Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6485/2020 01.12.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi faktın müəyyən edilməsi barədə ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, qızı xx xxxxx 1987-ci il təvəllüdlü X4 xx xxxxxx 2017-ci ildə İraq Respublikasında bir oğlan uşağının doğulması faktının müəyyən edilməsi, uşaq qrafasında adının Xalid, ata adının Tərlan oğlu kimi, valideynlər qrafasında isə atası Tərlan, anası X6, milliyyəti azərbaycanlı kimi qeyd edilərək doğum haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin qızı xx xxxxx 1987-ci il təvəllüdlü X6 xx xxxx 2009-cu ildə X7 ilə nikaha daxil olmuşdur. 2016-cı ilin sonlarında ərizəçinin qızı öz əri ilə birlikdə İraq Respublikasına getmiş və geri qayıtmamışdır. İlk vaxlar onlar mobil telefon vasitəsilə əlaqə saxlamışlar və ərizəçi qızının hamilə olmasını bilmişdir. 2017-ci ilin 11 fevral tarixində ərizəçiyə qızının ev şəraitində oğlan uşağının olmasını və adının Xalid olmasını bildirmişlər. 2017-ci ilin may ayının sonlarında İraq-Suriya sərhədində ərizəçinin qızının əri öldürülmüş, qızı isə uşağı ilə birlikdə əsir götürülmüş, Bağdad şəhərinə aparılmışdır. Sonradan uşaq Azərbaycan Respublikasına gətirilmişdir. xx xxxx 2020-ci ildə Xətai rayon İcra Hakimiyyətinin 61 saylı sərəncamına əsasən ərizəçinin qızı tam valideynlik hüququndan məhrum edilmiş, xx xxxxxx 2017-ci il təvəllüdlü Xalidin qəyyumluğu ərizəçiyə verilmişdir. Doğumun qeydə alınması və bu barədə müvafiq şəhadətnamənin alınması məqsədi ilə ərizəçi xx xxxxx 2020-ci ildə Maraqlı şəxsnə müraciət etmişdir. Lakin cavab məktubunda ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ərizəçi Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxx 1987-ci il təvəllüdlü X3 xx xxxxxx 2017-ci il tarixdə İraq Respublikasında bir oğlan uşağının doğulması faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamədə uşağın adı qrafasında “Xalid”, soyad qrafasında “İlyasov” kimi qeyd olunması, valideynlər qrafasında isə ata qrafasında “X7”, ana qrafasında “X6”, milliyyət qrafasında isə “azərbaycanlı” olaraq göstərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı şəhər Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İş üzrə tədqiq olunan sübutlara əsasən məhkəmə iclasında müəyyən edildi ki, ərizəçinin qızı X6 ilə X7 xx xxxx 2009-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onlar xx xxxx 2015-ci il tarixdə ölkə ərazisini tərk edərək İraq Respublikasına getmişlər. Onların birgə nikahından xx xxxxxx 2017-ci il tarixdə Xalid adlı oğlan uşağı doğulmuşdur. Ərizəçi xx xxxx 2020-ci il tarixdə uşağın qəyyumu təyin edilmişdir. Uşağın doğumu qeydə alınmamışdır. Ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Maraqlı şəxs Ərizəçi müraciətinə əsasən ona ünvanlanmış xx xxxxx 2020-ci il tarixli məktubundan görünür ki, doğum faktını təsdiq edən tibbi sənəd olmadıqda uşağın doğulması faktının məhkəmə qaydasında müəyyən edildiyi bildirilmiş, aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, həmin faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, göstərilən akt qeydi bərpa edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin məcəllənin 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsinə dair işlərə baxır. Həmin məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. xx xxxxxxx 2003-cü il tarixdə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydalarının” 1.4-cü bəndinə əsasən, Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nigahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, X1 xx xxxxxx 2017-ci il tarixdə İraq Respublikasında doğulmuş oğlan uşağının-Xalidin doğumunun qeyd edilməsi faktı müəyyən edilməli, bu barədə doğum haqqında şəhadətnamə verilməsi müəyyən edilməli, həmin akt qeydində “ata adı” qrafasında X7, “ana adı” qrafasında isə X2, “milliyyət” qrafasında azərbaycanlı kimi qeyd edilməli, həmçinin həmin akt qeydində “uşaq” X5 qeyd olunmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 10 manat dövlət rüsumu ödəmişdir. “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddəsinə əsasən, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrdən 10 manat məbləğində dövlət rüsumu tutulur. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçının ödədiyi 10 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X1 xx xxxxxx 2017-ci il tarixdə İraq Respublikasında doğulmuş oğlan uşağının- Xalidin doğum faktı müəyyən edilsin, həmin akt qeydində “ata adı” qrafasında X7, “ana adı” qrafasında X6, “milliyyət” qrafasında azərbaycanlı, həmçinin həmin akt qeydində “uşaq” qrafasında X5 qeyd olunsun. Ərizəçi ödədiyi 10 (on) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-6485/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6485/2020
01.12.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver