduğu açar və qıfıllar cavabdehin özünün hesabına sökülərək iddiaçının mənzilin daxilində qəsdən və qərəzli olaraq yaratdığı maneələrin aradan qaldırılması. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh 30 iyul 2010-cu il tarixdə rəsmi olaraq nikaha girmişlər. Onların aralarında olan nikah Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-748/2024 saylı qətnaməsi ilə pozulmuşdur. Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2942 məhəllə, korpus 3, ev 43 C, 2 saylı mənzili İddiaçı adına xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan başqa Məmmədova (Axundova) Aytən Azad qızı iddiaçıya qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş ünvan 4 ünvanında, ümumi sahəsi 76,1 kv.m olan 2 otaqlı mənzilin 3/4 hissəsinə onun, 1/4 hissəsinə cavabdehin, ünvan 2 ünvanında ümumi sahəsi 49,40 kv.m olan 2 saylı mənzilin 3/4 hissəsinə onun, 1/4 hissəsinə cavabdehin və **-DP-*** dövlət qeydiyyat nişanlı Hyundai Accent markalı minik avtomoblinin ½ hissəsinə onun, ½ hissəsinə cavabdehin pay hüququnun müəyyən edilməsi, mənzillərlə bağlı daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmaqla adına yeni çıxarışın verilməsi, avtomobillə bağlı Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsində müvafiq qeydiyyat aparılmaqla adına yeni nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin verilməsi, iddia üçün ödədiyi 50 manat mediasiya və 50 manat dövlət rüsumunun cavabdehdən xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilkin olaraq qeyd edir ki, ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və ya intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri, ərarvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Qanunverici əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə tərəflərin qazandığı əmlakın onların ümumi birgə mülkiyyətini təşkil etdiyini təsbit etmişdir (Ailə Məcəlləsinin 32.2.1 və 32.2.2-ci maddələri). Cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi etirazından və vəsatətindən görünür ki, o, hazırda mübahisə predmenti olan mənzilin onların nikah dövründə əldə edilmiş əmlak olduğu iddia edir. Bununla bağlı məhkəmə bildirir ki, əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməsi üçün onun yalnız tərəflərin birgə nikahda olduğu müddət ərzində əvəzli şəkildə əldə edilməsi deyil, həmçinin ər-arvadın ümumi gəlirləri hesabına əldə edilməsi sübuta yetirilməlidir. Hazırkı məhkəmə iclasında (təklif edilsə belə) nə iddiaçı tərəf, nə də cavabdeh tərəf bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən mənzil ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə sorğu edilmiş və çıxarış, məhkəməyə arayış, ümumi iclasın protokoldan çıxarış məhkəməyə təqdim edilmişdir. Bundan başqa adıçəkilən əmlaka dair payların müəyyən edilməsi ilə bağlı məhkəmə mübahisəsi olduğundan, həmin əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməsi, bu halın sübuta yetirilməsi artıq digər məhkəmənin, yəni Gəncə Şəhər Məhkəməsinin icraatında olan mülki işin mübahisə predmetidir. Hazırkı mülki iş üzrə iddia ərizəsi xx.xx.2024-cü il tarixində Xətai Rayon Məhkəməsinə daxil olmuş, əmlak bölgüsü ilə bağlı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixində Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. Bu məhkəmə mübahisələri bir-birlərindən əlaqəli olsa belə, onların bir icraatda birləşdirilb baxılması da prosessual qanunvericiliyin tələblərinin pozulmasına gətirib çıxaracaqdır. Belə ki, bir mülki iş üzrə məhkəmə baxış mərhələsində, digər mülki iş üzrə isə məhkəmə hazırlıq mərhələsindədir. Odur ki, hazırkı mülki işə təqdim edilmiş sübutlar və işin faktiki halları əsasında baxılmalı, İddiaçı hazırda mənzilin mülkiyyətçisi hesab edilməklə yekun məhkəmə aktı qəbul edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia ərizəsində qeyd edilən əşyaların iddiaçının mülkiyyətində olduğu mənzildə olması mülki işin mübahisəsiz halıdır. Belə ki, iş üzrə məhkəmənin qərardadı ilə müvəqqəti təminat tədbiri görülmüş və Cavabdeh xx.xx.2025-ci il tarixli Xətai rayon İcra şöbəsinə ünvanladığı ərizədən görünür ki, o, xx.xx.2025-ci il tarixli icra vərəqinə əsasən ona və qızı Zəhraya məxsus əşyalar Bakı şəhəri Xətai rayonu, Xudu Məmmədov küçəsi, 29/42-ci məhəllə, korpus 3, ev 43C, 2 saylı mənzilində saxlanılır. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolunun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncu qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncu qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. Məhkəmənin qənaətinə görə, mübahisəli mənzil üzərində iddiaçı X1 mülkiyyət hüququ cavabdeh tərəfindən pozulduğundan o, cavabdehin mülkiyyətində olan mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, cavabdehin və onun himayəsində olan azyaşlı qızının iddiaçının mənzilində yaşaması, həmçinin (mütəmadi olaraq gəlib-getməsi), habelə mənzilin qapılarına özbaşına olaraq qıfılla bağlaması iddiaçının mülkiyyətində olan əmlak üzərində hüququnun həyata keçirilməsi imkanını əhəmiyyətli dərəcədə məhdudlaşdırmışdır. “Yaşayış yeri haqqında” AR Qanunun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Qanunun müddəasına əsasən X4 yaşayış yeri anasının yaşayış yeri olduğundan, iddia ona aid hissədə də təmin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdeh Məmmədova (Axundova) Aytən Azad qızı və onun himayəsində saxlanılan yetkinlik yaşına çatmayan X6 Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2942 məhəllə, korpus 3, ev 43C, 2 saylı mənzildən çıxarılmalı, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2942 məhəllə, korpus 3, ev 43 C, 2 saylı mənzildə saxlanılan cavabdeh Məmmədova (Axundova) Aytən Azad qızına və cavabdehin himayəsində saxlanılan yetkinlik yaşına çatmayan X5 məxsus əşyalar olan 2 ədəd cins şalvarı, 2 ədəd şalvar, 5 ədəd köynək, 4 ədəd köynək, 4 ədəd gödəkçə, 6 ədəd gödəkçə (kurtka), 3 ədəd toxunma geyim, 2 ədəd pencək, 4 ədəd donlar, 3 ədəd çanta, 10 ədəd ayaqqabı, 1 ədəd ev tərliyi, 6 ədəd corab, 5 ədəd uzunboğaz qış çəkmələri. 2 ədəd idman ayaqqabısı, 2 ədəd plaş, 2 ədəd xalat, 2 dəst ev geyimi, 7 ədəd qız uşağı köynəyi. 4 ədəd qız uşağı üçün şort, 3 ədəd uşaq üçün şalvar, 2 ədəd uşaq üçün ətək, 2 ədəd uşaq üçün gödəkçə, 2 ədəd uşaq üçün jilet, 3 ədəd qız uşağı ayaqqabısı, 1 ədəd qulaqcıq, 2 ədəd qız uşağı üçün məktəb çantası, 7 ədəd qız uşağı corabı, 7 ədəd uşaq alt paltarı, 5 ədəd qız uşağı üçün qolsuz köynəklər, mətbəx əşyaları: 1 ədəd çörək qabı, 18 ədəd qab dəsti, 7 ədəd kasa, 2 ədəd meyvə qabı, 1 ədəd ikili çaynik dəsti, 9 ədəd çəngəl, 5 ədəd xörək qaşığı, 3 ədəd bıçaq, 5 ədəd çay qaşıqları, 6 ədəd nəlbəki, 4 ədəd fincan, 2 ədəd yastıq, 4 ədəd yastıq üzü, 2 ədəd yorğan, 4 ədəd yorğan üzü, 4 ədəd mələfə, 2 ədəd döşək, 5 ədəd dəsmal, 3 ədəd çay dəsmalı və 3 ədəd çarşabın siyahıya alınaraq Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2942 məhəllə, korpus 3, ev 43 C, 2 saylı mənzildən cavabdeh Məmmədova (Axundova) Aytən Azad qızının hesabına məcburi qaydada çıxarılmalı, cavabdeh Məmmədova (Axundova) Aytən Azad qızı tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2942 məhəllə, korpus 3, ev 43 C, 2 saylı mənzilinin qapılara olaraq qoyduğu açar və qıfıllar cavabdehin özünün hesabına sökülməli və cavabdeh tərəfindən iddiaçının mənzildən istifadəsinə edilmiş maneələrin aradan qaldırılmalıdır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar.

Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq

q ə t e t d i:

İddia təmin edilsin. Cavabdeh Məmmədova (Axundova) Aytən Azad qızı və onun himayəsində saxlanılan yetkinlik yaşına çatmayan X6 Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2942 məhəllə, korpus 3, ev 43C, 2 saylı mənzildən çıxarılsınlar. İddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2942 məhəllə, korpus 3, ev 43 C, 2 saylı mənzildə saxlanılan cavabdeh Məmmədova (Axundova) Aytən Azad qızına və cavabdehin himayəsində saxlanılan yetkinlik yaşına çatmayan X5 məxsus əşyalar olan 2 ədəd cins şalvarı, 2 ədəd şalvar, 5 ədəd köynək, 4 ədəd köynək, 4 ədəd gödəkçə, 6 ədəd gödəkçə (kurtka), 3 ədəd toxunma geyim, 2 ədəd pencək, 4 ədəd donlar, 3 ədəd çanta, 10 ədəd ayaqqabı, 1 ədəd ev tərliyi, 6 ədəd corab, 5 ədəd uzunboğaz qış çəkmələri, 2 ədəd idman ayaqqabısı, 2 ədəd plaş, 2 ədəd xalat, 2 dəst ev geyimi, 7 ədəd qız uşağı köynəyi. 4 ədəd qız uşağı üçün şort, 3 ədəd uşaq üçün şalvar, 2 ədəd uşaq üçün ətək, 2 ədəd uşaq üçün gödəkçə, 2 ədəd uşaq üçün jilet, 3 ədəd qız uşağı ayaqqabısı, 1 ədəd qulaqcıq, 2 ədəd qız uşağı üçün məktəb çantası, 7 ədəd qız uşağı corabı, 7 ədəd uşaq alt paltarı, 5 ədəd qız uşağı üçün qolsuz köynəklər, mətbəx əşyaları: 1 ədəd çörək qabı, 18 ədəd qab dəsti, 7 ədəd kasa, 2 ədəd meyvə qabı, 1 ədəd ikili çaynik dəsti, 9 ədəd çəngəl, 5 ədəd xörək qaşığı, 3 ədəd bıçaq, 5 ədəd çay qaşıqları, 6 ədəd nəlbəki, 4 ədəd fincan, 2 ədəd yastıq, 4 ədəd yastıq üzü, 2 ədəd yorğan, 4 ədəd yorğan üzü, 4 ədəd mələfə, 2 ədəd döşək, 5 ədəd dəsmal, 3 ədəd çay dəsmalı və 3 ədəd çarşabın siyahıya alınaraq Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2942 məhəllə, korpus 3, ev 43 C, 2 saylı mənzildən cavabdeh Məmmədova (Axundova) Aytən Azad qızının hesabına məcburi qaydada çıxarılsın, cavabdeh Məmmədova (Axundova) Aytən Azad qızı tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2942 məhəllə, korpus 3, ev 43 C, 2 saylı mənzilinin qapılara olaraq qoyduğu açar və qıfıllar cavabdehin özünün hesabına sökülsün və cavabdeh tərəfindən iddiaçının mənzildən istifadəsinə yaradılan maneələr aradan qaldırılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar