Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-6495/2025 08.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı – İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 İB-ə qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir və Abşeron rayonu Zirə Tərəvəzçilik-Südçülük sovxozu ərazisində yerləşən ona məxsus istixanada istifadə olunmuş təbii qazdan istifadəyə görə yaranmış 47.498 manat borcun və ödənilmiş 233 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada onun xeyrimə alınması barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsinin forması Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin tələblərinə uyğun verilməmişdir. Buna görə də ərizə geri qaytarılmalıdır. Belə ki, “Azemis” Məhkəmə İdarəetmə Sistemindən görünür ki, Cavabdeh2 ünvan 1i ünvanında qeydiyyatdadır. Cavabdeh3 ünvan 2i ünvanında qeydiyyatdadır. İddiaçı cavabdehlər kimi qeyd etdiyi Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələbini (47.498 manat borc tələbi) göstərsə də, digər Cavabdeh1 İB-nə qarşı irəli sürdüyü tələbin nədən ibarət olduğunu qeyd etməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinin tələbinə görə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 149.2.3-cü maddəsinin tələbinə görə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəlləninin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Göründüyü kimi, iddiaçı cavabdehlər kimi qeyd etdiyi Cavabdeh2, Cavabdeh3 qarşı konkret tələb irəli sürmüşdür. Cavabdeh1 İB-ni isə cavabdeh statusunda qeyd etsə də, həmin cavabdehə qarşı hər hansı tələbini göstərməmişdir. İddia ərizəsinin verilməsi üçün nəzərdə tutulmuş sözügedən forma tələbləri pozulduğundan, ərizə geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 149, 263-264-cü maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 İB-nə qarşı “pul tələbi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) şikayət verilə bilər. Hakim: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-6495/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-6495/2025
08.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver